Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə155/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   212

tamaşalarına dirijorluq etməklə bu sənətin inkişafında öz əməklərini sərf etmişlər. Adları  çəkilən 

sənətkarların bəziləri teatrda uzun illər və bir qismi qısa müddətlərdə işləyiblər. 

Hazırda teatrın baş dirijoru əməkdar artist (2000) Cavanşir Cəfərovdur. 

 

 



MİLLİ  OPERETTA  

JANRININ TƏŞƏKKÜLÜ 

 

Uzeyir Hacıbəyov ilk milli Azərbaycan operası "Leyli və Məcnun"u bəstələyəndən sonra (ilk 



tamaşa 12 yanvar 1908-ci ildə göstərilib) "Şeyx Sənan" operasını hasilə  gətirib. Dahi bəstəkar iki 

operanın ardınca 1909-cu ildə "Ər və arvad" operettasını tamamlayıb. Martın axırlarında təzə janrlı 

əsərini "Nicat" mədəni-maarif cəmiyyətinin teatr və  ədəbiyyat komissiyasına verib. "Ər və arvad" 

bəyənilib götürülsə də, onun tamaşaya hazırlanması bir ildən çox çəkib. 

"Ər və arvad" operettasını tamaşaya Hüseyn Ərəblinski hazırlayıb. Üzeyir bəyin benefisinə 

tamaşaya qoyulan "Ər və arvad" ilk dəfə 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşlarının sirk 

binasının ("Nikitin teatrı"da deyilir) səhnəsində göstərilib. Tamaşanın dirijoru Üzeyir bəy özü idi. 

Rolları Hüseynqulu Sarabski (Mərcan bəy),  Əhməd Ağdamski (Minnət xanım), Məmmədhənifə 

Terequlov (Səfi), Kərimov (Gülpəri), Mirzağa  Əliyev (Kərbəlayı Qubad), kələntərov (Yetər), 

Rüstəm Kazımov (Rüstəm), Cəlal Paşayev (Heydər), Nəzərov (Nəcəf), Quliyev (Hüseyn) ifa 

ediblər. Tamaşanın bədii rəhbəri Əbülfət Vəli (Vəliyev) idi. 

Üzeyir bəyin "Ər və arvad" tamaşası ilə Azərbaycanda yeni janrın-operetta janrının və yeni 

bir teatrın - Musiqili komediya Teatrının bünövrəsi qoyulub. Beləliklə, Azərbaycan Dövlət Musiqili 

Komediya Teatrının tarixi 24 may 1910-cu ildən başlayır. 

Üzeyir bəy Hacıbəyov ikinci operettası "O olmasın, bu olsun"u 1910-cu ildə yazıb.  Əsər 

daha çox "Məşədi İbad" adı ilə tanınır. "Məşədi İbad"ın premyerası 25 aprel 1911-ci ildə Mayılov 

teatrının (indiki opera teatrı) binasında oynanılıb. Tamaşanın quruluşçu rejissoru Hüseynqulu 

Sarabski həmçinin Sərvərin partiyasını oxuyub. O, uzun illər bu rolun ən gözəl ifaçısı olmuşdur. 

Digər rolları "Nicat"ın aktyorları Mirzağa  Əliyev (Məşədi  İbad),  Əhməd Ağdamski (Gülnaz), 

Məmmədhənifə Terequlov (Həsən bəy),  Ələkbər Hüseynzadə (Hambal. Sonralar bu rolu Əhməd 

Anatollu oynayıb) ifa ediblər. "Məşədi  İbad"  əvvəlcə üç pərdədən ibarət olub. Bəstəkar hamam 

səhnəsini əsərə 1915-ci ildə əlavə edib. Üzeyir bəy Hacıbəyov bəstələdiyi operettaların üçünün də 

librettosunu özü yazıb. 

Dahi Üzeyir bəyin böyük qardaşı Zülfüqar Hacıbəyov üç operetta yazıb və musiqisini də özü 

bəstələyib. O, "Əlli yaşında cavan"ı 1909-cu ildə, "Varlı"nı  və "Evliykən subay"ı 1911-ci ildə 

tamamlayıb. "Varlı" operettası əsasən "On bir yaşlı arvad", bəzən də "On bir yaşlı gəlin" adları ilə 

oynanıb. Bəstəkar "Evliykən subay"ı Naxçıvanda yazıb və 1912-ci ildə oynanılmasına icazə 

verilməsi üçün operettanın  əl yazısını Tiflisə göndərib. Təxminən bir il sonra əsərin Qafqazda 

səhnəyə qoyulmasma icazə verilib. "On bir yaşlı arvad" operettasının ilk tamaşası 26 may 1911-ci 

ildə Tiflis Zadəgan (Dvoryan) teatrının binasında Azərbaycanlı  səhnə  həvəskarları  tərəfindən 

hazırlanıb. Bakıda isə həmin əsər birinci dəfə 2 may 1914-cü ildə Tağıyev teatrının binasında "Səfa" 

mədəni-maarif cəmiyyətinin teatr truppası tərəfindən göstərilib. 

Zülfüqar bəyin "Əlli yaşında cavan" operettası ilk dəfə Tiflisdə Zadəgan teatrında, 1911-ci il 

avqustun 10-da göstəri-lib. Bu tamaşa da uğurla keçib. Zülfüqar bəy elə Tiflisdəcə bir truppa 

yaradıb və onlar İrəvana, Naxçıvana, Culfaya, oradan isə İrana qastrol səfərinə çıxıblar. Repertuarda 

"Məşədi İbad", "Əlli yaşında cavan", "On bir yaşlı arvad" operettaları olub. Qastrol üçün Bakıdan 

aktyor Mirzağa Əliyev dəvət edilib. Tamaşalarda onun əsas yöndaşı Göyərçin xanım idi. 

"Əlli yaşında cavan" operettası 1912-ci il aprelin 27-də Bakıda, Nikitin qardaşlarının teatr-

sirkində tamaşaya qoyulub. Əsərin musiqisini nota Üzeyir bəy Hacıbəyov salmışdı və bu tamaşanın 

dirijorluğunu da o etmişdi. Zülfüqar Hacıbəyovun "Evliykən subay" (11 fevral 1913) və  "Əlli 




yaşında cavan" (3 mart 1914) operettaları Hacıağa Abbasovun və bəstəkarın özünün rejissorluğu ilə 

Bakıda "Səfa" truppası  tərəfindən də oynanılıb. Kəblə Hacı rolu ("Evliykən subay") Hacıağa 

Abbasovun ən yaxşı rollarındandır. Bu aktyor həmin dövrdə tənqid və tamaşaçılardan "Komikbuf" 

qiymətini alıb. 

"Nicat" cəmiyyəti 1912-ci il sentyabrın 15-də özünün teatr truppasının siyahısını və repertuar 

planını  təsdiqləyib.  İmran Qasımovun sədrliyi ilə keçən iclasın qərarına  əsasən sentyabrın 31-də 

aktyorlarla 1 oktyabr 1912-ci ildən, 1 iyun 1913-cü ilə  qədər müqavilə bağlanıb. Truppaya 

Hüseynbala (Hüseyn) Ərəblinski, Hüseynqulu Sarabski, Mirmahmud Kazımovski, Hacıağa 

Abbasov, Rüstəm Kazımov,  Əhməd Məlikov (Qəmərli),  Əliş Haqverdiyev, Nurməhəmməd 

Məhəmmədov, Məmmədrəhim Abbasov, Ağadadaş  Həsənov, Cəlil bəy Bağdadbəyov, Xəlil 

Hüseynov,  Əbülhəsən Anaplı, Məmmədbağır  Əlinski,  Əliislam Dadaşov (Əli  İslam)  Ələkbər 

Hüseynzadə, Məmmədhənifə Terequlov və Mirzə Muxtar Məmmədov və sairə aktyorlar daxil 

olublar. Təsdiqlənmiş repertuar planında çoxlu dram və opera əsərləri ilə  bərabər, "Məşədi  İbad", 

"Ər və arvad", "Evliykən subay", "Əlli yaşında cavan", Mirmahmud Kazımovskinin "Vurhavur" 

operettaları da vardı. Ancaq "Nicat"ın rəhbərliyi Moskvada təhsildə olan Üzeyir bəylə bağlanmış 

müqavilənin hüquqi tərəflərini pozmuşdu. 

Müslüm bəy Maqomayev 1912-ci ildən opera və operetta tamaşalarında fəal  şəkildə 

dirijorluq etməyə başlayıb. O, Üzeyir bəylə bacanaq və dost idi. Məmmədhənifə Terequlov isə 

onların qaynı idi. Müslüm bəyin bacarıq və qabiliyyəti tezliklə səhnə fədailəri arasında ona xüsusi 

rəğbət qazandırıb. 

Üzeyir bəy Hacıbəyov 1911-ci ildə əvvəl Moskvaya və sonra Peterburq şəhərinə ali musiqi 

təhsili almağa gedib. Orada "Arşın mal alan" operettasını tamamlayıb və əsəri Bakıya, Hüseynqulu 

Sarabskiyə göndərib. Tezliklə dünya şöhrəti qazanan bu əsər Bakıda ilk dəfə 25 oktyabr 1913-cü 

ildə Tağıyev teatrının binasında oynanılıb. Tamaşaya dirijorluğu Müslüm Maqomayev edib. 

Premyera tamaşasında rollar belə bölünmüşdü:  Əsgər - Hüseynqulu Sarabski, Gülçöhrə - Əhməd 

Ağdamski, Soltan bəy - Ələkbər Hüseynzadə, Vəli - Xəlil Hüseynov, Telli - Şura Olenskaya, Asya - 

Yeva Olenskaya, Süleyman-Məmmədhənifə Terequlov, Cahan xala -Gülsabah... 

Tamaşanı "Nicat" cəmiyyətinin teatr truppası ilə rejissor-aktyor Hüseynqulu Sarabski 

hazırlamışdı. "Arşın mal alan" tamaşası o dövr üçün görünməmiş  uğur qazanıb. Üzeyir bəy 

Hacıbəyov özü Peterburqda olduğu üçün bunları görməyib. 

"Arşın mal alan", həm də "Məşədi  İbad" operettaları 1913 - 1920-ci illərdə Tiflisdəki, 

İrəvandakı, Təbrizdəki Aşqabaddakı Azərbaycan teatr həvəskarları  tərəfindən dəfələrlə tamaşaya 

qoyulub. Üzeyir bəy Hacıbəyovun operettaları bu illərdə İranda, Türkiyədə, Volqaboyu şəhərlərdə, 

Orta Asiyada geniş şöhrət qazanıb. 

Bakıda 1914-cü ildən başlayaraq iki musiqili teatr truppası fəaliyyət göstərib. Biri "Operetta 

truppası" adlanıb və  rəhbəri də Zülfüqar bəy Hacıbəyov olub. Onlar əsasən Zülfüqar bəyin 

"Evliykən subay", "Əlli yaşında cavan", hərdən "On iki yaşında gəlin" operettalarını, aktyor və 

rejissor Mirmahmud Kazımovskinin "Vurhavur" musiqili komediyasını göstərirdilər. "Vurhavur"un 

musiqisini işləyən və tamaşanın dirijoru David Slavinski olub. Vodevil xarakterli əsərin ilk tamaşası 

Kazımovskinin öz rejissorluğu ilə Tağıyev teatrında 1915-ci il oktyabrın 15-də oynanılıb. 

Paytaxtda mövcud olan digər musiqili teatr truppası "Müsəlman opera truppası" adlanıb. Bu 

truppa Üzeyir bəyin nəzarətində olsa da, ona rəhbərliyi və baş rejissorluğu Hüseynqulu Sarabski, 

dirijorluğu Müslüm Maqomayev ediblər. "Nicat" cəmiyyəti teatr truppasının opera-operetta bölməsi 

də vardı. 1914-cü ilin yanvar günlərində "Nicat" cəmiyyətinin teatr bölməsində musiqili teatr şöbəsi 

də yaradılıb. Bu addım opera və operetta janrlarının populyarlığından, tamaşaçıların maraq 

dairəsinin genişliyindən irəli gəlmişdi. 

1916-cı ilin yanvarında yığma teatr dəstəsi Mirmahmud Kazımovskinin rejissorluğunda 

Sultan Muradovun "Kəblə Xudu" və Süleyman Səfərovla İsgəndər bəy Məlikovun "Xırdavat alan" 

musiqili komediyalarını oynayıblar. Sözsüz ki, hər iki əsər həm mətncə, həm də musiqi tərtibincə 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə