Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə162/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   212

Məşhur Terequlovlar (Tanrıqulovlar) nəslindəndir. Məlahətli və cazibəli səhnə görkəmi

yaraşıqlı qədd-qaməti olub. Mürəkkəb mizanlarda, hərəkət edə-edə ariya və duet oxumağı ustalıqla 

bacarıb. Qəhrəman sevgililərin partiyalarının ifasını quruluqdan çıxaran, onlara romantizm, lirizm, 

səmimiyyət gətirən ilkin aktrisalardandır. 

Aliyə Ramazan qızı Terequlova 1915-ci ildə Bakıda doğulub. On yaşından musiqi ilə 

müntəzəm məşğul olub və orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət konservatoriyasında 

oxuyub. Oranın vokal şöbəsini 1937-ci ildə bitirib və Opera və Balet Teatrına solist götürülüb. 

Burada Nərgiz və  Məryəmin ("Nərgiz", Müslüm Maqomayev), Gülzarın ("Şahsənəm", Reynqold 

Qlier), Ağca qızın ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov) partiyalarını oxuyub. 

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı açılanda Aliyə Terequlova da 

truppaya dəvət edilib. 1949-cu ildə teatr bağlananda Filarmoniyanın nəzdində yaradılan musiqili-

estrada ansamblında, Gənc Tamaşaçılar Teatrında işləyib. MKT 1956-cı ildə yenidən açılanda bir 

müddət burada işləyib. 

Aliyə Terequlova ömrünün son on ilini Moskvada yaşayıb və 21 mart 1968-ci ildə orada 

vəfat edib. 

Aktrisanın Musiqili Komediya Teatrında oynadığı  əsas rollar: Asya və Gülçöhrə, Minnət 

xanım, Gülnaz ("Arşın mal alan", "Ər və arvad" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Beatriçe 

("İki ağanın bir nökəri", Karlo Haldoni və Şəmsəddin Fətullayev), Şərəfnisə ("Dərviş Məstəli şah", 

Mirzə Fətəli Axundzadə və Şəmsəddin Fətullayev), keto ("Keto və kote", Vladimir Dolidze), Durna 

("Durna", Süleyman Rüs-təm və  Səid Rüstəmov), Bayadera ("Bayadera", İmre Kalman), Qızılgül 

("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Mirvari ("Toy kimindir?", Məhərrəm Əlizadə 

və  Ağası  Məşədibəyov), Naznaz ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və  Səid 

Rüstəmov), Sevgili ("Gözün aydın", Məhərrəm  Əlizadə  və Fikrət  Əmirov), Qönçə ("Məhəbbət 

gülü", (Hüseyn Muxtarov və Süleyman Ələsgərov). 

Yüksək zövq və istedad sahibi olan Aliyə Terequlova 17 iyun 1943-cü ildə Azərbaycan 

Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 

 

 

 



MUSİQİLİ  KOMEDİYA 

TEATRINDA AKTYOR YARADICILIĞI 

 

İkinci dərs 

 

İMAMVERDİ BAĞIROV (23.12.1913 - 6.5.1985) 

 

Daha çox dramatik xarakterli aktyor kimi formalaşmış İmamverdi Salman oğlu Bağırov 23 



dekabr 1913-cü ildə Bakıda doğulub. Yeddillik təhsil alıb. Müxtəlif dram dərnəklərində çıxış edən 

gənc teatr həvəskarı 1929-cu ildə yeni yaradılan  İşçi Uşaq Teatrının (bugünkü GTT) truppasına 

götürülüb. 

Müxtəlif vaxtlarda İrəvan Dövlət Azərbaycan Teatrında (1930 - 1932), Milli Dram Teatrında 

(1934 və 1942 - 1954) aktyorluq edib. Burada Paris ("Romeo və Cülyetta", Vilyam Şekspir), Kərim, 

Təlxək ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Toğrul ("Od gəlini", Cəfər 

Cabbarlı),  İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), Əli bəy ("Vaqif", Səməd Vurğun) kimi 

maraqlı rollarda səhnəyə  çıxıb.  İmamverdi Bağırov daxilən rahatsız idi və müxtəlif yeni 

kollektivlərdə  işləməyi xoşlayıb. O, Qazax (1938) və Quba (1939) Kolxoz və Sovxoz Teatrında 

aktyor və rejissor kimi çalışıb. 1954-1956-cı illərdə Soltan Dadaşovun yaratdığı  və dövlət statusu 

olmayan Musiqili Komediya Teatrında rollar oynayıb. 1956-cı ildə teatr dövlət müəssisəsi kimi 



yenidən fəaliyyətə başlayanda onun truppasının aparıcı aktyorlarından biri də  İmamverdi Bağırov 

idi. 


1956-cı ildən fasiləsiz olaraq on doqquz il Musiqili komediya Teatrında maraqlı yaradıcılıq 

yolu keçib. Mürəkkəb dramatik səciyyəli və satirik çalarlı, ictimai-sosial mahiyyət daşıyan 

personajların istedadlı ifaçılarından sayılıb. Onun teatrda uğur qazandığı rolların  ən səciyyəviləri 

bunlardır: Möhsün ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Həsənqulu bəy və Rza bəy 

("Məşədi  İbad", Üzeyir bəy Hacıbəyov), Xosrov bəy, Orduxan bəy ("Evliykən subay" və  "Əlli 

yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Dərviş  və Naçalnik ("Hacı Qara", Mirzə  Fətəli 

Axundzadənin eyniadlı  əsəri  əsasında libretto müəllifi  Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz 

Mustafayev və Vasif Adıgözəlov), Bəbirli ("Özümüz bilərik",  Şıxəli Qurbanov və Süleyman 

Ələsgərov), Molla Manaf ("Təzə  gəlin", Seyfəddin Dağlı  və Cahangir Cahangirov), Cəlilov, 

Əliimran ("Nənəmin şahlıq quşu" və "Boşanaq, evlənərik", Əliağa Kürçaylı və Vasif Adıgözəlov), 

Camal dayı ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanovla Nəriman Məmmədov), 

Aslan ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və  Şəfiqə Axundova), "Dağlar qoynunda", Ədil 

İsgəndərov və  Əşrəf Abbasov), Şəmsizadə ("Qaçırılmış  qız", Cahangir Məmmədov və Ramiz 

Mirişli). 

İmamverdi Bağırov 1964-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının  əməkdar 

artisti fəxri adı ilə təltif olunub. 6 may 1985-ci ildə Bakıda vəfat edib. 

 

 

ŞƏFİQƏ QASIMOVA (6 DEKABR 1924) 



 

Bakıda doğulub. Ailə vəziyyətilə bağlı on beş yaşından MKT-nin xorunda işləməyə məcbur 

olub. Lirik-dramatik soprana səsi cazibəli gücü və məlahəti ilə sevilib. 

1940-cı ildə xor kapellasına götürülüb. 1943 - 1949-cu ildə Opera və Balet Teatrının xorunda 

çalışıb. Yaradıcılıq sənətkarlığını artırmaq üçün Azərbaycan Dövlət konservatoriyasının vokal 

şöbəsində oxuyub. Tələbə ikən OBT-yə solist götürülüb. Burada Üzeyir bəy Hacıbəyovun 

"Koroğlu" (Xanəndə  qız), "Arşın mal alan" (Asya), Fikrət  Əmirovun "Sevil" (Tafta və Cülüş) 

əsərlərindo, bir sıra xarici operalarda müxtəlif partiyaları oxuyub. Həm opera solisti, həm də vokal 

ifaçısı kimi musiqi ictimaiyyətində tez bir zamanda populyarlaşıb. 

MKT yeddiillik fasilədən sonra 1956-cı ildə yenidən açılanda Şəfiqə Qasımova kollektivin 

truppasına ilkin qəbul olunanlar sırasında idi. O, uzun illər burada repertuarda olan əksər musiqili 

komediyaların əsas partiyalarını ifa edib. Yaradıcılığının son illərində xarakterik rollar da oynayıb. 

Bəzi rolları bir neçə quruluşda ifa edib. Teatrın və aktrisanın özünün yaradıcılığında əhəmiyyətli yer 

tutan əsas partiyaları bunlardır: Asya ("Arşın mal alan"), Durna ("Durna", Süleyman Rüstəm və Səid 

Rüstəmov), Ulduz ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Leyli və Gövhər ("Gözün 

aydın", Məhərrəm  Əlizadə  və Fikrət  Əmirov), Sona xanım ("Hacı Qara"), Lalə, Gülnar, Müğənni 

qız ("Özümüz bilərik", "O1madı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və 

Süleyman Ələsgərov), Sevda ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov), Qızılgül ("Qızılgül", 

Məhərrəm  Əlizadə  və Soltan Hacıbəyov), Barbale ("Keto və kote", Vladimir Dolidze), Rusudan 

("Tiflis nəğməsi", Levon Cubabiriya və  Şota Milorava), Fatı ("Hicran", Sabit Rəhman və Emin 

Sabitoğlu),  Əsmət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və  Şəfiqə Axundova), Gülyanaq 

("Haradasan, ay subaylıq", Salam Qədirzadə  və Süleyman Ələsgərov), Pəri ("Altı  qızın biri Pəri", 

Məhərrəm  Əlizadə  və  Nəriman Məmmədovla Tofiq Bakıxanov), Bənövşə ("Rəisin arvadı", 

Məhərrəm  Əlizadə  və  Səid Rüstəmov), Pərvanə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq 

Quliyev), Mirvari ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Bəsirə ("Gurultulu 

məhəbbət", Salam Qədirzadə və Süleyman Ələsgərov). 

Şəfiqə Qasımova "Azərbaycanfilm"də "Ögey ana" (Zeynəb), "Vulkana doğru" (Ana) 

filmlərinə çəkilib. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə