50
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Ən böyük mətləbləri
Sənə sazla çatdırar.
Duyarsan ki, evində
Səma genişliyi var.
Göyçə, Ağkilsə, 1965
ANAM LAYLA ÇALIR
Təbrizdə Nəsibə anaya göndərirəm
Söyüdlər, çinarlar diqqət kəsilmiş,
Ona qulaq asır çəmən də, çay da.
Fikir ver, eyvanın tuşuna gəlmiş
Ana qarşısında əyilən Ay da.
Bu, adi bir evdir Kür qırağında
Fəqət sən qulaq ver ana səsinə.
Laylalar qaldırıb anamı sanki
Dünyanın ən uca mərtəbəsinə!
İşıqlı aynabənd – gümüş kəhkəşan,
Beşikdə nəvəsi – buludda Ay tək.
Bir ulduz süzülüb axır səmadan,
Elə bil laylaya tab etməyərək.
Laylanın yüz yerdən ürəyi şanşan,
Üz tutub danışır dünyalar ilə.
Söz deyil, ürəkdir yananalışan,
Deyir dərdlərini laylalar ilə.
Aşıq haradan gəldi,
Səni yaradan gəldi.
Nə duman var, nə çiskin,
Bu sel haradan gəldi?
Əzizim, bəyaz yerdə.
Gül əkdim bəyaz yerdə.
Dərin dəryalar keçdim,
Qərq oldum dayaz yerdə.
Saçılır göz yaşı ulduzlar təki,
Ümidlər, arzular pərənpərəndir.
51
Bəlkə bələk deyil qarşısındakı,
Qapısı çırpılmış Xudafərindir.
Qar yağıbdır dizəcən,
Bakıdan Təbrizəcən.
Yolunu gözləyərəm,
Mən gələn Novruzacan.
Laylamın adı qardaş,
Ağzımın dadı qardaş.
Mənə qardaş olmasan,
Götürrəm yadı qardaş.
Ulduzlar əriyir sözü önündə,
Buludlar kənardan intizar keçir.
Oğullar dayanır gözü önündə,
Gəlib dərd heykəli analar keçir.
Odalov ürəkli şair Yüzbəndi
Onun yüz şərqisi, onun yüz bəndi
Yandırdı suyu da, dağı, daşı da.
Qızıl bayraq kimi getdi qarşıda.
Heyhat! Bir ildırımbalta vuruldu
Göyərən palıdın budaqlarına.
Al! – deyə balanın qanlı başını
Atdılar ananın ayaqlarına.
Nə qəm!
Gəlsin təki o səs, o səda.
Anacan,
ürəyin poladdır sənin!
Deyirəm: sevincin dustaq olsa da
Yaxşı ki, kədərin azaddır sənin!
Laylalar qoşulur əsən küləyə,
Çəkilsin yollardan qırov, qar – deyir.
Ana ümidini büküb bələyə,
Ümidin üstündə laylalar deyir.
Bakı, 28 mart 1966
52
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
SAZ
Sən durna boğazlı, bülbül avazlı,
Ağır yollar gələn yoldaşım mənim.
Xəzərli, Göyçəli, Kürlü, Arazlı,
Uzaq Urmiyəli sirdaşım mənim.
Dilə gəl... saçılsın atəşin, odun.
Sən ki, dərdlərimin tərcümanısan.
Əsrlər dalından Dədə Qorqudun
Mənə göndərdiyi ərməğanısan!
Sən – böyük bir elin sevinci, qəmi.
Duymadı, sevmədi söylə kim səni?
Buluddan sıyrılan al günəş kimi
Köynəkdən çıxartdı Qurbanim səni.
Bəzən qəsbkarlar girdi qəsdinə.
Ərləri, nərləri yığıb cəm etdin.
Qıratın tərkində düşmən üstünə
Misri qılınc ilə yanaşı getdin!
Nurani, pirani, aqil babalar
Sandı bir istehkam, bir səngər səni.
Dedilər: Köksündə dağ çayları var,
Zilə qaldıranda Ələsgər səni.
Nəcəfin belində qaynar samovar
Çiyninə alovlu şırımlar saldı.
Tazənə əlindən düşəndə naçar,
Səni gözlərinin yaşıyla çaldı.
Titrəyən tellərin ahlı, ələmli.
Başımda tufanlar qoparmadınmı?
Müşfiq faciəli, Müşfiq qələmli,
Növrəs İmanımı aparmadınmı?
53
İman – günəşiydi toyun, mağarın,
Heyhat, baharını erkən vurdu qış.
Cahanda həmişə istedadların
Başının üstündə şimşək oynamış!
Sən – tərlan, sən – odlu səməndər quşu,
Qoy yaxın düşməsin buz ürəklilər.
Sənin bir telinə dəyməyən naşı
Səni el içində xəcil eyləyər.
Dümbəkli, zurnalı, aşıqlar çıxıb,
Toya yox, can atır şabaşa, pula.
Ərlər meydanına uşaqlar çıxıb,
Barı uşaq kimi abırlı ola.
Burnunu ovmağa ər gərəkdi, ər
Sənət qiyafəli mülkədarların.
Qalxsın məzarından Aşıq Ələsgər,
Cırsın maskasını saxtakarların!
Gəlsin bu ölkənin başbilənləri,
Bu söz məbədində, sənət elində
Orkestr qüdrətli sazım quruyub
Çömçəyə dönməsin nadan əlində.
Ləli daşdan seçək, yaxşını pisdən,
Açılsın ozanın can xəzinəsi.
Bağda qızıl güllər, dağda şəlalə,
Konservatoridə saz fakültəsi.
Pəhləvan kürəkli, şair ürəkli ,
Bəstəkar duyğulu, Kamandar gəlsin.
Məxməri səsindən, haqq nəfəsindən
Sazından məst olan kaman, tar gəlsin.
Şəyirdə göz qoysun ustadı Əmrah,
Bir səsi yüz yerə bölən sənətkar.
54
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Ölgün duyğuları diriltsin deyə
Saz üstə az qala ölən sənətkar.
Gəlsin Aşıq Əkbər, çalsın, çağırsın,
Qanıma od vursun zildə “Koroğlu”.
Sazı – Kürün qolu, Arazın qolu
Ədalət sel olsun, bəndləri qırsın.
Saraclı sinəsi əttar dükanı,
Nəsibi həmişə toy, mağar olsun.
Azaflı Mikayıl Aşıq İmranı
Yarışa çəkməklə bəxtiyar olsun.
...Sən durna boğazlı, bülbül avazlı,
Ağır yollar gələn yoldaşım mənim.
Xəzərli, Göyçəli, Kürlü, Arazlı
Uzaq Urmiyəli sirdaşım mənim.
Göyçə, Ağkilsə kəndi,
1966
SƏN EY SÖZ GÜNƏŞİ AZƏRBAYCANIN!
Şuşaya gəlmişik, gözəl Şuşaya,
Sənin bayramına, əziz şairim!
Gülgülə sarmaşıb, şüa şüaya,
Ey şüalar qədər təmiz şairim!
İndi gül günüdür, payız günüdür.
Mənə elə gəlir bahardır ancaq.
Sanıram lalələr, qızıl lalələr
Ekvator boyunca sıralanacaq!
Mənə elə gəlir: susan şəlalə
İndicə kükrəyib şaqqıldayacaq.
Xınalı kəkliklər qaqqıldayacaq.
Zər qanadlarında qızılı şölə
Dostları ilə paylaş: |