sənaye məhsulunun qənaətbəxş olmayan mübadiləsi şəraitində
onların ölçüyəgəlməz artımı ilə nəticələndi.
Bu dövrdə neftqazçıxarma sənayesində olunduğu kimi,
xam neftin qiymətinin qaldırılması ən kəskin problem kimi
qarşıda dururdu. Həmin müddət ərzində neftin topdansatış
qiyməti 17,6 dəfə artaraq 2200 manata, 1 milyon m
3
qazın
qiyməti 5,8 dəfə artaraq 87,5 manata çatdırıldı. Qeyd
olunuduğu kimi, «Azərneft» İB-nə Sovetlər İttifaqında uzun
illər «pentabelli» olmayan bir qurum kimi baxılımış hasilata
çəkilən xərcləri az planlaşdırmış, onu süni sürətdə zərərlə
işləyən təşkilata çevirmişdir. Zərərləri isə sabirləşdirmə
fondunun hesabına, dotasiya şəklimdə ödəmişdir.
Əlbətdə ilk vaxtlarda bu sahələrdə qiymət islahatını
aparmaq o qədər də sadə məsələ deyildi. Neft və qaz istehsalı
bəlidir ki, respublikada iqtisadiyyatının digər sahələri ilə sıx
əlaqədardır. Qiymətlərin sürətli artımı məhsulun keyfiyyətinin
o qədər də yüksək olması ilə fərqlənməyən sənaye sahələrinin
vəziyyətini xeyli pisləşdirə bilərdi. Buna baxmayaraq
«Azərneft» və «Xəzərdənizneftqaz» istehsalat birlikləri üzrə
neftin qiymətinin qaldırılması və bu məsələnin respublika
höküməti səviyyəsində həll edilməsi məsələsi obyektiv zərurətə
çevirildi. Respublika iqtisadiyyatının aparıcı sahələrindən biri
olan neftqazçıxarma sənayesində qiymət problemi ən ağır, eyni
zamanda çoxlu suallar, problemlər doğuran bir məsələdir. Bu
problemin son illər ərzindəki ( sərt planlaşma sistemi və azad
iqtisadiyyat şəraitində) dinamikasının təhlili elmi əhəniyyət
kəsb edir.
Respublikamızda 1992-ci ildə neft və enerji
daşıyıçılarının qiymətinin qaldırılması ilə əlaqədar ilk mühüm
qərar qəbul edilmişdi. Neftin və qazın qiyməti kəskin qaldırılsa
da bu hədd yenə də sahəni idarə etmək üçün kifayət deyildi.
Yeni iqtisadi sistemə keçid iqtisadi sarsıntılarla müşayiət
olduğundan neftqazçıxarma sənayesində SSRİ dövlətinin
dağıldığı ərəfədə başlanmış böhran daha kəskin xarakter alırdı.
47
Sahadə istifadə edilən avadanlıqların, materialların və kimyəvi
reagentlərin, elektrik enerjisinin qiymətləri tez-tez artmaya
məruz qalırdı. Neftqazçıxarma müəssisələrinin maliyyə
vəziyyəti isə daha da ağırlaçırdı. Hasilatı sabitləşdirmək, onun
azalmasının qarşısını almaq üçün isə küllü miqdarda vəsait, o
cümlədən valyuta lazım idi. Daxili ehtiyat mənbələrinin və
digər vəsaitlərin olmaması, səngimək bilməyən inflyasiya
neftin qiymətlərinin tez-tez artırılmasını zəruri edirdi.
Qiymətlərin vaxtaşırı dəyişdirilməsi sahədə ətraflı iqtisadi
təhlinin aparılmasına maneçilik törədirdi. Bu təhlil bir də ona
görə çətinləşir ki, inflyasiya səviyyəsi sürətlə artaraq yüksək
zərvəyə çatmaqda idi. Nazirlər Kabinetinin qərarına əsasən
neftin orta topdansatış qiyməti yenə də artırılaq 1 ton üçün
6056 manat qəbul edildi. Bu qiymət neft sənayesinin inkişafı
üçün nəzərdə tutulmuş sabitləşdirma fondunun
formalaşmasına, sahədə əmək haqqının artırılmasına, sosial
problemlərin həllinə müvəqqəti də olsa xeyli imkan yaratdı.
Bunula belə, respublika iqtisadiyyatını cuğlamış böhranlı
vəziyyət inflyasiyanın yüksək artım faizi, digər tərəfədən isə
respublikaya kənardan gətirilən maşın və avadanlıqların
qiymətlərinin də yüksək olması istehsal birliyinin bütün
müəssisələrində ahəngdarlığın pozulmasına, hasilata bağlı
geoloji texniki və digər istehsal tadbirlərin lazımı səviyyədə
həyata keçirilməsinə imkan vermirdi. 1994-cü ildə də
inflyasiyan yüksək dərəcədə davam edirdi. QNQÇİB-yə daxil
olan bütün müəssisələr isə ili zərərlə başa vurmuşlar.
Bütünlükdə QNQÇİB 1,529 milyard manat zərər çəkmişdir ki,
onun da 987 milyard manatı bilavasitə hasilatla bağlı olmuşdur.
1995-1996-cı illərdə neftin və digər enerji daşıyıçıların
qiymətinin qalxması ilə əlaqədar olaraq QNQÇİB-nin maliyyə
fəaliyyətində ciddi dəyişikliklər baş verdi. Bu illərdə
qiymətlərin qalxması təhlil olunan göstəricilərin həcminə daha
çox təsir etmişdir. 1996-cı ildə neft hasilatı artmadığı bir
şəraitdə qiymət amili hesabıma gəlirlərin həcmi 756 milyard
48
manat, yəni 1994-cü il səviyyəsindən 18 dəfədən çox, xərclər
isə 15 dəfə artmışdır. Sahə üzrə mənfəətin ümumi miqdarı 123
milyard manat təşkil etmişdir. Göründüyü kimi qiymətlərin
sürətlə artması meftqazçıxarma sənayesinin maliyyə
vəziyyətini xeyli yaxşılaşdırmışdır. Təəsüflə qeyd edilməlidir
ki, bu illər üzrə neftqazçıxarma sənayesinin bir çox sahələrində
iqtisadi proseslərin dinamikasının öyrənilməsində çoxlu
çətinliklər yaranmışdır. İldən-ilə statistik göstəricilərin sayı və
əhatə dairəsi sahədə azalmağa meyl etmiıdir. Azərbaycən
dünyada neftqaçıxarma sənayesinin inkişafında özünə məxsus
yüksək yer tutur. Bununla əlaqədar sahə ilə bağlı statistikanın,
iqtisadi informasiyanın təkmilləşdirilməsi, onun daha əhatəli
olmasının heç bir maliyyə problemindən asılı olmayaraq təmin
edilməlidir.
1996-cı ilin dekabr ayının 15-dən etibarən Azərbaycan
höküməti ilə Beynəxalq Valyuta Fondu arasındakı razılaşmaya
əsasən ARDNŞ neftin satış qiyməti ƏDV də daxil olmaqla 328
min manata çatmışdır ki, bu da neftin vaxtkı dünya qiymətin
60-70%-i həddində idi.
Bu dövrürdə ARDNŞ-də neftin satışının ümumi qiyməti
328 min manat olduğu halda QNQÇİB-də 1 ton neftin satış
qiyməti 500 min manat ( DNQÇİB-də 287 min manat) təşkil
etmişdir ki, bu da dünya qiymətləri səviyyəsinə bərabər
olmuşdur.
Quruda NQÇİB-nin daxilində isə neftin satış qiyməti
neftin maya dəyəri müxtəlifliyini nəzərə alaraq fərqli müəyyən
edilmişdir. Bu cür siyasət indi də obyektiv zərurət kimi qəbul
olunmaqdadır. Elə bu səbəblədə, 1996-cı ildə NQÇİ-lər üzrə
neftin 1 tonunun qiyməti aşağıdakı kimi olmuşdur.
49
Dostları ilə paylaş: |