Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə158/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   212

*  *  * 

  

SSRİ hökumətinin qərarı ilə 1948-ci ilin sonlarından bütün dövlət teatrları özünü 



maliyyələşdirmə (təsərrüfat hesabı) iş üsuluna keçdi. Azərbaycanda bir-birinin ardınca  Şəmkir, 

Şamaxı,  Şəki, Qazax, Ağdam, Qapyagin (Füzuli), Ağdaş, Salyan, Sabirabad, Lənkəran, Qazax, 

Zaqatala, Ordubad, Göyçay, Şuşa dövlət teatrları  fəaliyyətlərini dayandırmağa məcbur oldular. 

Azərbaycan SSR Nazirlər Sovetinin 25 may 1949-cu il tarixli, 613 saylı  qərarı ilə  Cəlil 

Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da bağlandı. Rus Operetta 

Teatrı isə Ordubadi adına Yay teatrı ilə birləşdi. 

Aktyorlardan Lütfəli Abdullayev, Azər Talıbova, İbrahim Hüseynov, rəssam Əsgər (Ələsgər) 

Abbasov AMDT-yə, Firəngiz Şərifova, Nəcibə Behbudova GTT-yə, Məmmədsadıq Nuriyev Gəncə 

Dövlət Dram Teatrına,  Əhməd Səfayi Göyçay teatrına (az sonra o teatr da bağlandı), Abbasağa 

Hüseynov, Kamal Kərimov, Əlihüseyn Qafarlı Opera və Balet Teatrına keçdilər. Əhməd Anatollu 

və Nina Mironova təqaüdə  çıxdılar.  Şəmsəddin Fətullayev konservatoriyaya təhsilini davam 

etdirməyə göndərildi. Baletmeyster Ələsgər Hənifəzadə, Ağəli Məstanov və  Əliimran  Şirvanski 

(Dəmirov) Xalq Yaradıcılığı Evinin, Azərbaycan Dövlət Filarmoniyasının, Aliyə Terequlova, 

Nuriyyə  Rəcəbova, Nəsibə Zeynalova, İslam  Şərifov və başqaları  İncəsənət  İşləri  İdarəsinin 

sərəncamında qaldılar. 

 

 



 

AZƏRBAYCAN  DÖVLƏT MUSİQİLİ   

KOMEDİYA TEATRI (1956- 2004) 

 

1954-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrını yaratmağa hazırlıq prosesi və 



təşəbbüs kimi Dənizkənarı  bulvarın   nəzdində   "Musiqili   komediya   teatrı   ansambl Mahmudov

Kazım Zeynalov, Tofiq Qasımov, Yusif Quliyev, Gülağa Məmmədov. 

Aktrisalar: Aliyə (Alya da yazılıb) Terequlova, Xalidə Hüseynova, Fəxrəndə  Ağayeva 

(Ağazadə), Nəsibə Zeynalova, Firəngiz Şərifova, Nuriyyə Rəcəbova, Azər (Azəri) Talıbova, Cahan 

Talışinsnaya, Elmira Axundova, Nina Mironova, Fizzə Seyidbəyova, Nəcibə Məlikova. 

Teatrın rus bölməsi kollektivin fəaliyyət göstərdiyi on bir il ərzində müxtəlif tamaşalarla öz 

repertuarını zənginləşdirib. Kollektiv 1939-cu ildə Boris Aleksandrovun "Malinovkada toy", Üzeyir 

bəyin "Arşın mal alan", Ferents Leqarın "Şən dul qadın", 1940-cı ildə  İmre Kalmanın "Monmartr 

bənövşəsi", "Bayadera", "Silva", "Holland qız", "Sirk Kraliçası" ("Sirk şahzadəsi" adı ilə), Matvey 

Blanterin "Amur sahilində", Aleksey Ryabovun "Kolombina" və "Soroçin yarmarkası", Anton 

Rubinşteynin "Qarşılıqlı  məhəbbət", 1941-ci il-də Valentin Valentinovun "Od möbidəsi",  İmre 

Kalmanın "Vətənə  məhəbbət" (23 oktyabr),  1945-ci ildə "Borcianın bazu-bəndi",   1946-cı ildə  

"Əngin dəniz",   "Bir saatlıq sehrbaz", 1947-ci ildə Ferents Leqarın "Qraf Lüksemburq" və avqustda 

Oskar Feltsmanın "Özgə  qızı", 1948-ci ildə  İsaak Dunayevskinin "Azad ruzigar", "Dənizdəkilərin 

eşqinə", "Əyalət valisi", "Günəşli çiçək", Karl Tsellerin "Quşsatan", Ferents Leqarın "Qaraçı 

məhəbbəti" ("Qaraçının eşqi" kimi də yazılıb), 1949-cu ildə Sidni Consun "Keyşa" operettalarına 

quruluşlar verib. Teatr 1949-cu və 1956 - 1960-cı illərə  qədər yay aylarından öz tamaşalarını 

Ordubadi adına, Cabbarlı adına Yay teatrlarında və Yay bağında oynayıb. Bununla bərabər

Muskomediya yay mövsümlərində Dağüstü, Nizami, Dzerjinski (İndiki  Şuşa) parkiarında da 

tamaşalar göstərirdi. 

1946 - 1948-ci illərdə teatrın rus bölməsi müstəqil Azərbaycan Dövlət Rus Operetta Teatrı 

kimi qış aylarında Azadlıq (indiki Səməd Vurğun) küçəsində yerləşən Zabitlər evində, yay 

mövsümündə isə müxtəlif yay teatrlarında tamaşalar oynayıb. 

 



*   *   * 

 

 SSRİ hökumətinin qərarı ilə 1948-ci ilin sonlarından bütün dövlət teatrları özünü 



maliyyələşdirmə (təsərrüfat hesablı) iş üsuluna keçdi. Azərbaycanda bir-birinin ardınca  Şəmkir, 

Şamaxı,  Şəki, Qazax, Ağdam, Qapyagin (Füzuli), Ağdaş, Salyan, Sabirabad, Lənkəran, Qazax, 

Zaqatala, Ordubad, Göyçay, Şuşa dövlət teatrları  fəaliyyətlərini dayandırmağa məcbur oldular. 

Azərbaycan SSR Nazirlər Sovetinin 25 may 1949-cu il tarixli, 613 saylı  qərarı ilə  Cəlil 

Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da bağlandı. Rus Operetta 

Teatrı isə Ordubadi adına Yay teatrı ilə birləşdi. 

Aktyorlardan Lütfəli Abdullayev, Azər Talıbova, İbrahim Hüseynov, rəssam Əsgər (Ələsgər) 

Abbasov AMDT-yə, Firəngiz Şərifova, Nəcibə Behbudova GTT-yə, Məmmədsadıq Nuriyev Gəncə 

Dövlət Dram Teatrına,  Əhməd Səfayi Göyçay teatrına (az sonra o teatr da bağlandı), Abbasağa 

Hüseynov, Kamal Kərimov, Əlihüseyn Qafarlı Opera və Balet Teatrına keçdilər. Əhməd Anatollu 

və Nina Mironova təqaüdə  çıxdılar.  Şəmsəddin Fətullayev konservatoriyaya təhsilini davam 

etdirməyə göndərildi. Baletmeyster Ələsgər Hənifəzadə, Ağəli Məstanov və  Əliimran  Şirvanski 

(Dəmirov) Xalq Yaradıcılığı Evinin, Azərbaycan Dövlət Filarmoniyasının, Aliyə Terequlova, 

Nuriyyə  Rəcəbova, Nəsibə Zeynalova, İslam  Şərifov və başqaları  İncəsənət  İşləri  İdarəsinin 

sərəncamında qaldılar. 

 

 



 

AZƏRBAYCAN  DÖVLƏT MUSİQİLİ   

KOMEDİYA TEATRI (1956 - 2004) 

 

1954-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrını yaratmağa hazırlıq prosesi və 



təşəbbüs kimi Dənizkənarı   bulvarın   nəzdində   "Musiqili   komediya   teatrı   ansambl truppası" 

yaradıldı. Opera teatrında işləyən Soltan Dadaşov ansambla baş rejissor, AMDT-nin rejissoru 

Ələsgər Şərifov isə bir müddət kollektivə bədii rəhbər təyin edildilər. Soltan Dadaşovun təklifi və 

təşəbbüsü ilə truppa Üzeyir bəy Hacıbəyovun "Məşədi  İbad" (8 fevral. Rəssam  Əsgər Abbasov, 

dirijorlar Xəlil Cəfərov və Çingiz Hacıbəyov, baletmeyster Əminə Dilbazi), iyun ayında "Arşın mal 

alan" (rəssam  Ənvər Almaszadə, dirijor Əfrasiyab Bədəlbəyli) və  Ağası  Məşədibəyovun "Toy 

kimindir?" (mətn Məhərrəm  Əlizadənindir. Rəssam  Əsgər Abbasov) operettalarını tamaşaya 

hazırladı. "Məşədi İbad"la "Arşın mal alan"ın quruluşunu Soltan Dadaşov, "Toy kimindir?"in səhnə 

təfsirini isə  Səfər Turabov vermişdilər. Tamaşaların afişa və proqramlarında yuxarıdan "Musiqili 

komediya Teatrı" ("Dövlət" kəlməsi yox idi) və "Baş rejissor Soltan Dadaşov" sözləri yazılırdı. Bu, 

Musiqili Komediya Teatrının bərpası  və dövlət statusu alması üçün həqiqətən də  məqsədyönlü 

addım-təşəbbüs oldu. 

Tamaşaların üçündə  də  iştirak edən aktyorların bir qismi Opera və Balet Teatrının işçiləri 

idilər. Bəşir Səfəroğlu, Məmmədsadıq Nuriyev, İmamverdi Bağırov, bir sözlə, əvvəllər ADMkT-də 

işləmiş  səhnə ustaları Filarmoniyanın muskomediya ansamblından tamaşada oynamağa dəvət 

almışdılar. 

Musiqili komediya ansamblı əsasında MKT-nin Azərbaycan və rus bölmələrini bərpa etmək 

üçün Mədəniyyət Nazirliyi 1956-cı ilin əvvəlində  səmərəli işlər apardı. Aprel ayının 21-də  Şəmsi 

Bədəlbəyli yeni yaranan kollektivə direktor və bədii rəhbər təyin olundu. Çingiz Hacıbəyov teatra 

dirijor, Əsgər Abbasov rəssam, Kamal Abbasov isə xormeyster götürüldülər. Rus bölMəsmə rejissor 

M. Markben, baletmeyster Leonid Leonidov təyin edildilər. Teatrın iki bölməsinin truppasına, balet 

və orkestr heyətinə yüzdən çox işçi götürülmüşdü. 

Azərbaycan truppasında Əlihüseyn Qafarlı, Münəvvər kələntərli, Nəsibə Zeynalova, Lütfəli 

Abdullayev, İbrahim Hüseynov (Şünasi), Bəşir Səfəroğlu, Nəcibə Behbudova, İmamverdi Bağırov, 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə