10. Bir İştirakçı dövlətin ərazisində həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzasını çəkən
və digər İştirakçı dövlətdə iştirakı tələb olunan şəxs, bu Konvensiya ilə əhatə olunan cinayətlərlə
bağlı istintaq, cinayət təqibi və məhkəmə icraatı üçün şəxsiyyətin müəyyən edilməsi, ifadələrin
verilməsi və ya sübutların alınmasında digər yardımın göstərilməsi məqsədi ilə aşağıdakı şərtlərə
riayət etməklə verilə bilər:
a) həmin şəxs anlaqlı vəziyyətdə buna öz razılığını verdikdə;
b) hər iki İştirakçı dövlətin səlahiyyətli orqanı özünün müvafiq hesab etdiyi belə şərtlərlə razılığa
gəldikdə.
11. Bu maddənin 10-cu bəndinin məqsədləri üçün:
a) verilən şəxsi qəbul edən İştirakçı dövlət, əgər şəxsi vermiş İştirakçı dövlət digər barədə xahiş
etməmişdirsə və ya digər razılığa gəlməmişdirsə, verilmiş şəxsi həbs altında saxlamağa haqlıdır
və bunu etməlidir;
b) verilən şəxsi qəbul edən İştirakçı dövlət, həmin şəxsin, onu vermiş İştirakçı dövlətin
sərəncamına verilməsi üzrə öz üzərinə götürdüyü öhdəliyi, əvvəlcədən razılaşdırılmış qaydada və
ya hər iki İştirakçı dövlətin səlahiyyətli orqanı tərəfindən razılaşdırılmış digər qaydada təxirə
salmadan yerinə yetirir;
c) verilən şəxsi qəbul edən İştirakçı dövlət şəxsi vermiş İştirakçı dövlətdən həmin şəxsin
qaytarılması üçün verilmə prosedurunun başlanmasını tələb etmir;
d) verilmiş şəxsin onu vermiş dövlətin ərazisində çəkdiyi cəzaçəkmə müddətinə onu qəbul etmiş
İştirakçı dövlətdə həbsdə olma müddəti hesablanır.
12. Bu maddənin 10-cu və 11-ci bəndlərinə uyğun olaraq hər hansı bir şəxsi verməli İştirakçı
dövlətin razılığı olmadan, həmin şəxs hərəkətlə, hərəkətsizliklə və ya həmin şəxsi vermiş
dövlətin ərazisini tərk edənə qədər olan müddətə aid olan məhkumluqla əlaqədar, həmin şəxsin
vətəndaşlığından asılı olmayaraq verildiyi dövlətin ərazisində cinayət təqibinə, həbs etməyə və
ya hər hansı bir azadlıqdan məhrumetmə cəzasına məruz qala bilməz.
13. Hər bir İştirakçı dövlət qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında sorğunun
alınmasına və ya onun icra edilməsinə yaxud da həmin sorğunun səlahiyyətli orqanlar tərəfindən
icra edilməsinə görə məsuliyyət daşıyan və müvafiq səlahiyyətə malik olan mərkəzi orqan təyin
edir. Əgər İştirakçı dövlətdə xüsusi region və ya qarşılıqlı hüquqi yardımın göstərilməsi üzrə
ayrıca sistemə malik olan ərazi mövcuddursa, onda həmin İştirakçı dövlət bu cür regiona və
əraziyə dair həmin funksiyaları yerinə yetirən xüsusi mərkəzi orqan təyin edə bilər. Mərkəzi
orqanlar aldıqları sorğuların təcili və lazımi qaydada icra edilməsini və ya həmin sorğuların
ötürülməsini təmin edirlər. Əgər mərkəzi orqan aldığı sorğunu icra olunması məqsədi ilə
səlahiyyətli orqana təqdim edirsə, onda bu orqan həmin sorğunun səlahiyyətli orqan tərəfindən
təcili və lazımi qaydada icra edilməsinə yardım edir. Hər bir İştirakçı dövlət ratifikasiya fərmanı
və ya bu Konvensiyanın qəbul və ya təsdiq edilməsi və ya ona qoşulması haqqında öz sənədini
saxlanca verərkən, Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu məqsədlə təyin edilmiş mərkəzi
orqan haqqında məlumatlandırılır. Qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında sorğular və
ya ona aid olan digər məlumatlar İştirakçı dövlətlər tərəfindən təyin edilmiş mərkəzi orqanlara
ötürülür. Bu tələb İştirakçı dövlətin bu cür sorğuları və məlumatları ona diplomatik kanallarla və
fövqəladə vəziyyətlərdə, İştirakçı dövlətlər bu barədə razılığa gəldikdə və əgər bu mümkündürsə,
Beynəlxalq Cinayət Polisi Təşkilatı vasitəsi ilə göndərilməsini tələb etmək hüququna xələl
gətirmir.
14. Sorğular yazılı şəkildə və ya, əgər bu mümkündürsə, yazılı şəkildə tərtib edilməsini mümkün
edən hər hansı digər vasitələrlə, sorğu alan İştirakçı dövlətə onun autentikliyini müəyyən etməyə
imkan verən şərtlərlə və həmin dövlətin məqbul hesab etdiyi dildə göndərilir. Ratifikasiya
fərmanı və ya bu
Konvensiyanın qəbul və ya təsdiq edilməsi və ya ona qoşulması haqqında sənəd saxlanca
verilərkən, Birləşmiş Millətlər Təşkilatının Baş katibi hər bir İştirakçı dövlət üçün məqbul
sayılan dil və ya dillər barədə məlumatlandırılır. Fövqəladə vəziyyətlərdə və İştirakçı dövlətlərlə
razılaşdırdıqda, sorğular şifahi şəkildə göndərilə bilər, lakin həmin sorğular sonra təxirə
salınmadan yazılı şəkildə təsdiq edilir.
15. Qarşılıqlı hüquqi yardım haqqında sorğuda aşağıdakılar göstərilir:
a) sorğu ilə müraciət edən orqanın adı;
b) sorğunun aid olduğu məsələnin mahiyyəti, istintaqın, cinayət təqibinin və ya məhkəmə
icraatının xarakteri, habelə həmin istintaqı, cinayət təqibini və ya məhkəmə icraatını həyata
keçirən orqanın adı və funksiyaları;
c) məhkəmə sənədlərinin təqdim edilməsinə dair sorğuları istisna etmək şərti ilə müəyyən
faktların qısa xülasəsi;
d) sorğu edən İştirakçı dövlətin həyata keçirməsini xahiş etdiyi yardımın təsviri və hər hansı bir
konkret prosedurlar haqqında ətraflı məlumat;
e) hər hansı bir şəxsin şəxsiyyəti, olduğu yer və vətəndaşlığı haqqında mümkün qədər məlumat;
və
f) xahiş olunan sübutların, məlumatların və ya tədbirlərin məqsədi.
16. Sorğu alan İştirakçı dövlət, əgər bu onun öz daxili qanunvericiliyinə uyğun olaraq sorğunun
icra edilməsi üçün zəruri hesab edilərsə və əgər bu, həmin sorğunun icra edilməsini asanlaşdıra
bilərsə, əlavə məlumatın təqdim edilməsini xahiş edə bilər.
17. Sorğu, onu alan İştirakçı dövlətin daxili qanunvericiliyinə uyğun olaraq və onun daxili
qanunvericiliyinə zidd olmayan həcmdə və mümkün qədər sorğuda göstərilmiş prosedurlara
uyğun olaraq icra edilir.
18. Mümkün qədər və daxili qanunvericiliyinin başlıca prinsiplərinə uyğun olaraq, əgər hər
hansı bir şəxs İştirakçı dövlətin ərazisindədirsə və həmin şəxs digər İştirakçı dövlətin məhkəmə
orqanları tərəfindən şahid və ya ekspert qismində dinlənilməlidirsə, onda birinci İştirakçı dövlət,