Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə206/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   202   203   204   205   206   207   208   209   ...   212

TEATRŞÜNASLIĞIN FORMALAŞMA 

 MƏRHƏLƏLƏRİ 

 

Teatrşünaslıq teatr sənətinin fəlsəfi dəyərləri, estetik prinsipləri, poetika xüsusiyyətləri, bir 



sözlə, onun bütün tədqiqi və nəzəri problemləri ilə məşğul olan elındir. 

Teatrşünaslığın üç əsas qolu var. Birincisi, tarixi-tədqiqat qoludur ki, milli səhnə sənətimizin 

və yaxud ayrıca bir teatrın yaradıcılığının təşəkkülünü, müxtəlif inkişaf mərhələlərini tədqiq edib 

araşdırır, elmi əsərlər ortaya çıxarır. Müxtəlif görkəmli səhnə xadimləri barədə yazılan 

monoqrafiyalar, irihəcmli portret-kitablar da buraya daxildir. 

Teatrşünaslığın ikinci qolu bütövlükdə səhnə sənətinin elmi nəzəri əsaslarını öyrənir. Burada 

milli teatrın müxtəlif estetik prinsipləri, poetika özəllikləri, dünya teatrı ilə Azərbaycan səhnəsinin 

elmi-nəzəri bağlılığı, aktyor məktəblərinin, rejissor üslublarının mahiyyət və  səciyyələri, dəyərləri 

araşdırılır. Milli teatrın konseptual poetika xüsusiyyətlərinin elmi modeli qurulur. 

Operativ teatrşünaslıq üçüncü qol kimi səciyyələnir və özünü ilk növbədə teatr tənqidi kimi 

realizə edir. Buraya teatrın cari problemləri, yeni tamaşalar barədə resenziyaları daxildir. Eyni 

zamanda ayrı-ayrı sənət ocaqlarının çağdaş yaradıcılıq durumunun ən müxtəlif problemləri operativ 

şəkildə mətbuata çıxarılır, elmi mübahisələr aparılır, qənaətlər çözələnib məntiqli nəticələrə gəlmək 

üçün aydın mənzərə yaradır. 

Azərbaycan teatrşünaslığı bu üç qolun üçündə  də  fəaliyyət göstərir. Fundamental 

teatrşünaslığımız məhz onların küll halında götürülməsində özünün nailiyyət və çatışmazlıqlarını 

daha aydın büruzə verir. 

Maraqlıdır ki, hələ peşəkar teatrımız təşəkkül tapmamışdan  əvvəl milli teatrşünaslıq 

elmimizin müəyyən  əsasları qoyulub. Mirzə  Fətəli Axundzadə özünün məşhur komediyaları ilə 

yanaşı, teatr sənətinə, onun xalqın maariflənməsində kəsb etdiyi böyük əhəmiyyətinə, mənəvi-əxlaqi 

keyfiyyətlərinin inkişafına təsirinə, dünyagörüşlərinin nadanlıq çamırlığından xilas olmasında 

oynadığı rola aid çox dəyərli nəzəri və estetik fikirlər söyləmişdir. Deməli, elə milli 

teatrşünaslığımızın ilkin rişələri də kök etibarilə Mirzə Fətəli irsinə bağlanır. Bununla belə, sözsüz 

ki, Axundzadənin teatra aid yazıları hələ peşəkar teatrşünaslıq deyildi və həiə fundamental əsaslarını 

yaratmaq üçün ona müəyyən mərhələləri keçmək lazım idi. 

Bu baxımdan milli teatrşünaslığımızın inkişaf yolunu şərti olaraq dörd mərhələyə bölmək 

olar. 

Birinci mərhələ (1873-1905). Bu dövr elmin ibtidai formalarının yaranması  və ona 

göstərilən ziyalı cəhdləri ilə xarakterikdir. 10 mart 1873-cü ildə Bakıda ilk dəfə "Lənkəran xanının 

vəziri" tamaşası oynanıldıqdan on beş gün sonra, yəni martın 25-də "Kavkaz" qəzeti bu hadisə 

barədə  məlumat verib. Hətta onu da qeyd edib ki, Dünya bina olandan indiyədək birinci dəfədir 

Azərbaycan dilində tamaşa oynanılır. Ta-maşadan 150 manat pul hasil olduğu da həmin məlumatda 

göstərilir. Teatr tariximizdən bilirik ki, ilk tamaşanı oynayan teatr həvəskarları xeyriyyə məqsədilə 

həmin il aprelin 17-də yenə Mirzə  Fətəlinin növbəti  əsərini, "Hacı Qara" komediyasını  Nəciblər 

klubu deyilən Bakı cəmiyyət yığnağı binasında göstəriblər. O vaxt Tiflisdə çıxan "Kavkaz" qəzeti 

mayın 13-də həmin tamaşa barədə də xəbər dərc edib. 

Beləliklə, Azərbaycanda teatrşünaslığın birinci mərhələsi başlayıb və 1906-cı ilə  qədərki 

dövr məhz ona aiddir. 1875-ci ildən 1906-cı ilə  qədər Tiflisdə, Bakıda,  İrəvanda, Baxçasarayda 

Azərbaycan, rus, tatar dillərində  nəşr olunan "Əkinçi", "Bakınskaya izvestiya", "Ziya", "Kəşkül", 

"Kavkazskoye obozreniye", "Kaspi", "Tərcüman", "Novoye obozreniye", "Tiflisski listok", 

"Nordar", "Şərqi Rus", "Həyat", "Baku", İranda çıxan "Həblülmətn", Peterburqda dərc edilən 

"Teatralnaya qazeta" qəzetlərində, "Kavkazski vestnik" məcmuəsində Azərbaycan teatr prosesini 

təcəssüm etdirən yazılar oxuculara çatdırılıb. Burada daha çox məlumat-informasiya məqsədi 

güdülüb. Ancaq elə onların özləri də həm o dövrdə xalqı maariflənməyə səsləməsi, teatrın təbliği, 



milyonçuları  məmləkətimizdə bu sənətin tərəqqisinə köməyə çağırması bu gün həmçinin teatr 

tariximizin öyrənilməsi baxımından çox qiymətlidir. 

Maraqlı olanı bir də budur ki, həmin məlumatların əksəriyyətini çap üçün redaksiyalara məhz 

azərbaycanlı maarifpərvər ziyalılar yazıb göndərmişlər. Düzdür, bəzən mətbuat səhifələrində teatra 

aid, onun təşəkkülü, təşkili, yeni binaların tikilməsi barədə  də nisbətən irihəcmli yazılar verilirdi. 

Onlar sırf teatrşünaslıq yazıları olmasalar da, hər halda teatr prosesinin canlılığını, səviyyəsini, 

mövcud qüsurları, ziyalıların bu işin tərəqqismə yardımlarının səviyyəsini göstərməsi baxımından 

dəyərlidir. 



İkinci mərhələ (1906-1919). Bakıda 1906-cı ildə "Nicat", sonra "Həmiyyət", 1912-ci ildə 

"Səfa" mədəni-maarif cəmiyyətləri nəzdində teatr truppalarının, 1916-cı ildə "Zülfüqar bəy və 

Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" dəstəsinin, 1917-ci ildə Abbasmirzə Şərifzadənin 

yaratdığı "Müsəlman artistləri ittifaqı"nın, Tiflisdə  "İttihad" və  "İbrət" teatr dəstələrinin,  İrəvanda 

"Dram artistləri birliyi"nin yaranınası ilə teatr prosesi sıçrayışlı dirçəlişə başladı. Artıq adları çəkilən 

şəhərlərdə peşəkar aktyorlar dəstəsi yaranmışdı və onlar özləri də hiss etmədən milli teatrımızın yeni 

inkişaf sütunlarını ucaldırdılar. 

Həmin dövrdə rus dilində çapını davam etdirən "Kaspi", "Baku", tatarca "Tərcüman", 

"Həyat", azərbaycanca yeni nəşrə başlayan "İrşad", "Kavkazskaya reç", "Təkamül", "Proqress", 

"Təzə  həyat" (Vladiqafqazda çap olunub), "Füyuzat", "Əxbar", "Seqodnya", "Tərəqqi", "İttifaq", 

"Zənbur", "Səda", "Günəş", "Yeni həqiqət", "Kavkazskaya kopeyka", "Məlumat", "Yeni İrşad", 

"Sədayi həqq", "Haqq yolu", "Təzə xəbər", "İqbal", "Məktəb", "Bakınski teatralnı kuryer", "Bəsirət", 

"Sədayi Qafqaz", "Məzəli", "Teatr i iskusstvo", "Açıqsöz", "Tuti", "Doğrusöz", "Sovqat", "İttihad", 

"Hümmət", "Gənclər yurdu", "Azərbaycan", "İstiqlal", "Zəhmət sədası", "Hürriyyət", "Azərbaycan 

füqərası" qəzet və jurnallarında dərc olunan yazılardan milli səhnə  sənətimizin vəziy-yətini və 

yaradıcılıq durumunu müəyyənləşdirmək olar. 

Mirabbas Mirbağırov, Məmmədsadıq Axundov, Səfərəli Vəlibəyov, Hacı İbrahim Qasımov, 

Qurbanəli Şərifov, Ağadadaş Həsənov, Xəlil İbrahim (İbrahimov), Məmmədəli Səfərov, Haşım bəy 

Vəzirov, Ceyhun Hacıbəyli, Üzeyir bəy Hacıbəyov, Rəhim bəy Məlikov, Eynalı  bəy Sultanov, 

Nəriman Nərimanov,  Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Minasazov kimi müxtəlif peşə 

sahibləri olan ziyalılar tamaşalar barədə resenziyalar yazırdılar. Onların teatrın müxtəlif 

problemlərinə aid məqalələri də çap olunurdu. Hələlik forma və məzmununda müəyyən primitivlik 

duyulsa da, resenziya janrı Azərbaycan teatrşünaslığında önə keçmişdi. Müəlliflərin qiymətvermə 

meyilləri tam elmi-nəzəri fikir yükü daşımasa da "yaxşı", "Kafi", "pis" qiymətləri ilə tamaşa 

ifaçılarının oyunları barədə kifayət qədər məlumatlar və şərhlər də var. 

Teatra aid müxtəlif səpkili məqalələr yazan müəlliflərin işləri Bakıdan  əlavə Tiflisin 

"Məzhər", "Tiflisski listok", "Tiflisskoye sobraniye", "Droeba", "Zritel", "Molla Nəsrəd-din", 

"Oqni", "Musulmanskaya qazeta", Şuşada çıxan "Şuşinski listok", "Şuşinskaya jizn", Moskvada çap 

olunub Azər-baycanda da oxunan "RUSSki artist", "Teatr i iskusstvo", "Rampa i jizn" qəzetlərində, 

jurnallarında çap olunurdu. Azərbaycanlı müəlliflərin teatr sənətinə, aktyor yaradıcılığına, teatr və 

mədəniyyət, teatr və maarif problemlərinə aid mə-qalələri oxuculara çatdırılırdı.  İxtisasca 

hüquqşünas olan, uzun illər müxtəlif truppalarda aktyorluq etmiş Mehdi bəy Hacınski bir müddət 

"Rampa i jizn" jurnalının Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 

Teatrşünaslığın ikinci mərhələsi adlandırdığım dövrdə resenziya janrı təşəkkül tapıb inkişaf 

etdi. Eyni zamanda ay-rı-ayrı aktyorların yaradıcılıqlarından bəhs edən kiçik portret janrlı yazılar da 

mətbuatda yer tutınağa başladı. Beləliklə, operativ janr kimi resenziya həmin dövrdə daha populyar 

olub və tədricən özünün estetik cilalanınası ilə səciyyəvi xarakter daşıyıb. 

Üçüncü mərhələ (1920-1949). 1919-cu ildə Dövlət teatrı təsis olundu və səhnə sənəti 1920-

ci ildə institusional mə-dəniyyətin faktı kimi yeni forma və  məzmun kəsb etdi. Tədricən "sovet 

teatrı" anlayışı dilə keçdi və səhnədə onun təmsilçiləri olduğu kimi, teatrşünaslıqda da həmin mövqe 

və es-tetikanın nümayəndələri yarandılar. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə