XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
14
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
ERKƏN İLLƏR (1889–1901)
Balaca Pablo artıq üç ya şın dan
rəsm çəkməyə
hə vəs göstərməyə baş-
layır. “Sarı pikador” Pi kassonun
öküz döyüşünün təə ssüratı altında
yağlı boya ilə çək diyi ilk rəsmlərin-
dən biri hesab edilir.
MAVİ DÖVR (1901–1904)
1901-ci ilin payızında Pikasso öz
fərdi üslubuna doğru sıçrayış edir.
Həmin vax tadək o, impressionistlə rin
istedadlı şa
gir di və təqlidçisi olmuş-
dur. 1901-ci il dən mavi dövr başlayır.
“Ana və uşaq”. 1901 (20 ya şında). Foqqa
Mu ze yi, Harvard İncəsənət Mu zeyi. ABŞ
“Sarı pikador”. 1889 (8 yaşında). Rəssa-
mın oğlu Klod Pikasso nun şəxsi kolleksi-
yası
“Şar üzərində qızcığaz”. 1905 (24 yaşında).
A.S. Puşkin adına Dövlət Təsviri Sənət
Muzeyi. Moskva, Rusiya
ÇƏHRAYI DÖVR (1905–1906)
Çəhrayı dövrü çox zaman həm də sirk
döv rü adlandırırlar. Pi kas sonun yeni rəng-
karlığının sevimli motivlərindən biri sirk
mövzusudur. O, sonsuz sayda arlekin-təlxək
və ak ro batların şəkillərini çəkmişdir.
Ənənəvi olaraq Pikassonun yaradıcılığını 11 dövrə ayırmaq olar:
XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
15
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
AFRİKA DÖVRÜ (1907–1909)
Bu dövrdə Pikasso özü üçün arxaik (köh-
nə) Afrika incəsənətini
kəşf edir və onu öz ya-
radıcılıq üslubuna uyğunlaşdırmaq zərurətini
hiss edir. O, təsvir etdiyi əşyaların formasını
sadələşdirməyə, onları monumental və ifadəli
etməyə başlayır. Bu qısa dövrü bəzən “sezann-
sayağı” adlandırırlar, çünki həmin vaxtlar Pi-
kasso təsvirdə Sezann metodunu – formaları
şar, silindr, konus formasınadək sadələşdirmə-
yi sınayır. Afrika dövrü kubizmin “ixtirasına”
gətirib çıxardı. “Avinyon qızları” Pikassonun
kubizm üslubunda yaradılmış ilk əsəri sayılır.
“Avinyon qızları”. 1907 (26 yaşın-
da). Müasir İncə
sənət Muzeyi. Nyu-
York, ABŞ
ANALİTİK KUBİZM (1909–1912)
Analitik kubizm dövrü rəngkarlığının
fərqli xüsusiyyətlərindən biri –
monoxrom-
luqdur
1
. İkincisi, hər bir detalın
dəqiq ifadə-
sindən imtina etməkdir. Digər fərqləndirici
xüsusiyyət – kubizmdə perspektiv və onun
qanunları yoxa çıxır. Nəyin təsvir edildiyi-
ni yalnız tək-tək detalların əlamətinə əsasən
anlamaq olar. Pikasso onları “atribut” ad-
landırırdı. Rəssamlar dünyanın necə görün-
düyünü deyil,
necə qurulduğunu öyrənmək
və analiz – “təhlil” etmək istəyirdilər.
“Mandolinalı qız”. 1910 (29 yaşında).
Müasir İncəsənət Muzeyi. Nyu-York, ABŞ
1
Monoxrom (
yun. – birrəngli) – bir rənglə işlənilmiş; bir rəng daşıyan.
2
Kollaj (
fr. collage) – təsviri sənətdə üsul və texnika. Rəng və fakturaya görə fərqlənən hər
hansı bir səth üzərinə yapışdırılmış müxtəlif materiallar.
SİNTETİK KUBİZM (1912–1917)
Kubizmin bu dövrü təsadüfən sintetik
adlandırılmayıb. Pikasso öz dekorativ
kollaj-
larını
2
yaradaraq onları sanki “sintez edir”.
Kompozisiyalar rəngli olur və dekorativləşir.
Həmin dövr də onun tablolarında şriftlər və
tək-tək hərfl ər görünür.
“Masada meyvələrlə natürmort”. 1915 (34 yaşın-
da). Kolumbus İncəsənət Muzeyi. ABŞ
XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
16
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
3
Sürrealizm (
fr. surrealisme – realizmdən üstün) – XX əsrin birinci yarısında
dünya in-
cəsənətindəki bədii istiqamət. Sürrealizm qəribəliyi, ağıla ziddiliyi, ümumi qəbul olun-
muş standartlara uğunsuzluğu ilə xarakterizə edilir. Hərəkatın özü müxtəlif olsa da,
ümumi məqsəd – şüuraltı yaradıcı qüvvənin azadlığı və ağıl üzərində üstünlüyündən
ibarət idi.
“Olqanın kresloda portreti”. 1917 (36 yaşında).
Pikasso Muzeyi. Paris, Fransa
KLASSİSİZM DÖVRÜ (1917–1925)
Klassisizm Pikassonun həyat və yaradıcı lı-
ğında çox parlaq və zəngin dövrdür. O, on il ər-
zində altı rus balet quruluşunun
bədii tərti ba-
tın da iştirak edib. Əhatəsindəki mühit – klassik
balet, həm də Roma və bütünlükdə antik memar-
lıq klassikasının təsiri onun əsərlərinin üslubu-
nu müəyyənləşdirmişdir. Pikasso klassikanın
dər hal tanınan, lakin özünəməxsus və bənzərsiz
variantını yaratmışdır.
SÜRREALİZM
3
DÖVRÜ (1925–1937)
Həmin illərdə sürrealizm cərəyanı Pi kas soya
tə sir göstərməyə baş la yır. O, qadınların
təsvir
olunduğu bir neçə tablo çəkir və oradakı forma-
ları yaradarkən kubizmin həndəsi tərzi ilə həyati
elementləri birləşdirir. O, Afrika heykəltəraşlı-
ğın dan aldığı təəssüratlarını kubizm və sürre-
alizm üsulları vasitəsilə uyğunlaşdıraraq hey-
kəltəraşlıqla aktiv məşğul ol ma ğa davam edir.
“Qiraət”. 1932 (51 yaşında).
Pikasso Muzeyi. Paris, Fransa
“Ağlayan qadın”. 1937 (56 yaşında).
Teyt qalereyası. London, Böyük Britaniya
30-cu İLLƏRİN SONU və MÜHARİBƏ
DÖVRÜ (1937–1945)
O, 1930-cu illərin sonunda, II Dünya mü ha-
ri
bəsi ərəfəsində, eləcə də onun vətəni İspaniyanı
bü rümüş müharibə zamanı xeyli ağlayan qadın
portreti çəkir.