FƏNNİ ÜZRƏ ELEKTRON DƏRS VƏSAİTİ
Köməkçi nitq hissələri
Modal
sözlər
Bağlayıcı
Qoşma
Ədat
Nida
1. Leksik mənaya malik olmur.
2. Ayrılıqda cümlə üzvü kimi işlənə bilmir.
3. Müstəqil suala cavab olmur.
50. Bağlayıcı
Sözlər, cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan
köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Bəzən bağlayıcılar ayrı-
ayrı müstəqil cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini
bir- birinə bağlayır.
Tabesizlik bağlayıcıları
Tabelilik bağlayıcıları
1. Cümlənin həmcins üzvlərini
əlaqələndirir.
Atalar və analar övladını
xoşbəxt görmək istəyir.
2. Tabesiz mürəkkəb cümləni
əmələ gətirən sadə cümlələri
əlaqələndirir:
Bahar gəldi və çəmənlikdə
güllər açdı.
Tabeli mürəkkəb cümlənin
tərkib hissələri arasında olur.
Mən düşünürəm ki, bu xəbəri
ona demək lazımdır.
Bağlayıcı
51. Bağlayıcıların quruluşu
Bağlayıcıların quruluşu
Bir sözdən ibarətdir:
və, ilə, amma, ancaq
Iki və daha artıq sözdən
ibarətdir:
ya da ki, gah da ki, həm də, yəni
ki
Sadə
Mürəkkəb
52. Bağlayıcıların mənaca
növləri
Bağlayıcıların mənaca növləri
Tabesizlik bağlayıcıları
Birləşdirmə
bağlayıcıları
Və, ilə, (- la ²)
Qarşılaşdırma
bağlayıcıları
Amma, ancaq , lakin
Bölüşdürmə
bağlayıcıları
Ya, ya da ki, və ya, gah, gah da,istər, istərsə
İştirak bağlayıcıları
Həm, həm də, o cümlədən, habelə, hətta
İnkarlıq bağlayıcıları Nə, nə də, nə də ki
Aydınlaşdırma
bağlayıcıları
Yəni, yəni ki, məsələn
Bağlayıcıların mənaca növləri
Tabelilik bağlayıcıları
Səbəb bağlayıcıları
Çünki, ona görə ki, buna görə ki,
onun üçün, ondan ötrü
Şərt bağlayıcıları
Əgər, hərgah, madam, indi ki, bir
halda ki
Güzəşt bağlayıcıları
Hərçənd, hərçənd ki
Aydınlaşdırma
bağlayıcıları
Ki, belə ki
53. Bağlayıcılardan əvvəl və
ya sonra vergülün işlənməsi
Bağlayıcılardan əvvəl və ya
sonra vergülün işlənməsi
1. Cümlədə təkrar olunan nə, gah, həm, ya bağlayıcılarından əvvəl
(I-dən başqa) vergül qoyulur: Gah külək əsir, gah da yağış
yağırdı.
2. Amma, ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur:
Onu gördüm, amma danıdırmağa ürək etmədim.
3. Cümlədə təkrar olunan da, də bağlayıcısından sonra vergül
qoyulur: Mən də, sən də, Gülşən də tədbirdə olmalıyıq.
4. Mürəkkəb cmləni təşkil edən sadə cümlələri bağlayan çünki,
ona görə ki bağlayıcılarından əvvəl vergül qoyulur: O tez getdi,
çünki təcili işi var idi.
5. Yoxsa bağlayısından əvvəl vergül qoyulur: Danış, yoxsa elə
bilərlər ki, də
54. Bağlayıcıların
fərqləndirilməsi
Bağlayıcıların fərqləndirilməsi
1. Da, də bağlayıcı və ismin yerlik hal şəkilçisi. Bağlayıcı
vurğusuz olur, ayrı yazılır. Mən də dərsə gecikdim. Məndə
maraqlı kitab var.
2. Ki- bağlayıcı. Sifət düzəldən şəkilçi: bağlayıcı mürəkkəb
cümləni əmələ gətirən sadə cümlələri bir- birinə bağlayır. Sifət
düzəldən ki şəkilçisi zaman bildirən sözlərə artırılır. Mən dedim
ki, onu tutmaq olmur. Səhərki hadisə məni sevindirdi.
3. İlə- bağlayıcı, qoşma: Qoşma kimi işlənərkən qoşulduğu
sözlərlə birlikdə bir suala cavab verir, bir cümlə üzvü olur.
Sənin ilə
İlə- bağlayıcı kimi işləndikdə onu vergül işarəsi ilə, yaxud da və
bağlayısı ilə əvəz etmək olur.
4
Dostları ilə paylaş: |