Məktəbəqədər yaşh uşaqların milli tərbiyəsinin bəzi
məsələləri
Müstəqillik qazandığımız indiki
şəraitdə yetişən nəslin
milli ruhda tərbiyə olunması mühüm məsələlərdəndir. Əsrlər
boyu tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız saxtalaş-
dınimış, müxtəlif təzyiqlərə məruz qalmışdır. Bu isə istər-
istəməz uşaqlann öz milli psixologiyası, soykökü haqqmda
qaynaqlanmıza bələdlik yolunda əngələ çevrihnişdir. Odur ki,
məktəbəqədər yaşlı uşaqlarda milli-mənəvi,
etik-estetik
keyfiyyətləri dirçəltməyə, təlim-tərbiyə sahəsində milliliyə,
özünütəsdiqə xüsusi fildr vermək zərurəti meydana çıxır. Bu
günün uşağı elə tərbiyə olunmalıdır ki, o, əxlaq, mədəni rəftar
normalanmıza ürəkdən bağlansın. Çünki son vaxtlar sərxoşlu- ğa,
narkomanlığa qurşanan, pozğun həyat tərzi keçirən oğlan və
qızlann, özündən yaşlı adamların yanında saymazyanalıqla
papiros çəkənlərin, metroda, avtobusda böyüklərə hörmətsizlik
edənlərin,
bir sözlə, milli mentalitetimizə məhəl qoyma- yanlann
sayı artmışdır. Bütün bunlar isə məktəbəqədər yaşlı uşağın gözü
qarşısmda baş verir. Ona görə də lap kiçik yaşdan başlayaraq
uşaqlan milli ruhda tərbiyə etmək üçün insan ləyaqətini alçaldan,
azərbaycançılığa yaraşmayan mənfi xüsusiyyətlərin qarşısına
keçilməz sədd çəkmək üçün tərbiyə sistemini büsbütün
yeniləşdirməliyik.
Təəssüf hissi ilə qeyd etməliyik ki, müstəqillik əldə
edilənədək yetişən nəslin şüurunda kök salmış kommunist
tərbiyəsinin bütün tərkib hissələri Sov. İKP Proqrammm
sxolastik-ideoloji xəttinə xidmət etdiyinə görə milli
tərbiyə amili
tamamilə unudulmuşdu. Zərərli ateist təbliğatı, habelə
mənəviyyatımızla daban-dabana zidd olan, bizi özümüzdən
qoparıb ayırmağa xidmət edən neçə-neçə mənasız direktivlər
gözəl adət-ənənələrimizi, milli qəhrəmanlanmızı, bayramlan-
mızı, görkəmli sərkərdələrimizi,
mədəniyyətimizin böyük
simalarını unutdurmuşdu. Uşaq bağçasında öyrədiləli mövzuların
əksəriyyəti partiyanın əsas ideya istiqamətinə, sosializm
quruculuğunun <
41
nəslin beyninə, şüuruna saxta beynəlmiləlçilik toxumu
səpilmişdi. Nə gizlədək, elə bu gün də, nəinki uşaqlar, şagirdlər,
tələbələr, hətta bəzi müəllimlər belə «Milli tərbiyənin mahiyyəti
nədir?» sualına cavab verməkdə çətinlik çəkirlər. İndi tələbat
bambaşqadır. Hər sahədə islahatlar apanlır, yeniləşmə küləyi
əsir. Ona görə də keçmiş stereotiplərdən yaxa qurtarmalı, milli
mədəniyyətimizi dərindən dərk etməli, soyumuza, kökümüzə
qayıtmalı, zəngin qəhrəmanlıq
tariximizi, mədəniyyətimizi,
ədəbiyyatımızı, sağlam adət-ənənələrimizi öyrənməli və
öyrətməliyik. Bu məsələlərin həyata keçirilməsində, şübhəsiz,
maarifçilər, təhsil işçiləri, xüsusilə məktəbəqədər tərbiyə
müəssisələrində çalışanlar öndə getməlidirlər.
Milli-mənəvi tərbiyənin bünövrəsi ibtidai məktəblərdən
əvvəl məktəbəqədər tərbiyə müəssisələrində qoyulur. Professor
Y.Kərimovun 1-ci siniflər üçün tərtib etdiyi «Əlifba»
dərsliyi
(Bakı, Maarif, 1998) dövlətçiliyini, suverenliyini təsdiq etmiş
respublikamızın tarixində milli zəmində yazılmış və latın
qrafikası ilə çap olunmuş ilk faydalı dərslikdir. Müəllif kiçikyaşlı
məktəblidə öz vətəni haqqında ilkin təsəvvür yaratmağı,
vətəninə, torpağına, elinə, ulusuna məhəbbət hissi aşılamağı
diqqət mərkəzində saxlamışdır. 89-cu səhifədə verilmiş «Vətəni
sevməyən insan olmaz, olsa da, ol şəxsdə vicdan olmaz» məşhur
misralan balacalann qəlbində vətən sevgisini alovlandırır. 92-ci
səhifədəki Şəhidlər xiyabanına həsr edilmiş «Bakıda» adlı
mətndə azyaşlı Larisa və İlqann qəddar rus ordusu tərəfindən
qətlə yetirilməsi ilə tanış olarkən məktəblilər düşmənə sonsuz
nifrət, vətənin azadlığı və səadəti uğrunda canından keçənlərə isə
rəğbət bəsləyirlər.
Yetişən nəsli böyüklərə hörmət ruhunda tərbiyələndirmək
baxımından 110-cu səhifədəki «Ana» mətni səciyyəvidir. Burada
Həzrəti Məhəmməd peyğəmbərin kəİamlanndan istifadə
olunmuşdur. Həmin mətn şagirdləri ata-analannm zəhmətlərini
qymətləndirməyə, böyülərə hörinət etməyə, yaxşı
əməllər
dalınca getməyə çağınr. Bu hisslər onlarda 119- cu səhifədə
M.Dilbazinin «Böyüklərə hörmət et» şerində daha
42
da möhkəmləndirilir. «Vətən» başlığı altında verilmiş (səh. 136)
«Ana yurdumuz» mətnində şagirdlər Azərbaycanı ikiyə bölmüş
çar Rusiyasının ədalətsizliyi haqqında müfəssəl məlumata
yiyələnirlər. «Respublika günü» mətnində isə (səh. 140)
şagirdlərə ilk demokratik cümhuriyyətimiz barəsində bilgilər
verilir. Mətn balacalann milli mənlik şüurunun formalaşmasına
müsbət təsir göstərir.
Dərslikdəki şifahi xalq ədəbiyyatı nümunələri şagirdlərin
öyrəndikləri materiallann məzmununu tamamlamaq, onlan milli
ruhda tərbiyə etmək məqsədi daşıyır.
Kiçikyaşlı məktəblilərin milli-mənəvi tərbiyəsində öz
tarixinin,
mədəniyyətinin,
dilinin,
dininin,
əxlaqi
keyfiyyətlərinin öyrənilməsində, onlan əsl vətənpərvər kimi
yetişdirməkdə «Əlifba» ilə yanaşı, «Oxu» dərsləri də mühüm
yer tutur. Buradakı ədəbi-bədii mətnlər,
atalar sözləri, bayatılar,
zərb-məsəllər, nəsihətlərlə tanışlıq doğma vətənə, ata-anaya,
ağsaqqala, ağbirçəyə hörmət, uşaqlara qayğı və diqqət kifhi
əxlaqi keyfiyyətlər aşılayır. Əgər istəyiriksə uşaqlanmız belə
milli hissləri yaxşı mənimsəsin, gərək onda hələ məktəbəqədər
yaş dövründən başlayaraq həm ailədə, həm də bağçada
mütəmadi olaraq milli-mənəvi dəyərlərdən bəhs edən
söhbətlərlə uşaqlanmızın idrakını zənginləşdirək.
Dostları ilə paylaş: