Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


partiyalarını azərbaycanca oxuyan vokal ustalarını  təkidlə



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə153/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   212

Hansısa klassik operanın  əsas partiyalarını azərbaycanca oxuyan vokal ustalarını  təkidlə 

aktyorluq sənətinin incəliklərinə yiyələnməyə, obrazın psixoloji-estetik, sosial-fəlsəfi mahiyyətini 

ifadəli cizgilərlə tamaşaçılara çatdırmağa təhrik edən ilk milli opera rejissoru da məhz Soltan 

Dadaşov olub. 

Soltan Dadaşov Opera və Balet Teatrında otuz səkkiz illik rejissorluğu dövründə Üzeyir bəy 

Hacıbəyovun "O olmasın, bu olsun" ("Məşədi İbad"), "Arşın mal alan", "Leyli və Məcnun" (bir neçə 

quruluşda), "Cəbhə və vətən", "Əsli və Kərəm", Müslüm Maqomayevin "Nərgiz", "Şah İsmayıl" (bir 

neçə quruluşda), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (iki quruluşda), Cüzeppe Verdinin 

"Riqoletto", "Traviata", Soltan Hacıbəyovun "Gülşən" (balet), İbrahimov Məmmədovun "Tülkü və 

Alabaş", Rucero Leonkovallonun "Məzhəkəçilər" əsərlərinin quruluşçu rejissoru olmuşdur. 

Aşqabad Dövlət Azərbaycan Teatrı "dram və opera teatrı" adı ilə  fəaliyyət göstərdiyi 

vaxtlarda Soltan Dadaşov həmin kollektivdə tamaşa hazırlamağa dəvət edilib. Rejissor 1937-ci ilin 

dekabrında Aşqabad teatrında Müslüm Maqomayevin "Şah  İsmayıl" operasının məşqlərinə 

başlamışdır. Operanın premyerası 1938-ci il yanvar ayının 16-da göstərilmiş  və  təntənəli keçən 

tamaşa sənət ocağının yaradıcılığında hadisə kimi qiymətləndirilmişdir. 

1938-ci ildə Moskvada keçirilən Azərbaycan  Ədəbiyyatı  və  İncəsənəti Dekadasında 

(ongünlüyündə) "Arşın mal alan" operettasının böyük uğurundan sonra Bakıda müstəqil Musiqili 

komediya Teatrı yaratmaq barədə Dövlətin qərarı oldu. Teatrın ilk işi kimi Zülfüqar bəy 

Hacıbəyovun "Evliykən subay" operettası seçildi. Operettanın rejissorluğu Soltan Dada-şova 

tapşırıldı və əsərin ilk tamaşası 30 may 1938-ci ildə "Rote Fane" parkının (İndiki "Nizami" parki) 

möhtəşəm yay salonunda göstərildi. Quruluşçu rejissor tamaşada əsas rolları Məmmədli Vəlixanlıya 

(Kərbəlayı Hacı), Münəvvər Kələntərliyə (Pərzad),  Əhməd Qəmərliyə (Xosrov bəy),  İbrahim 

Şünasiyə (Məşədi Səfi), Heydər Məlikova (Muxtar bəy) tapşırmışdı. 

Soltan Dadaşov 1941-ci il may ayının 21-də Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında 

monumental, etno-mədəni xalq mərasim oyun-tamaşasını tamaşaçılara təqdim etdi. Filarmoniyada 

göstərilən bu tamaşa milli musiqi folkloru xəzinəmizin poetik vüsətini, etnogenezislə bağlı estetik-

psixoloji məziyyətlərini böyük ustalıqla səhnədə təcəssüm etdirə bilmişdi. 

1945-ci ildə Bakıda ilk dəfə Dövlət səviyyəsində Azər-baycan sirki təşkil olunanda 

rejissorluq işi Soltan Dadaşova tapşırıldı. Onun rejissorluğu, proqramlara milli "zorxana", 

"qaravəlli", "hoqqa" oyun estetikalarının prinsip və formalarını cəsarətlə gətirməsi ilə sirk kollektivi 

Moskvada, Peterburqda, Minskdə, Riqada, Vilnüsdə, Tallində çıxışlar edib. 

1967-ci ildə Soltan Dadaşov sirk proqramında milli folklorumuzun bütün estetik 

gözəlliklərini, etno-mədəni tariximizin oyun-tamaşa səciyyələrini təcəssüm etdirən xüsusi "Novruz" 

proqramı hazırlayıb. 

Opera və Balet Teatrında işləyən Soltan Dadaşov 1949-cu ildə bağlanmış Azərbaycan Dövlət 

Musiqili Komediya Teatrının aktyorlarını, əsasən Filarmoniyanın estradasında çalışan sənətçilərini 

bir yerə cəm edib. 1954-cü ildə dövlət sözü yazılmadan Azərbaycan Musiqili Komediya Teatrı kimi 

truppanın fəaliyyətinə nail olub. "Arşın mal alan", "Məşədi İbad", dramaturq Məhərrəm Əlizadənin 

və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?", dramaturq Süleyman Rüstəmin və bəstəkar Səid 

Rüstəmovun "Durna" operettalarını burada tanıa-şaya hazırlayıb. Məhz bu kollektivin güclü 

bazasında truppa 1956-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi fəaliyyətə 

başlayıb və bugünədək yaradıcılığını davam etdirməkdədir. 

Soltan Dadaşovun rejissor üslubunun novatorluq xüsusiyyətləri, məzmun və forma həllində 

milli xalq oyunlarından bəhrələnmə  cəhdləri Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin də 

diqqətini cəlb etmişdi. İyirmi yaşına çatanda Kamal sənətkar kimi qəbul olunan Soltan Dadaşovun 

rejissorluğu ilə 1933-1936-cı illər  ərzində GTT-də Qriqori kornellinin "Qaçaq Səməd", Zəfər 

Nemətovla  Əli Həsənovun "Qaralar Ölkəsində",  Əli Həsənovla  Əliməmməd Atayevin "Sürət", 

"Çelyuskinçilər", Mirmehdi Seyidzadənin "Nərgiz"  əsərləri tamaşaya qoyulmuşdur. Onun 




rejissorluğu ilə Dağıstan Muxtar Respublikasındakı Süleyman Stalski adına Ləzgi Dövlət Dram 

Teatrında M.Xurişlova ilə M.Çistyakovanın "Şahid Sulak" (1960) pyesi tamaşaya hazırlanıb. 

Soltan Dadaşovun yazdığı, Mirzə  Ələkbər Sabirin yaradıcılığının bədii məziyyətlərini

kəskin satirasının ictimai ma-hiyyətini təcəssüm etdirən "Keçmişin məişət səhnələri" librettosuna 

Vasif Adıgözəlov musiqili komediya bəstələyib. Həmin əsər 27 may 1962-ci ildə rejissor Əliheydər 

Ələkbərovun quruluşunda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulub. 

1934-cü ildən pedaqoji fəaliyyətlə  də  məşğul olan Soltan Dadaşov uzun illər Azərbaycan 

Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli opera teatrı tarixini, onun 

görkəmli sənətkarlarının yaradıcılıq yolunu dərindən bilən Soltan Dadaşov "Mirzə Fətəli Axundzadə 

adına Azərbaycan Dövlət Opera və Balet Teatrı" kitabının (Bakı, Azərnəşr, 1958), xalq artisti 

Hüseynağa Hacıbababəyov barədə monoqrafiyanın (Bakı, ATC, 1958) müəllifidir. Azərbacan 

estradasında rejissorluq etmiş, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı üçün 

rəngarəng proqram kompozisiyaları hazırlamışdır. 

Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə  və rejissorluq sənətində qazandığı 

ciddi nailiyyətlərə görə Soltan Dadaşov 23 fevral 1940-cı ildə Azərbaycan Respublikasının əməkdar 

incəsənət xadimi və 26 aprel 1958-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

Sənətkar 7 sentyabr 1969-cu ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. 

 

 



OPERA VƏ  BALET TEATRINDA  

DİRİJORLUQ SƏNƏTİ 

 

İlk milli operamız "Leyli və  Məcnun" (Üzeyir bəy Hacıbəyov) 12 yanvar 1908-ci ildə 



tamaşaya qoyulanda əsəri müşayiət edən yığcam heyətli orkestrə dirijorluğu nasir-dramaturq, teatr 

xadimi Əbdürrəhim bəy Haqverdiyev edib. Sonraki illərdə rejissor pultunda Üzeyir bəy Hacıbəyov, 

Müslüm bəy Maqomayev, David Slavinski durublar. Ayrı-ayrı truppaların qastrol səfərlərində opera 

və operettalara dirijorluğu truppanın musiqi sənətində səriştəli aktyorları öz üzərlərinə götürüblər. 

Opera və Balet Teatrı dövlət təsisatında olandan sonra milli dirijorlarımızın yetişməsi 

sahəsində  səmərəli işlər aparılıb. Beləliklə  də, adları teatr tariximizə yazılmış  sənətkarlar  şöhrətli 

yaradıcılıq yolu keçiblər. 

 

 



*  *  * 

 

ƏFRASİYAB BƏDƏLBƏYLİ (19.4.1907-6.1.1976)         

 

Tanınmış maarifpərvər Bədəl bəyin ailəsində 19 aprel 1907-ci ildə Bakıda doğulub.  Əslən 



Şuşalı olan, Üzeyir bəyin qohumu Bədəl bəy Bakıda milli məktəb açan ilk müəllimlərdəndir və həm 

də dram və opera tamaşalarında iştirak edib. Məcnunun ("Leyli və Məcnun", Üzeyir bəy Hacıbəyov) 

partiyasını ifa edib. Əmisi aktyor və pedaqoq, milli operamızda qadın rollarının məşhur ifaçısı 

Əhməd Ağdamski idi. Kiçik qardaşı Şəmsi Bədəlbəyli rejissor olub. 

Azərbaycanın ilk milli baletinin müəllifi, şöhrətli dirijor, musiqişünas, pedaqoq, tədqiqatçı və 

librettolar müəllifi  Əfrasiyab Bədəlbəyli uşaqlıqda gözəl tar çalıb. Azərbaycan Dövlət 

Universitetində təhsil ala-ala Dövlət Dram Teatrında işləyib. Burada dramaturq Cəfər Cabbarlı ilə 

dostlaşıb və onun premyerası 16 fevral 1928-ci ildə göstərilən "Od gəlini" faciəsinin tamaşasına ilk 

dəfə musiqi bəstələyib. Üzeyir bəyin təşəbbüsü ilə 1929-cu ildə Opera və Balet Teatrında ilk dəfə 

pult arxasma qalxaraq "Əsli və  Kərəm" operasına dirijorluq edib. 1930-cu ildə universiteti bitirən 

Bədəlbəyli 1938-ci ildə Peterburq konservatoriyasının nəzdində musiqi məktəbini də qur-tarıb. 

Azərbaycan Respublikasının xalq artisti fəxri adı ilə təltif olunub (23 fevral 1940). 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə