Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə171/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   212

Tamaşalarda istifadə edilən asma pərdələr, salonda və foyedə qurulmuş dayaqlı lövhələr sırf 

təbliğat funksiyası daşıyırdı. Həmin lövhə və pərdələrin üzərinə müxtəlif çağırışlı Şüarlar, plakatlar 

bəndlənirdi. Kupletlər son dərəcə aktual, bədii cəhətdən bitkin, mövzu-problematika sarıdan əhatəli 

olurdu. Müəlliflər çalışırdılar ki, tənqidin ünvanı aydın oldu-ğu kimi, dili də sadə tamaşaçılar üçün 

tez anlaşılsın, asan qavranılsın.  Əliağa Vahidin və  Cəfər Cabbarlının gündəlik məişət 

məsələlərindən, xüsusilə kommunal, ticarət, nəqliyyat xidmətlərindəki qüsur və  bərbadlıqlardan 

bəhs edən meyxanaları, satirik kupletləri təsirli, effektli olurdu. Mövhumatın, nadanlığın, məişət 

pozğunluğunun ifşasına xüsusi tamaşalar həsr edilirdi. 

Aktual mövzu, ideoloji təbliğat baxımından pyes qıtlığı ilə üzləşən teatr Rusiyanın müxtəlif 

şəhərlərindəki eyni tipli teatrların repertuarlarındakı  məsxərələri, sketçləri, məzhəkə-vodevilləri 

azərbaycancaya təbdil edib oynayırdı. Həmin tamaşalarda dövlətin ideoloji çağırışları, günün aktual 

siyasi, ictimai, sosial problemləri qabarıq nəzərə çarpdırılırdı. 

Fəaliyyətinin ikinci ilində teatrın hazırladığı üç-dörd yeni tamaşanın bir gündə oynanılması 

dövrə (siki, silsilə) adlanırdı. Dövrələr sıra ardıcılhğı ilə nömrələnirdi. Bəzən bir döv-rənin hansısa 

tamaşası əvvəllər oynanılan digər dövrənin müəyyən səhnə əsəri ilə əvəz edilirdi. 

Tədricən Tənqid və  Təbliğ Teatrı forma və üslub xüsusiyyətlərini, estetik qayəsini, mövzu 

dairəsini, yaradıcılğının ideoloji mahiyyətini, siyasi platformasını dərindən mənimsəyən müəllifləri 

öz  ətrafında sıx birləşdirdi. Hətta teatrın aktyorları Mirzağa  Əliyev, Hacıağa Abbasov, Əhməd 

Anatollu, Əhməd Qəmərli, Mirmahmud Kazımovski də kiçik pyeslər yazırdılar. 

1922 - 1925-ci illərdə yüzdən çox səhnə  əsəri hazırlayan teatrın oynadığı  səhnə  əsərləri 

arasında Abbas Səhhətin "Tağı və Nağı", Səməd Mənsurun "Aktyor", "Dərviş", "Cinayət", Hacıağa 

Abbasovun "Ağa Məhəmməd  Şah Qacar Qarabağda və yaxud Molla Pənah Vaqif", "Sabirin 

məhkəməsi", "Rur macərası", "İnqilab şərarələri", Mirzağa Əliyevin "Vəzirin gözləri", "Vaqonda", 

"Qısqanclıq", "Məşədi evlənir",  Əhməd Qəmərlinin "Toy", "Arşın mah", "Uşaq duası", Süleyman 

Sani Axundovun "Şahsənəm və Gülpəri", "İki yol", "Şeytan", "Mərc", Cəlil Məmmədquluzadənin 

"Kamança", "Konsulun arvadı",  Əbdürrəhim bəy Haqverdiyevin "Məşədi Qulam", "Qırmızı qarı", 

"Vaveyla", Mürşüd (Balaqardaş) Səttaroğlunun "Dəmiryol qurdları", Məmməd Səid Ordubadinin 

"İşsizlər", "Şamaxı-vağzal", Hacıbaba Nəzərlinin "Cənnət", Mirmahmud Kazımovskinin "Molla 

Cəbi", Məmmədsadıq  Əfəndiyevin "Parisdə  Məşədi  İbadın toyu", Seyid Hüseynin "Savab", təbdil 

olunmuş "Qırmızı xoruz", "Dərə  xəlvət, tülkü bəy", "Qırıq ayna" dramlarının tamaşaları daha 

maraqla qarşılanıb. 

Oynanılan tamaşalara səhnə quruluşlarını David Qutman, Sidqi Ruhulla, Ələkbər Süheyli, 

Yevgeni Muromski veriblər. Əzim Əzimzadə səhnə tərtibatı ilə bağlı ilk illər teatrda rəssam işləyib. 

 

*  *  * 



 

1925-ci ilin ikinci yarısında yeni teatr mövsümünə başlayan kollektivin adı afişalarda belə 

yazılıb: Türk İşçi və Kəndli Teatrı. Teatr bu adla iki il çalışıb. Təbii ki, dəyişən təkcə teatrın adı yox, 

həm də ictimai-siyasi platformasının məzmun və mahiyyəti olub. Teatr Bakının kəndlərində 

fəaliyyətini genişləndirib və respublikanın rayonlarına qastrollara çıxıb. Bununla əlaqədar olaraq 

teatr yeni repertuar siyasəti qurmağa başlayıb. Sənət ocağının nəzdində "Satira teatrı" təşkil edilib və 

onun repertuarı Tənqid və Təbliğ Teatrının oynadığı satirik pyeslər və o xarakterli satirik məsxərələr 

əsa-sında qurulub. 

Türk İşçi və kəndli Teatrının ikiillik repertuarında tərcümə və təbdil (bəzən iqtibas) əsərləri 

üstünlük təşkil edib. Bu baxımdan Luis Sinkierin romanı üzrə  işlənmiş "Yüz faiz", Aleksey 

Tolstoyun "Romanovlar sülaləsinin son günləri" (Pavel Şeqolyovun səhnələşdirməsində), Vasili 

Şkvarkinin "Casus" ("Dıqayevin işi"), Viktor Marqaretin "Fahişə", Boris Romaşovun "Puç kömbə", 

Yurinin "Şöhrət silahları", Vladimir Bill-Beloserkovskinin "Tufan", Nikolay Lernerin "Birinci 



Nikolay" ("Dekabristlər" adı ilə), Aleksandr Ostrovskinin "Gəlir yeri" pyeslərinin tamaşaları teatrın 

repertuarında əsas yer tutub. 

İdeoloji təbliğata aludəçilik teatrı müəyyən məqamlarda ciddi yaradıcılıq axtarışlarından 

uzaqlaşdırırdı. Bununla belə, gənc kollektiv Cəlil Məmmədquluzadənin "Ölülər", "Anamın kitabı", 

Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Sadıqovun "Üç il" əsərləri 

ilə özünün üslub, forma və janr axtarışlarımn dairəsmi genişləndirməyə çalışırdı. 

 

*  *   * 



 

Teatr özünün daha parlaq və daha mürəkkəb yaradıcılıq məramnaməsini, estetik ifadə 

vasitələrini, poetika göstəricilərinin başlıca məziyyətlərini parlaq şəkildə Türk İşçi Teatrı (Bakı Türk 

İşçi Teatrosu) adlandığı dövrdə göstərib. Həmin illərdə teatrda Aleksandr İvanov, Rza Darabh, 

İsmayıl Hüseynov, Arseni Ridel, Daniyal Vəkilov, Kələntər, Həbib  İsınayılov kimi rejissorlar 

müxtəlif janrlarda əsasən uğurlu, həm də uğursuz tamaşa hazırlayıblar. Gənc sənətkarlardan rəssam 

Rüstəm Mustafayev milli səhnəqrafiyamızın inkişafında, bəstəkar Asəf Zeynalh tamaşaya musiqi 

tərtibatının verilməsi ənənəsinin yaranmasında möhtəşəm sənət nümunələri yaradıblar. 

Beş il ərzində İşçi Teatrının repertuarında tərcümə əsərlərindən Boris Lavernyovun "Üsyan", 

Pavel Romanovun "Zəlzələ", Yucin O'Nilin "Çinarlar altında məhəbbət" ("Qarağaclar altında 

məhəbbət"), Biçer Stounun "Tom dayının koması", Viktor Hüqonun "Paris Notrdam kilsəsi" 

("Müqəddəs Məryəm məbədi"), Vladimir kirşonun "Qızıl trenlər", "Kü1əklər  şəhəri", Fyodor 

Pavlovun "Çin tanrısı" ("Tunc büt"), Jan Batist Molyerin "Cancur Səməd" ("Məcburi kəbin"), 

"Mıqqı  Kərim" ("Vasvası  xəstə"),  Əbdülhəq Hamidin "Hind qızı", Sergey Palivanovun "İşarə", 

Anatoli Qlebovun "İnqa" ("İncə" adı ilə), Aleksandr Şirvanzadənin "Morqanın qohumu", Yuri 

Yankovskinin "Qəzəb", Nikolay Poqodinin "Balta haqqında poema" pyeslərinin tamaşaları mühüm 

yer tutublar. 

Milli dramaturgiya nümunələrindən Cəfər Cabbarlının "Sevil" (ilk tamaşası 11 fevral 1931-ci 

ildə oynanılıb), Hacıbaba Nəzərlinin və Süleyman Rüstəmin "Yanğın", Süleyman Rüstəmin "Qana 

qan", Hacıbaba Nəzərlinin "Yollar", Əbdübağı Fövzinin "Gizli əl", Seyid Hüseynin "Kölgə" 

pyesləri, təzə quruluşlarda "Müsyö Jordan və  dərviş  Məstəli  şah" komediyası, "Anamın kitabı" 

dramı tamaşaya hazırlanıb. 

Teatrın "Paris Notrdam kilsəsi", "Anamın kitabı", "Hind qızı", "Cancur Səməd", "Müsyö 

Jordan və dərviş Məstəli şah", "Sevil" tamaşaları sənət ocağının tarixində aktyor ifaları baxımından 

xüsusi yer tutur. "Sevil"i tamaşaya David Qutman və Daniyal Vəkilov hazırlamışdılar. Əsas rolları 

Milli Dram Teatrından dəvət olunmuş Ülvi Rəcəb (Balaş) və Mərziyə Davudova (Sevil) oynayıblar. 

Ağasadıq Gəraybəyli və Fatma Qədri onlara dublyor verilib. 

"Hind qızı"nda Kazım Ziya (Rayçaran), Fatma Qədri (Süruci), "Cancur Səməd"də  İsmayıl 

Talıblı (Abbasəli), Ağahüseyn Cavadov (Səlim), "Paris Notrdam kilsəsi"ndə Fatma Qədri 

(Esıneralda), İsmayıl Talıblı (Qvazimoda), "Anamın kitabı"nda Ağasadıq Gəraybəyli (Rüstəm bəy), 

Natalya Lizma (Zəhra bəyim ana), Kazım Ziya (Səməd Vahid), "Müsyö Jordan"da Əmir Dadaşlı 

(Müsyö Jordan), Əhməd Səfayi (Qulaməli) yüksək sənət nailiyyətləri qazanıblar. 

Fəaliyyət dövründə teatr Tiflisdə və İrəvanda uzunmüddətli qastrol səfərlərində olub. MDT-

nm aktyorları Möhsün Sənani, Abbasmirzə Şərifzadə teatrın müxtəlif tamaşalarında iştirak ediblər. 

1931-ci il aprel ayının 18-də  və 19-da Bakı Türk İşçi teatrının 10 illiyi Opera və Balet 

Teatrının binasında qeyd edilib. Təntənədə "Qana qan" tamaşası göstərilib. Kollektivin aktyorları 

Ağahüseyn Cavadova və Rüstəm Kazımova Azərbaycan Respublikasının  əməkdar artisti fəxri adı 

verilib. 

1932-ci il dekabr ayının 28-də Bakı Türk İşçi Teatrının Gəncə şəhərinə köçürülməsi barədə 

mətbuatda hökümətin qərarı çap olunub. Bu qərar Bakı teatr mühitinə ağır zərbə vurdu. 1933-cü il 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə