------------------------------------------Neft Daşları-------------------------------------------
qoyulmuşdur ki, Azərbaycan Dövlət Neft Şirkəti dünya miqyasında beynəlxalq və
aparıcı şirkətlərin birinə çevrilsin. Bu istiqamətdə vacib addımlar atılır. Artıq
Azərbaycan Dövlət Neft Şirkəti öz imkanları, həm maliyyə, həm texniki imkanları
hesabına kəşfiyyat işləri aparır. "Ümid" yatağında qazma işləri başlanmışdır.
"Babək" yatağında eyni dərəcədə qazma işləri aparılmalıdır. Əgər o qazma işləri
uğurla nəticələnsə, - biz buna inanırıq, - Azərbaycanın neft-qaz potensialı daha da
artacaqdır.
Azərbaycan Dövlət Neft Şirkəti artıq xarici ölkələrə böyük investisiyalar
qoyur. Həm bölgə ölkələrində, həm Avropanın mərkəzində. Eyni zamanda, Uzaq
Şərqdə Azərbaycan Neft Şirkətinin nümayəndəlikləri vardır və bu proses davam
edir. Yəni, qlobal, transmilli, ancaq, eyni zamanda, milli və dövlət şirkəti olan
Azərbaycan Dövlət Neft Şirkəti dünya miqyasında neft şirkətləri arasında reytinqdə
yaxşı yerlərdədir. Azərbaycan Dövlət Neft Şirkətinin gücləndirilməsi həm
Azərbaycanın maraqlarına cavab verir, həm də Azərbaycanda neft-qaz sənayesinin
inkişafı, sosial məsələlərin həlli üçün çox vacibdir.
Son bir neçə il ərzində Dövlət Neft Şirkəti tərəfindən bölgələrdə doqquz ən
müasir diaqnostika-müalicə mərkəzləri tikilmişdir, beş-altısı da tikilməkdədir. Həm
sosial yük, həm iqtisadi yük, həm xaricdə investisiyalar, yəni bu, doğrudan da böyük
işlərdir. Bu, bir daha Azərbaycanın inkişafını göstərir. Biz həm gündəlik həyatda,
həm uzunmüddətli strategiyamızda bir məqsədi qarşımıza qoymuşuq: Azərbaycanın
güclənməsi,
Azərbaycanın
dövlət
müstəqilliyinin
möhkəmləndirilməsi,
Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, Azərbaycan xalqının daha da
yaxşı yaşaması. Qısaca desəm, əsas istiqamətlər bunlardır. Bu yolda bütün addımlar
Azərbaycanın maraqlarına cavab verir, bütün qərarlar vaxtında icra edilir. Belə olan
halda Azərbaycanın inkişafı uzunmüddətli və dayanıqlı olacaqdır.
Bax, 2009-cu il bütün ölkələr üçün bir sınaq ili idi. 2009-cu ilə qədər
mənzərə o qədər də aydın deyildi, kim nəyə qadirdir. Məhz ən ağır, ən çətin sınaq ili
29
------------------------------------------Neft Daşları-------------------------------------------
olan 2009-cu ildə Azərbaycan göstərdi ki, dünyada nadir ölkələrdəndir.
Azərbaycanda iqtisadiyyat, sənaye istehsalı, kənd təsərrüfatı artır, milli valyuta
sabitdir, inflyasiya iki faizdir. Budur görülən işlərin nəticəsi.
Bu gün bu gözəl yubiley bayramında
bir daha bu məsələyə toxunmaq, hesab
edirəm ki, lazımdır. Çünki bir daha qayıdıram əsas məsələyə - bizim uğurlarımızın
təməlində neftçilərin zəhməti dayanır. Neft sənayesi uzun illər bundan sonra
Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir. Biz istəyirik və nail oluruq ki,
qeyri-neft sektoru inkişaf etsin. Ancaq qeyri-neft sektoru hələ on il, iyirmi il bundan
sonra da neft sənayesinin yerini verə bilməz. Biz bundan sonra da neft sənayesinin
inkişafı üçün əlimizdən gələni edəcəyik və Azərbaycan neftçilərinin bütün
problemlərinin həlli üçün öz sözümüzü deyəcəyik, lazımi tədbirlərimizi görəcəyik.
Bu gün burada nümayiş etdirilən filmdə çox maraqlı kadrlar göstərildi, eyni
zamanda, o cümlədən 5 il bundan əvvəlki görüşümüzün bəzi görüntüləri göstərildi.
Mənim sözlərim göstərildi. Mən demişəm ki, həyatımın müəyyən hissəsi
Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. Mənim üçün bu, çox əzizdir, bu,
təcrübə üçün çox dəyərlidir. O sözləri mən bu gün də təkrarlaya bilərəm. Beş il
keçəndən sonra
deyə bilərəm ki, 1994-2003-cü illərdə neft şirkətində keçirdiyim illər
mənim bugünkü fəaliyyətim üçün də çox vacibdir. Orada əldə edilmiş təcrübə,
neftçilərlə bir kollektivdə olmağım mənim bu gün Prezident kimi fəaliyyətimdə də
çox vacib rol oynayır.
Beş il bundan əvvəl mən Prezident kimi gənc idim, cəmi bir il - Prezident
vəzifəsində idim. O vaxt əlbəttə, ancaq planlar haqqında, Azərbaycanın beş il sonra
hansı vəziyyətdə olacağı haqqında bərabər düşünürdük və planlar cızırdıq. Bu il -
beş il keçəndən sonra mən çox böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, beş il
bundan əvvəl, 6 il bundan əvvəl nəzərdə tutulmuş bütün planlar reallaşıb.
Baxmayaraq ki, bölgədə həm iqtisadi, həm siyasi vəziyyət bəzən gərginləşirdi.
Baxmayaraq ki, bölgəmizin öz xüsusiyyətləri vardır və bu xüsusiyyətlər həmişə
30
------------------------------------------Neft Daşları-------------------------------------------
mövcud olacaqdır. Biz bu bölgədə yaşayırıq və bölgədə gedən prosesləri yaxşı
bilirik. Bilirik ki, bu xüsusiyyətlər həmişə olacaqdır. Ancaq biz son illər ərzində
müstəqil ölkə kimi özümüzü bir daha təsdiq etdik. Bir
daha göstərdik ki, Azərbaycan
müstəqil ölkə kimi yaxşı yaşaya bilər, öz milli maraqlarını qoruya, müdafiə edə
bilər. Azərbaycanın inkişafı üçün nə lazımdır, onu edəcəyik.
Mən bu əziz gündə, əziz neftçilər və Azərbaycan neft sənayesinin bütün
işçiləri, bir daha sizi ürəkdən təbrik etmək istəyirəm, sizə öz dərin minnətdarlığımı
bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, mən həmişə sizinlə olacağam.
Mən sizin dəstəyinizi həmişə hiss edirəm. Əmin ola bilərsiniz ki, siz də hər zaman
mənim dəstəyimə arxalana bilərsiniz. Bir daha bayramınız mübarək olsun, sizə
cansağlığı, yeni uğurlar arzulayıram.
(Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə
gurultulu alqışlarla qarşılandı).
AzərTAc
Azərbaycan.- 2009. - 6 noyabr.- s. 1-2.
31