Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə175/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   212

"Maral" və  "Şeyx Sənan", Hüseyn Cavid), Səməndər ("Kişilər", Altay Məmmədov), Likxit ("Üç 

quruşluq opera", Bertolt Brext), Qulu ("Bahar suları",  İlyas  Əfəndiyev), Cavad kişi ("Qız atası", 

Əfqan),  Şəkərlinski ("Kəndçi qızı", Mirzə  İbrahimov), Effer ("Bura gəlin",  Əziz Nesin), Yeqor 

Qulumov ("Quduz pullar", Aleksandr Ostrovski), Qeyza Qaliba ("Qəribə dilənçi", Yan Saloviç), 

karıno Pikkio ("Aygül diyarı", Mustay Kərim), korifey ("Antiqona", Sofoki), Möhsün ("Ata mülkü", 

Əkrəm  Əylisli),  Əjdər Zahidoviç ("Gözıllik ondur", Salam Qədirzadə), Lord Xeytinqs ("111 

Riçard", Vilyam Şekspir), Şəhid atası ("Cavad xan", Nüşabə Məmmədova) rolları aktyorun şövqlə 

yaratdığı səhnə surətləridir. 

Məmməd Bürcəliyev "Azərbaycanfilm"də istehsal olunmuş "Mən ki, gözəl deyildim" 

(Əsgər), "Dəli Kür" (Allahyar), "Gözlə  məni" (Bəy), "Qəm pəncərəsi" (Rəşid bəy), "O dünyadan 

salam" (Hacı Baxşəli), "Köhnə bərə" (kolxozçu), "Firəngiz" (Sürücü) kinolentlərində çəkilib. 

1950 - 1952-ci illərdə teatrda direktor işləyib. Bacarığını quruluşçu rejissor kimi də sınaqdan 

çıxarıb. Cəlil Məmmədquluzadənin "Ölülər", Altay Məmmədovun "Həmyerlilər", "Bəraət", Yusif 

Əzimzadənin "Anacan", Teymur Məmmədovun "Ürək yanarsa...", Rəsul Həmzətovun "Dağlar qızı", 

Şəfaət Mehdiyevin "Mirzə Fətəli", Sabit Rəhmanın "Əliqulu evlənir", Qərib Mehdiyevin "Oxşarlar", 

Abdulla Şaiqin "Tü1kü Həccə gedir" pyeslərini tamaşaya hazırlayıb. 

Altmış ilə yaxın Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında çalışan Məmməd 

İsmayıl oğlu Bürcəliyev 24 iyul 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 may 

1958-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 

Məmməd Bürcəliyev 25 noyabr 1994-cü ildə vəfat edib. Məzarı Gəncə şəhərində Bağbanlar 

məhəlləsindəki Fəxri xiyabandadır. 

 

 




GƏNCƏ  DÖVLƏT DRAM TEATRINDA 

AKTYOR YARADICILIĞI 

 

İkinci dərs 

 

Milli teatr tariximizdə  şərəfli yer tutan bir sıra aktyorlar yaradıcılıqlarının yalnız müəyyən 



dövrlərini Gəncə teatrı ilə bağlayıblar. Lakin bu sənət ocağının aktyorluq ənənələrinin 

formalaşmasında onların böyük xidmətləri olub. Buna görə də Gəncə DDT-nın aktyor məktəbinin 

sənətkarlıq xüsusiyyətlərindən danışılanda onların yaradıcılıqlarını da dəyərləndirmək lazımdır. 

 

*  *  * 



 

Əhməd Salahlı  

(1897- 1953) 

 

Tiflisdə doğulub. "Salahlı" səhnə  təxəllüsü olan Əhməd Musa oğlu Məmmədov səhnə 



sənətinə on dörd yaşından maraq göstərib. Müxtəlif dram truppalarında aktyorluq edən sənətkar 

Tiflis Dövlət Azərbaycan Teatrında (1922 - 1930 və 1941 - 1947), Bakı Türe İşçi Teatrında (1930 - 

1932), Gəncə Dövlət Dram Teatrında (1933 -1941), Akademik Milli Dram Teatrında (1947-1953) 

işləyib. Bu kollektivlərdə aparıcı aktyor kimi rəğbət qazanıb. 

Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub (23 fevral 1940). 

Mürəkkəb xarakterlər yaratmaqda xüsusi aktyorluq səriştəsi olan Əhməd Salahlı  Gəncə 

teatrında Qaya ("Bahar", Məmmədhüseyn Təhmasib), Turab ("Şərqin qalası", Qurban Musayev), 

Babək ("Babək", Əbil Yusifov), Akif ("Həyat", Mirzə İbrahimov), Vaqif ("Vaqif", Səməd Vurğun), 

Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Eyvaz ("1905-ci ildə", Cəfər Cabbarlı), Yusif ("Özgə uşağı", 

Vasili Şkvarkin), İvan İvanoviç  ("Üzləşdirmə",   Lev Şeynin  və  Tur  qardaşları),   Aliran ("Vətən 

namusu", Georgi Mdivani), Murov ("Cünahsız müqəssirlər", Aleksandr Ostrovski), Bələdiyyə rəisi 

("Müfəttiş", Nikolay Qoqol), Rüstəm ("Namus", Aleksandr Şirvanzadə), Karl Moor ("Qaçaqlar", 

Fridrix  Şiller), Yaqo ("Otello", Vilyam Şekspir), Don Juan ("Daş qonaq", Aleksandr Puşkin) 

rollarını ifa edib. 

Əhməd Salahlının ifadə vasitələri əlvan və çoxqatlı, xarakterik və realist səpkili idi. 

 

Məxfurə Yermakova  

(1901 – 1982) 

 

Əməkdar aktrisa idi. Səhnə fəaliyyətinə on üç yaşından Bakıda başlayıb. AMDT -də, TİT-də 



işləyib. 1933 - 1946-cı illərdə  Gəncə DDT-də aktyorluq edib. Məxfurə xanımın Gəncə teatrında 

oynadığı  əsas xarakterik rolları: Ayna xanım ("Özgə  uşağı", Vasili Şkvarkin), Annetta ("Fahişə", 

Vladimir Marqaret), Xanımnaz, Nabat ("Almaz" və "1905-ci ildə", Cəfər Cabbarlı), Bəxtəvər 

("Qohumlar", Hacıağa Quliyev), Zabelina ("Kreml saatı", Nikolay Poqodin), Məhsəti ("Nizami", 

Mehdi Hüseyn), Maral, Zalxa ("Xoşbəxtlər" və "Toy", Sabit Rəhman), Emilya ("Otello", Vilyam 

Şekspir), Güldəstə ("Hacı  Fərəc", Nəcəf bəy Vəzirov),  İsına ("Babək",  Əbil Yusifov), Ülkər 

("Vəfa", Rəsul Rza), Fatmanisə ("Məhəbbət", Mirzə  İbrahimov), Tükəzban ("Vaqif", Səməd 

Vurğun), Sənəm ("Namus", Aleksandr Şirvanzadə), TükəZ ("Hacı Qara", Mirzə Fətəli Axundzadə). 

1946-cı ilin sonlarında Məxfurə xanım Bakıya qayıdıb. Aktrisa bu dəfə yaradıcılığı üçün 

yeni olan, tamaşalarının üslub və janrları, məzmun və formaları ilə seçilən Gənc Tamaşaçılar 

Teatrında işləməyi qərarlaşdırıb. Ömrünün sonuna qədər həmin kollektivdə aktrisalıq edib. 

 

Məmməd Cəfərov  




(1912 - 1980) 

 

Əməkdar artist idi. Yaradıcılığının  ən parlaq illəri Gəncə teatrı  ılə baglıdır. Tipik və 



psixoloji epizod rollar ustası kimi tanınıb. Əsasən Məmməd Cəfər imzası ilə tanınıb. 

Gəncə Dövlət Dram Teatrında oynadığı  əsas səhnə surətləri:  İvanov ("Özgə  uşağı", Vasili 

Şkvarkin), Zakon Güləli, Gümüşov, Xacə Mübarək ("Kişilər",   "Həmyerlilər"  və  "U1duzlar 

görüşəndə", Altay Məmmədov), Dönməz, Əbdül, Aftil ("Od gəlini", "Solğun çiçəklər" və "Almaz", 

Cəfər Cabbarlı), Bəxtiyar ("Şərqin qalası", Qurban Musayev), Mirzə Aşa ("Babək", Əbil Yusifov), 

Əli bəy və Vidadi ("Vaqif", Səməd Vurğun), Dato ("Vətən namusu", Georgi Mdivani), Mirzə 

Hüseyn və  Kərəmov, Xəlil, Hüseyn ("Toy", "Əliqulu evlənir" və "Aşnalar", Sabit Rəhman),  Əliş 

("Qatır Məmməd", Zeynal Xəlil), Hacı Qara ("Hacı Qara", Mirzə  Fətəli Axundzadə), Lüd-viq 

("Praqanın  şabalıd ağaclarının altında", Konstantin Simonov), Şair və  Sərsəri ("Kəllə", Nazim 

Hikmət),  İqnas ("Qəribə dilənçi", Yan Saloviç), Cabbar ("Xəyanət", Həsən Bicari və Qulamrza 

Cəmşidi),  Əli ("Qaynana", Məcid  Şamxalov), Həsənağa ("Göz həkimi",  İslam Səfərli), Atobba 

("Vicdan", Bəxti-yar Vahabzadə), Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Fenardo 

("Kələkbaz sevgili", Lope de Veqa), Belek ("Şikayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), 

Polkovnik İqnatyev ("Qaya", Ədil İsgəndərov), İsaq Mendosa ("Aldanmış adaxlı", Riçard Şeridan), 

Fərəcov ("Sən həmişə  mənimləsən",  İlyas  Əfəndiyev), Bornoq ("Bura gəlin",  Əziz Nesin), Cənab 

Piçem ("Üç qəpiklik opera", Bertolt Brext), Qasım ("Nişanlı  qız", Sabit Rəhman), Qratsiano 

("Otello", Vilyam Şekspir), Karpe ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli). 

 

Səməd Tağızadə  



(1907-17.11.1978) 

 

Səhnədə ilk uğurlarını  Şəki teatrında qazanıb. Gəncə teatrının fəaliyyətinin ilk illərindən 



truppaya qəbul edilib və kollektivin aparıcı aktyorlarından olub. Azərbaycan Respublikasının 

əməkdar artisti fəxri adına layiq görülüb. Yaradıcılığının çiçəkləndiyi dövrdə səsi tutulub və teatrda 

truppa müdiri və sairə vəzifələrdə işləyib. 

Gəncə DDT-də  əsas rolları: Sərvətzadə ("Özgə  uşağı", Vasili Şkvarkin), Mirzə Saleh, 

Bəhram, Aydın, Baxşı və Eyvaz, İbad ("Nəsrəddin şah", "Solğun çiçəklər", "Aydın", "1905-ci ildə" 

və "Almaz", Cəfər Cabbarlı), Keller ("Üzləşdirmə", Lev Şeynin və Tur qardaşları), Kamal 

("Qohumlar", Hacıağa Quliyev),  Babək  ("Babək",  Əbil  Yusifov),  Karl  Moor ("Qaçaqlar", 

Fridrix Şiller), Vaqif ("Vaqif", Səməd Vurğun), Surxay ("Toy", Sabit Rəhman), Seyran ("Namus", 

Alensandr  Şirvanzadə), Rauf ("Həyat", Mirzə  İbrahimov), Tərlan ("Bahar", Məmmədhüseyn 

Təhmasib),  Şirvan  şahı ("Nizami", Mehdi Hüseyn), Otello ("Otello", Vilyam Şekspir), Yusif 

("Məhəbbət", Mirzə İbrahimov), İldırım Atayev ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Hacı Həsən 

ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Lenin ("Nəriman ata", Asif Zeynallı). 

 

Əlihüseyin Qafarlı 

(1911 - 1961) 

 

Aktyor   yaradıcılığının   ilkin   dövrü Gəncə Dövlət Dram Teatrı ilə bağlıdır   O, 1929_cu 

üdə BTİT-də aktyorluq fəaliyyətinə başlayıb və 1933-cü ildə  həmin kollektivlə  Gəncəyə köçüb. 

Aktyor burada doqquz il işləyib və teatrın aktyor məktəbinin müstəqil üslub-formada inkişafında 

müstəsna xidmətləri olub. 

Həm Bərbərzadə ("Xoşbəxtlər") kimi komik, Kürd Musa ("Vaqif") kimi epizod, həm də 

Aydın ("Aydın") və Yaqo ("Otello") kimi faciə rollarında böyük sənət ustalığı göstərə bilib. 

Onun Gəncə DDT-də oynadığı əsas rolları bunlardır: Pavlitski və Prixodko ("Üzləşdirmə", 

Tur qardaşları və Lev Şeynin), Aydın və Dövlət bəy, Qorxmaz, Allahverdi ("Aydın", "Od gəlini" və 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə