274
20 Avqust - Xalq artisti, dirijor Niyazinin anadan olmasının 105 illiyi,
(1912-1984)
Niyazi Tağızadə-Hacıbəyov Zülfüqar oğlu Tbilisi
şəhərində dünyaya göz açmışdır. İlk musiqi təhsilini öz
əmisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyovdan və
skripkaçı - professor L.Bretanitskidən almışdır. Müxtəlif
dövrlərdə Niyazi Bakı Kinostudiyasının musiqi rəhbəri,
Azərbaycan Dövlət Estradasının bədii rəhbəri, Azərbaycan
Dövlət Cazının bədii rəhbəri, Opera və Balet Teatrının
dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri və Azərbaycan Dövlət Simfonik Orkestrinin baş
dirijoru kimi çoxşaxəli fəaliyyət göstərərək, milli musiqi
mədəniyyətimizin inkişafı və təbliği yolunda yorulmadan çalışmışdır. Niyazi ilk
Azərbaycan dirijorudur ki, 1961-ci ildə Leninqrad Opera və Balet Teatrına baş
dirijor təyin olunmuşdur. Onun ―Rast‖ simfonik muğamı Azərbaycan musiqi
xəzinəsinin ən maraqlı və nadir incilərindəndir. Böyük hind yazıçısı Rabindranat
Taqorun əsəri əsasında yazdığı ―Çitra‖ baleti Cavahirlər Nehru adına Beynəlxalq
Mükafata layiq görülmüş, bir çox teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.
Bəstəkar həmçinin ―Xosrov və Şirin‖ operasının, ―Zaqatala‖ süitasının, kütləvi
mahnı janrının ilk nümunələrindən olan ―Vətən haqqında mahnı‖, ―Təbrizim‖,
―Qaragilə‖ mahnılarının, teatr tamaşalarına və kinofilmlərə yazılmış musiqinin
müəllifidir. Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan"
və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını
("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.)
simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota
salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli
"Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. O, "Təbrizim", "Dağlar qızı",
"Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə.Haqverdiyevin
―Dağılan tifaq‖, C.Cabbarlının ―Almas‖, S.Vurğunun ―Vaqif‖, A.Korneyçukun
―Polad qartal‖ dram tamaşalarına, həmçinin ―Almas‖, ―Kəndlilər‖, ―Fətəli xan‖
və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Məşhur dirijor və bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı
laureatı, 2-dəfə Stalin Mükafatı laureatı, Beynəlxalq Nehru Mükafatı laureatı, 2
Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı (1982) adına layiq görülmüş Niyazi
1984-cü il avqustun 2-də vəfat etmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
275
Milli qəhrəmanlar zirvəsi
1 Avqust - Azərbaycanın Milli Qəhrəmanı
Əliyev Ehtiram İsrayıl oğlunun
anadan olmasının 45 illiyi, (1972)
Ehtiram Əliyev Ucar rayonunun Qazyan kəndində
anadan olub. Səkkiinci sinfi 1987-ci ildə doğma kəndində
bitirərək, Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci
ilin iyunun 5-dən 1996-cı ilin avqustunadək hərbi xidmətdə
olub. Onu Naxçıvana göndərirlər. Ehtiram Sədərəkdə və
Batabat yaylağında əsl qəhrəmanlıq göstərir. Daha sonra
o, (1993-cü ildə) Ağdam cəbhəsinə göndərilir. 1994-cü
il yanvarın 5-də döyüşçülərimiz hücum edərək erməniləri 45
km geri oturda bilirlər. Bu döyüşdə Ehtiram yaralanır. Lakin
müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə
Tərtər cəbhəsinə yollanır. Hənin döyüşlər zamanı da Ehtiram fədakarlıqla vuruşur,
onlarla erməni qulduru məhv edilir.
Vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə
görə
Əliyev Ehtiram İsrayıl oğlunna
Azərbaycan Respublikası Prezidentinin 1995-
ci il aprel tarixli 307 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə
Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. "Təfəkkür" universitetini bitirib.
Hazırda Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda rəis müavinidir. Ailəlidir.
Bir qızı, iki oğlu var.
İnsanın od-alovlu
Tarixlərə heyrəti,
Anaların qırğına,
Sülhün hərbə nifrəti –
Hərbi andımdır mənim.
Ələmdar Quluzadə
İnternetdə:
www.az.wikipedia.orq
Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010.
276
31 Avqust -
Azərbaycanın Milli Qəhrəmanı
Nəcəfov Yunis İsa oğlunun
anadan olmasının 50 illiyi, (1967-1992)
Yunis
Nəcəfov Kəlbəcər rayonunda anadan
olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə
getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi
bitirmişdir. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə
daxil olmuş, daha sonra Çelyabinsk Tank Məktəbində
təhsilini davam etdirmişdir. 1989-cu ildə leytenant rütbəsi
almış və qulluğa başlamışdır. 1990-cı il 20 Yanvar hadisəsi
ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılmışdır. 1991-ci
il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis "N"
saylı bölüyə komandir təyin edilmişdir. Yunis bir neçə şəhər və rayonlarda şərəfli
döyüş yolu keçmişdir. O, Kərkicahan, Malıbəyli kəndlərinin və Şuşa şəhərinin
müdafiəsində xüsusilə fərqlənmişdir. Daha sonra döyüşçülər hazırlamaq məqsədilə
Bakıya göndərilmişdir. Lakin Laçın və Şuşa erməni hücumlarına məruz qalan
zaman yenidən cəbhəyə dönmüşdür. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-
ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak olmuşdur. Subay idi. Goranboy rayonunun Qarqucaq kəndində dəfn
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı
fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulmuşdur.
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Nəriman Həsənzadə
İnternetdə:
www.az.wikipedia.orq