34
Ətraf mühit
BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012
BP Azərbaycanda İSO 14001:2004 standartına
əsaslanan çox ciddi ətraf mühitin idarə edilməsi
sistemini (ƏMİES) tətbiq edir. ƏMİES təmin edir ki,
biz ətraf mühitə olan təsirlərimizi minimuma endirək
və qüvvədə olan müvafiq yerli və beynəlxalq qanun,
konvensiya və normativ aktlara riayət edək. Biz ətraf
mühitə potensial təsiri olan fəaliyyətləri diqqətlə
müəyyənləşdirilmiş proseduralardan istifadə etməklə
idarə edirik, xarici və daxili auditlər, müntəzəm
təftişlər və mövcud proseslərin vaxtaşırı yoxlamaları
vasitəsilə onların təsbit olunmuş qaydada həyata
keçirilməsini təmin edirik. Biz ətraf mühitə həm planlı,
həm də nəzərdə tutulmayan çıxış göstəricilərimizə
nəzarət edirik və ətraf mühitə potensial təsirləri
aşkar etmək, beləliklə, mümkün olduqca bu təsirləri
azaltmaq, minimuma endirmək və idarə etmək üçün
yaxın ətraf mühitin geniş monitorinqi proqramına
malikik.
Bizim ətraf mühitin monitorinqi üzrə səylərimizdə
əsas diqqət fəaliyyətlərimizin iki ayrı aspektinin
öyrənilməsinə yönəlib – fəaliyyətimizin ətraf
mühit üzrə çıxış göstəriciləri və ya “əməliyyatların
monitorinqi” fəaliyyətlərimiz nəticəsində sahələrdə
formalaşan atılma və emissiyalardan nümunələr
götürməklə ətraf mühit üzrə çıxış göstəricilərimizi
(məsələn, istixana qazı emissiyaları, maye atılmaları)
ölçmək; “yaxın ətraf mühitin monitorinqi” isə bizim
emissiya və atılmaların ətraf mühitə (insanlara,
heyvanlara, havaya, bitkilərə, torpağa və suya)
təsirlərini ölçərək başa düşmək məqsədi daşıyır.
Bunu müvafiq qaydada yerinə yetirmək məqsədilə
biz layihələrimiz başlamazdan əvvəl ətraf mühitin
ilkin vəziyyətini tədqiq edirik, ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədini hazırlamaqla
ətraf mühitə potensial təsirləri qiymətləndiririk.
Layihələr fəaliyyətə başladıqda yaxın ətraf mühitin
monitorinqini aparmaqla sonrakı göstərici və təsirləri
ilkin vəziyyətlə müqayisə edirik.
Son olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
(ETSN) və Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti (ARDNŞ) ilə, habelə Azəri-Çıraq-Dərinsulu
Günəşli və Şahdəniz yataqları üzrə hasilatın pay
bölgüsü haqqında saziş çərçivəsində fəaliyyət
göstərən və ETSN, ARDNŞ, Neftqazlayihə İnstitutu
və Azərbaycan Milli Elmlər Akademiyasının
nümayəndələrindən təşkil olunan Ekoloji Yardımçı
Komitə ilə əməkdaşlıq edərək onları fəaliyyətlərimiz
barədə müntəzəm olaraq məlumatlandırırıq. Bu,
fəaliyyətimizin ən yüksək ekoloji standartlara uyğun
olmasını təmin etmək üçün müstəqil nəzarətin və
lazım olduqda dəstəyin olmasına imkan yaradır.
İSO 14001 sertifikatı
Azərbaycanda BP əməliyyatlarının ƏMİES-i
2000-ci ildə İSO 14001:2004 standartına uyğun
sertifikatlaşdırılıb və 2012-ci ilə qədər bu sertifikatın
əhatə dairəsi genişləndirilərək 17 sahə və əməliyyat
ərazisini əhatə edib.
İSO 14001 sertifikatı üçillik müddətə verilsə də,
Ətraf mühitin idarə edilməsi
Layihə və əməliyyatlarımızın əvvəlindən sonunadək ətraf mühit
məsələlərini idarə edir, ətraf mühitə təsirləri aradan qaldırmaq üçün
işləyirik.
sertifikatın qüvvədə saxlanılması üçün attestasiya
orqanından olan şirkətxarici auditor tərəfindən ildə
iki dəfə təftiş auditlərinin aparılması tələb olunur və
üçillik təkrar sertifikasiya müddəti ərzində hər bir
sertifikatlaşdırılmış sahədə ən azı bir təftiş auditi
aparılmalıdır. 2012-ci ilin mayında aparılmış təftiş
auditi Dərinsulu Günəşli platforması, Bakı Dərin
Özüllər Zavodunun təchizat bazası, Səngəçal
terminalındakı mərkəzi tullantı toplama sahəsi və
Qərb İxrac Boru Kəməri, Bakı-Tbilisi-Ceyhan boru
xətti və Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan
hissələrini əhatə etdi.
Cari İSO 14001:2004 sertifikatının müddəti 2012-ci
ilin noyabr ayında başa çatdığına görə, 2012-ci ilin
oktyabrında dördüncü təkrar sertifikasiya “Intertek-
Moody International” tərəfindən aparıldı. Audit
ƏMİES-in hər hansı əhəmiyyətli pozulması hallarını
aşkar etmədi və əvvəlki auditlərin aşkar etdiyi hallar
müvafiq islahedici tədbirlər vasitəsilə effektiv şəkildə
aradan qaldırılmışdı – nəticədə müəyyən olundu ki,
BP AGT-nin əməliyyatları (dəniz və quruda) effektiv
ƏMİES sistemini qüvvədə saxlayır. Ona görə də
2012-ci ilin noyabrında İSO 14001:2004 sertifikatının
etibarlılıq müddəti daha üç il müddətinə, yəni 2015-ci
ilə qədər uzadıldı. Yeni İSO 14001 sertifikatı 11 yanvar
2013-cü il tarixində verildi.
Əməkdaşlıq
BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(ARDNŞ) 2012-ci il ərzində ətraf mühit məsələləri
ilə bağlı əməkdaşlığı davam etdirdi. Riskin idarə
olunması və Neft dağılmalarına qarşı cavab tədbirləri
üzrə hazırlıq (NDQCTH) sahəsində ən yaxşı
təcrübələrin mübadiləsinə xüsusi diqqət yetirildi.
ARDNŞ-nin 19 idarəsinin 30-dan çox əməkdaşı 2012-
ci ilin oktyabr ayında keçirilən risklərin idarə olunması
və NDQCTH prosesinə həsr olunmuş seminarda
iştirak etdi. Seminarın məqsədi hər iki tərəfi cari
risklər və ətraf mühitə bununla bağlı təsirlərin
qiymətləndirilməsi prosesi, habelə BP və ARDNŞ-nin
NDQCTH-si ilə tanış etmək idi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə
Hallar Nazirliyinin nümayəndələri BP tərəfindən təşkil
edilmiş Neft dağılmaları üzrə fövqəladə fəaliyyət və
cavab tədbirlərinin modelləşdirilməsi vasitəsinə dair
təlimdə iştirak etdilər.
Təcrübəmizi bölüşürük
Biz 21-23 noyabr 2012-ci il tarixlərində beynəlxalq
“Xəzər: Ətraf mühit üçün texnologiyalar” sərgisində
stend və heyətimizlə iştirak edərək, qazma
şlamlarının laya vurulması quyuları, dolayı termal
desorbsiya texnologiyaları barədə, həmçinin
qazma şlamları və lay sularının ətraf mühitə
atılmasını minimuma endirmək üçün lay sularının
uzunmüddətli idarə edilməsi planı haqqında məlumat
verdik. Ətraf mühitin monitorinqinin idarə olunması
və NDQCTH üzrə sessiyalar keçirdik, BP AGT-nin
ətraf mühitə dair məlumatlarını ictimaiyyət arasında
payladıq.
Azər Əliyev
Ekologiya idarəsinin rəisi,
ARDNŞ
Biz inanırıq ki, ətraf mühitin mühafizəsi
sahəsində BP ilə əməkdaşlığımız davamlı
müsbət nəticələrin əldə olunmasına köməklik
edir. Ekoloji risklərin idarə olunmasına
dair 2012-ci ilin oktyabr ayında Eko-Parkda
keçirdiyimiz birgə seminar bu əməkdaşlığın
bir nümunəsidir. Tədbirdə ARDNŞ və BP
mütəxəssisləri neft dağılmalarına qarşı birgə
cavab tədbirləri və önləyici fəaliyyətlərin
koordinasiya olunması ilə bağlı təcrübələrini
bölüşərək fikir mübadiləsi apardılar.