Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə178/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   212

("Kreml saatı", Nikoİay Poqodin), Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mindilli ("Nişanlı qız", 

Sabit Rəhman), Bərbərzadə ("Xoşbəxtlər", Sabit Rəhman), Aydın,  İmamyar ("Aydın" və "Yaşar", 

Cəfər Cabbarlı). 

Məmmədrza  Şeyxzamanov 1954-cü ilin ortalarında Gəncədən Bakıya gəlib və Akademik 

Milli Dram Teatrının aktyor truppasına daxil olub. 

 

Mənsurə Cəfərova  



(2.5.1919 - 20.3.1997)      

 

Əməkdar artist idi. Teatra 1950-ci İllərin əvvəllərində gəlmişdı. Tipik səcıyyəlı    personajları    



bacarıqla oynayırdı. 

Əsas rolları: Lətafət ("Atayevlər ailəsi",  İlyas  Əfəndiyev), Sima ("İldırım", Cabbar 

Məcnunbəyov), Elza ("Kəllə", Nazim Hikmət), Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), 

Sevda ("Qaynana", Məcid  Şamxalov), Doktor Mansurova ("Göz həkimi",  İslam Səfərli), Xalidə 

("Vicdan", Bəxtiyar Vahabzadə), Böyükxanım, Tamara, Sitarə ("Aydın", "Oqtay Eloğlu" və 

"Nəsrəddin şah", Cəfər Cabbarlı), Nazlı ("Əliqulu evlənir", Sabit Rəhman), Sonya xanım ("Sabir", 

Hacıağa Quliyev), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə  Fətəli Axundzadə), Göyərçin 

("Kəndçi qızı", Mirzə  İbrahimov), Tamara ("Vaqif", Səməd Vurğun), Tuzıkova ("Təbilçi qız", 

Afanasi Salmski), Qəmzə ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Zümrüd ("Ürək yanarsa...", 

Teymur Məmmədov), Pepela ("Həyətdə qapan it var", Kita Buaçidze), Annika ("Azmış oğul", Eqon 

Rannet), Lüsi ("Üç qəpiklik opera", Bertolt Brext), Nazlı ("Əliqulu evlənir", Sabit Rəhman), Şura 

("Məhəbbət körpüsü", Novruz Gəncəli), Yuzem ("Aygül diyarı", Mustay Kərim), Zərri 

("Həmyerlilər", Altay Məmmədov),  Nadejda Antonovna ("Quduz  pullar", Aleksandr Ostrovski), 

Dürdanə xanım ("Sən yanmasan...", Nəbi Xəzri), Qabika ("Qəribə dilənçi", Yan Saloviç). 

 

Zülfüqar Baratzadə      

(8.7.1931 – 11. 2.1991)   

 

Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas olub. 1949-cu ildə  Gəncə DDT-nin 



truppasına daxil olub. Xarakterlər aktyoru idi və təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə 

özünə geniş tamaşaçı  rəğbəti qazanmışdı. 27 dekabr 1971-ci ildə Azərbaycan Respublikasının 

əməkdar artisti fəxri adı ilə təltif olunub. 

Aktyorun teatrda əsas rolları: Mindilli, Bərbərzadə ("Nişanlı  qız" və "Xoşbəxtlər", Sabit 

Rəhman), Göyüş, Dəli Domrul, Dinar ("Kişilər", "Dəli Domrul" və "Yadındamı?", Altay 

Məmmədov), Sərsəri ("Kəllə", Nazim Hikmət"), Çoban ("Pəri cadu", Əbdürrəhim bəy 

Haqverdiyev), Balıqçı ("Günəş", Lütfəli Həsənov), Atobba ("Vicdan", Bəxtiyar Vahabzadə), 

Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Ernardo ("Kələkbaz sevgili", Lope de Veqa), 

Müşavir ("Səyavuş", Hüseyn Cavid), Əmirqulu, Salman, Camal ("Yaşar", "Nəsrəddin  şah" və 

"Almaz", Cəfər Cabbarlı), Aşıq, Dinar, Şişman ("Kişilər", "Dəli Domrul" və "Yadmdamı?..", Altay 

Məmmədov), Mustafa ("Şərqin səhəri",  Ənvər Məmmədxanlı), Möhnət ("Məhsəti Gəncəvi", 

Kəmalə  Ağayeva), Həbəş ("Tü1kü və üzüm", Gilerma Fiqeyredu), Ağa Bəşir ("Lənkəran xanının 

vəziri", Mirzə  Fətəli Axundzadə), Nəroğlan ("Qız atası",  Əfqan  Əsgərov), Vəzir ("Əlvida, 

Hindistan!", Qeybulla Rəsulov), Nəsrəddin ("Nəsrəddin", Yusif Əzimzadə), Çmqıl ("Adı sənin, dadı 

mənim", Seyfəddin Dağlı), Effer ("Bura gəlin", Əziz Ne-sin), Haqverdi ("Qatır Məmməd", Zeynal 

Xəlil), küçə xanən-dəsi ("Üç qəpiklik opera", Bertolt Brext), İppolit ("Həmişə təmizlikdə", Edvard 

Radzinski və Eldar Ryazanov), Baş senator, Riçard ("Otello" və "111 Riçard", Vilyam Şekspir), kişi 

("Qatarlar səhər gedir", Raymond kauqver), İvan Petroviç ("Quduz pullar", Aleksandr Ostrovski), 

Knyaz ("İki qardaş", Mixail Lermontov), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mahmud 

("Boş barılar",  Əhməd  İsayev), Eyvaz ("Üçatılan",   İlyas  Əfəndiyev),   Məmmədşəfi  ("İtkin  




gəlin",  Əlibala Hacızadə), Kristinoyu ("İctimai rəy", Aurel Baranqa), Prorab ("Yeddi oğlan və bir 

qız", Rövşən Ağayev), Qacar ("Vaqif", Səməd Vurğun), Frantişek Abel ("Zəngli saat", Osvald 

Zaqradnik). 

 

Zemfira Əliyeva  



25.12.1941 - 27.11.1995)       

 

Yaradıcılığa on yeddi yaşında (Gəncə DDT-də başlayıb. İlk rolu Cəfər Cabbarlının "Solğun 



çiçəklər" melodramasında Sara rolu olub və bu obraz gənc qıza populyarlıq gətirib. O, 1958-ci ildə 

teatrın truppasına qəbul olunub. 1972-ci ilə kimi bu kollektivdə işləmiş aktrisanın sonraki fəaliyyəti 

Naxçıvan DMDT və Akademik MDT ilə bağlı olub. 

Xalq artisti fəxri adına layiq görülmüş Zemfira Əliyeva Gəncə teatrında Məryəm ("Qız 

atası", Əfqan Əsgərov), Gülnar ("Vaqif", Səməd Vurğun), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani 

Axundov), Medeya ("Medeya", Evripid), Firəngiz, Sara, Gülzar ("Oqtay Eloğlu", "Solğun çiçəklər" 

və "Nəsrəddin  şah", Cəfər Cabbarlı), Fərruxbəyim ("Kişilər", Altay Məmmədov),  İrina ("Şikayət 

qəbul edilmir", Toktobolat Əbdülmöminov), Dilarə ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Tərgül 

("Məhsəti Gəncəvi", Kəmalə Ağayeva), Süsən ("Namus", Aleksandr Şirvanzadə), Maral ("Sənsiz", 

Şıxəli Qurbanov), Liza ("Sabahm xeyir", Viktor Rozov), Nisə xanım ("Lənkəran xanının vəziri", 

Mirzə Fətəli Axundzadə), Şəcarət ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Turac ("Bahar suları", 

İlyas  Əfəndiyev), Nazlı ("Əliqulu evlənir", Sabit Rəhman), Nadejda Şevelyova ("Həmişə 

təmizlikdə", Edvard Radzinski və Eldar Ryazanov) rollarını oynayıb. 

 

Əli Allahverdiyev 



(1 fevral 1948) 

 

Əməkdar artistdir,  Gəncə  teatrında 1960-cı illərin əvvəllərindən işləyir. Xarakterlər 



aktyorudur. 

Əsas rolları: Rövşən, Xosrov ("Əliqulu evlənir" və "Küləklər", Sabit Rəhman),  İsgəndər, 

Mirzə  Cəlil ("Kişilər" və "Ulduzlar görüşəndə, Altay Məmmədov), Montano ("Otello", Vilyam 

Şekspir), Pavel ("Həmişə  təmizlikdə", Edvard Braginski və Eldar Ryazanov), Vasilkov ("Quduz 

pullar", Aleksandr Ostrovski), Əhməd ("Qız atası",  Əfqan  Əsgərov), Xankişi ("Qatır Məmməd", 

Zeynal Xəlil),  İldırım ("Nəriman ata", Atif  Zeynallı),   Arif  ("Qoruqlar",   Əliağa  Kürçaylı),   

Məxvi ("Xan qızı", Fəridə  Əylarbəyli), Ferrero ("Uzaq sahillərdə",İmran Qasımov və  Həsən 

Seyidbəyli), keşlkçi ("Antiqona", Sofoki), Sevva Vasilkov ("Quduz pullar", Aleksandr Ostrovski), 

Səməd ("Böyük ürək",  İmran Qasımov və  Həsən Seyidbəyli),  Pivonka ("Qəribə dilənçi", Yan 

Saloviç),  Oleq Komkov ("Mükafat", Aleksandr Gelman),  İbad, Yaşar ("Almaz"  və "Yaşar", Cəfər 

Cabbarlı), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun),   Həmid  ("İlk busə",  Abduqəhhar 

İbrahimov), Aleksandr ("İki qardaş", Mixail Lermontov), Əsgər bəy ("Hacı Qara", Mirzə  Fətəli 

Axundzadə), Temir ("Boş barılar", Əhməd İsayev), kepkalı, komissar ("İvan İvanoviç var idimi?" və 

"Demokiisin qılıncı", Nazim Hikmət),  Ərşad ("Üçatılan",  İlyas  Əfəndiyev), Allahyar ("Dəli Kür", 

İsmayıl Şıxlı), Əbdül ("İtkin gəlin", Əlibala Hacızadə), İzınirli, Rza ("72-ci palata" və "Yad qızı", 

Orxan Kamal), Çingiz bəy ("Maral", Hüseyn Cavid), Rasim ("Yeddi oğlan və bir qız", Rövşən 

Ağayev), Nüfuz ("Odu atına, Prometey!", Mustay Kərim), Qacar ("Vaqif", Səməd Vurğun). 

 

Faiq Qasımov        

25 avqust 1948 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə