Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə197/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   193   194   195   196   197   198   199   200   ...   212

Realist aktyor məktəbi birdən-birə çağdaş  səviyyəsinə çatmamış, özünün əsrdən uzun 

müddəti  əhatə edən inkişaf yolunda bir neçə  mərhələni keçmişdir. Hər mərhələdə  də yeni-yeni 

poetika göstəriciləri, estetik prinsipləri, formalaşdırdığı ifadə vasitələri,  əxz etdiyi ümumbəşəri 

dəyərləri ilə zənginləşmiş və milli teatrımızın əsas qollarından birinə çevrilmişdir. Təşəkkül tapdığı 

illərdən 1920-ci ilə qədər realist oyun üslubunda müəyyən bəsitlik, ifadə vasitələrinin kasadlığı hiss 

olunurdu. Çünki aktyorların  əksəriyyəti savadsız idi, bütövlükdə isə heç kim ixtisas təhsili 

almamışdı. Səhnəyə  çıxanlar fitri istedadlarına güvənir, rolu fəhmlə oynamağa üstünlük verir, 

mətndəki sözləri suflyor vasitəsilə təkrarlamaqla kifayətlənirdilər. Teatrlar dövlət təsisatında olduğu 

ilk iyirmi ildə tamaşaları  əsasən peşəkar rejissorlar hazırlayırdılar və onların fərdi yaradıcılıq 

prinsiplərindən əlavə, ümumi məqsədə xidmət edən sənət tələbləri də ciddi şəkildə aktyor truppası 

tərəfindən qorunmağa başlanmış-dı. Milli Dram Teatrında  Ədil  İsgəndərovun, GTT-də  Məhərrəm 

Haşımovun, Zəfər Nemətovun, Gəncə DDT-də Mehdi Məmmədovun, Həsən Ağayevin, Naxçıvan 

teatrında Mir İbrahim Həmzəyevin, Tiflis və  İrəvan teatrlarında  İbrahim  İsfahanlı ilə  Əli 

Şahsabahhnın rejissor dəst-xəttləri 1930-1950-ci illərdə realist aktyor məktəbinin ifadə 

cəbbəxanasını zənginləşdirib. 

1960-cı illərdən başlayaraq bu məktəbin nəzəri-estetik mahiyyəti dərinləşdi, poetika 

xüsusiyyətləri  şaxəli və  zəngin oldu. Tam təkmilləşən məktəb dünya səhnə  sənətinin qabaqcıl 

nailiyyətləri ilə rəqabət apara biləcək qüdrətə yiyələndi. 

Psixologizın, cazibəli emosionallıq, gülüş kateqoriyasının estetik mahiyyəti realist 

məktəbinin nümayəndələri olan aktyorların yaradıcılıqlarının ayrılmaz tərkib hissəsi kimi 

formalaşdı. 

Çağdaş zamanda sənətə  gələn  ən yeni gənc rejissorlar hər teatrın öz yaradıcılıq 

konsepsiyasma uyğun tərzdə, öz fərdi üs-lublarını saxlamaq və ənənənin məğzinə xələl gətirməmək 

şərtilə, realist aktyor məktəbinin estetik simasını  təzələyir, parlaqlaşdırır, zənginləşdirir və forma 

özəlliklərini cilalayırlar. 

Realist aktyor məktəbinin kökündə reallıq, təbiilik, həyati sadəlik durur. 

Bu məktəb milli xalq oyunlarımızdan qaravəlli, güdul, şəbədə, məsxərə, qodu-qodu... 

tamaşalarının estetik özəlliklərini mənimsəməklə, digər meydan göstərmələrinin ifadə 

vasitələrindən, janr zənginliyindən bəhrələnməklə yeni-yeni poetika göstəricilərinə yiyələnə bilər. 

 

 



ROMANTİK AKTYOR MƏKTƏBİ 

 

1896-cı ildə  Nəcəf bəy Vəzirov "Müsibəti-Fəxrəddin", 1899-cu ildə  Nəriman Nərimanov 

"Nadir  şah", 1896-cı ildə  Əbdürrəhim bəy Haqverdiyev "Dağılan tifaq",  1900-cü ildə "Bəxtsiz 

cavan", 1907-ci ildə "Ağa Məhəmməd  şah Qacar", 1901-ci ildə "Pəri cadu" faciələrini yazdılar. 

Milli dramaturgiyamızda olduğu kimi, teatrımızda da janr əlvanlığına meydan açıldı və tədricən bu 

səpkili  əsərlərin tamaşaya qoyulması üstünlük təşkil etməyə başladı. Bununla paralel olaraq, 

tərcüməyə meyl göstərən ziyalılarımız ilk növbədə Osmanlı  ədəbiyyatından, Avropa 

dramaturgiyasından romantik dram faciələrini Azərbaycan dilinə çevirməyə başladılar. 

XX  əsrin birinci onilliyinin sonlarında Bakıda, Tiflisdə,  İrəvanda və  hətta az-az tamaşalar 

göstərilən  Şuşada və  Gəncədə  də romantik səpkili pyeslər repertuarda möhkəmlənməyə başladı. 

Həmin tamaşalarda oynayan aktyorlara "traglk" deyilirdi. 1906-cı ildən başlayaraq milli teatrımız 

mövcud olan bü-tün ərazilərdə Hüseyn Ərəblinski birinci "traglk" sayılırdı. Düzdür, Hüseyn 

Ərəblinskidən  əvvəl səhnəyə  çıxmış  və ondan qabaq faciə rollarını oynamış Mirzə Muxtar 

Məmmədov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Mirzəxan Quliyev kimi tanınmış aktyorlar var 

idi. Ancaq məsələ burasındadır ki, bütün xidmətlərinə baxmayaraq, onların heç birisi romantik 

aktyor məktəbinin banisi səviyyəsinə yüksələ bilməmişlər və bütün Qafqazda, Volqa (İdil və ya İtil) 

çayı boyunda, Hacıtərxanda Hüseyn Ərəblinski qədər  şöhrətlənib sevilməmişlər. Məhz Hüseyn 



Ərəblinskinin Tiflisdə,  İrəvanda, Hacıtərxanda, Batumda, Aşqabadda, krasnovodskda, 

Vladiqafqazda, Dərbənddə, Məkərədə (Nijni Novqorodda), Temirxanşurada göstərdiyi qastrol 

tamaşalarının yüksək bədii-estetik təsiri sayəsində yüzlərlə  gənc ömürlərini  əbədi olaraq səhnə 

sənətinə bağlamışlar. 

Hüseyn  Ərəblinski "Müsəlman dram artistləri  şirkəti"ndə, "Nicat", "Səfa" mədəni-maarif 

cəmiyyətlərinin truppalarında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" 

dəstəsində rejissorluq və aktyorluq etmişdir. Xarakterik və komik obrazlara da səhnə həyatı vermiş 

Hüseyn Ərəblinskinin yaradıcılığının cövhəri romantik rolların ifası ilə bağlıdır. 

Romantik aktyor məktəbinin görkəmli simalarından biri Sidqi Ruhulladır (28.3.1886 - 

5.5.1959). Ruhulla Fətulla oğlu Axundov (Sidqi Ruhulla) Volqa çayı boyunda, İranın, Orta Asiyanın 

əksər şəhərlərdə teatr sənətinin bünövrəsmi qoyub. İyirminci illərə qədər müxtəlif teatr dəstələrində, 

həmçinin Özünün təşkil etdiyi truppada aktyorluq və rejissorluq edən Sidqi Ruhulla 1920-ci ildən 

ömrünün son gününə  qədər Milli Dram Teatrında çalışmışdır. Üç yüzdən çox komediya, vodevil, 

dram, opera, operetta rolları oynayan Sidqi Ruhullanın yaradıcılığının  əsas ruhunu romantik faciə 

rolları təşkil edir. 

Abbasmirzə  Rəsul oğlu  Şərifzadə (9.3.1891-16.11.1938) romantik aktyor məktəbinin  ən 

layiqli davamçılarından sayılır. O, Azərbaycanda fəaliyyət göstərən məşhur truppalarda həm aktyor, 

həm də rejissor olmuş, bir müddət Milli Dram Teatrının baş rejissoru işləmişdir. Ancaq o, Elxan, 

Aydın, Oqtay, İblis, Knyaz, Şeyx Sənan, Səyavuş, Otello, Hamlet, Maqbet obrazlarının ifası ilə 

məhz romantik aktyor kimi teatr tariximizin ən parlaq səhifələrini yazmışdır. 

Romantik aktyor məktəbinin MDT-də kazırn Ziya, Rza Əfqanlı, Mərziyə Davudova, Ülvi 

Rəcəb, Fatma Qədri, Sona Hacıyeva,  Əjdər Sultanov, Ağadadaş Qurbanov, Hökümə Qurbanova, 

Məmmədrza  Şeyxzamanov, Leyla Bədirbəyli, Həsənağa Salayev, Gəncədə  Əşrəf Yusifzadə, 

Rəmziyyə Veysəlova, Tiflisdə  İbrahim  İsfahanlı, Naxçıvanda Zəroş  Həmzəyeva, Roza Əlixanova, 

Mir İbrahim Həmzəyev, GTT-də Yusif Vəliyev, Firəngiz Şərifova kimi sənətkarlar olmuşlar. 

Bu məktəbin başlıca estetik göstəriciləri, poetika əlamətləri olan xüsusiyyətləri var ki, illər 

boyu onlar cilalanır, dövrün ruhuna uyğunlaşır və yeni-yeni məziyyətlərlə zənginləşir. 

Romantik aktyor üçün ən səciyyəvi xüsusiyyət pafoslu səs, bəlağətli danışıq tərzi, hisslərin 

qabarıq və çılpaq verilməsi sayılıb. 

Romantik aktyor ehtiraslar toqquşmasını, hisslərin coşqunluğunu zahiri ifadə vasitələri ilə 

qabarıq, parlaq və sirayətedici şəkildə canlandırır. 

Romantik aktyor məhəbbət duyğularının poetikiiyini gurultulu səslə, dramatizmə əsaslanan 

qaynar lirizmlə, daxili duyğuları  hərəkət gərginliyində  təcəssüm etdirməklə romantizmə 

monumentallıq, genişlik gətirir. 

Romantik aktyor rolu daxildən qızdırmağa, miqyaslı mizanlara, qabarıq sifət ifadələrini 

sözün ekvivalentinə çevirməyə, tragizının mahiyyətini səslə və iti, aydın nəzərə çarpan hərəkətlərlə 

tamaşaçıya çatdırmağa üstünlük verir. 

Romantik aktyor monumental səpkili tamaşada oynayırsa, onun ifa etdiyi qəhrəmanın daxili 

ehtiraslarının siqləti, danışıqlarındakı coşqunluq, hakimanəlik, vüsətli temperament, sözlərin 

gurultulu deyilişi bir istiqamətdə birləşməli, xarakterin tamlığına, canlılığına xidmət göstərməlidir. 

Bu gün Azərbaycan teatrında hazırlanan realist üslublu və ya lirik-psixoloji səpkili 

tamaşalarda da romantizının poetika xüsusiyyətlərindən, emosional lətafətindən istifadə olunur. Bu 

məktəbi ləyaqətlə təmsil edən aktyorlar da kifayət qədərdir və ənənəni davam etdirirlər. 

 

 



LIRİKPSİXOLOJİ ÜSLUBLU AKTYOR MƏKTƏBİ 

 

1964-cü il, noyabr ayının 14-də ilk tamaşası göstərilən "Sən həmişə  mənimləsən" pyesinin 



səhnə həlli ilə dramaturq İlyas Əfəndiyev və rejissor Tofiq Kazımov milli teatrımızda lirik-psixoloji 


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə