PANİKA POZUNTUSU
22
– Yaxşı, bunlar normal görünür. EKQ–ni deyə bilmərəm, – Zey-
nəb xanımın üzündə rahat bir ifadə vardı.
Çox gözləmədən həkimlə görüşə getdilər. Həkim nəticələri bir-bir
nəzərdən keçirdi. EKQ–yə diqqətlə baxdı. Ağciyər rentgenini işıqlı
lövhəyə taxıb diqqətlə gözdən keçirdi, gülümsəyib:
– Barış bəy, xəbərlər yaxşıdır, analizlərin hamısı normaldır. Ürəklə
əlaqədar hər hansı bir probleminiz yoxdur. Ürəyiniz yaxşı vəziyyətdə-
dir, – dedi.
– Bəs onda bu başıma gələnlər nədir, nə ilə əlaqədar ola bilər?
Zeynəb xanım da:
– Həkim, deyirsiniz normaldı, amma yoldaşımın tutmasını mən
gördüm. Necə pis vəziyyətdə olduğunu bilirəm. Çarəsizlik içindəyik.
Bu bir xəstəlikdir, amma nə olduğunu bilmirik, –dedi.
Həkim mülayim bir səslə:
– Əlbəttə, siz də özünüzə görə haqlısınız. Mən ürəklə əlaqədar bir
problemin olmadığını dedim. Bu cür əlamətlər hormonal sistemlə
əlaqədar nasazlıqlarda da ola bilər. Mən hormonları da yoxlatdırdım,
nəticələr normal səviyyədədir. Yenə də xəstəxanamızdakı endokri-
noloqun qəbulunda olsanız, yaxşı olar. Bu analizlərin nəticələrini də
özünüzlə aparın. Keçmiş olsun.
Həkimə təşəkkür edib otaqdan çıxdılar. Zeynəb xanım ümidsiz
görünürdü. Ortada xəstəlik vardı, ancaq diaqnoz qoyula bilmirdi.
Üzünü Barış bəyə tutub:
– Müayinə üçün endokrinologiya şöbəsindən bir qəbul vaxtı alıb elə
gedərik, – dedi.
Barış bəy yavaş səslə:
– Yaxşı, sən dediyin kimi olsun, – dedi.
Endokrinologiyada onlara ən tezi iki gün sonraya vaxt təyin et-
dilər. İki gün sonra məktəbdən çıxıb qəbula gəldilər.
***
Çərşənbə günü məktəbdən çıxdıqdan sonra axşamçağı yenə
xəstəxanada görüşdülər. Qəbula hələ beş dəqiqə vardı.
Endokrinoloq–həkim gülərüzlü bir qadın idi. Barış bəylə hal–əh-
val tutdu. Ailə üzvlərində hər hansı xəstəliklərin olub-olmadığını so-
23
ruşdu. Qalxanvari vəzin ölçüsünü yoxlayıb analizin nəticələrinə bax-
dı:
– Kardioloji cəhətdən bütün lazımi analizlər edilib və nəticələr
normal dəyərlər arasındadır. Qarşılaşdığınız hallar qalxanvarı vəzin
hormonlarının çoxluğu (hipertiroid), qanda şəkərin miqdarının düş-
məsi (Hipoqlikemiya) nəticəsində ola bilər. Sizin analizin nəticələ-
rinə görə endokrinoloji cəhətdən bir anormallıq yoxdur. Sağlamsınız.
Zeynəb xanım dərhal dilləndi:
– Həkim, düz deyirsiniz, ancaq ortada anormal bir vəziyyət var.
Kardioloq da, siz də ‘heç bir şey yoxdur’ deyirsiniz. O zaman yoldaşı-
mın başına gələnlər nədir, nəyə görə olur?
Həkim sakit olmağa çalışaraq:
– Zeynəb xanım, bu əlamətlərin çox müxtəlif səbəbləri ola bilər.
Mən endokrinologiya ilə əlaqədar heç bir problem yoxdur dedim.
Kardioloji cəhətdən də bir anormallıq tapılmayıb. Məncə, lazımi müa-
yinələr edildiyi üçün əlavə bir müayinəyə ehtiyac yoxdur. Belə halda
sizə bir psixiatrın qəbulunda olmağınızı təklif edirəm.
Barış bəylə Zeynəb xanım həkimə təşəkkür edib otaqdan çıxdılar.
***
Zeynəb xanım Barış bəyin qoluna girib:
– Qabaqda bir yerdə oturub həm çay içərik, həm də danışarıq, –
dedi.
Zeynəb xanımın beynindəki fikirlər bir-birini əvəz edirdi. Dəqiq
diaqnozun qoyulmaması xoşuna gəlməmişdi. Ortada çox ciddi bir və-
ziyyət vardı, lakin həkimlər diaqnoz qoya bilmirdilər... Doğrudanmı
həkimlər bilmədilər ki, söhbət hansı xəstəlikdən gedir? Bilmədiklə-
rinə görə onları göndərdilər psixiatrın yanına? Deyirdilər, bu həkim-
lər yaxşıdır, amma ... Eh, artıq bilmirdi ki, nə fikirləşsin.
Barış bəyin də fikirləri qarışmışdı. O qədər pul və vaxt getdi, amma
nəticə sıfırdı.
Naməlum bir xəstəliyi vardı?
Psixiatr məsələsi haradan çıxdı?
Belə vəziyyətdə başqaları haqqında deyərdi ki, psixiatra getmək
normaldır, bəs özü haqqında necə?
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI
PANİKA POZUNTUSU
24
Uşaqlıqdan ətrafdakı insanlardan psixiatra gedənlərin dəli oldu-
ğunu eşitmişdi. Axı o, dəli deyildi. Bəlkə dəli olmaq qorxusu vardı,
vəssalam.
Oturanda ikisinin üzündə ümidsizlik, məyusluq aydın hiss olunur-
du. Zeynəb xanım stulunu Barış bəyin stuluna yaxınlaşdırdı. Sanki
onun yanında olub kömək edəcəyini hiss etdirmək istəyirdi:
– Barış, əzizim, ola bilər ki, həkimlər diaqnoz qoya bilməsinlər və
ya səhv etsinlər? Ancaq mən sənin nə vəziyyətdə olduğunu gördüm.
Dəqiq, bu, bir xəstəlikdir. Nə xəstəlik olduğunu bilmirəm, amma elə-
dir ki var, – deyə ürəyindən keçənləri söylədi.
Barış bəy bir az kədərli, bir az ümidsiz üz ifadəsiylə alçaqdan:
– Mən də başa düşmədim. Sürətli ürək döyüntüsü, sinədəki ağrı,
nəfəs darlığı, baş gicəllənmə, titrəmə, tərləmə, hamısı fiziki əlamətlər-
dir. Psixiatriya, çox güman ki, belə fiziki əlamətlərlə məşğul olmur axı.
– Görəsən başqa xəstəxanaya gedək? – Zeynəb xanım çarəsizliklə
dedi.
– Bilmirəm. Mən yəqin indi tam aydın düşünə bilmirəm.
Zeynəb xanım özünü ələ almağa çalışdı. Əgər yoldaşına dəstək ola-
caqsa, məntiqli və qərarlı düşünməli idi. Öz-özünə danışırmış kimi:
– Başqa xəstəxana demək, başqa həkimlər deməkdir. Onlar da ana-
liz istəyəcəklər, analizlərin nəticələri kobud desək, təqribən eyni ola-
caq. Həkimlərin dünyagörüşü, yanaşması fərqli ola bilər; ancaq analiz
nəticələrinin şərhi eyni olacaq, – dedi.
– Düzdü, – dedi Barış bəy. – Şərh dəyişməyəcək. Bəlkə də arada
vaxt itirəcəyik.
Barış bəy, “Pul da itirəcəyik”, – deyə fikirləşdi. Lakin yoldaşına
bunu demədi, desəydi bu səbəbi qətiyyətlə qəbul etməyəcəkdi.
İkisi də tərəddüd içində idi. Ən doğrusu nəydi? Ən doğrusu, qısa
bir vaxtda vəziyyəti aydınlaşdırıb müalicəyə başlamaqdı. İkisi də bu
mövzuda həmfikir idilər. Çıxış yolu nə idi?
Bir dənə də çay istədilər. Susurdular. Nəhayət Zeynəb xanım:
– İnternetdə bu əlamətlərin panika pozuntusu ilə də bağlı ola bilə-
cəyini görmüşdüm. Bəlkə də elə bir şeydir. Fiziki bir xəstəlik tapmadı-
lar. İstəyirsən, bir psixatrın da qəbulunda olaq.
Dostları ilə paylaş: |