Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə150/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   212

BALET İFAÇILIĞI  

(1965-2004) 

 

Bu dövrdə teatrın balet truppasına istedadlı  gənclər qəbul olunub. İfaçılığın estetik 



səciyyələri güclənib, təcrübəli sənətkarların qazandıqları  ənənənin uğurlu davamı üçün geniş 

meydan açılıb. Balet artistləri Azərbaycan milli baletinin poetika göstəricilərini zənginləşdirməyə 

çahşıblar. Repertuarın daim təzələnməsi və maraqlı quruluşların bərpası ayrı-ayrı istedadlı 

aktyorların yaradıcılıqlarına  əlvanlıq gətirib və son nəticədə teatrın üslub axtarışlarını 

təkmilləşdirərək formalaşdırıb. 

 

*  *  * 



 

TAMİLLA ŞİRƏLİYEVA (8 DEKABR 1946

 

Coşğun ehtiraslı, çılğın xarakterli rəqslərin gözəl ifaçısıdır. Mürəkkəb balet-hərəkət 



elementlərində eksperiment etməyi xoşlayan sənətkardır. 

Tamilla Xudadat qızı  Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakıda doğulub. Bakı Xoreoqrafiya 

Məktəbində görkəmli balet ustası  Qəmər Almaszadənin sinifini bitirib (1964). Həmin ildən 

Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. 

1968-ci ildə Moskva Xoreoqrafiya Məktəbində professor S.Qolovkinanın sinifində bir il 

təkmilləşmə kursu keçib. Yenidən Bakıya qayıdaraq OBT-də aparıcı solist kimi 1989-cu ilə qədər 

yüksək sənətkarlıqla çahşıb. 

Balerina həm milli, həm də klassik dünya bəstəkarlarının məşhur balet əsərlərinin 

tamaşalarında  əsas partiyaları ifa edib. Onun zəngin obrazlar qalereyası var. Qaraca qız ("Qaraca 

qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənə banu ("Məhəbbət 

əfsanəsi", Arif Məlikov), işə  və Fiyetta ("Yeddi gözəl" və  "İldırımlı yollarla", Qara Qarayev), 

Şəhrizad ("1001 gecə", Fikrət  Əmirov), Qız ("Muğam", Nazim Əliverdibəyov), Çitra ("Çitra", 

Niyazi), kitra və Paxita ("Don kixot" və "Paxita", Lüdviq Minkus), Şahzadə Florina, Maşa, Odetta-

Odilliya ("Yatmiş gözəl", "Şelkunçi" və "Sonalar gölü", Pyotr Çaykovski), Birinci solist ("Klassik 

simfoniya", Sergey Prokofyev) onun əsas partiyalarıdır. 

"1001 gecə" baletinin böyük uğurlarına görə tamaşanın bir qrup yaradıcı heyəti və o 

cümlədən  Şəhrizad partiyasının ifaçısı Tamilla Şirəliyeva 1981-ci ildə SSRİ Dövlət mükafatı ilə 

təltif olunub. Yaradıcılıq nailiyyətlərinə görə 21 may 1970-ci ildə Azərbaycan Respublikasının 

əməkdar artisti, 10 yanvar 1978-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 

Tamilla Şirəliyeva 1978-ci ildən Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərir. 

1990-1991-ci illərdə məktəbin bədii rəhbəri olub. Onun yetirmələri Bakının, həmçinin Moskvanın, 

Pekinin teatrlarında işləyərək sənətdə böyük uğurlar qazanıblar. 

Tamilla Şirəliyevanın müstəqil quruluşunda Tofiq Bakıxanovun "Xəzər balladası" (4 noyabr 

2001) və Aqşin Əlizadənin "Qafqaza səyahət" (30 noyabr 2002) baletləri Azərbaycan Dövlət Opera 

və Balet Teatrının səhnəsində göstərilib. 

 

 



VLADİMİR PLETNYOV (8.12.1946-21.2.1988) 

 

Mənalı dramatizmi, əzələlərinin zərifliyi, cazibəli səhnə görkəmi,  şairanə ifaları ilə seçilən 



Vladimir (Volodya) Nikolayeviç Pletnyov 8 dekabr 1946-cı ildə Azərbaycanın Göyçay rayonunda 

qulluqçu ailəsində doğulub. Ailəsini erkən itirən Pletnyov Bakıya gələrək baba və  nənəsinin 

himayəsində yaşayıb. 1953-cü ildən 1961-ci ilədək o, Həzi Aslanov adına Zabitlər evində  rəqs 



dərnəyinə gedib. Burada bir sıra kiçik balet partiyalarını ifa edən Vladimir Pletnyov müəllimlərinin 

tövsiyəsi ilə 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə daxil olub və oranı 1966-cı ildə bitirib. 

Xoreoqrafiya məktəbinin üçüncü sinifində oxuyarkən Pyotr Çaykovskinin "Yatmış gözəl" 

baletindəki karabos onun Azərbaycan Dövlət Opera və Balet Teatrında debütü olub. Qazandığı 

uğura və istedadının parlaqlığına görə son kursdan onu balet truppasına solist qəbul ediblər. 

Onun solist işlədiyi on üç il ərzində ifa etdiyi əsas partiyalar bunlardır: Xuliqan ("Xanım və 

xuliqan", Dmitri Şostakoviç), Dezire, Şahzadə Ziqfrid ("Yatmış gözəl" və "Sonalar gölü", Pyotr 

Çaykovski),  Şahzadə ("Zoluşka", Sergey Prokofyev), Gənc ("İlham", Leonid Vaynşteyn), Albert 

("Jizel", Adolf Adan), Bazil, Kavaler Brand ("Don kixot" və "Paxita", Lüdviq Minkus), Bəhram, 

Kerd, Məcnun ("Yeddi gözəl", "İ1dırımlı yollarla" və "Leyli və  Məcnun", Qara Qarayev), Gənc, 

Nəsimi ("Şur" və "Nəsimi dastanı", Fikrət Əmirov), Oğlan ("Muğam", Nazim Əliverdibəyov), Polad 

və Cahangir xan ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Fərhad və Vəzir ("Məhəbbət əfsanəsi", Arif 

Məlikov), Rəssam ("Qobustan kölgələri", Fərəc Qarayev). 

Vladimir Pletnyov 1973-cü ildən Bakı Xoreoqrafiya məktəbində  dərs deyib. Fikrət 

Əmirovun "Nəsimi dastanı" baletinin tamaşasındakı  Nəsiminin partiyasına görə 1974-cü ildə 

Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı olub. 1975-ci ildə isə  "Əfsanələr aləmində" 

film-baletinə çəkilib. 

Azərbaycan balet sənətinin inkişafındakı xidmətlərinə görə Vladimir Pletnyov 21 may 1970-

ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 9 yanvar 1978-ci ildə xalq artis-ti adlarına layiq 

görülüb. 

1978-ci ildə  ağır ayaq xəstəliyi ilə bağlı Opera və Balet Teatrına məşqçi-pedaqoq təyin 

olunan Vladimir Pletnyov bir sıra gəncləri hazırlayaraq repertuardakı tamaşalara daxil etmişdir. 

Vladimir Pletnyov 21 fevral 1988-ci ildə dünyasını dəyişib. 

 

 



 

 

ÇİMNAZ BABAYEVA (23 DEKABR 1946) 

 

Coşğun, ancaq "yüyənli" temperamenti, həssas musiqi duyumu var. Akademik rəqs ifadə 



vasitələrinə emosionallıq gətirməkdə səriştəlidir. 

Çimnaz Məmməd qızı Babayeva 23 dekabr 1946-cı ildə Bakıda doğulub. Bakı Xoreoqrafiya 

Məktəbində təhsil alıb. Təhsilini bitirən ildən (1964) Azərbaycan Dövlət Opera və Balet Teatrında 

solist işləyib. 1977-ci ildə teatrda məşqçi-pedaqoq  ştatına keçib. Əri xalq artisti, balet ustası 

Vladimir Pletnyov olub. 

Çimnaz Babayeva böyük səhnəyə doqquz yaşında, Boris Zeydmanın "Qızıl açar" baletində 

Buratino rolu ilə qədəm basıb. ADOBT-nin səhnəsində Şirin ("Məhəbbət əfsanəsi", Arif Məlikov), 

Aişə, Sari ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Qız, Nəsiminin sevgilisi ("Şur" və 

"Nəsimi dastanı", Fikrət  Əmirov), Gülyanaq ("Qız qalası",  Əfrasiyab Bədəlbəyli), Jizel ("Jizel", 

Adolf Adan), Xanım ("Xanım və xuliqan", Dmitri Şostakoviç), Kitri ("Don kixot", Lüdviq Minkus) 

partiyalarını məharətlə ifa edib. 

Balet artisti 1970-ci il mayın 21-də Azərbaycan Respublikasının əməkdar artisti, 10 yanvar 

1978-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1974-cü ildə Nəsiminin sevgilisi ("Nəsimi 

dastanı", Fikrət  Əmirov) partiyasma görə Azərbaycan Respublikasının Dövlət mükafatı ilə 

təltiflənib. 

Zərif plastikası  səhnə cazibəsi ilə seçilən Çimnaz Babayeva 1981-2000-ci illərdə teatrda 

məşqçi-pedaqoq işləyib. Əri Vladimir Pletnyovla birgə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) 

operasının rəqs nömrələrini qurublar. 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə