Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə172/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   212

yanvar ayının 4-də və 5-də kollektiv bütün yaradıcı və texniki heyətlə Gəncəyə köçüb. Burada Cəfər 

Cabbarlı adına Dövlət Dram teatrı adı ilə bu gün də fəaliyyət göstərir. 

İşçi Teatrı  Gəncəyə köçürüləndə onun truppasında Kazım Ziya, Fatma Qədri, Məxfurə 

Yermaıcolova,  Əjdər Sultanov, Ağahüseyn Cavadov, İsmayıl Talıblı,  Ələnbər Seyfi, Mustafa 

Sərkarlı, Rüstəm Kazımov,  Ələsgər  Ələkbərov, Ağasadıq Gəraybəyli,  Əhməd Səfayi,  Əhməd 

Salahlı,  Əmir Dadaşlı, Sadıq Həsənzadə (Həsənqara),  İbrahim Hüseynov (Şünasi), Rəmziyyə 

Veysəlova,  İsmayıl  Əfəndiyev kimi şöhrətli və  təcrübəli aktyorlar, istedadlı  gənclər vardı. 

Azərbaycan səhnə  sənətinin fəxri və qüdrətli rejissorlarından sayılan  Ədil  İsgəndərovun, Mehdi 

Məmmədovun,  şöhrətli aktrisalar Əzizə  Məmmədovanın, Sona Hacryevanın sənət yollarının ilk 

illəri bu kollektivlə bağlıdır. 

Üç adla fəaliyyət göstərmiş teatr milli səhnə  sənətimizin inkişafında müəyyən faydalı 

yaradıcılıq nailiyyətləri qazana bilib. 

 

 

 



GƏNCƏ  DÖVLƏT DRAM TEATRI 

 

Gəncə  şəhərində teatr sənətinə ilk maraq on doqquzuncu əsrin sonlarında yerli ziyalılar 



tərəfindən göstərilib. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına 

verilib. Yerli ziyalı, müəllim, dramaturq, milli teatrşünaslıq elmimizdə ilk kitabçanın müəllifi Mirzə 

Məhəmməd Axundzadə (Axundov. 1876 - 1923) teatr prosesinin canlanınasında səmərəli işlər 

görüb. Onun "Səd Vəqqas" ("Səd ibn Vəqqas") pyesi Bakı və Tiflis teatr truppalarında da oynanılıb. 

Teatr həvəskarlarının  əsas məqsədləri maarifçilik ideyalarını  təbliğ etmək,  şəhərdəki məktəblərdə 

oxuyan kasıb  şagirdlərə yardım göstərmək, kitabxanalara mətbuat nümunələri və kitablar almaq 

üçün vəsait toplamaq idi. 

Ziyalıların təşəbbüsü ilə 1906-cı ildə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" 

teatr truppası yaradılıb. 1909-cu ildən başlayaraq Bakı aktyorları Hüseyn Ərəblinskinin, Sid-qi 

Ruhullanın, Hüseynqulu Sarabskinin, Cəlil Bağdadbəyovun yığcam dəstələrlə  Gəncəyə qastrol 

səfərləri teatr prosesini daha da canlandırıb. Belə  mədəni  əlaqələr sayəsində  Gəncədə yaşayan 

Məşədi Cəmil Əmirov "Seyfəlmülk" operasını yazıb. 

1920 - 1932-ci illərdə truppanın fəaliyyətində yeni mərhələ başlayıb. Repertuarda Mirzə 

Fətəli Axundzadənin "Hacı Qara", "Xırs quldurbasan" və "Molla İbrahimxəlil kimyagər", Nəcəf bəy 

Vəzirovun "Müsibəti-Fəxrəddin", "Pəhlivanani-zəmanə" və "Ağa Kərim xan Ərdəbili", Əbdürrəhim 

bəy Haqverdiyevin "Millət dostları", "Ağa Məhəmməd  şah Qacar", "Pəri cadu" və "Ac həriflər", 

Nəriman Nərimanovun "Nadir şah", "Bahadır və Sona" və "Dilin bəlası" ("Şamdan bəy"), Hü-seyn 

Cavidin "Maral", "İblis", "Şeyx Sənan" və "Knyaz", Cə-fər Cabbarlının "Aydın", "Vəfah Səriyyə", 

"Oqtay Eloğlu", "Sevil" və "Od gəlini", Üzeyir bəy Hacıbəyovun "Leyli və  Məcnun", "Əsli və 

Kərəm", "Şah Abbas və Xurşid banu", "Ər və arvad", "Məşədi İbad" və "Arşın mal alan", tərcümə 

pyeslərin-dən  Şəmsəddin Saminin "Dəmirçi Gavə", Jan Batist Molyerin "Don Juan" və "Vasvası 

xəstə", Vano Mçedaşvilinin "Qaçaq Kərəm", İvan Turgenevin "Pulsuzluq" dram, faciə, komediya, 

opera və operetta əsərləri mühüm yer tutub. Qadınlar, dəmiryolçular, həmkarlar klublarında güclü 

dram dərnəkləri olub. 

1920-ci illərin sonlarında peşəkarlıq baxımından nailiyyətlər qazanan həvəskarlar arasında 

Ədil İsgəndərov, İbrahim Həmzəyev, Barat Şəkinskaya, Qulam Qoşqarlı, Mikayıl Davudov, Kərim 

Sultanov, Əsəd Şeyxzamanov, Abbas Məmmədov, İsmayıl Əfəndiyev kimi gələcəyin böyük sənət 

ustaları vardı. Hətta Ədil İsgəndərovla İbrahim Həmzəyev Bakı Teatr Məktəbində təhsil almışdılar. 

Onlar 1932-ci ildə  Gəncədə Hüseyn Ərəblinski adına Dövlət Dram Teatrı açmaq üçün təşəbbüs 

göstərmiş və bir neçə tamaşadan ibarət maraqlı repertuar hazırlamışdılar. Lakin 1932-ci il dekabrın 




28-də respublika mətbuatında Bakı Türk İşçi Teatrının Gəncəyə köçürülməsi barədə geniş 

materiallar verilib və bu, həvəskarların təşəbbüslərini başqa formada reallaşdırıb. 

BTİT-nin yaradıcı heyəti Gəncəyə 1933-cü ilin yanvarında gəlib. Müxtəlif texniki avadanlıq, 

dekorasiyalar, rekvizit və butafor ehtiyatı yanvarın 4-də  və 5-də  gətirilib. Teatr üçün şəhərdə 

əlverişli bina yox idi, nisbətən yararlı klub isə  təzə kollektiv üçün yanvar ayından təmirə 

dayandırılmışdı. Buna görə də "Sınema" kinoteatrı DDT-yə verilib. Teatrın yaradıcı heyətinə yerli 

həvəskarlardan da xeyli istedadlı gənc qəbul olunub. Teatrın Bakı repertuarının əsas tamaşaları yeni 

aktyorlar  əlavə olunmaqla bərpa edilib. Teatrın baş rejissoru Abbasmirzə  Şərifzadə iki ay yarım 

ərzində Hüseyn Cavidin "Şeyx Sənan", Cəfər Cabbarlının "Yaşar", Aleksandr Şirvanzadənin 

"Namus" dramlarını tamaşaya hazırlayıb. Bu əsərlərdən, həmçinin bərpa olunmuş "Hind qızı" 

(Əbdülhəq Hamid), "Özgə uşağı" (Vasili Şkvarkin), "Cancur Səməd" (Jan Batist Molyer), "Fahişə" 

(Viktor Marqaret) tamaşalarından ibarət repertuarla teatr 1933-cü ilin mart ayında ilk pərdələrini 

tamaşaçılara açıb. 

Elə bu il teatrın nəzdində aktyor studiyası  təşkil edilib. Həmçinin məktəb  şagirdlərinin və 

yeniyetmələrin teatr sənətinə maraqlarını formalaşdırmaq məqsədilə truppanın daxilində  Gənc 

Tamaşaçılar Teatrı Şöbəsi təşkil edilib. Gənc aktyor Əjdər Sultanov oraya bədii rəhbər təyin olunub. 

Şöbə tezliklə öz repertuarını qurub və burada oynanılan pyeslər  əsasən Bakıdakı GTT-nin 

repertuarından götürülüb. 

Təmir olunan bina 1935-ci ilin sonlarında təhvil verilib və bu münasibətlə teatrın təzə 

məkanında dekabr ayının 25-də təntənəli iclas keçirilib. Səhərisi gün isə teatra yenicə baş rejissor 

təyin olunmuş Yusif Yulduzun quruluşunda Cəfər Cabbarlının "Od gəlini" qəhrəmanlıq dramının ilk 

tamaşası göstərilib. 

1942-ci ilin payız teatr mövsümünə  qədər Həbib  İsınayılov,  İsmayıl  Əfəndiyev, Ağəli 

Dadaşov, Həsən Ağayev teatrda müxtəlif müddətlərdə baş rejissor işləyiblər. Bu müddətdə teatr 

tamaşaçılara Mirzə  Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Cəfər Cabbarlının "Almaz", 

"Sevil", "1905-ci ildə", Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə İbrahimovun "Həyat", "Madrid", 

Səməd Vurğunun "Vaqif", "Fərhad və  Şirin", Sabit Rəhmanın "Toy", "Xoşbəxtlər", Qurban 

Musayevin "Şərqin qalası", Məmmədhüseyn Təhmasibin "Bahar", Jan Batist Molyerin "Jorj 

Danden", Mixail Lermontovun "İki qardaş", Fridrix Şillerin "Qaçaqlar", Aleksandr Puşkinin "Daş 

qonaq", Vilyam Şekspirin "Otello", Lev Şeynin və Tur qardaşlarının "Üzləşdirmə", Georgi 

Mdivaninin "Vətən namu-su" pyeslərinin müxtəlif janrlarda hazırlanan tamaşalarını  və neçə-neçə 

digər səhnə əsərini təqdim edib. 

1942-ci ildə teatrın sıravi rejissoru Mehdi Məmmədov Gəncə DDT-yə baş rejissor təyin 

olunub. O, iki il əvvəl Moskvada ali rejissor təhsili almışdı. Mehdi Məmmədovun dörd ilə yaxın baş 

rejissorluq fəaliyyəti teatrın müasirlik axtarışlarını yeni məcraya salıb, onun poetika göstəricilərinin 

əsas estetik prinisiplərini formalaşdırıb. Yeni yaradıcılıq üslubunu yaradaraq onu inkişaf etdirən 

teatr 1950-ci illərin sonlarına kimi həmin istiqamətdə müəyyən yaradıcılıq uğurları qazanıb. Bəzi 

zəif və qüsurlu səhnə əsərləri ilə yanaşı, monumental ro-mantik və qəhrəmanlıq xarakterli psixoloji-

dramatik  əsərlərə üstünlük verən teatr Mirzə  Fətəli Axundzadənin "Hacı Qara", Nəcəf bəy 

Vəzirovun "Hacı Qəmbər", Əbdürrəhim bəy Haq-verdiyevin "Pəri cadu", Cəfər Cabbarlının "Oqtay 

Eloğlu", "Aydın", "Solğun çiçəklər", Süleyman Sani Axundovun "Eşq və intiqam", Mehdi Hüseynin 

"Nizami", Sabit Rəhmanın "Nişanlı qız", Zeynal Xəlilin "Qatır Məmməd", İlyas Əfəndiyevin "Bahar 

suları", "Atayevlər ailəsi", İslam Səfərlinin "Göz həkimi", Hüseyn Muxtarovun "Ailə namusu", İlo 

Mosaşvilinin "Qərq edilmiş daşlar", Karl Myufkenin "İldırımlı yollarla" (Piter Abrahamsın romanı 

üzrə), Nikolay Qoqolun "Müfəttiş", "Evlənmə", Vilyam Şekspirin "Otello" (yeni quruluşda), Lope 

de Veqanın "Nə yardan doyur, nə  əldən qoyur", "Kə1əkbaz sevgililər", Jan Batist Molyerin "Jorj 

Danden", Karlo Haldoninin "İki ağanın bir nökəri", Konstantin Simonovun "Praqanın  şabalıd 

ağacları altında",  "Rus məsələsi" tamaşaları ilə yaradıcılıq axtarışlarını gücləndirib. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə