Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə163/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   212

Aktrisa 1960-cı il may ayının 24-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə 

təltif edilib. 1998-ci il-dən təqaüdə çıxıb. 

 

 

MOBİL ƏHMƏDOV (10 SENTYABR 1931) 



 

Teatrın  şöhrətli sənətkarlarındandır. Vokal ifaçılığını dramatik və komik aktyor oyunu ilə 

yüksək sənətkarlıqla sintez etməyin bünövrəsini qoyanlardan biridir. Şirin, məlahətli, coşğun səsi və 

zəngin çalarlı aktyorluq ifadə vasitələri, yüksək səhnə mədəniyyəti, həssas obraz duyumu var. 

Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim 

Əzimzadə adına Bakı  Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət 

konservatoriyasına qəbul edilib və Bülbülün sinifində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir 

neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət 

olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Bir 

neçə xarakterik rol oynayıb. Qazandığı nailiyyətlərin kökündə onun daxili sənət yanğısı, yaradıcılıq 

ehtirası durur. Həmişə realist oyun tərzi, sərbəst və əlvan çalarlı ifa üslubu ilə diqqətdə durub. 

Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradan Mobil 

Əhmədov bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Solist-aktyorun əsas partiyalarının çox 

yığcam siyahısını belə ümumiləşdirə bilərik. Klassik operettalarda və klassik milli dramaturgiya 

əsasında yazılmış musiqili komediyalarda oynadığı rollar: Sərvər və Rüstəm bəy,  Əsgər ("Məşədi 

İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Heydər bəy ("Hacı Qara", Mirzə  Fətəli 

Axundzadənin eyniadlı  əsəri  əsasında libretto müəllifi  Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz 

Mustafayev və Vasif Adıgözəlov), Məhəmmədhəsən  əmi ("Danabaş  kəndinin  əhvalatları", Cəlil 

Məmmədquluzadənin eyniadlı  əsəri  əsasında libretto müəllifi Cənnət Səlimova, bəsətənar Oqtay 

Kazımov). 

Müasir mövzulu musiqili komediyalarda ifa etdiyi səhnə surətləri: Tuğay ("Bir dəqiqə", 

Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Nadir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq 

Quliyev), Ayaz ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov), Alay ("Gözün aydın", Məhərrəm 

Əlizadə və Fikrət Əmirov), Bəxtiyar ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Arzu, Zəfər, 

Yetim, Toğrul ("O1madı elə, oldu belə", "Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu" və 

"Sevindik qız axtarır", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Cəsarət, Çingiz ("Nənəmin şahlıq 

quşu" və "Boşanaq, evlənərik",  Əliağa Kürçaylı  və Vasif Adıgözəlov), Sahib ("Ləpələr",  Əliağa 

Kürçaylı və Arif Məlikov), Etibar ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov). 

Tərcümə əsərlərində oxuduğu partiyalar: Zurab ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota 

Milorava), kote ("Keto və kote", Vladimir Dolidze), Elbrus ("Sevgilimin anası", Georgi Xuqayev və 

A.Ovanov). 

Mobil  Əhmədov müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərir. Sənət dostlarının 

yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, xeyli valı var. Aktyor-müğənni 

Azərbaycan Respublikasının əməkdar artist (1978) və xalq artist (2000) fəxri adlarına layiq görülüb. 

 

 

HACIBABA BAGIROV (12 İYUN 1932) 



 

Səhnə yaradıcılığına dram aktyoru kimi başlayıb. Lakin yaradıcılığının estetik səciyyələri 

əsasən musiqili komediya janrı ilə bağlıdır. Hacıbaba Ağarza oğlu Bağırov 12 iyun 1932-ci ildə 

Bakıda doğulub. Aktyorluğa 1940-cı illərdə MDT-nin yardım heyətində başlayıb, burada üçillik 

aktyorluq studiyasını bitirib. 1948-ci ildə Lənkəran DDT-də aktyor işləməyə gedib və bir il sonra bu 

sənət ocağı bağlananda Bakıya qayıdıb. Bakı  Dəmir Yolu Texnikumunda oxuyub, bir neçə il 




müxtəlif mədəniyyət müəssisələrində çalışıb. 1960-cı ildə  Gəncə DDT-də aktyorluq edib. 1962-ci 

ildən isə MkT-nin truppasındadır. 

Arada özü müstəqil Tənqid və Təbliğ Teatrı yaradaraq onun bədii rəhbəri olub. 1996-cı ildən 

MKT-ya bədii rəhbər və direktorluq edir. 

Hacıbaba Bağırov dramatik hərəkətlər toplusuna və plastik rəqs elementlərinə malik 

aktyordur. O, mürəkkəb rəqs hərəkətlərini arioza və məzəli kupletlərlə paralel şəkildə ifa edir. 

Daxilən ehtiraslı  və coşğun aktyordur. Səhnədə dinamik ritm üzərində qurulan geniş 

miqyaslı mizanları xoşlayır. 

Qaravəlli tipli səhnə obrazlarında karnaval estetikası prinsiplərindən ustalıqla istifadə edir. 

Həmin yaradıcılıq prinsipləri əsasında yaratdığı başlıca rollar bunlardır: Muradxan bəy ("Əlli 

yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Soltan bəy, Məşədi İbad ("Arşın mal alan" və "Məşədi 

İbad", Üzeyir bəy Hacıbəyov), Uzun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), 

İbişov, Dayandur ("Özümüz bilərik" və "O1madı elə, oldu belə",  Şıxəli Qurbanov və Süleyman 

Ələsgərov), Fəqan ("Səndən mənə yar olmaz", Məhərrəm  Əlizadə  və  Əşrəf Abbasov), Cəbi 

Cüməzadə ("Həmişəxanım", Salam Qədirzadə  və Süleyman Ələsgərov), Nadir ("Qızılgül", 

Məhərrəm  Əlizadə  və Soltan Hacıbəyov), Mitoş ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), 

Xudayar bəy ("Danabaş  kəndinin  əhvalatları", Cəlil Məmmədquluzadənin  əsəri  əsasında Cənnət 

Səlimovanın librettosu və bəstəkar Oqtay Kazımov), Hüseynqulu ("Sizinlə gülə-gülə", "Bildirçinin 

bəyliyi", "92 dəqiqə gülüş", Rüfət Əhmədzadə və Emin Sabitoğlu), Sevindik ("Sevindik qız axtarır", 

Şıxəli Qurbanov və Süleyman Ələsgərov),  Əsgər Nəcəfoviç ("Ləpələr",  Əliağa Kürçaylı  və Arif 

Məlikov), Molla Sübhan ("Boşanaq, evlənərik", Əliağa Kürçaylı və Vasif Adıgözəlov), kiko ("Keto 

və kote", Vladimir Dolidze), Qiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), Bostan 

("Təzə gəlin", Seyfəddin Dağlı və Cahangir Cahangirov), Qəhrəman ("Gözün aydın",   Məhərrəm  

Əlizadə  və  Fikrət  Əmirov),   Ağa  Süruş ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə 

Əbülfəz Hüseyni və Azər Rzayev), Xandadaş ("Məmmədəli kurorta gedir", Atif Zeynalh və Tofiq 

Bakıxanovla Nəriman Məmmədov), Atakişi ("Bankir adaxlı", Tamara Vəliyeva və Emin Sa-

bitoğlu), Şeytan, Nəsir və Misir ("Lənət şeytana", Firudin Aşurov və Vasif Adıgözəlov), Bilal ("Qız 

görüşə tələsir", Adil Babayev və Tofiq Bakıxanovla Nəriman Məmmədov), Möhsün ("Ulduz", Sabit 

Rəhman və Süleyman Ələsgərov). 

Hacıbaba Bağırov 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 

1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Bir sıra bədii filmlərə çəkilib. 

 

 



SƏYAVUŞ ASLAN (3 SENTYABR 1935) 

 

Əvvəllər dram dərnəyində çalışan Səyavuş Aslan 1954-cü ildə dövlət statusu olmayan 



Musiqili Komediya Teatrının bir neçə tamaşasında kiçik rollar oynayıb. 

1984-cü il oktyabr ayının 5-də Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. 

1994-cü il fevralın 4-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 

1996-cı ilin oktyabrında bədii rəhbər vəzifəsindən istefa verən aktyor yenidən Akademik Milli Dram 

Teatrına qayıdıb. (Qeyd: Aktyorun bu sənət ocağındakı fəaliyyəti əvvəlki dərslərdə göstərilib). 

Səyavuş Aslanın MKT-nin səhnəsində yaratdığı neçə-neçə obraz sənət ocağının 

yaradıcılığında xüsusi yer tutur. Buna görə aktyorun bu teatrdakı  fəaliyyətini və oynadığı rolların 

daha uğurlularını təqdim edirəm. Muxtar bəy və Kəblə Heydər, Orduxan bəy ("Evliykən subay" və 

"Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Şubay və Məhəmməd ("U1-duz", Sabit Rəhman və 

Süleyman  Ələsgərov), Hamlet ("Tiflis nəğməsi", Levon Cubabiriya və  Şota Milorava), Ohan 

yüzbaşı ("Hacı Qara", Mirzə  Fətəli Axundzadənin eyniadlı  əsəri  əsasında libretto müəllifi  Şəmsi 

Bədəlbəyli. Bəstəkarlar Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), İbişov və Murtuzov, Eynəkli, 

Alanzadə ("Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu" və "O1madı elə, oldu belə",  Şıxəli 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə