PANİKA POZUNTUSU
52
kifayət qədər məlumatınızın olmadığını da nəzərə alsaq siz: “Elə də
əhəmiyyət vermə, bunları fikirləşmə, fikir vermə, ötüb-keçər, əzm və
iradənlə bunu dəf edə bilərsən”, kimi şeylər deyə bilərsiniz və yaxud
demiş ola bilərsiniz. Halbuki bunların Barış bəyə heç bir köməyi ol-
maz. Bəlkə lazımi səyi göstərmədiyi üçün Barış bəyə qəzəblənə də
bilərsiniz. Buraya qədər danışdıqlarımızdan belə nəticəyə qələ bilərik
ki, bu, insanın iradəsi ilə, əhəmiyyət verməməsi ilə keçən deyil. Çünki
danışdığımız kimi, bununla bağlı olan sinir sistemi insanın iradəsinə
tabe olmadan çalışır, adrenalin onun iradəsindən kənar ifraz olunur.
Barış bəy bu sözlərlə deyil, daha fərqli metodlarla panika tutmalarının
öhdəsindən gəlməlidir. Bir xəstənin qohumu və ya həyat yoldaşı kimi
sizin də həmçinin panika tutmaları barədə maksimum çox məlumat
toplamanız vacibdir və faydalıdır. Beləliklə həyat yoldaşınızın nə hiss
etdiyini, fikirləşdiyini, başına gələnləri daha yaxşı anlaya bilərsiniz.
Yoldaşınızın bu vəziyyətini bacarıqsızlıq kimi qiymətləndirib, qəzəb-
lənərək ona yazığınız gəlməsi üçün etdiyini fikirləşib öz xoşuna burax-
sanız, vəziyyətini daha da pisləşdirə bilərsiniz. Çünki belə bir davranış
həyat yoldaşınızda günahkarlıq hissinin yaranmasına və artmasına
səbəb ola bilər. Sizin burada görə biləcəyiniz ən yaxşı iş panika tut-
ması barədə daha çox məlumat əldə etmək, yoldaşınızın vəziyyətini
başa düşməyə çalışmaq, kömək etmək istədiyinizi ona hiss etdirmək,
onunla birlikdə məşğələlərdə iştirak etməkdir. Zeynəb xanim, bütün
bunları edə biləcəksinizmi?
– Əlbəttə, əlimdən gələni edərəm, – Zeynəb xanım dilləndi. .
Həkim üzünü Barış bəyə tutub:
– Zeynəb xanıma güvənirsinizmi? – deyə soruşdu.
– Bəli, həm də hamıdan çox.
– Elə isə ilk panika tutmasının baş verdiyi səkidəki ağacın yanın-
dan Zeynəb xanımla birlikdə keçə bilərsinizmi?
– Ola bilər, amma əmin deyiləm, – deyə Barış bəy məyuscasına
söylədi.
Həkim hər ikisinə də ayrı-ayrı baxaraq:
– İndi sizə etibar etdiyiniz adamın əhəmiyyətini izah etməyə ça-
lışacağam. Hesab edirəm ki, bu məsəslə hər ikiniz üçün də vacibdir,
– dedi.
Həkim nəfəsini dərib tək–tək izah etməyə başladı:
53
– Cəmiyyətdə bir dəstək şəbəkəsinin olması bütün insanlar üçün
vacibdir. Bu şəbəkənin içində həyat yoldaşı, ailə üzvləri, dostlar, qo-
humlar yer ala bilər. Bir dəstək şəbəkəsi olmadan insan cəmiyyətdə
özünü müdafiəsiz hiss edə bilər. Panika pozuntusu olan insanlar üçün
də ən yaxın adamlarından dəstək almaq ümumiyyətlə həm stressi
azaldır, həm də panika tutmalarının öhdəsindən gəlmələrinə kömək
edir. Barış bəy, çox insana etibar edə bilərsiniz, lakin siz bunlardan bi-
rini seçəcəksiniz. Belə məsləhətdir ki, sizə dəstək olan adam bir dos-
tunuz olsun, bu, Zeynəb xanım da ola bilər. Çünkü siz Zeynəb xanıma
etibar edirsiniz və o, bu sahədə məlumatlıdır. Məncə bunun bir qorxu-
su yoxdur. Barış bəy, birinci işiniz (əgər Zeynəb xanım vəziyyətinizi
bilməsəydi), başınıza gələnləri məntiqli bir şəkildə qısaca izah etmək
olacaqdı. Panika tutmasını, nə hiss etdiklərinizi, sizə necə təsir etdi-
yini, yayınma davranışınızı izah edirsiniz. Əgər istəsə ki, daha ətraflı
məlumat verəsiniz, əlbəttə, bunu edə bilərsiniz.
Həkim əvvəlcə Zeynəb xanıma baxıb sonra yenə üzünü Barış bəyə
tutdu:
– Zeynəb xanım soruşanda ki, sizin üçün nə edə bilər, siz çətin və-
ziyyətdə olduğunuz üçün xüsusi bir şey etməməsini deyərsiniz. Bəlkə
o an hər hansı bir istəyiniz ola bilər, sadəcə onu etməsini istəyə bilər-
siniz. Doğrudan da etibar etdiyiniz adama dərdinizi danışmağınız
yalnız sizin xeyrinizədir. Əlbəttə, bir tərəfdən də siz o adamı panika
tutması haqqında məlumatlandırmalısınız. Panika tutmasının ilk baş
verdiyi səkidən Zeynəb xanımla birlikdə keçə bilərsiniz. Orada o an
Zeynəb xanım sizin yanınızda olmaqdan başqa heç bir şey etmir. Sa-
dəcə oradadır, sizin yanınızdadır. Onun, etibar etdiyiniz adamın yanı-
nızda olması və onun dəstək olacağını bilməyiniz özünüzü yaxşı hiss
etməyinizi təmin edəcək. Bir orkestri fikirləşin. Dirijor işarə verəndə
orkestr çalmağa başlayır. Burada ifaçı dirijor deyil, orkestrdir. Dəstək
olan adam da buna bənzər bir rol oynayır. Sizə rahatlaşmalı olduğu-
nuzu xatırladır. O rahatlama hərəkətini dəstək olan adam yox siz edir-
siniz. Sizin özünüzü yaxşı hiss etməyiniz yanınızdakı adamdan deyil,
tamamilə sizdan asılıdır. Buna inanmaqda çətinlik çəkə bilərsiniz, la-
kin fərqində olmasanız da, özünüzü yaxşı hiss etməyinizin mənbəyi
yenə siz özünüzsünüz. Eynilə panika tutmalarının mənbəyi özünüz
olduğunuz kimi. Bunu belə yox, əksini fikirləşərək hər şeyi dəstək
PANİKA POZUNTUSUNUN MÜALİCƏSİ VƏ XƏSTƏNİN QOHUMU OLMAQ
PANİKA POZUNTUSU
54
olan adama bağlasanız, ondan asılı vəziyyətə düşə bilərsiniz. Silov və
Manikavaşaqara görə (1997) dəstək olan adamla sizin aranızdakı mü-
nasibətlərdə əsas qaydalar bunlardır:
1. Bütün qərarları siz verirsiniz, dəstək olan adam yox.
2. Lazımi bütün hərəkətləri siz reallaşdırırsınız, dəstək olan adam
yox.
3. Dəstək olan adam sizə nə edəcəyinizi deməyəcək. Sizin planlaş-
dırdığınız işi sizə xatırladar.
4. Dəstək olan adam sizi qorxudan qoruya bilməz. Qorxunuza
özünüz qalib gəlmək məcburiyyətindəsiniz.
5. Yayınmaq hərəkətinizlə üzləşmə mərhələlərində dəstək olan
adamın yanınızda olub-olmadığını da nəzərə alın. Məsələn, əgər Zey-
nəb xanımla birlikdə məktəb yolundakı səkidən keçəndə çox rahat ol-
sanız, o zaman o, sizdən bir az aralıda olanda keçməyi sınayın. Yenə
də rahat olsanız, o, daha uzaqda olanda keçin və məsafəni tədricən
artıraraq sonunda həmin yerdən tək keçin.
6. Yuxarıdakı nümunədə olduğu kimi dəstəyi mərhələ-mərhələ da-
yandırmağa çalışın.
7. Əmin olun ki, Zeynəb xanım sizin dəstəkçi adamınız olduğunu
bilir.
Dəstək olan adam, xüsusilə yayınma hallarında yaxşılaşmanın tə-
mini üçün vacib bir addımdır.
Həkim bunları qeyd etdikdən sonra bir neçə saniyə gözlədi. Sonra:
– Dəstək olan adam və onunla münasibətlərin xüsusiyyəti və bu-
nun əhəmiyyəti sizin üçün aydın oldumu? – deyə soruşdu.
Barış bəylə Zeynəb xanım ikisi də eyni anda “Bəli, ” dedilər.
Zeynəb xanım:
– Güman edirəm ki, rolumu başa düşdüm, – dedi.
Həkim razı görünürdü, çünki hər ikisi də diqqətlə dinləmişdi. Bir-
likdə yaxşı bir iş görəcəklərinə inanırdı:
– Bu həftə sizə danışmaq istədiklərim bunlardan ibarətdir. Gələn
həftə əsas mövzuların müzakirəsini davam etdirib bunları bitirməyə
çalışacağam.
Dostları ilə paylaş: |