Bakının indiki nəqliyyatı üçün
ən sərfəli variant skuterdi. Təmiz
hava, yolu daha geniş görmə imkanı,
sərinlik və daha bir çox üstünlüklər
var. Yanacaqdoldurma vaxtı da hamı
skuterimə yol verir və mənim çox
gözləməyimə ehtiyac qalmır.
Skuterlə hansı çətinlikləri yaşayırsınız?
Yaşadığım çətinliklərdən biri mənası
olmayan sualların verilməsidir. “Bunu
hardan almısız, neçəyə almısız, bunu
almaqdansa, maşın alardım, motoru
neçədi?” Əslində, bu məlumatlar
bir çoxlarına elə də maraqlı deyil.
Sadəcə söz olsun deyə verilən
suallardır. Yəni əsl skuter həvəskarı
bu sualları ünvanlasa, məmnuniyyətlə
cavablandıraram. Bundan başqa
bəzi vaxtlar yolun sağ kənarı ilə
hərəkət etmək mümkün olmur. Yolların
qırağındakı yaşıllıqları suvarmaq
üçün nəzərdə tutulmuş fantanlar
skuterlə gedərkən tez-tez məni isladır.
Çətinliklərdən biri də Bakının küləkli
olmasıdır. Külək hərəkətimə təsir edir
və skuterin istiqamətini dəyişir. Yoldakı
toz-torpaq isə kaskanın şüşəsinin bağlı
olmasına baxmayaraq, yolu görməkdə
mənə çətinlik yaradır. İndiyədək yolda
2 dəfə ağcaqanad yemişəm (gülür
red.) 3-4 dəfə isə ağcaqanad kaskanın
şüşəsinə çırpılaraq yapışıb.
Motosikletə keçmək niyyəti doğmayıb
ki?
Hələki yox. Məncə, o mənə uyğun
deyil. Motosikletləri bəyənirəm, amma
özüm heç vaxt sürmərəm. Bir də ki,
gələcəyi öncədən bilmək olmaz.
Skuterinizi evə gedəndə harda park
edirsiniz?
Mərkəzdəki maşın parklarında. Amma
tezliklə öz həyətimizdə park edəcəm.
İstəkli avtomobillərinizin zirvəsində
hansı marka durur?
Peugeot RCZ
Avto
Stop
111
X
aricə tez-tez səyahət edirsiniz?
Yerli nəqliyyatımızla əcnəbi
yollardakı hal-vəziyyət nə ilə
fərqlənir?
1 ildə minimum 3 ölkə, 5-6 şəhər.
Yarışmadan öncə Hindistanda
olmuşdum. Bizim nəqliyyatla oranın
yollarını, sürücülərini müqayisə
eləsək, bizdə hər şey əladı.
Q
arşıda yeni Avtomonitor realiti
şouları var. Nələrin olmasını
istəyərdiniz?
Mən istərdim ki, parketmə üzrə
yarışmalar olsun. Bir də həftənin
sonunda cərimə balları eyni olan
iştirakçılar canlı yayımda yarışsınlar.
Bu məncə, çox həyəcanlı olar.
Avto
Stop
112
Müsahibəni apardı:
Səma Abiyeva
Sürücü
biganəliyi
Aynur Hüseynzadə
B
iz ümumiyyətlə biganə millət
deyilik. Necə deyərlər, ağlayanla ağlayırıq,
gülənlə gülürük. Amma təəss
üf ki, sürücülərin əksəriyyətinə bu xüsusiyyəti
aid etmək mümkün deyil. Onla
rda biganəlik hissi qabarmış vəziyyətdədir.
Və qorxunc olanı da budur ki,
belələri tək özlərinin deyil, digərlərinin, hətta
bəzən toplu halda olan insanl
arın (avtobus sürücüləri nəzərdə tutulur)
həyatını təhlükə altına atır.
Təkcə statistik mlumatlara
nəzər salanda təhlükənin böyüklüyünü
görmək mümkündü. 2015-
ci ilin ilk dörd ayı ərzində 368 min sürücü qayda
pozuntusuna yol verib. Bu
sırada xırda qanun pozuntularından tutmuş
sərxoş halda avtomobilin
idarə edilməsi, qırmızı işıqda yolu keçmə,
avtoxuliqanlığadək ciddi
qayda pozuntuları vardır.
Protokolların təxminən
6 minə yaxını sərxoş sürücülər üçün tərtib edilib. Bu
da o deməkdir ki, bəhs e
tdiyimiz dörd ay ərzində 6.000 min sürücü həm öz,
həm də başqalarının həy
atına biganə yanaşaraq sərxoş halda avtomobilin
sükanı arxasında əyləşib.
Yaxud, indi çoxlarına kiçik, elem
entar görünən riskli hərəkətlər var ki, onlar
da nəticədə faciələrə səbəb ola b
ilir. Məsələn, bir sıra sürücülərimiz var
ki, 10 manat xərc çəkib “bluetoot
h” almağı özünə rəva görmür və maşını
idarə edərkən telefonla danışırla
r. Mütəxəssilərsə çoxdan sübut ediblər ki,
sürücünün hərəkət zamanı telefo
nla danışması qəza üçün hazırlıq mərhələsi
sayıla bilər.
Gəlin etiraf edək ki, texniki bax
ışdan da təhlükəsizliyimiz naminə deyil,
yol polisi tərəfindən saxlanılmay
aq deyə keçirik. Halbuki, bu özümüzün
sağlamlığımız üçün vacib olan b
ir prosedurdur.
Avto
Stop
114
Radarın olması haqqında danışan robotun və ya sürücülərin bir-birinə işarə
edərək “qardaşlıq” yaratmasını və bundan yararlanmasını da əslində qanun
pozuntusu hesab etmək olar. Belə çıxır ki, radar varsa, sürəti nizamlayırıq,
yoxdursa sürət həddinin aşmaq olar. Hələ mən müasir avtomobillərdəki
texnikanı “aldadan” sürücüləri demirəm. Yəni, bir çoxları kəmərin bağlanıb-
bağlamamasını müəyyən edən qurğunu aldatmaq məqsədiylə onu arxadan
bağlayırlar. Sürücünün yanındakı sərnişinin kəmər bağlaması isə Azərbaycanda
ümumiyyətlə dəb deyil. Hətta bunu özünə yaraşdırmayanlar da var.
Maraqlıdır, heç bilirsiz sürücü kimə deyilir? Sürücü rəhbərə, liderə himayədara
deyilir. Avtomobil idarə edən hər bir şəxs əslində bu sözə sahib çıxmağı
bacarmalıdır. Çalışın Avropanın ən səliqəsiz sürücüləri sayılan italyanlara deyil,
ən mədəni sürücüləri fransız və almanlara bənzəyin!
Avto
Stop
115
İlkin
tibbi
yardım
İlk tibbi yardım
– qəfldən xəstələnən və ya qəza zamanı xəsarət
alan şəxslərə peşəkar tibbi müdaxiləyədək göstərilən ilkin
yardımdır.
İ
lk tibbi yardımı göstərən şəxs unutmamalıdır ki, gördüyü iş müalicə deyil,
adından da bəlli olduğu kimi, ilk tibbi yardımdır. Bu zaman məqsəd, yaralının
vəziyyətini nəzarət altında saxlamaq, daha da ağırlaşmasının qarşısını almaqdır.
1.
Təhlükəsizlik tədbirlərinə riayət
etmək lazımdır.
Qəzaya uğrayan avtomobilin arxasına
150 m. aralıda reflektor qoyulmalıdır.
Döngələrdə reflektor ön tərəfə də
qoyula bilər (Daş, təkər, ağac budağı
və s. qoymaq təhlükəlidir. Bütün
bunların yaddan çıxıb yolda qalması
başqa qəzalara da yol açar);
2.
Yaralı təhlükəli yerdən etibarlı
məkana aparılmalıdır;
3.
Yaralının vəziyyətinə uyğun olaraq,
necə kömək göstəriləcəyinə qərar
verilməlidir;
4.
İlk növbədə, vaxt itirmədən təcili
tibbi yardıma xəbər verilməlidir. Bəzən
yol qəzası ilə qarşılaşan şəxslər
əvvəlcə polisə zəng edirlər;
5.
Əgər yaraılılar bir nəfərdən
çoxdursa onlar aldığı xəsarətlərə
uyğun quruplaşdırılmalı, kimlərin birinci
növbədə daşınmalı olduğuna qərar
verilməlidir;
6.
Yaralılar qəza yerinə ən yaxındkı
xəstəxanalara çatdırılmalıdır.
Qəza yerində təhlükəsizliyi təmin
etdikdən sonra onurğası zədələnmiş
şəxs varsa mütləq boyunluq bağlamaq,
onun tam şəkildə hərəkətsiz
uzanmasına nəzarət nəzarət etmək
lazımdır. Təcili tibbi yardım maşını
gələnədək xəsarət alan şəxsi digər yerə
daşımamaq ən doğru qərardır. Lakin
qəza yerində yanğın təhlükəsi varsa,
yaralı təcili avtomobildən çıxarılaraq
təhlkəsiz məkanda yerləşdirilməlidir.
Bundan sonra yaralıya sadə suallar
verərək, şüurunun yerində olub-
olmadığını öyrənə bilərsiniz. Əgər
yaralı suallara məntiqli cavablar
verirsə, deməli şüurunu itirməyib. Eyni
zamanda xəstənin həyat göstəriciləri
də qiymətləndirilməlidir. Yəni yaralının
nəfəs almasına, ürək döyüntülərinə,
nəbz atışlarına, çox qan itirməsindən
şoka girməsinə səbəb ola biləcək bir
qanaxmanın olub-olmadığına diqqət
yetirilməlidir.
İlk tibbi yardım zamanı nələrə diqqət edilməlidir:
Avto
Stop
116
Nəfəs alarkən tənəffüs səsi eşidilməsinə, döş qəfəsinin rahat şəkildə qalxıb-
enməsinə, dodaqlarda göyərmənin olub-olmamasına nəzarət etmək vacibdir.
Unutmayın, qəzaya uğrayan şəxsin tənəffüs yolları (ağız, qırtlaq və nəfəs borusu)
açıq deyilsə, göstərilən tibbi yardımın bir köməyi olmayacaq. Ona görə də ilk
növbədə yaralının tənəffüsünə hər hansı bir maneənin olub-olmadığına baxmaq
lazımdır. Yaralı əgər yerdə uzanmış vəziyyətdədirsə dilinin arxaya gedib nəfəs
almasına maneə yaratmasın deyə başını geriyə yatırıb yana doğru çevrin (boyuna
mütləq diqqət yetirin).
Nəfəs yolları açıq olduğu halda beyindəki tənəffüs mərkəzi, sinir sistemi və
ya tənəffüs əzələləri zədələnmiş də ola bilər. Belə halda nəfəsalmada problemi
yaranan adama süni nəfəs vermək lazımdır.
Ürək döyüntülərinə və nəbzə mütləq fikir verilməlidir. Nəbz yoxlanarkən yaralının
təzyiqi aşağı ola bilər və nəbzin qoldan yoxlanılması çətinləşər. Buna görə də
nəbzin boyundan yoxlanılması ən doğ
rusudur.
Q
əza zamanı əgər ürək dayanıbsa,
yaralını vəziyyətdən çıxarmaq üçün
ürək masajı
etmək lazımdır. Amma bu çox
çətin iş olduğu üçün bunu bacara
n
adamlar,həki
mlər və ya ilkin tibbi yardım
haqqında dərs alan şəxslər etməl
idirlər.
Avto
Stop
117
Müəllif:
Tural Yusifov
Təmizkar Meri
1903
-cü ilə qədər atmosfer
şıltaqlıqları sürücülərə çoxlu sayda
narahatlıqlar yaşadırdı. Təssəvvür
etmək belə əziyyətdir. Avtomobilin alın
şüşəsindən yolu görməyi yaxşılaşdırmaq
üçün biçarə sürücülər maşından düşüb,
alın şüşəsinin qarını, yağışını silməyə
çalışırdılar. Ən yaxşı halda bunu maşında
saxladıqları dəsmalla edirdilər. Belə əzablı
vəziyyət nə qədər davam edə bilərdi?
Təmizlikdən söhbət düşmüşdüsə, bu o
demək idi ki, situasiyanın həll olması üçün
məsələyə qadın əli dəyməli idi.
Tarixin 1903-cü ili idi. Soyuq və
çovğunlu qış günlərinin birində Meri
Anderson isimli fermer qadın Alabamadan
Nyu-Yorka trolleybusla yol gedirdi. Yol
boyu Meri diqqət edir ki, kəsici soyuq
küləyə baxmayaraq trolleybus şüşələri
açıq halda idarə olunur. Avtomobil yolu
ilə hərəkət edən sürücülər isə maşınlarını
arabir saxlayaraq alın şüşəsini silməyə,
daha sonra yenidən yola davam etməyə
məcbur qalırlar.
Məsələ gülməli, ancaq gülməli
olduğu qədər də acınacaqlı idi. Axı,
belə yol getmək nəinki zülüm idi, həm
də avtombillə bu şəkildə irəliləmək
çox zaman alırdı. Problemin həllini
beynində ölçüb-biçən Meri Anderson
evə döndükdən sonra ideyası üzərində
çalışmağa başlayır. O, avtomobil üçün
şüşəsilgəci hazırlamaq niyyətində idi. Bu
ixtira üzərində Meri düz bir il işləməli
olur. Həmin müddət ərzində o, çertyojlar
hazırlayır, konstruksiyalar qurur, daha
sonra hazırladığını təcrübədən keçirirdi.
İstədiyi nəticəni əldə edənə qədər hər
şeyi yenidən təkrarlayırdı. Qadın iradəsi
və məntiqi hesabına nəhayət ki, tarixdə
ilk dəfə olaraq avtomobil üçün şüşəsilgəc
hazırlanır. Ancaq Merinin hazırladığı bu
şüşəsilgəcin bəzi özəllikləri var idi.
Avto
Stop
118
Müəllif:
Səma Abiyeva
Təmizkar Meri
İlk şüşəsilgəc mexaniki formalı, əl
tutacağından və rezin vərdənədən ibarət
idi. İlk şüşəsilgəc iki yox, bir ədəd idi
və avtomobilin alın şüşəsinin yuxarı
orta hissəsində yerləşirdi. O mexaniki
olduğu üçün əllə idarə olunurdu. Ancaq
əsas o idi ki, bu silgəc işləyirdi. Yəni
avtomobilin alın şüşəsinin təmizlənməsi
işini rahatlaşdırırdı. Qəribədir ki,
bundan öncəki digər şəxslərin şüşəsilgəc
hazırlamaq cəhdləri hamısı uğursuzuqla
nəticələnmişdi.
İndi qalırdı bu ixtiraya görə patent almaq.
Meri Anderson ixtirasının patentini 38
yaşında (1903-cü il) ala bildi. Patent 17
illik müddətə verilmişdi. Ancaq kəşfi üçün
patent alanda o artıq təcrübəli sahibkar
idi. O, daşınmaz əmlak satışı ilə məşğul
olurdu və şərabhazırlama müəssisəsinə
sahib idi. Ancaq təəssüf ki, ömrünün
sonuna qədər şüşəsilgəclərindən gəlir
əldə edə bilməmişdi. Çünki şirkətlər
onun ixtirasını tətbiq etmək niyyətində
deyildilər. Bu səbəbdən də ilk vaxtlar
o, öz ixtirasının hüquqlarını Kanada
şirkətlərinin birinə satmağa cəhd etdi. Bu
cəhdi də müvəfəqiyyətlə yekunlaşmadı.
Maraqlıdı, həmin vaxtlar bu ixtira
ətrafında çox qəribə hadisələr baş verirdi.
Avtomobil istehsalçıları da hazırladıqları
maşınlara Merinin şüşəsilgəclərini
quraşdırmağa tələsmirdilər. Ancaq 1920-
ci ildə Meri Andersonun şüşəsilgəclər
üçün aldığı patentin müddəti bitdikdən
sonra avtomobil şirkətləri məhz bu
xanımın çertyojlarına uyğun şüşəsilgəcləri
hazırlayıb, avtomobillərə quraşdırmağa
başladılar. Məqsəd bu xanıma bir qəpik
belə ödəməmək idi. Əslində, isə çox qısa
müddətdə bu yenilik avtomobillərin
hamısına tətbiq edildi. Və beləcə avtomobil
istehsaalı tarixində irəliləyiş yaşanmış,
amma bu ixtiranın müəllifinə qarşı
haqsızlıq edilmişdi. Etiraf olunmalıdır ki,
Meri Andersonun adı heç kimə tanış deyip,
amma sürücülərin hamısı hər gün onun
ixtirasından istifadə edir.
Meri 1953 - cü ildə dünyasını dəyişdi.
Deyilənlərə görə, o öldüyü günədək bu
kəşfindən pul qazana bilmədiyi üçün o
qədər də təəssüflənməmişdir…
Avto
Stop
119
A
vtomobildə yol getmək azyaşlılar
üçün əyləncəli olsa da, bəzən böyük
bir işgəncəyə çevrilir. Belə baxanda
həqiqətən də yol boyu hərəkətsiz
oturmaq balaca sərnişin “dostunuz”
üçün üzücü və darıxdırcı ola bilər. Belə
şərait yarandısa sürücü daim balacanı
sakitləşdirmək üçün yola ayırdığı diqqəti
azaltmaq məcburiyyətində qalacaq.
Ancaq yola çıxmamışdan görülən bəzi
tədbirlər azyaşlı ilə gedilən yolları
əyləncəli, hətta öyrədici edə bilər.
O
nu da etiraf edək ki, azyaşlılarla
maraqlı səfərin təşkili isə biz
qadınların öhdəsinə düşür. Çünki
ana qayğısı və həssaslığı ilə qurulan
marşrut gözlənilməz situasiyaları da
önləmək imkanına malikdir. Özümüzü
öydükdən sonra konkret məsləhətləri
sadalamağa keçə bilərik.
S
əfər uşaq üçün maraqlı olsun
deyə nə etmək olar? Uşağın başını
qatmaq üçün münasib bir çantanın
içərisinə kiçik həcmli və ələ taxıla bilən
oyuncaqlar qoymaq olar. Təbii ki, yol
çıxanadək bunların heç birini uşağa
göstərmək olmaz. Çünki əks halda
oyuncaq balaca sərnişinə maraqlı
gəlməyəcək, sürpriz öz «təravətini»
itirəcək. Bundan başqa, audionağıl
və uşaq musiqiləri yazılmış disklər
götürməklə də işi asanlaşdırmaq
mümkündür.
D
adlı nüans. Əgər balaca dəcəlimizi
ürəkbulanma narahat etmirsə,
onda onun üçün nuş edə biləcəyi
nələrsə götürə bilərik. Misal üçün,
üzərində pendir əridilmiş çörək,
yumurtalı çörək, qızardılmış çörək,
üzüm-çörək və ya kreker.
Y
ola çıxdıqdan sonra isə əsas sınaq
mərhələsinə keçmiş oluruq. Bu
zaman balacaya ətrafda gördüklərimiz
barədə məsələn, quşlar, buludlar,
kölgələrin uzunluğu,ağaclar, haqqında
danışa bilərik. Əlbəttə, onun bizə
sualları çox olacaq. Biz isə səbrimizlə
həmsöhbətimizin maraqlı şəkildə
yol getməsini təmin edəcəyik. Bu
marağını azaltdıqda mövqeyimizi dəyişə
də bilərik. Misal üçün, gördükləri
barədə bizə dəqiqliklə, ətraflı şəkildə
danışmasını istəyərik. Axı, balacalar
böyüklər kimi izah etməyi çox
xoşlayırlar.
Y
olda rastlaşdığımız adamlar
haqqında bir-birimizə hekayələr
Sərnişin
balaca
olanda
Sərnişin
balaca
olanda
Avto
Stop
120
danışmaq da pis olmaz. Hətta imkan
olsa, yolda uydurduğu hekayəni
diktafona yazıb sonradan birlikdə
dinləmək maraqlı gələcək.
Y
olda hərfləri öyrənmək, öyrəndiklərni
təkrarlamaq, onlardan sözlər
düzəltmək balacaya maraqlı gələcək.
Yük yerində podnos saxlasanız, işə
çox yarayacaq. Yollar imkan versə, bu,
balanıza şəkil çəkməyə münasib stol
olacaq. Əslində özümüzlə balaca yazı
lövhəsi də götürə bilərik.
B
alacanın başını qatacaq
məşğuliyyətlər bununla bitmir.
Çantaya balaca bir güzgü də
qoymaq olar ki, övladınız onunla sizin
tapşırdığınız müxtəlif üz hərəkətləri
edə, günəş dovşanları yarada bilsin.
Əgər yolu gecə gedirsinizsə və
sadəcə sözlə yuxulamaq istəməyən
cırtdanınız üçün fənər götürsəniz, əla
olar. Bu avtomobildə onun “kəşfiyyat”
aparmasına, salonda işıq oyunları
oynamasına çox yarayacaq. Bir az
yuxarı yaşlı uşaqlara isə məntiqi
tapşırıqlar, şifahi oyunlar verilə
bilər. Marşrutunu səmərəli etmək
üçün səbirli analar, uşağa yaşına
uyğun olaraq yolda qarşılaşdığı sadə
yol nişanlarını izah etsə maraqlı bir
məşğuliyyət alınacaq.
Ən vacib əşyaların siyahısı:
Sevimli mahnılar yazılmış disklər
Audionağıllar
Kiçik oyuncaqlar
Zınqırovlu oyuncaqlar
Portativ DVD pleyer
Cizgi filmləri üçün planşet
Əslində, evdən çıxmamış tədbirli
davranmaq uzun və darıxdırıcı yolları
övladımıza maraqlı, biz sürücü xanımlar
üçün isə problemsiz, həyəcansız edə
bilər.
Bu mövzuda yazılarımızın davamını
gözləyin……
Dostları ilə paylaş: |