Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə154/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   212

1930-cu ildən ömrünün sonunadək müəyyən fasilələrlə Opera və Balet Teatrında dirijor və 

baş dirijor işləyib. Teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasma, "Leyli və 

Məcnun", "Əsli və Kərəm", Müslüm bəy Maqomayevin "Şah İsmayıl", Zülfüqar bəy Hacıbəyovun 

"Aşıq Qərib", Fikrət Əmirovun "Sevil", Cüzeppe Verdinin "Aida", "Riqoletto", Cakomo Puççininin 

"Toska" operalarına, özünün "Qız qalası", Boris Zeydmanın "Qızıl açar", "Maskarad", Reynqold 

Qlierin "Qırmızı lalə", Pyotr Çaykovskinin "Sonalar gölü", "Şelkunçik", Rikardo Driqonun 

"Arlekinado",  İqor Morozovun "Doktor Aybolit" baletlərinə, Boris Asafyevin "Bağçasaray 

fəvvarəsi" xoreoqrafik poemasına dirijorluq edib. 

Bədəlbəyli 6 yanvar 1976-cı ildə Bakıda vəfat edib. 

 

 



 

 ƏŞRƏF HƏSƏNOV (24.1.1909-9.8.1983

 

24 yanvar 1909-cu ildə  Şəkidə doğulub. ADK-nın orkestr (1932) və Moskva Dövlət 



Konservatoriyasının dirijorluq (1938) siniflərini bitirib. İlk ali təhsilli peşəkar dirijorlardan olan 

Əşrəf Həsən oğlu Abbasov 1932-1979-cu illərdə ADOBT-də dirijor işləyib. 

1949-1962-ci illərdə ADK-nın opera hazırlığı sinifinə rəhbərlik edib. 

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (23 fevral 1940) və xalq artisti (10 

iyun 1959) fəxri adları ilə təltif olunub. 

ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Koroğlu", "Leyli və Məcnun", Müslüm Maqomayevin 

"Şah İsmayıl", Reynqold Qilierin "Şahsənəm", Mixail Qlinkanın "İvan Susanin", Cüzeppe Verdinin 

"Traviata", "Aida", "Riqoletto", Nikolay Rimski-Korsakovun, "Çar gəlini" və "Qar qız", Jorj 

Bizenin "Karmen", Rucero Leonkovallonun "Məzhəkəçilər", Sergey Raxmaninovun "Aleko", 

Aleksandr Darqomıjskinin "Su pərisi", Pyotr Çaykovskinin "Yevgeni Onegin", "İolanta" 

operalarına, "Motsart və Salyeri", "Şəhrizad",  İqor Marozovun "Doktor Aybolit" baletlərinə 

dirijorluq edib. 

Əşrəf  Həsənov 9 avqust 1983-cü ildə Bakida vəfat edib. 

 

 



NİYAZİ (20.8.1912 -2.8.1984) 

 

Görkəmli bəstəkar Zülfüqar bəy Hacıbəyovun oğludur. Soyadı Hacıbəyov-Tağızadədir. 20 



avqust 1912-ci ildə Tiflisdə anadan olub. 1926-1931-ci illərdə Qinsinlər adına Moskva Musiqi 

Məktəbində  və Leninqrad Mərkəzi Musiqi Məktəbində oxuyub. 1933-1934-cü illərdə ADK-nın 

aspiranturasında təhsilini davam etdirib. Azərbaycan Dövlət Simfonik Orkestrinin yaradıcılarından 

biridir və 1938-ci ildən bu kollektivin bədii rəhbəri və baş dirijoru olub. 

Azərbaycan Respublikasının  əməkdar incəsənət xadimi (23 fevral 1940), xalq artisti (30 

aprel 1955) və SSRİ xalq artisti (9 iyun 1959) fəxri adları ilə təltif olunub. 

Stalin mükafatı (1951 və 1952), Üzeyir bəy Hacıbəyov adına Respublika Dövlət (1972), 

Beynəlxalq Cəvahirləl Nehru (1975) mükafatları laureatıdır. Sosialist Əməyi Qəhrəmanıdır (1982). 

1961-ci ildə Leninqrad Böyük Opera və Balet Teatrında baş rejissor olub. Burada Arif 

Məlikovun "Məhəbbət  əfsanəsi" baletinin tamaşaya hazırlanmasında iştirak edib. Pyotr 

Çaykovskinin "Yatmış gözəl", Sergey Prokofyevin "Daş çiçək" baletlərinə dirijorluq edib. Həmin 

əsərləri "Qrand-Opera" (Paris) və "Kovent-Qarden" (London) teatrlarında səsləndirib. Ankara 

Dövlət Opera və Balet Teatrında oynanılan Pyotr Çaykovskinin "Qaratoxmaq qadın", "Yevgeni 

Onegin", Cüzeppe Verdinin "Aida", İstanbul opera teatrında göstərilən Adnan Sayqunun "Koroğlu" 

operalarının dirijor pultunu Niyazi tutub. 



Niyazinin yaradıcılığının böyük bir dövrü ADOBT ilə bağlıdır. O, bu kollektivdə dirjior 

(1934-1948 və 1951 -1952-ci illərdə), direktor, bədii rəhbər və baş dirijor (1958 -1959 və 1961-

1965-ci illər) işləyib. Dahi sənətkarın dirijorluğunda Üzeyir bəy Hacıbəyovun "Koroğlu", "Leyli və 

Məcnun", Fikrət  Əmirovun "Sevil", Qara Qarayev və Cövdət Hacıyevin "Vətən", Müslüm 

Maqomayevin "Nərgiz", Vasif Adıgözəlovun "Ölülər", Cakomo Puççininin "Bohema", Jorj Bizenin 

"Karmen", Bedrjix Sınetananın "Satılmış gəlin", Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operaları, 

Qara Qarayevin "Yeddi gözəl", "İldırımlı yollarla", Soltan Hacıbəyovun "Gülşən", Arif Məlikovun 

"Məhəbbət əfsanəsi", Nikolay Rimski-Korsakovun "Şəhrizad" baletləri oynanılıb. 

Həm də  bəstəkarlıqla məşğul olan Niyazinin "Xosrov və  Şirin" (1942) operası  və "Çitra" 

(1974) baleti ADOBT-də tamaşaya hazırlanıb. 

Niyazi 2 avqust 1984-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. 

 

*  *  * 



 

Kamal Abdullayev (18.1.1927-5.12.1997). Bakıda doğulub ADK-nı (1948) və Moskva 

Dövlət konservatoriyasını (1952) bitirib. ADOBT-də dirijor (1952) və baş dirijor (1953 -1959) 

işləyib. Sonralar Donetsk OBT-da, Moskva Musiqili Teatrında baş dirijor Kürsüsünü tutub. 

Azərbaycanın xalq artis-ti fəxri adına layiq görülüb (1967). Kamal Cahanbəxş  oğlu Abdullayev 

ADOBT-də "Yevgeni Onegin", "Əsli və  Kərəm", "Leyli və  Məcnun" operalarına, "Yeddi gözəl", 

"Gülşən" baletlərinə dirijorluq edib. 



Kazım  Əliverdibəyov (27 noyabr 1934). Bakıda doğulub. ADK-da xor dirijorluğu 

ixtisasma yiyələnib (1959). ADOBT-də 1961-ci ildən dirijor işləyib. Azərbaycanın  əməkdar 

incəsənət xadimi (1978) fəxri adına layiq görülüb. Konservatoriyada pedaqoji fəaliyyət göstərib və 

oranın professoru (1991) olub. 

Kazım Ağalar oğlu  Əliverdibəyov "Arşın mal alan", "Məşədi  İbad" operettalarına, 

"Koroğlu", "Leyli və  Məcnun", "Əsli və  Kərəm" (Üzeyir bəy Hacıbəyov), "Solğun çiçəklər" 

(Süleyman  Ələsgərov), "Cırtdan" (Nazim Əliverdibəyov), "Monastırda nikah" (Sergey 

Raxmaninov), "Çio Çio San" (Cakomo Puççini), "Sevgi şərbəti" (Qaetano Donisetti) operalarına, 

"Don kixot" (Lüdviq Minkus), "Zoluşka" (Sergey Prokofyev), "Xanım və xuliqan" (Dmitri 

Şostakoviç), "Jizel" (Adolf Adan), "Doktor Aybolit" (İqor Morozov), "Xəzər fatehləri" (Fikrət 

Əmirov), "Xəzər balladası" (Tofiq Bakıxanov) baletlərinə dirijorluq edib. 

Rauf Abdullayev (29 ontyabr 1937). ADK-nı (1959) və Moskva Dövlət konservatoriyasını 

(1965) bitirib. ADOBT-də dirijor (1965-1968) və baş dirijor (1968-1988) kimi fəaliyyət göstərib. 

Azərbaycan Dövlət Simfonik Omestrinin bədii rəhbəri və baş dirijoru olub. Ankara Dövlət Opera və 

Balet Teatrında baş rejissor vəzifəsində çalışıb (1990-1995). Azərbaycan dövlət mükafatı laureatıdır 

(1988), respublikanın xalq artistidir (1992) və ADK-nın professorudur (1982). 

Rauf Cahanbəxş  oğlu Abdullayev ADOBT-də "Koroğlu" (Uzeyir bəy Hacıbəyov), "Şah 

İsmayıl" (Müslüm Maqomayev), Aldanmış ulduzlar" (Məmməd Quliyev), "Söyüdlər ağlamaz" 

(Əfrasiyab Bədəlbəyli), "Aygün" (Zakir Bağırov), "Nikbin faciə" (Aleksandr Xolminov) 

operalarının, "Gülşən" (Soltan Hacıbəyov), "Leyli və  Məcnun" (Qara Qarayev), "Kaleydoskop" 

(Fərəc Qarayev), "Babək" (Aqşin  Əlizadə), "Humay" (Nəriman Məmmədov) baletlərinin 

tamaşalarına dirijorluq edib. 

 

*  *  * 



 

Opera və Balet Teatrında 1925-1950-ci illər arasında dirijorlardan Müslüm Maqomayev

Vladimir Traximoviç, Aleksandr Alevladov, A.Korzovski, V.Piradov, A.Lyudmilin, K.Braueç, 

A.Klibson,  İ.Ratner, 1950-2005-ci illər arasında  Əhəd  İsrafilzadə, Henri Risman, Ramiz 

Məlikaslanov, Soltan Hacıbəyov, Nazim Rzayev, Tale Qəniyev çalışıblar. Onlar opera və balet 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə