Məşhur Terequlovlar (Tanrıqulovlar) nəslindəndir. Məlahətli
və cazibəli səhnə görkəmi,
yaraşıqlı qədd-qaməti olub. Mürəkkəb mizanlarda, hərəkət edə-edə ariya və duet oxumağı ustalıqla
bacarıb. Qəhrəman sevgililərin partiyalarının ifasını quruluqdan çıxaran, onlara romantizm, lirizm,
səmimiyyət gətirən ilkin aktrisalardandır.
Aliyə Ramazan qızı Terequlova 1915-ci ildə Bakıda doğulub. On yaşından musiqi ilə
müntəzəm məşğul olub və orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət konservatoriyasında
oxuyub. Oranın vokal şöbəsini 1937-ci ildə bitirib və Opera və Balet Teatrına solist götürülüb.
Burada Nərgiz və Məryəmin ("Nərgiz", Müslüm Maqomayev), Gülzarın ("Şahsənəm", Reynqold
Qlier), Ağca qızın ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov) partiyalarını oxuyub.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı açılanda Aliyə Terequlova da
truppaya dəvət edilib. 1949-cu ildə teatr bağlananda Filarmoniyanın nəzdində yaradılan musiqili-
estrada ansamblında, Gənc Tamaşaçılar Teatrında işləyib. MKT 1956-cı ildə yenidən açılanda bir
müddət burada işləyib.
Aliyə Terequlova ömrünün son on ilini Moskvada yaşayıb və 21 mart 1968-ci ildə orada
vəfat edib.
Aktrisanın Musiqili Komediya Teatrında oynadığı əsas rollar: Asya və Gülçöhrə, Minnət
xanım, Gülnaz ("Arşın mal alan", "Ər və arvad" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Beatriçe
("İki ağanın bir nökəri", Karlo Haldoni və Şəmsəddin Fətullayev), Şərəfnisə ("Dərviş Məstəli şah",
Mirzə Fətəli Axundzadə və Şəmsəddin Fətullayev), keto ("Keto və kote", Vladimir Dolidze), Durna
("Durna", Süleyman Rüs-təm və Səid Rüstəmov), Bayadera ("Bayadera", İmre Kalman), Qızılgül
("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Mirvari ("Toy kimindir?", Məhərrəm Əlizadə
və Ağası Məşədibəyov), Naznaz ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid
Rüstəmov), Sevgili ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Qönçə ("Məhəbbət
gülü", (Hüseyn Muxtarov və Süleyman Ələsgərov).
Yüksək zövq və istedad sahibi olan Aliyə Terequlova 17 iyun 1943-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
MUSİQİLİ KOMEDİYA
TEATRINDA AKTYOR YARADICILIĞI
İkinci dərs
İMAMVERDİ BAĞIROV (23.12.1913 - 6.5.1985)
Daha çox dramatik xarakterli aktyor kimi formalaşmış İmamverdi Salman oğlu Bağırov 23
dekabr 1913-cü ildə Bakıda doğulub. Yeddillik təhsil alıb. Müxtəlif dram dərnəklərində çıxış edən
gənc teatr həvəskarı 1929-cu ildə yeni yaradılan İşçi Uşaq Teatrının (bugünkü GTT) truppasına
götürülüb.
Müxtəlif vaxtlarda İrəvan Dövlət Azərbaycan Teatrında (1930 - 1932), Milli Dram Teatrında
(1934 və 1942 - 1954) aktyorluq edib. Burada Paris ("Romeo və Cülyetta", Vilyam Şekspir), Kərim,
Təlxək ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Toğrul ("Od gəlini", Cəfər
Cabbarlı), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), Əli bəy ("Vaqif", Səməd Vurğun) kimi
maraqlı rollarda səhnəyə çıxıb. İmamverdi Bağırov daxilən rahatsız idi və müxtəlif yeni
kollektivlərdə işləməyi xoşlayıb. O, Qazax (1938) və Quba (1939) Kolxoz və Sovxoz Teatrında
aktyor və rejissor kimi çalışıb. 1954-1956-cı illərdə Soltan Dadaşovun yaratdığı və dövlət statusu
olmayan Musiqili Komediya Teatrında rollar oynayıb. 1956-cı ildə teatr dövlət müəssisəsi kimi
yenidən fəaliyyətə başlayanda onun truppasının aparıcı aktyorlarından biri də İmamverdi Bağırov
idi.
1956-cı ildən fasiləsiz olaraq on doqquz il Musiqili komediya Teatrında maraqlı yaradıcılıq
yolu keçib. Mürəkkəb dramatik səciyyəli və satirik çalarlı, ictimai-sosial mahiyyət daşıyan
personajların istedadlı ifaçılarından sayılıb. Onun teatrda uğur qazandığı rolların ən səciyyəviləri
bunlardır: Möhsün ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Həsənqulu bəy və Rza bəy
("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Xosrov bəy, Orduxan bəy ("Evliykən subay" və "Əlli
yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Dərviş və Naçalnik ("Hacı Qara", Mirzə Fətəli
Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz
Mustafayev və Vasif Adıgözəlov), Bəbirli ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman
Ələsgərov), Molla Manaf ("Təzə gəlin", Seyfəddin Dağlı və Cahangir Cahangirov), Cəlilov,
Əliimran ("Nənəmin şahlıq quşu" və "Boşanaq, evlənərik", Əliağa Kürçaylı və Vasif Adıgözəlov),
Camal dayı ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanovla Nəriman Məmmədov),
Aslan ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova), "Dağlar qoynunda", Ədil
İsgəndərov və Əşrəf Abbasov), Şəmsizadə ("Qaçırılmış qız", Cahangir Məmmədov və Ramiz
Mirişli).
İmamverdi Bağırov 1964-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının əməkdar
artisti fəxri adı ilə təltif olunub. 6 may 1985-ci ildə Bakıda vəfat edib.
ŞƏFİQƏ QASIMOVA (6 DEKABR 1924)
Bakıda doğulub. Ailə vəziyyətilə bağlı on beş yaşından MKT-nin xorunda işləməyə məcbur
olub. Lirik-dramatik soprana səsi cazibəli gücü və məlahəti ilə sevilib.
1940-cı ildə xor kapellasına götürülüb. 1943 - 1949-cu ildə Opera və Balet Teatrının xorunda
çalışıb. Yaradıcılıq sənətkarlığını artırmaq üçün Azərbaycan Dövlət konservatoriyasının vokal
şöbəsində oxuyub. Tələbə ikən OBT-yə solist götürülüb. Burada Üzeyir bəy Hacıbəyovun
"Koroğlu" (Xanəndə qız), "Arşın mal alan" (Asya), Fikrət Əmirovun "Sevil" (Tafta və Cülüş)
əsərlərindo, bir sıra xarici operalarda müxtəlif partiyaları oxuyub. Həm opera solisti, həm də vokal
ifaçısı kimi musiqi ictimaiyyətində tez bir zamanda populyarlaşıb.
MKT yeddiillik fasilədən sonra 1956-cı ildə yenidən açılanda Şəfiqə Qasımova kollektivin
truppasına ilkin qəbul olunanlar sırasında idi. O, uzun illər burada repertuarda olan əksər musiqili
komediyaların əsas partiyalarını ifa edib. Yaradıcılığının son illərində xarakterik rollar da oynayıb.
Bəzi rolları bir neçə quruluşda ifa edib. Teatrın və aktrisanın özünün yaradıcılığında əhəmiyyətli yer
tutan əsas partiyaları bunlardır: Asya ("Arşın mal alan"), Durna ("Durna", Süleyman Rüstəm və Səid
Rüstəmov), Ulduz ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Leyli və Gövhər ("Gözün
aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Sona xanım ("Hacı Qara"), Lalə, Gülnar, Müğənni
qız ("Özümüz bilərik", "O1madı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və
Süleyman Ələsgərov), Sevda ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov), Qızılgül ("Qızılgül",
Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Barbale ("Keto və kote", Vladimir Dolidze), Rusudan
("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), Fatı ("Hicran", Sabit Rəhman və Emin
Sabitoğlu), Əsmət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova), Gülyanaq
("Haradasan, ay subaylıq", Salam Qədirzadə və Süleyman Ələsgərov), Pəri ("Altı qızın biri Pəri",
Məhərrəm Əlizadə və Nəriman Məmmədovla Tofiq Bakıxanov), Bənövşə ("Rəisin arvadı",
Məhərrəm Əlizadə və Səid Rüstəmov), Pərvanə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq
Quliyev), Mirvari ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Bəsirə ("Gurultulu
məhəbbət", Salam Qədirzadə və Süleyman Ələsgərov).
Şəfiqə Qasımova "Azərbaycanfilm"də "Ögey ana" (Zeynəb), "Vulkana doğru" (Ana)
filmlərinə çəkilib.