Azərbaycan “manat”ının performansı və



Yüklə 268,12 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix05.04.2018
ölçüsü268,12 Kb.
#35898
1   2   3   4   5   6   7   8   9

 

17 


Neft  Fondu  tərəfindən  valyuta  satışının  maksimum  həddi  2016-cı  ilin  sentyabr  ayında 

(631.1  milyon  ABŞ  dolları),  minimum  həddi  isə  fevral  ayında  (177.5  milyon  ABŞ  dolları) 

müşahidə edilib. Ümumilikdə isə il ərzində həyata keçirilən valyuta hərraclarında Neft Fondu və 

Mərkəzi  Bank  tərəfindən  birlikdə  valyuta  satışının  aylıq  maksimum  səviyyəsi  yanvar  ayında 

(911.8  milyon  ABŞ  dolları),  minimum  səviyyəsi  isə  dekabr  ayında  (246  milyon  ABŞ  dolları) 

müşahidə edilib.  

2016-cı  ildə  Neft  Fondunun  Dövlət  büdcəsi  qarşısında  öhdəliyi  7.615  milyard  manat

17

 



olduğu halda doqquz ay ərzində (yanvar-sentyabr) cəmi transfert 3.26 milyard manat

18

 olub ki, 



bu da illik öhdəliyin tam yerinə yetirilməyəcəyini deməyə əsas verir. Neft Fondundan İqtisadi və 

Sosial  İnkişaf  Mərkəzinin  müvafiq  sorğusu  “Fond    tərəfindən  öz  öhdəliklərini  vaxtında  yerinə 



yetirmək üçün Fondun kifayət qədər manat ehtiyatına sahib olması şərtdir. 

Dövlət  büdcəsinə  transfertlərə  gəldikdə  isə  bu  vəsaitlər  Maliyyə  Nazirliyinin  müraciəti 

əsasında  ödənilir.  ARDNF-ə  müraciət  edildiyi  təqdirdə  Fond  tərəfindən  öhdəliklər  tam  icra 

ediləcəkdir”    kimi  cavablandırılıb.  Başqa  sözlə  Maliyyə  Nazirliyinin  Neft  Fondundan  dövlət 

büdcəsinə  transfert  tələbi  olmadığı  üçün  bu  xərc  istiqaməti  tam  icra  edilməyib.  Beləliklə  də 

2016-cı maliyyə ilinin sonuna Neft Fondu manat vəsaitlərini illik 4.99%-lə Mərkəzi Bankda olan 

manat hesabında yerləşdirib

19

.  


Valyuta hərraclarında iştirakla yanaşı 2016-cı ildə Neft Fondu ilk dəfə olaraq yerli bank-

Azərbaycan Beynəlxalq Bankında 1 milyard ABŞ dolları dəyərində illik 4%-lə 12 aylıq depozit 

yerləşdirdi

20

.  Depozitin  yerləşdirilməsində  əsas  məqsəd  valyuta  bazarlarında  volatilliyi 



zəiflətmək və biznesin valyuta tələbatının müəyyən qismini ödəmək idi.  

 

Nağd valyuta sıtışında azalma 

 

                                                           



17

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, ““Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” 

Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”, baxış 

tarixi: 19.01.2017 

http://www.maliyye.gov.az/sites/default/files/qanun%20budca.pdf

 

18



ARDNŞ, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və 

xərclərinə dair məlumat”, 12.10.2016 

http://www.oilfund.az/az_AZ/news/1210/100/Azerbaycan-Respublikasi-Doevlet-Neft-Fondunun-2016-ci-ilin-

yanvar-sentyabr-aylari-uezre-gelir-ve-xerclerine-dair-melumat.asp#sthash.UHpNwau6.dpuf

 

19

Fins.az, “Neft Fondu ötən il hərraca nə qədər dollar çıxarıb? – CƏDVƏL”, baxış tarixi: 19.01.2017 



http://fins.az/bank/913706/neft-fondu-oten-il-herraca-ne-qeder-dollar-chixarib-cadval.html

 

20



Trend New Agency, “Şahmar Mövsümov: ARDNF aktivlərinin indiki bölüşdürülməsi neft ehtiyatlarının uzun 

müddətli qorunmasına kömək edir”, 27.12.2016 

http://az.trend.az/business/2702974.html

 



 

18 


2016-cı il ərzində nağd formada valyuta satışının həcmi kəskin azalıb. [bax; diaqram 6]. 

Azalmanın  əsas  səbəbi  kimi  Mərkəzi  Bank  və  Neft  Fondunun  valyuta  bazarlarında  məhud 

iştirakçılığı  olsa  da  istehlak  aktivliyinin  zəifləməsi,  milli  valyutaya  inamın  aşağı  səviyyədə 

olması  və  növbəti  dövrlər  üçün  iqtisadi  dinamikanın  proqnozlaşdırıla  bilməməsi  də  prosesdə 

əhəmiyyətli amillərdən hesab edilir.  

 

Diaqram  6:  Nağd  xarici  valyuta  ilə  mübadilə  əməliyyatlarında  ABŞ  dollarının  satış 



dinamikası, milyon 

 

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017 

Göründüyü kimi, valyuta bazarlarında nağd formada ABŞ dollarının satışı yanvar ayı ilə 

müqayisədə  noyabrda  56.3%  və  yaxud  221.3  milyon  azalaraq  171.6  milyon  dollar  olub.  

Ümumilikdə  isə  2016-cı  ilin  11  ayı  ərzində  ABŞ  dolları  ilə  nağd  mübadilə  əməliyyatlarının 

həcmi 2.9 milyard olub ki, bu da 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 64%, 2015-ci 

illə  müqayisədə  isə  73.4%  azdır.    Bu  hal  hazırda  valyuta  bazarı  iştirakçılarının  narahatlığına 

səbəb olmaqla “manat” ın məzənnəsi üzərində təzyiqi artırmaqda davam edir. 

 

Kommersiya banklarının xarici borc öhdəlikləri sürətlə artır 

 

İl ərzində nağd valyuta satışında azalmanın səbəblərindən biri də kommersiya banklarının 

xarici borc öhdəliklərinin sürətlə artması hesab edilir. Beləki,kommersiya banklarının xalis xarici 

öhdəliklərində may ayından etibarən artım müşahidə edilir [bax: daiqram 7]. May-noyabr ayları 

ərzində kommersiya banklarının xarici aktivlərində 5.1 milyard manat həcmində azalma olduğu 

halda öhdəliklərində 0.3 milyard manat artım baş verib. Nəticədə 2016-cı ilin aprel ayında yerli 

bankların aktivlərinin öhdəliklərini 2 milyard manat üstələdiyi halda 7 ay sonra - noyabr ayında 

öhdəliklərin həcmi aktivlərdən 3.7 milyard manat artıq olub.   



Diaqram 7: Kommersiya banklarının xalis xarici öhdəlikləri, milyon manatla 

392.96


327.79

288.05


190.9

177.55


321.9

276.6


243.4

222.7


253.8

171.6


0

50

100



150

200


250

300


350

400


450

Yanvar 


2016

Fevral 


2016

Mart 


2016

Aprel 


2016

May 


2016

İyun 


2016

İyul 


2016

Avqust 


2016

Sentyabr 

2016

Oktyabr 


2016

Noyabr 


2016


Yüklə 268,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə