Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə205/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   201   202   203   204   205   206   207   208   ...   212

Niyazinin dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq " (1935) və "Pəri cadu" 

(1940), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (1945), İlyas  Əfəndiyevin "Atayevlər ailəsində" 

(1954), Qara Qarayevin yazıçı Mir Cəlalm "Mirzə  Xəyal" (1943), Boris Çirskovun "Qaliblər" 

(1947), Vilyam Şekspirin "Otello" (1949 və 1959), "Qış nağılı" (1955), Lope de Veqanın "Rəqs 

müəllimi" (1949), Soltan Hacıbəyovun nasir-dramaturq Mirzə  İbrahimovun "Məhəbbət" (1942), 

Süleyman Sani Axundovun "Eşq və intiqam" (1943), Səməd Vurğunun "İnsan" (1945) və Sabit 

Rəhmanın "Aşnalar" (1945) pyeslərinin tamaşalarına bəstələdikləri musiqi faciəvi monumentallığı, 

psixoloji romantizıni, kəskin emosional çalarları ilə daha çox yadda qalırdı. 

Dramatik təbəddülatları, təzadlı hadisələrin psixoloji dönüşləri, məna dərinliyinin reallıq 

tutumu baxımından Müslüm Maqomayevin, Tofiq Quliyevin, Fikrət  Əmirovun, Cahangir 

Cahangirovun, Zakir Bağırovun, Süleyman Ələsgərovun yaradıcılıqları daha çox maraq doğurur. 

Tofiq Quliyev Vilyam Şekspirin "On ikinci gecə" (1946), Arno D'Nyussonun və Ceyms 

Qounun "Dərin köklər" (1948), Karlo Haldoninin "Məzəli hadisə" (1952), İmran Qasımovla Həsən 

Seyidbəylinin "Uzaq sahillərdə" (1956), Nazim Hikmətin "Qəribə adam" (1956) əsərlərinin 

tamaşalarına musiqi bəsdələyib. 

Fikrət  Əmirovun dramaturq İlyas  Əfəndiyevin "İşıqlı yollar" (1947), Əbdürrəhim bəy 

Haqverdiyevin "Dağılan tifaq" (1950), Cəfər Cabbarlının "1905-ci ildə" (1955), Hüseyn Cavidin 

"Şeyx Sənan" (1956), Mehdi Hüseynin "Cavanşir" (1957) əsərlərinin bəstəkarıdır. 

Zakir Bağırovun ispan ədibi Lope de Veqanın "Sevilya ulduzu" (1953), Cahangir 

Cahangirovun  Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" (1950), Cəfər Cabbarlının  "Od 

gəlini" (1951), Nazim Hikmətin "Türkiyədə" (1953), Yuri Osnos və Viktor Vinnikovun "Hind 

gözəli" (1959), Süleyman Ələsgərovun dramaturqlardan Cabbar Məcnunbəyovun "İldırım" (1955), 

İslam Səfərlinin "Yadigar" (1956), Şəfiqə Axun-dovanın Cabbar Məcnunbəyovun "İliç buxtası" 

(1958), Müslüm Maqomayevin Cəlil Məmmədquluzadənin "Ölülər" (1933), Qəmbər Hüseynlinin 

Cəfər Cabbarlının "Almaz" (1957), Hasan Rufatovun Hüseyn Cavidin "Knyaz" (1931) dramlarının 

tamaşalarında yaratdıqları musiqi nümunələri teatr estetikası baxımından daha yaddaqalandır. 

Həmin istiqamətdə tanınmış rus bəstəkarı Reynqold Qlierin Aleksandr Afinogenevin 

"Qorxu" (1932), Boris Asafyevin Lev Slavinin "İntervensiya" (1933), Boris Zeydmanın AMDT-də 

Aleksandr Ostrovskinin "Tufan" (1943) pyeslərinin səhnə quruluşlarına bəstələdikləri musiqi 

Azərbaycan teatrının üslub və janr axtarışlarının estetik mahiyyəti ilə harmonik vəhdətdə səslənirdi. 

Milli Dram Teatrında 1930-1979-cu illərdə psixoloji realizmın monumental romantizınlə 

qovuşuğu, lirik-psixoloji üslubun təşəkkülü və formalaşması, fəlsəfi təmayüllü monumental 

romantizının yeni ifadə vasitələri ilə  zənginləşməsi öz təcəssümünü musiqi tərtibatında parlaq 

şəkildə tapmışdır. 

Fəlsəfi monumentallıq Qara Qarayevin Vilyam Şekspirin "Antoni və Kleopatra" (1964), 

"Hamlet" (1968), Cəlil Məmmədquluzadənin "Ölülər" (1966), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri 

cadu" (1969), Cahangir Cahangirovun Hüseyn Cavidin "Xəyyam" (1970), Cəlil 

Məmmədquluzadənin "Dəli yığıncağı" (1978), Əfrasiyab Bədəlbəylinin Hüseyn Cavidin "Səyavuş" 

(1963), Fərəc Qarayevin Cəfər Cabbarlının "Aydın" (1972), Vilyam Şekspirin "Fırtına" (1974) 

pyeslərinin tamaşalarına bəstələdikləri musiqinin ruhuna hopmuşdur. 

Bəstəkarlar adı çəkilən tamaşalarda musiqini tamaşanın obrazı kimi həll etməyə çalışmışlar. 

1960-cı illərin əvvəllərində teatr psixologizınə xüsusi meyil göstərirdi və bu istiqamətdə yeni 

janr axtarışları apardığı kimi, musiqi tərtibatında da üslub yeniliklərinə meydan açılmışdı. AMDT-

də Elmira Nəzirovanın Cəfər Cabbarlının "Dönüş" (1960), Süleyman Ələsgərovun Adil Babayevin 

"Dağlar qızı" (1960), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (1961), Soltan Hacıbəyovun Mehdi 

Hüseynin "Alov" (1961), Nazim Əliverdibəyovun Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (1962), 

Emin Sabitoğlunun Sabit Rəhmanın "Yalan" (1965), Tofiq Quliyevin Mirzə  İbrahimovun "Yaxşı 

adam" (1965), Sevda İbrahimovanın Cəfər Cabbarlının "Oqtay Eloğlu" (1966), Azər Rzayevin 




Qeybulla Rəsulovun "Söz yarası" (1966) dramlarının tamaşalarına bəstələdikləri musiqi psixoloji 

dərinliyi, ritm ahənginin dramatizmi, konfliktin ideya yükünü həssaslıqla daşıması ilə xarakterikdir. 

1964-cü ildə İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinin tamaşası (bəstəkar Fikrət 

Əmirov idi) ilə teatrda lirik psixoloji üslubun təməli qoyuldu. 

"Sən həmişə  mənimləsən" tamaşası dramaturgiyada olduğu kimi, rejissurada, aktyor 

yaradıcılığında, bədii tərtibatda və  bəstəkar işində  də yeni ifadə vasitələrinin təşəkkül tapıb 

formalaşmasma, cəsarətli axtarışlara zəmin yaratdı. Bəstəkarlar tamaşalara yazdıqları musiqidə lirik 

emosionallığı ilkin götürür, obrazın daxili təbəddülatlarını zərif, kövrək hisslər aşılayan təranələrlə 

verməyi üstün tuturdular. 

Bu baxımdan Emin Sabitoğlunun dramaturq İlyas  Əfəndiyevin "Unuda bilmirəm" (1968), 

"Məhv olmuş gündəliklər" (1969), "Qəribə  oğlan" (1973), Anarın "Şəhərin yay günləri" (1977), 

Rauf Hacıyevin ədib Şıxəli Qurbanovun "Sənsiz" (1967), Aqşin Əlizadənin yazıçı İmran Qasımovun 

"Nağıl başlananda" (1973), Arif Məlikovun  şair-dramaturq Nəbi Xəzrinin "Əks-səda" (1975) 

pyeslərinin tamaşaları üzərindəki işləri poetik hüsnü, milli koloriti, təravəti və emosional cazibəsi ilə 

mühüm sənətkarlıq məziyyətləri daşıyır. 

Həmin istiqamətdə Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Oqtay Kazımovun, Adil 

Bəbirovun, Tofiq Quliyevin, Ramiz Mirişlinin də uğurlu işləri var. 

Son iyirmi ildə teatrın janr-üslub, məzmun və forma axtarışlarındakı ciddi nailiyyətlər 

bəstəkarlardan Polad Bülbüloğlunun, Cavanşir Quliyevin, Səyavuş  Kəriminin, Aydın  Əzimovun, 

Eldar Mansurovun yaradıcılıqlarında müxtəlif səviyyələrdə özünün ifadəli təcəssümünü tapıb. 

Bəstəkarlarla canlı iş prosesi qurmaq baxımından Banı Türk İşçi Teatrı və Gənc Tamaşaçılar 

Teatrı səmərəli təcrübə toplamışlar. Asəf Zeynallının İşçi Teatrında Ədülhəq Hamidin "Hind qızı", 

Fyodor Pavlovun "Çin tanrısı" (1929), Vladimir Kirşonun "Küləklər  şəhəri" (1932), Süleyman 

Rüstəmlə Hacıbaba Nəzərlinin "Yanğın" (1931) tamaşalarına bəstələdiyi musiqilər estetik məna 

tutumuna görə müasir səslənmişdir. 

Səid Rüstəmov, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Azər Rzayev, Oqtay 

Kazımov bir sıra tamaşalara quruluşlar veriblər. 

Gənc Tamaşaçılar Teatrı isə milli bəstəkarlarımızın bütün yaşlı nəsili ilə yüksək yaradıcılıq 

əlaqələri qurub. Səid Rüstəmov, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Azər Rzayev, 

Oqtay Kazımov bu teatrda bir sıra tamaşalara musiqi quruluşları veriblər. 

İrəvanda, Tiflisdə, Naxçıvanda, Gəncədə teatrlar həm yerli musiqiçilərlə, həm də tanınmış 

bəstəkarlarla yaradıcılıq əlaqələri qura bilmişlər. 

Emin Sabitoğlu, Aydın Əzimov, Cavanşir Quliyev Şəki Dövlət Dram Teatrında və Bakıdakı 

Dövlət Gənclər Teatrında müəyyən tamaşalara maraqlı musiqilər bəstələyiblər. 

Azərbaycan Dövlət Kukla Teatrında Cahangir Zülfüqarov, Zakir Bağırov, Şəfiqə Axundova, 

Oqtay Zülfüqarov, Vasif Adıgözəlov, Vaqif Mustafazadə, Rəşid Nəsiboğlu, Cəmil Əmirov müxtəlif 

tamaşalara musiqi bəstələyiblər. 

Bu gün Azərbaycanda dramatik teatrların heç birində müstəqil orkestr fəaliyyət göstərmir. 

Musiqilər  əvvəlcədən kompyüter disklərinə  və ya maqnitafon lentlərinə yazılaraq tamaşa vaxtı 

səsləndirilir. 

 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə