Mifologiya
14
Şumer-Akkad mifologiyası.
Misir v
ə Yəhudi mifologiyaları
1.
Şumer-Akkad mədəniyyəti. Şumerlərin mənşəyi haqqın-
da.
2.
Şumer-Akkad ədəbi nümunələrinin təsnifi.
3.
Şumer-Akkad miflərində əsas tanrılar.
4.
“Bilqamıs” dastanı qədim Şumer-Akkad ədəbiyyatının
ən yaxşı nümunəsi kimi.
5.
Misir mifologiyasında Allahlar panteonu.
6.
Misir mifl
ərinin təsnifi.
7.
Y
əhudi mifologiyasında Yəhva baş tanrı kimi.
8.
Dünyanın yaranması haqqında mifoloji görüşlər.
Şumer-Akkad mədəniyyəti dünyanın ən qədim yaşayış məs-
k
ənlərinin birində-Mesopotomiyada (İkiçayarası) yaranıb formalaş-
mışdır. B.e. əvvəl IV minilliyin sonu II minilliyin əvvəli bəşər tari-
xind
ə Şumer dövrü hesab edilir. Amerika alimi S.Kramerin “Tarix
Şumerdən başlanır” kitabı Şumerlərin kimliyi, onların mədəniyyəti
v
ə s. haqqında geniş məlumat verir. Şumerlər haqqında elm aləmində
müxt
əlif mübahisələr mövcud olsa da, onların yaratdıqları Ur, Uruk,
Kiş şəhər-dövlətlər ən qədim sivilizasiyaların mərkəzi hesab olunur.
Şumer-Akkad ədəbi nümunələri, əsasən dörd qrupa bölünür:
1.
Kosmoqonik v
ə etioloji miflər
2.
Allahlar v
ə mədəni qəhrəmanlar haqqında dastanlar
3.
Lirik m
ətnlər
4.
Didaktik,
əxlaqi-tərbiyəvi əsərlər
Şumer-Akkad miflərində kainatın yaranması, onun strukturu,
allahların mənşəyi, insanlara gətirdikləri fəlakət və xoşbəxtliklər və
s. haqqında bəhs olunur.
Şumerlərin mifoloji düşüncəsində Allahlara aid miflərin ya-
ran
masında kahinlərin xüsusi rol oynaması mühüm yer tutur. Anu,
Enlil, Enki v
ə Ninhursaq bu mifologiyada əsas tanrılar hesab edilir.
Şumerlərin mifoloji düşüncəsinə görə bütün allahlar ilkin okean ila-
h
əsi Nammudan yaranmışdır. Enlil (“küləklər allahı”) baş allah möv-
qeyind
ə çıxış edir.
“Bilqamıs” dastanı (“dünyanın hər üzünü görmüş, hər şeyi
bil
ən adamın dastanı”) yalnız qədim Şumer-Akkad ədəbiyyatının de-
Avtandil Ağbaba
15
yil, eyni
zamanda dünyanın ən zəngin və ən əski miflərindən biri he-
sab edilir. “B
ilqamıs” haqqında qədim şumer, hett, akkad və hurri
dill
ərində bu günümüzə çoxlu əfsanə və nağıllar, müxtəlif mətnlər
g
əlib çatmışdır. Bu dastan Şumer mətnlərində beş nəğmə şəklində
qu
rulmuşdur:
1.
Bilqamıs və Aqa
2.
Bilqamıs və Ölməzlər dağı
3.
Bilqamıs və Səma buğası
4.
Bilqamıs, Enkidü və yeraltı dünya
5.
Bilqamıs yeraltı dünyada
Akkad variantında dastanın mövzu və sujeti dörd hissəyə bölü-
nür:
1.
Enkidü haqqında poema
2.
Sidr meşəsində Humbaba ilə döyüş
3.
İştarın hiyləgər və dağıdıcı fəaliyyəti
4.
Bilqamısın ölümsüz həyat axtarması
“Bilqamıs” dastanı təqribən b.e. əvvəl VI-II minilliklərdə for-
ma
laşaraq gil lövhələr üzərinə köçürülmüşdür. On iki gil lövhədən
ibar
ət bu dastanın əsas qəhrəmanı Bilqamıs böyük şəhərlər saldırır,
çoxlu q
əhrəmanlıqlar göstərir. Dostu Enkidü ilə birlikdə qorxunc
Hum
babanı öldürdükdən sonra allahlar tərəfindən Enkidü ölümə
m
əhkum edilir. Bilqamıs ölümə qalib gəlmək üçün əbədi həyat qa-
zan
mış Utnapiştidən dənizin dibindəki ölümsüzlük çiçəyinin yerini
öyr
ənir. O, çox çətinliklə bu çiçəyi əldə edir. Lakin çiçəyi öz xalqı
üçün aparmaq ist
əyəndə yolda bir ilan onu oğurlayır, əbədi həyat
Bilqamısa yox, ilana qismət olur.
Bilqamış adı bir sıra dillərdə Bilqameş, Gilqamış və s. şəklin-
d
ə də verilir. Dastanın akkad variantını dilimizə İsmayıl Vəliyev tər-
cüm
ə edərək (1985; 1999) çap etdirmişdir.
Misir mifologiyası dünyanın ən qədim mifologiyalarından biri
hesab olunur. Misirlil
ərin mifoloji düşüncələri “Piramida mətnləri”,
“Ölül
ər kitabı”, “Böyük himn”, “Amduat”, “Sərdabələr mətnləri” və
s. kimi ilkin yazılı mənbələrdə öz əksini tapmışdır. Misir mifologiya-
sında allahlar panteonu çox zəngindir. Burada allahlar heyvan başlı
insan şəklində təsəvvür edilir. Öküz-Apis, Minebis; ilan, timsah-
Sebek;
şahin-Qor və s. adlarla tanınan allahlar panteonu mövcuddur.
Gün
əş allahı Atum-Ra dünyanın, digər allahların, insanların və s.
var
lıqların yaradıcısı kimi təsəvvür olunur.
Mifologiya
16
Misir mifl
ərini məzmununa görə bu cür qruplaşdırmaq olar:
1.
Ozirisl
ə bağlı miflər
2.
Ra il
ə əlaqədar miflər
3.
Nil
ə həsr olunmuş miflər
Ozirisl
ə bağlı müxtəlif mifik mətnlər mövcuddur. Ozirislə
qar
daşı Setin mübarizəsində siyasi motiv əsas yer tutur. Digər bir
mifd
ə Oziris bitkiçilik allahı kimi təsəvvür edilir. Qışda təbiət öldü-
yü, yazda dirildiyi üçün Oziris d
ə ölüb-dirilən allahdır. Üçüncü qisim
mifl
ərdə Oziris ölənlərin ruhunu mühakimə edən cəhənnəm hakimi-
dir. “Pramida m
ətnləri”ndə Oziris “batmış allah” adlandırılır. O, yer
allahı Qebin oğlu kimi təqdim olunur. Aldadılaraq sandığa salınıb
Nil çayına atılan Oziris sandığın içində Aralıq dənizinə çıxır. Onu ar-
va
dı İzida tapıb xilas edir. Lakin ölülər dünyasından çıxan Oziris
yerd
ə qalmır, ölülərin ruhunun olduğu Qərb vilayətinin padşahı olur.
Ozirisin intiqamını oğlu Qor əmisi (Ozirisin qardaşı) Setdən alır.
Misirlil
ərin Allahlar panteonunda günəş allahı Amon-Ra
(Atum-
Ra) xüsusi yer tutur. Bir sıra miflərdə Ranın öz düşmənləri ilə
mübariz
əsi təsvir olunur. Heliopol variantında Atum-Ra Xaosdan ya-
ra
nır, öz toxumunu udub hamilə qalır və beləliklə, hava allahı Şu, rü-
tub
ət allahı Tefnutu yaradır. Sonralar onlar da digər allahları yaradır-
lar. Heliopolun m
əşhur “Böyük allahlar doqquzluğu” belə yaranır.
Bu panteona daxıldir: Atum-Ra, Şu, Tefnut, Qeb, Nut, Oziris, İzida,
Set v
ə Neftida.
Misirlil
ərin mifoloji görüşlərində Günəşin “gözləri”-qızları
haq
qında “Xator Tefnutun Nubiyadan qayıtması” və “Günah işlədən
adam
ların məhv edilməsi” adlı miflər geniş yayılmışdır. Qədim mi-
sirlil
ər günəşi Günəş allahının-Ranın gözü kimi başa düşürdülər. Bə-
z
ən günəş allahın sağ, ay isə sol gözü kimi təsəvvür olunurdu.
“Xator Tefnutun Nubiyadan qay
ıtması” mifində Ranın qızı
Tefnut ondan küs
ərək çıxıb gedir. Ra öz qızı-günəşin gözləri üçün
da
rıxdığından onu geri qayıtmağa razı salır. Xator-Tefnutun Nubiya-
dan qayıdışı ilin fəsillərinin dəyişilməsi haqqında əski baxışları əks
etdirir.
“Günah işlədən adamların məhv edilməsi” mifində isə Ra-ya
qar
şı çıxan adamların məhvindən, sonra isə onların bağışlanmasın-
dan, xaosun nizama sal
ınmasından bəhs olunur. Bu mifdə günəş alla-
hı Ra-ya qarşı çıxanlarla firona qarşı üsyan edənlərin taleyinin eynili-
yi fikri, h
əmçinin qədim mifik təsəvvürlər əks olunur.
Dostları ilə paylaş: |