Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə189/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   212

Televiziya teatrında tamaşaya hazırlanmış Mirzə  Fətəli Axundzadənin "Hacı Qara" (Hacı 

Qara), Qılman  İlkinin "Baba və  nəvə" (Baba) tamaşalarında, "Əfzələddin Xaqani" (Xaqani) bədii 

kompozisiyasında lent yazıları var. Ondan çox radio tamaşasında iştirak edib. 

Yusif Vəliyev Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırlanan Mixail Şatrovun 

"İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu ifa edib. Onun ifası sənətkarlıq baxımından rus 

həmkarlarının oyunlarından daha canlı və real alınmışdı. 

Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında epizod rollar oynasa da, çox maraqlı, yadda 

qalan xaranterlər yaradıb. O, "Zirvə" (Bələdçi), "Sən nə üçün yaşayırsan?" (Balıqçı), "Nəsimi" 

(Teymurləng), "Qatır Məmməd" (Halvaçı), "Tütək səsi" (Qurban), "Arxadan vurulan zərbə" (Qurd 

Cəbrayıl), "Uşaqlığın son gecəsi" (İş icraçısı), "Bir cənub  şəhərində" (Səfərəli) və sairə 

kinolentlərində  çəkilib. "Nə yaxşı ki, Səməd Vurğun var..." sənədli filmində Qacar rolunda 

"Vaqif"dən bir parça ifa edib. 

Uzunillik səhnə yaradıcılığında əldə etdiyi sənət nailiy-yətlərinə, gənclərə örnək olan zəngin 

irs yaratdığına görə Yusif Abdulla oğlu Vəliyev 24 may 1960-cı ildə Azərbaycan Respublikasının 

əməkdar artisti və 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

Aktyorluq imkanları baxımından Milli Dram Teatrının yaradıcılıq üslubuna daha uyğun idi. 

Təəssüf ki, dəfələrlə cəhdlər göstərilsə də, aktyorun Akademik teatra gəlişi baş tutınadı. 

Yusif Vəliyev adi nağıl janrını əsərdəki personajı da dərin dramatizmlə cilalaya, mürəkkəb 

üslub elementlərindən məharətlə istifadə etməyə  cəhd göstərən və istəyinə  cəsarətlə nail olan 

sənətkar idi. 

Mürəkkəb rolların ifasında janr sintezindən həssaslıqla istifadə edir, məqamından, 

vəziyyətdən asılı olaraq ya psixoloji, ya dramatik və yaxud faciə elementlərinə üstünlük verirdi. 

Bəstəboylu aktyor səhnədə  əzəmətli, pəhləvan cüssəli görünürdü. Təkbaşına səhnədə 

monoloq söyləyəndə də səhnə dolu və möhtəşəm təsir bağışlayırdı. 

Pauzalardan və səs tembrinin variasiyalarından istifadədə qeyri-adi, gözlənilməz nailiyyətlər 

qazanırdı. 

1980-ci il martın 18-də  vəfat edən Yusif Vəliyev Bakıdakı yeni "Qurd qapısı" 

qəbiristanlığında dəfn olunub. 

  

  

FİRƏNGİZ ŞƏRİFOVA 

(6 fevral 1924) 

  

Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbasmirzə 



Şərifzadədir. 1937-ci ildə şəxsiyyətə pərəstiş dövründə haqsız yerə tutulub və "xalq düşməni" kimi 

16 noyabr 1938-ci ildə güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib. 

Anası Mərziyə xanım Davudovadır (1901-1961). Bugünkü Akademik Milli Dram Teatrının 

kollektivinə 1919-cu ildən daxil olub. Sovet Dövlətinin teatr sahəsində  ən böyük fəxri titulu olan 

SSRİ xalq artisti (1948) adına layiq görülüb. 

Firəngiz Abbasmirzə  qızı  Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. səkkiz yaşında 

Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci 

sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub. 

1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə 

Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. 

Beş il konservatoriya təhsili alıb və soprana səsinin pe-şəkarlıq yönündə formalaşmasma nail olub. 

Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə  səhnədə  səkkiz 

yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. 

Qanla və südlə aktyorluq peşəsi, təşnəli sənət ehtirası, alovlu istedad bütün varlığına hopmuş 

Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili 



Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı  məcburi 

özünümaliyyələşdirmə  iş üsulüna keçirildiyinə görə müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq 

Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən 

köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. Tezliklə teatrın 

repertuar ağırlığını çəkən əsas aktyorlardan biri olub. 

Anası  Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan doğulmasının altmış illiyi 

munsibətilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-

də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə 

qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib. 

Qüdrətli aktrisa yaşının və  sənətinin erkən yeteinlik çağında, 1965-ci ildə yenidən Gənc 

Tamaşaçılar Teatrına qayıdıb və indiyədək oranın aparıcı sənətkarıdır. 

Firəngiz xanım Abbasmirzə  qızı  Şərifzadə milli səhnə  mədəniyyətimizin inkişafında 

göstərdiyi böyük xidmətlərə, qazandığı  sənət qələbələrinə görə 24 may 1960-cı ildə Azərbaycan 

Respublikasının əməkdar artisti və 25 dekabr 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb. 

Aktisanın zəngin və əlvan, müxtəlif janrlı və ən fərqli üslublu obrazlar qalereyası vardır. Bu 

səhnə surətlərinin adisi də var, maraq doğuranı da və ən əsası, aktrisanın həyatında sənət hadisəsinə 

çevriləni də. 

O, Musiqili Komediya Teatrında Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Durna 

("Durna", dramaturq Süleyman Rüstəm və  bəstəkar Səid Rüstəmov), Ulduz ("U1duz", dramaturq 

Sabit Rəhman və  bəstəkar Süleyman Ələsgərov), Keto ("Keto və Kote", Vladimir Dolidze), 

Bayadera ("Bayadera", İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata ("Qış 

nağılı", Vilyam Şekspir), Həcər ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəfiqə Rəhimli ("Alov", Mehdi 

Hüseyn), Ket ("Gözəllik və sevgi adası" ("Afrodita adası", Aleksis Parnis), Erfila ("Dəlilər", Lope 

de Veqa), Gülgün ("Od gəlini", Cəfər Cabbarlı) kimi maraqlı rollar oynayıb. 

1949 - 1961 və 1965-ci ildən bugünədək Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, 

komik, fəci və psixoloji səhnə obrazları Firəngiz Şərifovanın yaradıcılığında xüsusi yer tutur. Həmin 

səhnə surətlərinin daha xarakterikləri Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Kraliça 

("Qarlar Kraliçası", Hans Xristian Andersen), Zənci qadın Darotti ("Tom dayının koması", Biçer 

Stou), Aqadaya Tixonovna ("Evlənmə", Nikolay Qoqol), Sərvinaz ("Aqil və  Sərvinaz",  Əyyub 

Abbasov), Mətanət ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Julyar ("iki veronalı", Vilyam 

Şekspir), Gülbahar ("Anacan", Yusif Əzimzadə), Yasəmən ("Qaraca qız", Abdulla Şaiq), Şərəfnisə 

("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Zerbinetta ("Skapenin kələkləri", 

Jan Batist Molyer), Yaqut ("Yaşar", Cəfər Cabbarlı), Ceınına ("Ovod", Etil Voyniç), Fitnə, Ana 

Vətən, ("Fitnə" və "E1 oğlu", Abdulla Şaiq), Məhsəti Gəncəvi ("Rübailər aləmində", 

Məmmədhüseyn Təhmasib), Yetər ("Hacı  Qəmbər", Nəcəf bəy Vəzirov), Beatriça Rasponi ("İki 

ağanın bir nökəri", Karlo Haldoni), Həmidə ("Keçən ilin son gecəsi", Anar), Qızyetər ("Komsomol 

poeması",  İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması  əsasında), Mədinə, Ağabəyim 

("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə  məni",  Əkrəm  Əylisli), Təhminə ("Söhrab və 

Rüstəm", İsgəndər Coşqun. Firdovsinin "Şahnamə" poeması əsasında), Ayşa Ana ("Fudzi dağında 

qonaqlıq", Çingiz Aytınatov və kaltey Məhəmmədcanov), Məşədixanım ("Ağ  dəvə", Elçin) 

rollarıdır. 

Firəngiz  Şərifova gənc yaşlarından başlayaraq "Azərbaycanfilm" kinostudiyasında istehsal 

olunan "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi" (Ana), "Bayquş gələndə" (Nənə), "Qərib cinlər 

ölkəsində (TükəZ), "Qətl günü" (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib. "Qum üzərindəki 

bağ evi" filmindəki Ana rolu əsas surətdir və psixoloji dərinliyinə, emosional sənətkarlıq 

xüsusiyyətlərinə görə aktrisanın parlaq ekran obrazıdır. 

Firəngiz Şərifovanın yaradıcılığının ifadə çalarları çoxdur və hərəsmin də öz təravəti, öz hlığı 

əməl bakirəliyi ilə qoruyan qəhrəman obrazlarını xüsusi məharətlə oynayır. Həmin səpkili rolların 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə