58. DƏNİZİN SUYU NİYƏ ACIDI?
Bakıdan əənə Beşbarmax var, onu görmüsən? Ordadı Xızır Peyğənbər. Mən ora getdim, orda o nəzir yığannar yaylıx sərif daşın üsdünə ki, guya Xızır Peyğənbərdi, yatıf. Gərəh nəzir qoyasan ora. Ollar söypət eliyir, deyir ki, bunnan qavax dənizin suyu şirin oluf. Xızır peyğənbər adam göndərif ki, get o sudan gəti, ciyarım yanır. Deyir, gedir su gətiməyə, suyu gətimir dana. Bu susuzunnan ölürmüş daa. Axır nəfəsində deyir ki, sənin gətdiyin su zəhərə dönsün, sən də daşa dönginən, ay bala, gəlif çıxmadın. O, daş olur, qalır dənizin içində, dəniz də onnan sora ajı olur, içməli olmur. Ordan baxanda dənizin içində topa daş görükür. Onun adıynan həylə deyillər dana indi.
59. İNSAF, SU, OD
Üçü yoldaş oluf. Dünya binnət olanı hələ bıllardı ha. İnsafdı, sudu, bir də oddu. Bıllar yola çıxıllar. Dünyanı gəzəndə su deyir ki, mən bırda qallam. Üş yoldaşdılar axı. Deyir:
– Ə, bıra mənim xoşuma gəldi. Mən bırda qalıram.
Deyillər:
– Qal.
Odunan insaf gedir. Bıllar gedəndə o daldan çağırır ki, bəs siz nə billəssiz ki, mən hardayam? Deyir ki, harda ki göyərti olsa, yaşıllığ olsa, bilejiyih ki, orda su var, sən ordasan. Bir xeylax gedənnən sora od qalır. Deyir:
– Bıra da mənim xoşuma gəlir, mən də bırda qallam.
Deyir:
– Hə, qal, neynəh.
İndi bı yola çıxıf gedəndə od deyir:
– Bəs sən nə biləssən, mən hardayam?
Deyir ki, mən biləjəm. Harda ki yalav oldu, tüsdü oldu, işığ oldu, biləjəm ki, sən ordasan.
Sora özü deyir:
– Bəs biz nə bilejiyih, sən hardasan?
Deyir:
– Havax kin imanı-dini yadınnan çıxartsan, bilginən kin, orda dəyiləm. İmannan din yadında olsa, bilginən ki, mən sənin yanındayam.
Bunu anamın anası danışardı. Rəhmətdih biraz loğman arvadıydı, hər şeyi bilirdi da. Adı Sarayıdı. Həşdat üç yaşında rəhmətə getdi.
60. BAYQUŞ
Bayquş ən pis heyvandı. Deməli, biz gəlif qaşqın düşmüşüh. Ən sifdə Qarabağ müharbəsi başdamamış bizim kəndimizə bayquş gəldi. Evimizin arxasında yekə işıx stolbası varıdı. Bayquş orda gəlirdi uluyurdu, uluyurdu, çıxırdı gedirdi. Bir insan başa düşmürdü. Elə gedif daş atırdığ ona, qavalıyırdıx. Sora qaşqın düşəndə Ağcabədiyə gəldih. Gəldi qapımızın ağzında başdadı bir də ulamağa. Nəysə, bu qonşu yerridi. Buna dedim:
– Nərgiz, bu bayquş gəlif bizim qapıda uluyur, daşdıyırıx, çıxır gedir. Xeyri yoxdu. Nağayrax, nətəər eliyəh? Daa biz qaşqınıx, burdan belə harya gedejiyih biz?
Dedi:
– Aaz, sən onu daşdamaginən. Bayquş bir də gələndə get evdən duz da gətir, çörəh də gətir. Götür gəl. Dur denən ki, ay bayquş, səni ant verirəm bax bu duza, bu çörəyə, bir də mənim qapımda gəlif ulama. Çıx get.
Həqiqətən, mən onu elədim. O arvat dediyini gətdim elədim. Bayquş onnan uşdu getdi. Ta bir də bizim qapıya gəlmədi. Bax bayquşdan da bunu bilirəm.
61. KİM GECƏ QƏBİRİSTANLIĞA GEDƏR?
Köhnə vaxdı kişilər bir-biriynən spor eliyif ki, kim gejə gedər qəvirsannığa dəyər, gələr. Həə. Bu deef ki, mən gedərəm. O deef, yox, orda bir nişana qoyuf gəlməh lazımdı. Deer:
– Nədi?
Deer:
– Bu şişi apargınan, qəbirsannığa tax, gəl.
Bu da deer, şinel geyinifmiş. Qavax geyirdilər, uzun ətəyi vardı. Bu da oana-buana baxıf. Qorxa-qorxa aparıf taxanda sən demə, şinel düşüf qəbirin üsdünə. Şinelin üsdünə taxır. Qayıdıf getməh isdiyəndə bu elə bilir bunu tutuflar. Ürəyi partdıyır, orda ölür (söyləyici gülür – top.).
62. EHSAN
Hüzür yerinnən gərəh heç kəs aj getməsin. Aj gedəndə ölünün ruhu narahat olur. Verilən eysan yeyilməlidi. Deyir kin, kim ki eysannan yemir, vaxdı gələndə onun da eysanı qazanda qalır, yeyilmir. Mənim bir əmim arvadı varıdı, üçüncü Ovşarda, rəhmətə getdi. O, bir yol nağıl elədi ki, anam ölmüşdü, biz ona ehsan verirdih. Deyir, adına günü olanda yeməh pişirirdih, duz tökürdüh anamın rufuna. Bir gejə, deyir, gəldi anam yuxuma girdi. Deyir, dedi, bala, ajınnan ürəyim sıxılır e. Deyir, dedim, ay ana, niyə ajınnan ürəyin sıxılır, bir belə yeməh pişirirəm, heş yemirsən sən? Deyir, dedi, ay bala, yeməyi pişirirsən e sən, süfrəyə düzülür, əlimi uzada bilmirəm axı.
– Ay ana, niyə?
Deyir, dedi, sən o duzu tulluyanda ancax mənim adımı çəkirsən. Peyğəmbərrərin, imamnarımızın, övlüyaların adın çəhmirsən axı sən. Deyir kin, bala, mən o yeməyə əlimi uzada bilirəm. Yerimiz yaxşıdı, yaxşı yerdeyih. (Yaqın cənnətdiy oluf də). Amma sən mənim adıma atmısan duzu. Ollara təhliv eləmirsən ha, maa təhliv eliyirsən. Ollar da heş birisi yeməyə əlin uzatmır. Yeməyə hamı bir yerdə oturur. Mən də olların dərdinnən əlimi uzada bilmirəm, aj qalıram. Birinci ollara təhliv elə, sora maa təhliv elə. Onnan sorasına deyir, yeməyə duz atanda dedim kin, bı, imamnarımızın, bı, peyğəmbərrərimizin, bu, övliyalarımızın. Onnan sora deyir, aradan xeylax keçənnən sora anam yenə yuxuma girdi. Dedi ki, Allah dadaa yetsin, bala, indi yeyirəm, qarnım doyur.
DİNİ ŞƏXSİYYƏTLƏR, PİRLƏR VƏ
OCAQLAR HAQQINDA
63. ƏLİNİN ZƏHMİ
Həzrət Əlidən qüvvəli heş kim ola bilməz. O qədərə qüvvəli adam oluf ha. Bir həmli qadın varımış. Həmişə Əli gələndə ayağa qalxarmış. Bilmirəm, qadınnardan hansıdı, Zəhradı, Fatmadı, hənsidisə, deyirmiş ki, sən niyə helə eliyirsən, bir belə peyğəmbərrər gəlir, heş birində əyağa durmursan, Əli gələndə durursan. Həmilisan da, sən niyə durursan əyağa? Əli gəlir, gəlir. Deyifdi ki, mənnih döyül. Məni durquzan durquzur da. Onun zəhmi durquzur. Deyifdi ki, onun zəhmi ağırdı, ona görə. İki dənə pəhlivan belə duruf başının üsdündə, əlləriynən də çiyninnən basıflar. Gənə xeyri olmuyuf, pəhlivannan bir yerdə Əli gələndə qalxıv əyağa. Əlinin qüvvəsi çoxdu.
Həzrət Əlinin qılıncının uju belə haça olur. Onnan qüvvəli adam yoxdu. Əlinin başının üsdündə bulut hərrənirmiş həməşə.
64. İMAM HÜSEYN VƏ YEZİD
Deyir, İmam Hüseynin təbabətdiyi olub. İmamnar da həməşə sözün düzün dəyən adamlar oluplar da. Yezidin gözü tutulur. Anasına deyir ki, nə qədər təbib, loğman gətirdin, mənim dərdimə çarə eləmədi. Get İmam Hüseynin yanına, onun təbabətdiyi var, mənim gözümə əncam çəhsin. Amma yadında saxla ki, imamnar sözün düzün deyən adamnardı, sifdə nə sözü desə, onu yadında saxla. Deyir:
– Yaxşı.
Bı gedir. İmam Hüseyn də bilir ki, axı bılar düşməndilər. Deyir:
– Bacı, gəl içəri, gəl.
Noolsun ki, düşməndi. Bı imamdı, qəbul eləməlidi bını. Deyir:
– Eşidirəm.
Deyir:
– Bəs oğlumun gözü tutulub.
Deyir:
– Əl aman. İsdootnan duzu qarışdırsın bir-birinə, töhsün gözünə.
Qarı sevinə-sevinə qayıdır gedir. Qayıdır gəlir. Deyir:
– Ana, nə dedi?
Deyir:
– İsdootnan duzu qarışdırsın, töhsün gözünə.
Deyir:
– Zalımın qızı, gözümü kor eləməy isdiyir. Bə saa demədim, bir onun sifdə dediyi sözü yadında saxla?
Xeylax fikirrəşir. Deyir:
– Vallah, bala, belə dedi. “Əl aman” dedi.
Deyir:
– Mənim əlimi daldan bağlıyın ağaca, mənim gözümü kor eliyən əlimdi.
Düz deyir da, ağrıyır, oxalıyır.
65-68. SEYİD MUSA
Mənim babam – Seyit Musa 1918-ci ildə İrəvannan gəlif. İrəvanın Kiçih Vedi rayonu deyillər, ordan – Şirazdı kəndinnən. Biz oralıyıx. Mən orda doğulmuşam, gəliv Ağcabədi rayonuna, (dəvə yolu deyirdilər e o vaxdı, bu zonadadı dəvə yolu) orda bölünüflər da o vaxdı – 1918-də, erməni qırğın törədəndə. Elə bil, bayısın, qardaşın, atasın, hamısın itirif. Sora atası gəlif tapıf. Onda maşın-zad yoxumuş ha. Orda bölünüflər seyitdər. Bavam da cavan oğlanıymış onda. 1918-də hardasa irmi iki yaşı olarmış. Ermənilər hücum eliyəndə atasın itirif. Soradan Ağcabədinin Ofşar kəndinnən atasını tapıfdı – Seyid İsmayılı. 1946-da rəhmətə gedif (Allah ölənnəra rəhmət eləsin). Vərəndəli kəndi var. Vərəndəlidə yaşıyan adam oluf babam. Ora xoşuna gəlif, qalıv orda. Bırda gəliv aylə quruf. Onda Vərəndəli Azərbaycan kəndi oluf, azərbaycannılar oluf, addelni kənd oluf.
Gejə gedirmişdər Qaradağlıya. O vaxdı atnan gedirmişdər. Elə bil, gejiyə düşüflər, deyiflər, bizi Allah qonağı eliyin. O qapıya dönəndə də nəysə bir nəfər pis cavaf verif bıllara. Bılar da gedif. Gedif qavaxda bir qadın, cavan gəlin çıxıf. Sora həmən gəlini bavam özünə bajı götürüf. İndi heylə şeylər yoxdu ha. O vaxdı köynəhdən keçirirmişdər. Bavam özünə bajı götürüv onu. Heş kimi yoxumuş bavamın, erməni qıranda hərəsi bir dərədə qalıf. Elə bil övlatdarı olduxca, bajısının, qardaşının, atasının adın qoyurmuşdar uşaxlarına. Hə, bax o həmən evə düşüflər, gəlin deyif ki, Allaha qurban olum, qonağına da, gəlin bəri. Gedillər orda beş-on dəyqə otumaxnan o həmən kişi var ha, ollardan bir az oyana, o cavaf verənin ağzı gəlif duruf bırda – boynunun dalında. Orda biliflər ki, bıllar kimdi. Ata-baleymışdar. Deyiflər ki, bı döndü fılankəsgilə da (balaca kətdərimiş). O adamnar da gəliflər yalvarıflar, bavamın atası deyif kin, mən getmərəm heş vaxdı. Bavam da çox ürəyi yumşağ adamımış. Deyif, yox e, adamdı da, gedim. O qadın yalvarıf ki, bəs yazıxdı da o. Gedif bir dənə şapalax vırıf. (Həmən o qadının oğlu söypət eliyir). Bir dənə şapalax vırıf, şapalax vırmağnan ağzı gəlif yerində durur. Gör onun hökmü nə qədərdi. Şapalağı vuruf, qaytarır yerinə.
O vaxdı Qaradağlıda oğurrux-zad çoxumuş da. Atam söypət eliyirdi. Deyir, gejə gəlif fərmaşımızın içinnən çuxanı oğurruyuf aparıflar. Deməli, onu oğurruyuv ordan çıxartmaxnan həmən adamların evi od tutuv orda yanıf. Heş bavam bilmiyiv e, aparıflar onu. Bir də gejeynən gediflər ki, ev yanır, qaytarıf dana. Bir də qaytarıf gətirif qoyuflar yerinə xəlvəçcə, çıxıf gediflər ki, dəyməy olmaz bı adama. Biri gətirirmiş, elə bil, nəzir verirmiş, nəzir deyirmiş, nəysə hasil olurmuş. Gətiriv inəyi bağlıyırmış qapısına. Deyirmiş, yox, bını mən götürə bilmərəm, qaytar, apar. Deyirmiş ki, apar, maa bir qoyun budunnan-zaddan gətirərsən. Tamah yoxumuş, heş pul-zad yığmırmış. Götümürmüş onu. Elə bil, nəyisə niyət eləmisən, deyirsən, hə, fılan seyi də verim. Qəbul olur, gətirif verirsən, deyir kin, narahat olma. Ya əsgərriyə gedənnər pul verirmiş ollara, gedirmiş sağ-salamat gəlirmiş, bı pulu da gətirirmişdər. Deyir ki, yox, onu mən saa vermişəm, qoy qalsın özündə. O pul civində gedir əsgərriyə, üç il-dörd il əsgərrih çəkif, gəlirmişdər. Əsgərə gedəndə gəlif deyirmişdər, maa bir şey ver. O da çıxardıf pul verirmiş ki, qorxma, heş nə olmaz saa. Get, sağ-salamat qayıdıf gələrsən. Belə şeylər olurmuş.
Rəhmətə gedənnən sora orda qoymuyuv onu dəfn eləməyə. Özü deyifdi ki, aparın məni Ağcabədidə Ooşar qəbirsannığına. Həmən Nərgiztəpiyə Ooşar qəbirsannığı deyillər. Orda ooşar camahatı yaşıyıv. O qəbirsannığ ollarındı, orda qalıf. Sifdə gələndə ooşar camahatının içinə düşüf, hamısı da hörmət eliyirmiş ona. O kişini görəndə özdərin öldürürmüşdər də. Bı (yoldaşına işarə edir – top.) da ooşardı. Bının qoja nənəsi Nərgiztəpədə yaşıyırmış o vaxd. Bının qoja nənəsi görüf kü, adna günnəri axşamnar orda şam yanırmış. Belə qəvri götürüflər, betonnuyuflar, onnan sora olmuyufdu. Hər gejələr yanırmış. Belə möcüzəymiş da. Gedirmişdər ki, daşın qırağı hisdi səhər-səhər. Daş yoxumuş e, elə-belə... Daş qoyuflar, daş eliyənnən sora olmuyuf. Elə bil, neçə ildi, ora gedilmir da, muharbə zonasıdı. Dörd il bunnan qabax mən getdim, elə bil, bir-iki adam dedi. Qaradağlılardan da çox inanıllar ona. Dedilər ki, getmişih ki, ilan qabığınnan gediv orda çıxır. Mən getdim, özüm gördüm.
Onun oçağına ceyran gəlirmiş. Elə bil, balasın itirif, gəlif qəvrin başına belə-belə fırranır ki, balasın tafsın də.
Deyirmiş ki, vax gələjəh, bir qutu olajax, orda adam gösdərəjəhlər. O vaxdı deyirmiş e onu. Yanı tilvizer yaranıf da sora. Onu görürmüş o.
Bir dəfə təzə getmişimiş ora. Orda bir nəfər gamışın itirif. Bı da təzə getmiş adamdı da, bilmir axı ki, seyit nədi, nətəərdi, nətəər olur, nejə olur. Nətəər olufsa, kimsə bir mərdimazar deyif ki, bı kişi yaqın aparıfdı gamışı. Gəlif kişini aparıflar hökumətə. Onu atam danışırdı. Hökümətə aparıflar, salıflar içəri, orda danışdırıflar, ora-bıra, deyiflər ki, get çöldə gözdə. Çıxıf çöldə oturuf, əlində də təsbeh. Oturuf söypət eliyif, sora içərdəki adamnar çıxıf, nə qədər eliyiflər, qapı açılmıyıf. Uje qapını kilitdiyif ki, məni gör siz hara gətirmisız? Axırı, pəncərədən deyiflər ki, görün o kişidə nə var ki, bı qapını kilitdiyiv oturuv orda. Gəliflər ki, heş nə əlində təsbeh, elə təsbehi oynadır. Onnan sora gedif kişi, nağarıf-neyniyif, qapı açılıf. Deyiflər ki, a kişi, saa yaxşı yol.
Ooşar kəndində bir törəmədə nəysə var helə. Uşağ oluv, ölürmüş. Elə bavam nağarırmışsa, heylə o uşaxlar qalırmış.
66.
Rəhmətdih Seyit Musa Ooşara gedir. Gejeymiş, oğlu da yanındaymış. Bir qapını döyüflər. Qapını aşmıyıf yiyəsi. Deyif ki, gejə biz qonax qəbul eləmirih. Kişi qayıdıf. Sora gedif Məhəddin var e, onun anasının qapısın döyüf. O da cavan gəlinimiş, yoldaşı evdə yoxumuş. Çöldeymiş, elə orda görüf, deyif:
– A bajı, evdə kişi xeylağı var?
Deyif:
– Hə, var. Qonağa da qurban olum, Allaha da qurban olum, qardaş, gə bəri, bı saatı yoldaşım gələjəh.
Elə gejə ollarda qalıf, yeməh-zad verif. Sora dalıncan axdarıflar ki, bəs o adam hara gedif? O seyidimiş. Həmən adamın ağzı əyilif. Sora gəliv axdarıf Məhəddinin anasıgildə tapıflar. Sora da gəliflər ki, bəs o adamın ağzı əyilif dana. Əyağına düşüflər ki, gedəh. O da getmiyif, sora oğlun göndərif dəysən. Oğlu gediv elə bir şillə vırıf. Bizim eşitdihlərimiz helədi də. Seyid İsmayıl getmiyif, Seyit Musa gedif da. Deyir, o gedif bir şillə vırıf, agzı düzəlif. Biraz əyri kimi qalıf helə. Hələ də deyir, yaşıyır o adam.
67.
Seyid Musa bizim Qarabağda ən sınammış seyitdi. Qaradağlı kəndində rəhmətə gedif. Mənim qaynənəmin atası oluv o. Mənim qaynənəm Seyit Musanın qızıdı. O Seyit Musanı gətirif Nərgiztəpədə dəfn eliyiflər. Kümbəz tikdirmişiy üsdündə.
O rəhmətə gedəndə deyif ki, məni aparın Ovşar qəbirsannığında dəfn eliyin. Biz Ovşarıx, Ovşar nəslinnənih da biz. Həmin o kişi ama Qaradağlıdan olufdu. Bı sahat hal-hazırda onun oğlunun biri durur, qızının biri durur – Seyit Musanın. Onu dəfn eliyəndə dəveynən gətiriflər Nərgiztəpiyə onun cənazəsin o vaxdı. Hardasa, 56-cı ildə rəhmətə gedib. Onu gətirəndə o dəvə ağlıyıf. (Onu mən soralar eşitmişəm. Elə bil, dəfn olunan vaxdı onun yanında olan adam danışıf maa kı, Seyit Musanın cənazəsi qaldırılanda, dəviyə yühlənəndə dəvə ağlıyıf). Şəxsən bizim özümüzün ən inandığımız seyitdi.
68.
Seyid Musa Yağlıvəntdədi. Hökümlü seyitdi. Cəddi var. Getməmişəm, gəlməmişəm, ama cəddinə nəzir vermişəm, quzu vermişih, qoyun vermişih, pul vermişih, qonax çağırmışıx. Gödəy, alçax kişiydi. O da biznən dağa gedirdi, arana gəlirdi. Həmən o seyidin malı çoxudu. Onun malının birin gəlif bir adam oğurruyuv aparıf dana. (Bildih də, kimdi). Üş gün o kişi, arvat gəldi dedi ki, mal bırya gəlif. Mal da təzə doğmuşdu ey, heç aylıx da döyüldü. Gəldi, bala, elə oldu ku, dedilər, heş bırya nə mal gəlif, nə bir şey. Ta bıllar əlini üzdülər, yühləndilər, getdilər. Arvad əmr verdi ki, bıraynan getmiyejeyih, kəndin üsdünnən gedejiyih. Kişi də kəndin üsdəki yolnan gəldi. Arvat gəldi o kəndin qulağında durdu, mələdi mal təki. Dedi:
– Qaraöz, sənin balanı mən anasız apareram. Səni aparanın balası anasız-atasız mələsin.
Bu Quran hakqı, heç arası bir gün çəhmədi, avaryıya düşdü, odun bax bırdan girdi, hesav elə mişar kimi kəsdi. Seyidin cəddinə qurvan olum, seyit hamısı hökümlüdü, cəddinə qurvan olum. Seyidin hökmün Allah-taala verir.
69. ERMƏNİLƏRİN SEYİDDƏN DİLƏK İSTƏMƏSİ
Matrisyan Joranın bir oğlu vardı. Adı da Sarıbek. Ama Sarıbek erməni olsa da, yaxşı Azərbaycan mahnıları oxuyurdu. Bir gün atçot apardım balnisiyə verməyə. Neçə uşağ anadan oluf, neçəsin peyvənd eləmişih, neynəmişih. Maa dedi ki, səni Matrisyan gəzir. Dedim:
– Ə, mən seyid oğluyam, Matrisyan məni neynir?
Dedi:
– Yox e, lazımsan.
Getdim atçotu verdim, qayıtdım. Balnisənin qavağna çıxanda maşın gəldi ki, səni gözdüyürəm. Öz-özümə çox fikirrəşdim ki, mən neynəmişəm, dalaşmamışam, vuruşmamışam, oğurruğ eləməmişəm. Nəsə, getdih. Dedi ki, üç ildi, dörd ildi Sarıbeki evləndirmişəm, uşağ olmur. Mənə deyillər, apar Seyidin ojağna. Bu bərəkət hakqı. Dedim:
– Gətir.
Getdik. Nəsə, atam rəhmətə getmişdi, anam dururdu. Gətdih. Bizim qapıda belə yekə qarağaş vardı. Qarağaşın divində oturdu. Qızdardan biri ona bir isdikan çay gətdi. Anam dedi:
– Sarıbek, bura nə niyətə gəlmisənsə, o qəbul olub.
Gün xoşudu, elə qapıda otudux. Bilmirəm, neçə ay keşdisə, Matrisyan mənə zəng vurdu:
– Gəl, sənnən işim var.
Dedim:
– Yoldaş Matrisyan, nooluf?
Dedi ki, maşın göndərirəm, gəl. Dedim:
– Mənim maşınım var, özüm gəlləm.
Getdim. Qapıda, rəyisin qapısında dururdular axı. Mən getdim. Nə demişdisə, hamsı mən gedəndə çəkildi qırağa. Matrisyan çıxdı qavağa:
– Ayə, sənin, ağanın cəddinə qurban olum. Ə, Sarıbekin uşağı var.
Çıxartdı mənim civimə iki dənə yüzdük qoydu. Birin çıxartdım onun civinə qoydum, birin öz civimə. Dedim:
– Biri bəsdi. Yarsını götürəllər, hamısını götüməzdər.
Məni apardı univermağa. Kariçni kastumu soyunuram, geyinirəm. Deer:
– Yox, mən alım.
Əyakqavı-zad hamsı. Dedim:
– Yoldaş Matrisyan, mən gedim.
Dedi:
– Yox e. Səni aparjaxlar.
Amma bir arvat var, səni görməh isdiyir. Dedim:
– Kimdi?
Dedi:
– Bazarkom Roza.
Dedim:
– O neynir məni? Mən bazarda şey-zad satmıram.
Dedi:
– Yox e. O da nəysə deer də.
Getdim. O dedi ki, bəs mənim də bir niyətim var. Dedim:
– Nə niyətdi?
Dedi:
– Qızım var.
Nə bilim nə, nə. Dedim ki, Roza, gələrsən anamın yanına. Anam nə deyər, onu eliyərsən. Onunku da düzəldi. Qızın isdiyən varmış, nə varmış, bilmirəm.
Atamın qəbri orda qalıf. Kampüterdə baxsanız, ermənilər o qəbrə dəymiyiblər. Nətəər hördürmüşəm, helə də durur. Dəmir qapı qoymuşam, kubiknən hörmüşəm belə. Özü də dərə yerdə deyil e. Düz yalın üsdündədi. Bizim atamızın qəbrinə gediplər. İlannar qoymuyup girə.
Seyit Rzanın atasının adı Seyit Sadıxdı. Anamın atasının adı Seyit Hüseyndi. Anam da seyit qızı oluf.
70. ƏLİYİN QURBAN KƏSİLMƏYƏ GƏLMƏSİ
Bizim mal-qoyun çox oluf. Bular hamsı bilillər. O vaxdı kalxoz ki dağ-arana gedirdi. Orda bilmirəm nə lazım olufsa, qurban kəsməh lazım oluf, nə lazım olufsa, qoyun yiəsi razı olmuyuf. Atam deef ki, dayanın, gələr indi. Gəlif çayın qırağında iki rükət namaz qılıf, əlik gəlif. Hamı məhətdəl qalıf. Əliyin başını sığallıyıf. Deef, Allahın heyvanı, get. Çıxıf gedif. Atam qoymuyuv onu kəsələr.
71. SEYİD AĞA
Seyid Ağa varıydı, Allah rəhmət eləsin. Onu tutuflar, mindiriflər poyuza, nə qəddən eliyiflər, poyuz tərpəmmiyif. Deyiflər:
– Bala, bu poyuz niyə tərpəmmir dana, buna nooldu?
Kimsə deyir:
– Əyə, burya bir seyit tutuf qoyuflar. Ona gora bəlkə də tərpəmmir.
Seyidi düşürdüflər, poyuz tərpənif. Bax o həylə möcüzəli seyididi. Ojağına kim gedeydi, topal gedeerdi, xəsdə gedeerdi, sağalıf qayıderdı. Onu görmüşdüm həylə.
72. SEYİD SƏCCAH
Öy ilanı ojaxda olur, hər öydə olmaz. Məyyən ojaxlarda olar. Bizdərdə Seyid Əligil varıdı. Allah rəhmət eləsin, dədəsi hökümlü seyidiydi e. Elə-belə seyit dəyildi. İki aylığ uşax yüyrühdəymiş. Kişi aparıf şallağı qoyuv uşağın yüyrüyünün başına, qayıdıf ki, şallağın sapı şallaxdı, qabağı ilandı. Bax o Seyit Səccahın şallağı ilan olufdu. Oğlannarının adı Mirələmidi, Mir Ağaydı, Seyid Əliydi, Seyid Əziziydi, qızı Seyid Səkineydi. O qədər hökümlüydü kü, Kürə deyif, Kür, bölün, o Kür bölünüf, quru qalıf.
Ağzı əyilən gedərdi, ağzı düz qayıdardı. Nə işə gedirdin, niyətin qəbul olardı. Məsələn, Seyit Səccah bax bir ağacı belə basdırerdı dağa gedəndə, kimin nəyi olsa, pitonu15, qabı-qaşığı yığerdılar orya, heş kəs ona yaxın gedə bilməzdi. Möcüzə seyididi. Elə belə seyit dəyildi. Ojağına da maral gəlif sağılmağa. Əlin, bax-bax belə belinə çəkif deyif, mən südunu halal eliyirəm balana. Get, balan əmsin. Seyit Səccah Laçının o tayında Kosalı kəndi deyillər, ordanıdı. Uşaxları hamısı bırdadı. Hamısı kəramətdidilər. Ağlı qaçan, helə şey olan ancax seyitdərin ojağına gedərdi.
73. SEYİD MİRZƏ
Qonşu kəntdə seyit vardı. Seyit Mirzəydi adı. Qonum-qonşu danışırdı ki, Allaha and olsun, o seyit rəhmətə gedəndə onun çəpərinin divinnən kol götürməyə ilan imkan vermirdi. Sora deer evin uşağı gəlif deef ki, kolu kişinin qəbrinin üsdə aparıllar. (Qavaxda, qədimdə qəbrin üsdə kol qoyurdular ki, məsələn, nəysə gəlif buna toxunmasın). Hə. Bax onda ilana deeflər, çəkilif qırağa. Bax həmən o seyitgilin evində dayim ilan olur.
Böyüy oğlum su içəndə əyağı sürüşüf yıxılar hovuza, başı üsdə. Həm də nəzər dəymişdi ona. Üş gün keçmədi aradan, uşax düşdü ürəhgetmiyə. Üş dəfə gədə öldü, əlmizdən getdi, ağzına köpüh daşdandı, gözdər böyüdü, ta ölüm vəziyətində. Apardıx həmən Seyit Mirzənin ojağına. Qələm çalmağıynan elə orda da onun ürəhgetməsi dayandı.
74. MİR HƏŞİM
Bizim kəntdə Mir Həşim olub. Keçən il rəhmətə getdi. Allah rəhmət eləsin. Onun cəddi yaxşıydı. Dərələyəzdənidilər. Elə o zamannarı uşax vaxdı, bizim tərəkəmə vaxdında qoşuluf bizim camahata. Bırdan qız almışdı, elə olmuşdu buralı. Onun da bavasının ojağına ceyran, maral, ilan yığışer. Savax qalxer deer, Allahın heyvanı, qalxın, çıxın gedin. Qalxıf dağılıf, çıxıf gedillər. O da bax möcüzəli seyididi. Mir Həşim tərəkəmə vaxdı vuruluf Sarıya. (Bizim ovadan bir qıza). Onu alıf, qoşuluv olmuşdu bıralı. Onda tərəkəməçiliyidi e, kənt-mənt yoxudu ha. Kənt tanıyırdıx? Onda vuruluf qıza, onu alıv, elə onnan qaldı bırda. Dağdanıdılar e, Cermuxdan oyana, oralardan. Havağ onun cəddin çağırırdım, yerdə qalmazıdı. “Ay Mir Həşimin cəddi, belə olsun”, nə deyirdim, gərəy o oloydu. Allah ona irəhmət eləsin.
75. CƏRCİZ PEYĞƏMBƏR
Peyğəmbərə atam, anam qurban. Onun adı Cərciz peyğəmbərdi. Elə oldu ku, bı erməni-musulman davasınnan bir il qavax Beyləqanın İcra başçısı əmir verdi ki, aparın orya arpa tökün. Peyğəmbərin içinə arpa tökün. Yekə binadı da, qəlbi. Bı səfərnə, savaxları əmir verilif, bir smen aparıflar. Bir oğlan deyif, məni öldür, getmerəm. Mən aparıv orya arpa töhmerəm. İcra başcısı deyif ki, bunu tez tutun, aparın salın türmüyə. Bı səfərincə, bala, oğlanıca aparıf salellar türmüyə. Savağ ertə əmir verir ki, qamboylular töhsün aparsın. Gedif görüllər ki, əsdafrullah, torpağın sanı var, ilanın sanı yoxdu. (Peyğəmbərə getsən, deyəjəh). Hər yan ilandı. Gəliv əmir veriflər ki, getməyə təhər yoxdu, ilan nətəərdi, Allah bilir. Höküm verifdi şofirə, məni apar orya. Kişinin adı yadımnan çıxdı ey. O böyüyün. Qəşəhcə gedər orya. Elə bir az gedər, kişinin ağzı əyilər, gələr durar kürəyində. O kişi onnan öldü. Savağ ertə də qəşəhcənə getdilər oraları sildilər, süpürdülər. Beyləqan camahatı, tatallar gəvə apardılar, kilim apardılar, döşəhcə apardılar, kimin qülvünnən nə çıxdısa, apardılar. Peyğəmbərin için bəzədilər. Peyğəmbər hökümlüdü, qızım. Seyid Əmnə dedi ki, erməni davası da olsa, Peyğəmbərdən aşağı addıya bilməz heş vaxd. Peyğəmbər neçə ilin peyğəmbəridi, tarixi yoxdu.
76. PİR AĞACI
Bizim kətdə bir Pir ağacı olub. Eyzan kimsə deyirdi, ora xoruz deyirəm, ya toyux deyirəm. Aparıv orda kəsməliyih də. Həmən o Pir ağacının üsdündə kəsirdilər. Ermənilər də orda gedif nəysə kəsirdilər. O Pir ağacı palıd ağacıydı. Böyüh bir ağacıdı, dağın başındaydı. Orda mən də aparıf kəsmişəm xoruz. Mişa adında erməni varıdı. Onun bir qanadın16 kəsif aparıf yandırmışdı, səhər ağzı əyilmişdi. Ağzı əyilif gedif harda durmuşdu ha. Yanı onun ağzı heç vax da düzəlmədi. Elə helə də qaldı, ağzı əyri. Dedilər ki, o Piri kəsiv onnan yandırıv, ona görə ağzı əyilif.
Dostları ilə paylaş: |