Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə161/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   212

("Gözün aydın", Məhərrəm  Əlizadə  və Fikrət  Əmirov), Napoleon ("Bayadera", İmre Kalman), 

Dursun ("Durna", Süleyman Rüstəm və  Səid Rüstəmov), Qoşun və Uzun ("Toy kimindir?", 

Məhərrəm  Əlizadə  və  Ağası  Məşədibəyov), Möhsün ("Ulduz", Sabit Rəhman və Süleyman Ələs-

gərov),  Əmin ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Baləmi ("Rəisin arvadı", 

Məhərrəm Əlizadə və Səid Rüstəmov) rollarından ibarət rəngarəng obrazlar silsiləsi yaradıb. 

İbrahim Hüseynov 1943-cü il iyun ayının 17-də Azərbaycan Respublikasının əməkdar artisti 

fəxri adına layiq görülüb. 

Milli musiqili teatr tariximizin Dövlət mədəniyyət ocağı kimi fəaliyyətinin ilkin dövrlərində 

ciddi yaradıcılıq uğurları qazanmış  İbrahim  Şünasi (Hüseynov) 18 sentyabr 1961-ci ildə bir neçə 

günlük xəstəlikdən sonra vəfat etmişdir. 

 

 

ƏLİHÜSEYN QAFARLI (15.3.1911 -5.10.1961) 



 

Musiqili Komediya Teatrının kiassik peşəkar aktyorlarından biri də Əlihüseyin Qafarlı olub. 

Yüksək aktyorluq texnikasına malik idi. Milli xalq oyun estetikasına əsaslanan zəngin və son dərəcə 

əlvan, parlaq, mənalı ifadə vasitələri vardı. 

Kəskin qroteskii obrazların ifasında məsxərə və məzhəkə teatr poetikasının elementlərindən 

istifadə edərdi. Qroteskdə də, sarkazında da, açıq satirada da, karnavalvari yumorda da heç vaxt ölçü 

əndazəsini itirməz, oyunu özünəməxsus emosional cazibəsində, saf gülüş təravətində qalardı. 

Oynadığı rolun daxili mənəviyyatını, insani xüsusiyyətlərinin mahiyyətini tipik hərəkət 

vasitələrində tamaşaçılara çatdırardı. 

Sadə, ilk baxışda nəzərə çarpmayan, daha doğrusu maraq doğurmayan  ştrixlərdən, 

detallardan elə yerli-yerində, elə məharətlə istifadə edirdi ki, onsuz həmin rolu təsəvvürə gətirmək 

mümkün olmurdu. Sözün tam mənasında realist aktyor məktəbinə mənsub sənətkar idi. 

Əlihüseyn  Əbdülrəhim oğlu Qafarlı 15 mart 1911-ci ildə Bakıda dənizçi ailəsində anadan 

olub. Yeddiillik təhsil alıb. On altı yaşında Bakı Dənizçilər Evinin nəzdindəki dram dərnəyinə üzv 

olub. 1929-cu ilin payız teatr mövsümündə Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. 

Yeni forma və üslub, məzmun və ifadə vasitələri sorağı ilə eksperimentlər aparan, həm uğur 

qazanan, həm müvəffəqiyyətsizliyin acısını dadan teatr bütün təzadlara baxmayaraq formalaşmaya 

doğru inamla addımlayırdı. 

Teatrın repertuar simasını müəyyənləşdirən tamaşalarda Əlihüseyn Qafarlı da oynayırdı. Bu 

kollektiv 1933-cü ildə  Gəncə  şəhərinə köçürülüb. Əlihüseyn Qafarlı on ilə yaxın Gəncə Dövlət 

Dram Teatrında çalışıb. 

1942-ci ildən ömrünün sonuna qədər (az fasilə ilə) Azərbaycan Dövlət Musiqili Komediya 

Teatrında və kollektivin ansambl kimi fəaliyyət göstərdiyi truppada aktyor işləyib. 

Əlihüseyn Qafarlının bu teatrda əsas aktyor nailiyyətləri Quluş  bəy ("Ürəkçalanlar", 

Məmməd Səid Ordubadi və Fikrət  Əmirov), Muradxan bəy ("Əlli yaşında cavan", Zülfüqar bəy 

Hacıbəyov), Mərcan bəy, Soltan bəy, Məşədi  İbad ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi 

İbad", Üzeyir bəy Hacıbəyov), Nadir ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Dursun 

("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Filipo ("Bayadera", İmre Kalman. Tərcümə edəni 

Sabit Rəhman),  Əlimərdan ("Gözün aydın", Məhərrəm  Əlizadə  və Fikrət  Əmirov), Gülümsərov 

"Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov), Hacı Qara ("Hacı Qara", Mirzə  Fətəli 

Axundzadənin eyniadlı əsəri əsasında işləyəni Şəmsi Bədəlbəyli. Bəstəkarlar Vasif Adıgözəlov və 

Ramiz Mustafayev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm  Əlizadə  və  Səid Rüstəmov), Mətləb 

Talıbov ("Bir dəqiqə", Məhərrəm  Əlizadə  və Hacı Xanməmmədov), Kərbəlayı Hüseynəli ("Beş 

manatlıq gəlin", Məmməd Səid Ordubadi və  Səid Rüstəmov), Qasiyana ("Tiflis nəğməsi", Levon 

Cubabiriya və  Şota Milorava. Tərcümə edəni Adil Babayev) rollarında olub. Bu səhnə surətləri 

içərisində Məşədi İbad rolu xüsusi yer tutur. 




Əlihüseyn Qafarlı 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı 

ilə təltif olunub. 

Aktyor 5 oktyabr 1961-ci ildə Bakıda vəfat edib. 

 

 



MÜNƏVVƏR KƏLƏNTƏRLİ (1912 - 5.2.1963) 

 

Respublikada 1945-ci ildən populyar kino aktrisası kimi tanınıb, sevilib, rəğbət bəslənib və 



yalnız bundan sonra teatr aləmində  məşhurlaşıb.  İlk ekran obrazı "Arşın mal alan" bədii filmində 

Cahan xala rolu olub. 1945-ci ildə ekranlara buraxılan filmin yaradıcı heyətinin bir qrupuna bir il 

sonra Stalin mükafatı verildi. Laureatlar arasında Münəvvər xanım da vardı. 

Yaradıcılığı ilk növbədə və geniş miqyasda xalq oyun-tamaşalarının poetika şəhdindən, milli 

gülüş  mədəniyyətinin, geniş  mənada karnaval estetikasının yumor məziyyətlərindən, məsxərə 

göstərmələrinin dinamik, canlı, coşğun həyati ruhundan, məzhəkəli qaravəllilərin məzəli 

təravətindən şirələnib, bəhrələnib, estetik zəmin tapıb. 

Münəvvər Səməd qızı Kələntərli 1912-ci ilin yazında Lənkəranda doğulub. Uşaq yaşlarında 

ailəsi Bakıya köçüb. Münəvvər ilk təhsilini Bakıda alıb və 16 yaşında bədii özfəaliyyət 

kollektivlərində  çıxış edib. Həm milli xalq rəqslərinin incəliklərinə yiyələnib, həm də  qədimi el 

nəğmələrini  şirin səslə, ürəkaçan avazla oxuyub. Böyük qardaşı Haşım Kələntərlinin təklifi və 

Müslüm Maqomayevin dəvəti ilə Münəvvər xanımı 1933-cü ildə Azərbaycan Dövlət opera teatrının 

xor qrupuna işə götürüblər. Qısa müddətdə özünün zəngin daxili aləmini, aktyorluq şücaətinin hüsn-

təravətini açıqlaya bilən aktrisa truppanın əsas heyətinə keçirilib. 

Milli komediya və xüsusən musiqili teatr janrı üzrə aktrısaların sayının barmaq hesabı 

olduğu dövrdə Münəvvər Kələntərlinin səhnəyə  gəlişi sənətdə parlaq ziya saçıb. O, opera və 

operetta tamaşalarında müxtəlif rollar oynayıb. 

1938-ci ilin 30 mayında Bakıda Azərbaycan Dövlət Musiqili komediya Teatrı  fəaliyyətə 

başlayıb. Yeni sənət ocağının yaradıcı truppasının  əsasını opera teatrının aktyorları  təşkil ediblər. 

Münəvvər xanım da yeni yaranan teatrın heyətinə daxil olub. Müxtəlif kinolara çəkilişlə  əlaqədar 

müəyyən fasilələrlə uzun müddət Musiqili Komediya Teatrının kollektivində çalışıb. 

Aktrisa bu teatrda Tamam ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Telli və Cahan 

xala ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Pərzad, Mələk xanım ("Evliykən subay" və  "Əlli 

yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Nisə  və    Şərəf ("Durna",  Süleyman  Rüstəm və    Səid 

Rüstəmov), Gövhər ("Gözün aydın", Məhərrəm  Əlizadə  və Fikrət  Əmirov), Xədicə ("Qızıl 

axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Tavat xala ("Rəisin arvadı", Məhərrəm Əlizadə və 

Səid Rüstəmov), kato ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil 

Babayev), Rəxşəndə ("Bir dəqi-qə", Məhərrəm  Əlizadə  və Hacı Xanməmmədov), kəblə Fatma 

("Hacı  Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə  Əbülfəz Hüseyni və Azər Rzayev), Nabat 

("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Mərcan ("Səndən mənə yar olmaz", 

Məhərrəm  Əlizadə  və  Əşrəf Abbasov), Əsınət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və  Şəfiqə 

Axundova), Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov) rollarını oynayıb. 

Münəvvər Kələntərli "Görüş" (Münəvvər), "Qızmar günəş altında" (Gülbahar), "Bəxtiyar" 

(Gülzar), "O olmasın, bu olsun" (Yengə), (Gülzar) kinolentlərində də çəkilib. 

Sənətdə qazandığı  uğurlarına görə 23 fevral 1940-cı ildə Azərbaycan Respublikasının 

əməkdar artisti fəxri adı ilə təltif olunub. 

Münəvvər Səməd qızı Kələntərli 5 fevral 1963-cü ildə dünyasını dəyişib. 

 

 



ALİYƏ TEREQULOVA (1915 - 21.3.1968) 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə