31
rol oynayırlar. Çünki onlar hər gün insanlarla təmasda olurlar. Bizim
tədqiqatlarda epidemioloji əhəmiyyət kəsb edən 26 növ helmintdən 8 növü:
H.taeniaeformis, A.multilocularis, M.lineatus, T.spiralis, A.caninum,
T.leonina, T.canis, T.mystax, əhli ətyeyənlərin helmintlərindən 4 növü:
D.lanceatum, T.hydatigena, M.multiceps, E.granulosus əhli yırtıcılarla
yanaşı həm də əhli otyeyən heyvanların hеlmintləri ilə ümumilik təşkil edir.
Qalan 9 növ: F.hepatica, T.solium, M.hirudinaceus, H.hepatica,
T.retortaeformis, T.axei, T.colubriformis, M.elongatus, G.pulchrum isə əhli
otyeyən heyvanlarla ümumilik təşkil edirlər. Qalan 5 növ: A.alata,
H.diminuta, M.corti, Th.aerophilus, S.obvelata isə vəhşi heyvanlar arasında
yayılmışdır və əlverişli şərait yarandıqda bu invaziya törədiciləri insanlara
dа keçə bilərlər.
Göstərilənlərdən məlum olur ki, epidemioloji əhəmiyyət kəsb edən
helmintoz törədicilərinin saxlanılmasında və insanlara ötürülməsində əhli
yırtıcılar xüsusi rol oynayırlar. Ona görə də onların sayı və helmintoz
törədiciləri ilə yoluxması daima nəzarətdə olmalıdır. Xüsusilə yaşayış
məskənlərində sahibsiz itlərin və pişiklərin sayının nəzarətdən çıxmasına
yol vermək olmaz.
Yuxarıda göstərilənlərdən məlum olur ki, epidemioloji əhəmiyyət
kəsb edən helmintoz törədicilərinin saxlanılmasında və insanlara
ötürülməsində əhli yırtıcılar xüsusi rol oynayırlar. Ona görə də onların sayı
və helmintoz törədiciləri ilə yoluxması daima nəzarətdə olmalıdır. Xüsusilə
yaşayış məskənlərində sahibsiz itlərin və pişiklərin sayının nəzarətdən
çıxmasına yol vermək olmaz.
Vəhşi məməli heyvanların helmintlərindən 34 növü əhli otyeyənlərin,
33 növü əhli ətyeyənlərin, 11 növü eyni zamanda həm otyeyənlərin, həm də
ətyeyənlərin, E.mijagawai isə su quşlarının hеlmintləri ilə ümumilik təşkil
edir.
NƏTİCƏLƏR
1. Tədqiqat zamanı vəhşi məməlilərdə 74 cinsə, 32 fəsiləyə, 9 dəstəyə və 4
sinfə daxil olan 144 növ helmint aşkar edilmişdir. Bunlardan 13 növü
trematod, 30 növü sestod, 3 növü akantosefal və 98 növü də nematod
olmuşdur. Vəhşi məməli heyvanların helmintlərlə yoluxmasının
ekstensivliyi 77,9 % olmuşdur.
32
2. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Dovşankimilərdə 18 növ,
Gəmiricilərdə 48 növ, Yırtıcılarda 63 növ və Cütdırnaqlılarda isə 35 növ
helmint parazitlik edir.
3. Müəyyən edilmişdir ki, havanın nisbi rütubəti 95%-dən 45%-ə qədər
aşağı düşdükdə və temperatur 5
0
C-dən 45
0
C qədər yüksəldikdə 500 lüks
işıqlanma şəraitində Cysticercus tenuicollis qovuqları həyat qabiliyyətini
10-24 saat, eyni temperatur və işıqlanma şəraitində nisbi rütubət 95%-ə
qədər yüksəldikdə isə 24 saatdan 3-13 günə qədər, T.hydatigena
yumurtaları isə 11-16 günə qədər saxlaya bilirlər.
4. Məlum olmuşdur ki, T.hydatigena növünün sürfə mərhələsi (Cysticercus
tenuicollis) yoluxdurulmuş itlərin bağırsağında 60-64 günə, küçüklərin
bağırsağında 24-41 günə, pişiklərin bağırsağında 58-73 günə və pişik
balalarının bağırsağında isə 61-67 günə inkişaf edərək yetkin mərhələyə
çatır.
5. Təcrübə yolu ilə aşkar edilmişdir ki,
T.pisiformis yumurtaları ilə
yoluxmuş aralıq sahiblərdə (ada dovşanı və gəmiricilər) sistiserklər 10 gün
müddətində miqrasiya edərək qaraciyərə gəlir və invazion sistiserk
mərhələsinə isə 60-cı gündə çatır. İnvazion sistiserklərlə yoluxmuş axırıncı
sahiblərdə də T.pisiformis inkişaf edib 40 günə yetkin mərhələyə çatır.
6. Müəyyən edilmişdir ki, 90-100% nisbi rütubət və 150-500 lüks
işıqlanma şəraitində temperaturun +21
0
C-dən 37
0
C-yə qədər yüksəlməsi
zamanı Trichocephalus leporis yumurtalarının inkişafı demək olar ki, 2
dəfə - 99-130 gündən 45-62 günə qədər sürətlənir və invazion sürfələr
əmələ gəlir. Ancaq temperaturun 45
0
C-yə qədər yüksəldilməsi zamanı
inkişaf dayanır və bir həftə ərzində bütün yumurtalar ölürlər. Havanın nisbi
rütubəti 60-55% -ə qədər aşağı düşdükdə +21-37
0
C temperaturda istənilən
işıqlanma şəraitində bütün yumurtalar bir həftə ərzində tamamilə ölürlər.
7. Trichocephalus myocastoris yumurtalarının embrional inkişafı
mərhələləri öyrənilmiş və müəyyən edilmişdir ki, 100% nəmlik və 500 lüks
işıqlanma şəraitində temperaturu +25
0
C-dən 37
0
C-yə qədər yüksəltdikdə
invazion sürfələrin əmələ gəlməsi 50-63 gündən 23 günə qədər sürətlənir.
Nisbi rütubəti 55%-ə qədər aşağı saldıqda 500 lüks işıqlanma şəraitində
yumurtalar 5-24 saat ərzində tamamilə məhv olurlar. Müəyyən edilmişdir
ki, yumurtalar qızdırılmaya çox davamsızdırlar və +35
0
C-də bir gün
ərzində, +55
0
C-də 30%-i və +60
0
C-də isə 1-2 dəqiqəyə hamısı məhv
olurlar.
8. Müxtəlif tip torpaqlarda Trichocephalus ovis növünün yumurtalarının
inkişaf mərhələləri ilk dəfə öyrənilmiş və müəyyən edilmişdir ki, havanının