36
5. Azərbaycanda etik fikir tarixindən
Dünya mifoloji və fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümu
nələrlə zəngindir. Belə nümunələrdən biri “Avesta”dır. Şərq xalqlarının və
ümumiyyətlə, dünya xalqlarının fikir tarixində görkəmli yer tutan Zər düştilik
və onun nəzəri təcəssümü olan “Avesta” dualist zəmində inkişaf tapmışdır.
Dinifəlsəfi doktrina olmaqla yanaşı, Zərdüştlük etik ideyalarla da zəngindir. O,
insanların həyat tərzini, davranışını əks etdirərək onları birbirinə hörmət
etməyə, qardaşlıq münasibətləri bəsləməyə, xeyirxah olmağa, şər qüvvələrə
qarşı mübarizə aparmağa səsləyir. Zərdüşt inamına görə, bütün varlıq 2 əks
qüvvənin mübarizəsi üzərində qurulub: 1) işıq; 2) zülmət. Bütün şəxsiyyət ide
alı 3 amilin vəhdətindən yaranıb: 1) xeyirxah niyyət; 2) xeyirxah söz və ya
fikir; 3) xeyirxah əməl.
Uzun əsrlik tarixə və zəngin ənənələrə malik olan Azərbaycan xalqının etik
mədəniyyəti və onun ayrıayrı problemləri xüsusi tədqiqat obyekti olduğundan,
onun bəzi maraqlı məqamları üzərində dayanmağa çalışaq.
Ərazisində ibtidai insan məskənləri, mağaralar, şəhər xarabalıqları, qaya
təsvirləri, isteh kamlar, silahlar, əmək alətləri, gil qablar, bəzək əşyaları və s.
tapılan Azərbaycan çoxəsrlik tarixə malik qədim mədəniyyət ölkəsidir.
Arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş müxtəlif materiallardan məlum
olur ki, hətta qədimlərdə Azərbaycanda zəhmətkeş insana, şəxsiyyətə hörmət,
insanpərvərlik, kollektivçilik hissi geniş təbliğ edilmişdir. Müəyyən mədəni
abidələrimizdə, mədəniyyət nümunələrində in sanlar əməksevərliklərinə görə
təriflənir, onların
öz peşəsi sahəsindəki məharəti, mənəvi qüd rəti təsvir edilir.
Azərbaycan maddi mədəniyyət nümunələri ilə yanaşı, mənəvi mədəniyyət
abidələri ilə də zəngindir. Bu baxımdan, şifahi xalq ədəbiyyatımızda insanların
humanist arzularını, istəklərini əks etdirən çoxlu nağıllar, dastanlar və mahnılar
mövcuddur. Burada zülmə, haqsızlığa qarşı nifrət, xoşbəxt gələcəyə çağırış
sədaları nəzərə çarpır. Humanist ideyaların əsasında isə insan ların dinc
həyatını, əməyini qoruyan sədaqətə və dostluğa çağırışlar durur. Belə humanist
fikir lərə əmək nəğmələrində də rast gəlirik. Əmək nəğmələri xalq yaradıcılığı
nın ən qədim janr la rından olub, əmək prosesində insanların zəhmətini yün
gülləşdirmək məqsədilə ifa edilirdi. Bu nəğmələr kollektivi həvəsə gətirir, işə
səfərbər edir, əməyin çətinliyini, ağırlığını aradan qaldırır, insanlarda xoş
əhvaliruhiyyə yaradırdı. Burada həmçinin yoldaşlıq, qayğıkeşlik, dostluq
tərən nüm edilirdi.
Şifahi xalq ədəbiyyatımızın ən maraqlı janrlarından olan Azərbaycan xalq
nağılları etik fikir baxımından daha çox diqqəti cəlb edir. Nəinki realist səpkili
məişət nağıllarında, hətta romantik səpkili sehrli nağıllarda, həmçinin heyvan
lar haqqında olan nağıllarda da xeyir və şər, ədalət və haqsızlıq, dostluq, əmək
37
sevərlik, sədaqət, xəyanət, məhəbbət və s. kimi
məsələlərdən bəhs edilir.
Yazılı ədəbiyyatımız da bu baxımdan az maraq
doğurmur. Məsələn, XI əsr Azərbaycan filosofu
Bəhmənyar ibn Mərzban (?1066) müxtəlif
əsərlərində – “Məratib əlmövcudat” (“Möv cu datın
mərtəbələri”), “Mabəd əttəbiə” (“Metafizika”) və
məktublarında humanist fikirlər söylə yərək,
xoşbəxtliyin xeyirxahlıq yolu ilə əldə edilməsini,
insanın sədaqətli, əxlaqlı olmasını, insanpər vər
liyini və s. xüsusiyyətləri və bunların ağıl və bilik
yolu ilə əldə edilə biləcəyini ön plana çəkirdi.
Nizami Gəncəvinin (11411209) əsərlərinin ana
xəttini məzlum insan üçün səadət və ədalət axtarışları, zülmə, istismara, qeyri
bərabərliyə etiraz və nifrət təşkil edirdi. İnsan başqasından sədəqə istəməməli,
öz ləyaqətini alçaltmamalıdır. İnsanın ağıl və biliyi Nizami əsərlərinin baş
qəhrəmanıdır. “Sirlər xəzi nəsi”, “İskəndərnamə” və digər poemalarda xeyir
xahlıq idealı siyasi idealla bağlı nəzərdən keçirilir. Dövlətin idarə edilməsində
ədalət prinsipi ön plana çəkilir. “İqbalnamə”də insanın səmimi olmasının
vacibliyi vurğulanır, onun təbiətlə ayrılmazlığından danışılır. Q.Məm mədov
qeyd edir ki, Nizamiyə görə, “ideal cəmiy yətdə şəxsi və ictimai mülkiyyəti
oğrulardan, çapqınçılardan və qənimətçilərdən qorumağa ehtiyac yoxdur.
Cəmiyyət üzvləri iqtisadi cəhətdən təmin olunduqları və eyni zamanda,
tərbiyəli, əxlaqlı, düşüncəli adamlar olduqları üçün onlar nalayiq hərəkətlərlə
məşğul olmurlar. Nizami oğurluğu, hər hansı bir qəbahət və xəyanəti cəmiyyət
üçün fəlakət hesab edərək, ayrıayrı şəxs lərdən tələb edirdi ki, onlar ancaq öz
əmlaklarını yox, eyni zamanda başqalarının da əmlakını müdafiə və mühafizə
etməlidirlər. Onun fikrincə, birisi başqasının əmlakına tamah məqsədi ilə
toxunmadıqda, o, özünü müdafiə etmiş olur. Maraqlı burasıdır ki, Nizaminin
təsvir etdiyi ideal cəmiyyətdə bütün sürülər çobansız otlamaqla bərabər,
əkinlərə də ziyan vermirlər. Əkini qoru maq üçün heç bir qoruqçu da yoxdur.
İdeal cəmiyyətin ağsaqqalları bu barədə İskəndərə deyir: “Əkin əkəndən altı ay
sonra bir də onu biçmək üçün ora gedirik”. Şair göstərir ki, əkin, bağ və bosta
nın becərilməsi mədəni cəmiyyətin ümumi səviyyəsinə müvafiq olaraq həyata
keçirilməlidir. Nizami xəbərçilik və böhtançılığı fitnə və fəsadların səbəbi kimi
qeyd etməklə, bunları özünə peşə edən düşkün, amalsız adamlara həmişə nifrət
etmişdir. Nizaminin fikrincə, alicənab adam heç bir əsas olmadan başqasına
eyib tutub, onun əsəblərinə toxunmaz, başqasını öz hərə kətləri ilə narahat
Nizami
Gəncəvi