Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə186/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   182   183   184   185   186   187   188   189   ...   212

sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933-

cü ildə  Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində  çıxıb. Səhnə  sənətinə bağlandığına görə 

təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə 

aktyor götürülüb. 

Onun Gənc Tamaşaçılar Teatrında ifa etdiyi əsas rollar bunlardır: Polad ("Qızıl quş", 

Mirmehdi Seyidzadə), Fərzəli bəy ("Nəsrəddin", Yusif Əzimzadə), Aqşin ("Babək", Əbil Yusifov), 

Vəzir, Oruc ("Fitnə" və "Qaraca qız", Abdulla Şaiq), kaçkaryov, Poçt müdiri ("Evlənmə", və 

"Müfəttiş" Nikolay Qoqol), Arqant ("Skapenin kələkləri", Jan Batist Molyer), Müşavir ("Qarlar 

Kraliçası", Yevgeni Şvarts), Eldostu ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Hacı Nuru və 

Molla Salman ("Molla İbrahimxəlil kimyagər", Mirzə  Fətəli Axundzadə), Valentin və Pontolone 

("İki ağanın bir nökəri", Karlo Haldoni), Molla Səfi və Hacı Qəmbər ("Hacı Qəmbər", Nəcəf bəy 

Vəzirov), Lorenso ("Romeo və Cülyetta", Vilyam Şekspir), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Musa 

("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Valentin ("İki veronalı", Vilyam Şekspir), Çuxray 

("Polad necə  bərkidi", Nikolay Ostrovski), komissar ("Anacan", Yusif Əzimzadə), Zeynalabdm 

Şirvani ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Səməd Vurğun, Baba, Əfrasiyab ("Komsomol 

poeması", "Açıl bənövşəm, açıl" və "Rüstəm və Söhrab", İsgəndər Coşqun), Montanelli ("Ovod", 

Etil Voyniç), Namaz ("Xırs quldurbasan", Mirzə  Fətəli Axundzadə), Mahmud ("Dağ seli", Əfqan 

Əsgərov), kaplar ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə  səhnələşdirənləri Zəfər 

Nemətov və  Əli  İsmayılov), Murtuz ("Mənim nəğməkar bibim", Əkrəm  Əylisli), Naçalnik 

("Danabaş kəndinin məktəbi", Cəlil Məınındquluzadə) 

Süleyman  Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə 

kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim 

Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur.  

Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə 

Azərbaycan Respublikasının  əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına 

layiq görülüb. 

1961-ci ildə oynadığı Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə 

Respublika Lenin komsomolu mükafatı laureatı olub. 

Yaradıcılığının özəyi, mayası  əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə 

yoğrulmuşdur. Qəhrəman perso-najlarının ifası psixoloji dramatizmi, komik və satirik rolları 

təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi. 

Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib. 

 

*  *  * 


 

Əliağa Ağayev     

(1913 — 1983) 

 

 Yaradıcılığının  ikinci dövrü AMDT iləbağlı olan xalq artisti Əliağa Ağayev əvvəllər Gənc 



Tamaşaçılar Teatrında aktiyorluq edib. 1936-cı ildə bu kollektivin aktyor truppasına daxil olub və 

1961-ci ilə  qədər burada işləyib. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın 

uşaqları" dra-ınının tamaşasında Dlk rolu ilə çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq 

iqlimini mənimsəyən  Əliağa Ağa-yevə  tədricən repertuarın  əksər tamaşalarında rollar tapşırılıb. 

Aktyor GTT-də son dərəcə duzlu, koloritli və gülməli rollar yaradıb. 

Uzun illər teatrın  əsas komik aktyoru olan Əliağa Ağayevin Nökər ("Nərgiz", Mirmehdi 

Seyidzadə), Keşiş ("Keşiş  və onun key nökəri", Aleksandr Puşkin), Sqanarel ("Zorən təbib", Jan 

Batist Molyer), Molla Həmid ("Molla İbrahimxəlil kimyagər", Mirzə  Fətəli Axundzadə), Rəcəb 

("Xasay", Abdulla Şaiq), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Balaxan ("Aydın", Cəfər Cabbarlı), 

Əmirqulu ("Yaşar", Cəfər Cabbarlı), Hacı Qəmbər ("Yağışdan çıxdıq, yağmura düşdük", Nəcəf bəy 




Vəzirov), Dombagöz ("Məlik Məmməd",  Əyyub Abbasov), Bələdiyyə  rəisi ("Müfəttiş", Nikolay 

Qoqol), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Tarverdi, Məstəli  şah ("Xırs 

quldurbasan" və "Müsyö Jordan və  dərviş  Məstəli  şah", Mirzə  Fətəli Axundzadə), Launs ("İki 

veronalı", Vilyam Şekspir), Rüstəmov ("Anacan", Yusif Əzimzadə) rolları tamaşaçılar tərəfindən 

rəğbətlə qarşılanıb. 

 

 



GƏNC TAMAŞAÇILAR TEATRINDA  

AKTYOR YARADICILIĞI 

 

İkinci dərs 

 

GTT-nin yaradıcılığının maraqlı xüsusiyyətlərindən biri də budur ki, kollektiv bütün 



dövrlərdə aktyorların nəsil əvəzetməsinin psixoloji prinsiplərini qoruyub saxlamağı bacarıb. Üstəlik 

də teatra qəbul olunan gənclər və yaxud başqa kollektivlərdən gəlmiş aktyorlar Gənc Tamaşaçılar 

Teatrının oyun estetikasma uyğunlaşmağı, bu sənt ocağının poetika xüsusiyyətlərini mənimsəməyi 

və illər boyu ənənəni novatorcasına davam etdirməyi bacarıblar. İlk növbədə də buna görə teatrın ən 

yaxşı tamaşalarında qocaman, orta yaş  nəsillərinə  mənsub və  gənc aktyorlar maraqlı ansambl 

yaratmağı fərasət və cəsarətli axtarışlarla, estetik zövqlə bacarıblar. 

 

*  *  * 


 

SÜSƏN MƏCİDOVA (1916 - 24.6.1985) 

 

Duzlu yumoru, canlı dinamikası, güclü səhnə temperamenti, əlvan və realist ifadə vasitələri 



vardı. Romantik ruhlu, monumental səpkili, epik pafoslu rolları da şövqlə oynayıb. 

Çılğın ehtiraslı  və qroteskii rollarda məharəti daha parlaq şəkildə  səhnə  təcəssümü tapırdı. 

Bəzi afişa və proqramlar-da aktrisanın adı "Susanna" kimi də yazılıb. 

Süsən Hacı Aslan qızı Məcidova 1916-cı ildə Bakıda doğulub. Dördillik ibtidai təhsil alıb. 

Səhnəyə ilk dəfə 1929-cu ildə dram dərnəyində  çıxıb. Tezliklə Türk İşçi Teatrının tamaşalarında 

kütləvi səhnələdə iştirak edib, epizod rollar oynayıb. 1933-cü ildən GTT-nin aktyor truppasına daxil 

olub və ömrünün sonuna kimi bu səhnədən ayrılmayıb. 17 iyun 1943-cü il-də Azərbaycan 

Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 

Teatrda yüzdən çox rol oynayan aktrisamn daha çox uğur qazandığı  əsas səhnə obrazları 

bunlardır: Yetər ("Hacı  Qəmbər", Nəcəf bəy Vəzirov), Nərgiz ("Nərgiz", Mirmehdi Seyidzadə), 

Javklina, Zerbinetta ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Arabella Qlenervan 

("Kapitan Qrantın uşaqları", Jül Vern), Qaraca qız, İfritə, Badam ("Qaraca qız", "Vətən" və "Xasay", 

Abdulla  Şaiq), Sevgül ("Azad", Əyyub Abbasov), Anacan ("Anacan", Yusif Əzimzadə), Nabat 

("Tamahkar", Süleyman Sani Axundov), Şərəbanı ("Yaşar", Cəfər Cabbarlı), Səkinə xala ("Keçən 

ilin son gecəsi", Anar), Sərvinaz ("Aqil və  Sərvinaz",  Əyyub Abbasov), Dayə ("Romeo və 

Cülyetta", Vilyam Şekspir), Yuliya ("Ovod", Etil Voyniç), Məhəbbət ("Dağ seli", Əfqan Əsgərov), 

Nabat ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli), Şaban nənə ("Danabaş kəndinin məktəbi", Cəlil 

Məmmədquluzadə), Faina ("Qastello", İsidor  Ştok), Ana ("Rübailər aləmində", Məmmədhüseyn 

Təhmasib), Balaca ataman ("Qarlar Kraliçası", Yevgeni Şvarts), Sənubər ("İmtahan", Həsən 

Seyidbəyli), Həlimə ("Etibar", Rauf  İsmayılov). 

Süsən Məcidova 24 iyun 1985-ci ildə Bakıda vəfat edib. 

 

OSMAN HACIBƏYOV (18.2.1924 - 14.6.1979) 



 


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə