Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə204/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   212

"Aşıq Qərib" onun tərtibatında Musiqili Komediya Teatrında da oynanıb. Rəssam həmçinin 

burada "Arşın mal alan" operettasının tərtibat eskizlərini çəkib. 

İşçi və  kəndli Teatrında Süleyman Rüstəmin "Qana qan", Seyid Hüseynin "Kölgə", 

Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Yuri Yankovskinin "Qəzəb" (rəssam 

V.Roberqlə birgə), Əbdülhəq Hamidin "Hind qızı", Aleksandr Şirvanzadənin "Morqanın qohumu", 

Jan Batist Molyerin "Cancur Səməd" və "Mıqqı  Kərim" ("Xəsis"), Fyodor Pavloun "Çin tanrısı" 

("Tunc büt"), Mirzə Sadıqovun "Üç il", Vladimir Kirşonun "Qızıl trenlər", P.Romanovun "Zəlzələ", 

Vladimir Bill-Beloserkovskinin "Tufan", Boris Lavrenyovun "Üsyan" ("Düşmənlər"), Viktor 

Hüqonun "Paris Notrdam kilsəsi" ("Müqəddəs Məryəm ana məbədi"),  Əbdübağı Fövzi və  Həbib 

İsmayılovun "Gizli əl", Cəfər Cabbarlının "Sevil" (geyim üzrə)  əsərlərinin tamaşalarının 

rəssamlığını Rüstəm Mus-tafayev edib. 

Akademik Milli Dram Teatrında ilk işi 1925-ci ildə Aleksandr Tuqanovun rejissorluğu ilə 

hazırlanan Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında tərtibat rəssamlığı olub. Həmin 

rejissorla Əs Həbib Vəfanın "Bombey" tamaşasında da işləyib (1930). 

Əlihüseyn Rzayevin quruluşunda  Şəmsəddin Saminin "Dəmirçi Gavə" (1929), İsmayıl 

Hidayətzadə ilə  Cəfər Cabbarlının rejissorluğunda Cəfər Cabbarlının "Dönüş" (1932), Rza 

Darablının, Rza Təhmasibin, İsmayıl Hidayətzadənin və Ələsgər Şərifovun səhnə təfsirində Hüseyn 

Cavidin "Şeyx Sənan" (1932), Rza Darablının, İsmayıl Hidayətzadənin və Cəfər Cabbarlının rejissor 

işləməsində Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər" (1933), Sergey Mayorovla Əhməd Tiriniçin 

qurulu-şunda Cəfər Cabbarlının "Od gəlini" (1933), İsmayıl Hüseynovun rejissorluğunda Valentin 

katayevin "Çiçəklər yolu" (1934), Abbasmirzə  Şərifzadənin yozum verdiyi Əbdürrəhim bəy 

Haqverdiyevin "Dağılan tifaq" (1935), İsmayıl Hidayətzadənin quruluşçu rejissor olduğu Cananın 

"Şahnamə" (Mirzə Fətəli Axundzadənin "Aldanınış kəvakib" povestinin motivləri əsasında. 1936), 

Məhərrəm Haşımovun hazırladığı Sabit Rəhmanın "Toy" (1939) əsərlərinin tamaşalarına bədii 

tərtibat verib. 

Cəfər Cabbarlının "1905-ci ildə" dramı həm dramaturqun özünün quruluşunda (1932), həm 

də rejissorlardan Rza Darablının (1935) və İsmayıl Hidayətzadənin (1937) səhnə təfsirlərində məhz 

Rüstəm Mustafayevin tərtibatı ilə oynanılıb. 

Fitri istedad sahibi Rüstəm Mustafayev otuz bir yaşının içində dünyasını  dəyişib. Qəbri 

Bakıda Fəxri xiyabandadır. 

Bakıdakı Azərbaycan Dövlət İncəsənət Muzeyi dahi rəssamın adını daşıyır. 

Rüstəm Mustafayevin səhnə tərtibatlarında cazibəli kompozisiya aydınlığı vardı. 

Klassik teatr tərtibatının monumentallıq  ənənəsini çağdaş izınlərlə, ilk növbədə 

konstruktivimizin səmərəli cəhətləri ilə ustalıqla birləşdirib. 

Sırf romantik pyeslərin tamaşalarına verdiyi tərtibatlarda da səhnə realizmi güclü və 

təsiredici, ifadəli və məzmunlu olub. 

Sərt, ancaq isti rənglərdən istifadəyə üstünlük verib. 

Dekorların rəng düzümündə, ahəng biçimində, məzmun ifadəsində milli motivlər daha 

qabarıq nəzərə çarpıb. 

Rüstəm Mustafayev tərtibatı tamaşanın obrazı kimi ümumiləşdirməyə çalışan və bu 

istiqamətdə nailiyyətlər qazanıb ənənə yaradan ilk rəssamlarımızdandır. 

Hazırladığı  tərtibatlarda dram, komediya, opera, balet, operetta janrlarının özünəməxsus 

poetika xüsusiyyətlərinin meyarlarını  həssaslıqla gözləyir, estetik ifadə vasitələrini doğru-dürüst 

müəyyənləşdirirdi. 

Rüstəm Mustafayev 19 iyul 1940-cı ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. 

 

  



TEATR TAMAŞASI VƏ MUSİQİ 

 



Peşəkar Azərbaycan teatrının təşəkkülündən sonra təxminən  əlli il göstərilən tamaşalarda 

bədii musiqi tərtibatı anlayışı olmayıb. Bütövlükdə teatr müəyyən peşəkarlıq keyfiyyətlərinə 

yiyələndikcə, müxtəlif səhnə  vərdişləri formalaşdıqca, tamaşa estetikası  təkmilləşmə  mərhələsinə 

çatdıqdan sonra əvvəllər Tiflisdə, sonralar Bakıda,  İrəvanda,  Şuşada həvəskar aktyorların 

oynadıqları tamaşaların fasilələrində  məşhur xanəndələr muğam dəsgahları oxumuşlar. Bəzən 

aşıqlar və sazəndə dəstələri də pərdəarası müddətlərdə xüsusi proqramlarla çıxışlar etmişlər. 

Göründüyü kimi, musiqi tamaşanın estetik anlamına və qavranılmasma atribut kimi daxil 

olmamışdır. 

1920-ci illərdə Bakıda, Tiflisdə, bir qədər sonra İrəvanda Azərbaycan dilində Dövlət teatrları 

fəaliyyət göstərəndə kollektivlərə  səriştəli  əcnəbi musiqiçilər cəlb olunmuşlar. Onlar tamaşaya 

quruluş verən rejissorun fikrinin aparıcı mahiyyətinə uyğun olaraq rus, alman, fransız, polyak 

bəstəkarlarınm müxtəlif  əsərlərindən parçalar seçərək və özləri müəyyən musiqi fraqmentləri 

quraşdıraraq tamaşaya  əlavə etmişlər. Həmin musiqi partituralarını  zəif heyətli, çalğı alətləri 

baxıınından məhdud tərkibli ansambllar, sonralar kiçik orkestrlər ifa etmişlər. Musiqiçilərin 

tərkibində həm milli, həm də kias-Slk Avropa musiqi alətləri vardı. 

Musiqinin dram tamaşalarında səhnə əsərinin başlıca at-ributuna çevrilməsində Milli Dram 

Teatrının uğurları daha ilkin olmuşdur və bu sənət ocağı böyük ənənə yaratınağa başlamışdır. 

Azərbaycanlı  bəstəkarlar arasında dram tamaşasma ilk dəfə musiqi bəstələyən sənətkar 

Əfrasiyab Bədəlbəylidir. Onun ilk işi Cəfər Cabbarlının "Od gəlini" qəhrəmanlıq faciəsinə 

Aleksandr Tuqanovun verdiyi quruluşda olub. Həmin tamaşa üzərində bir ildən çox yaradıcılıq işi 

aparılıb və  əsərin premyerası 16 fevral 1928-ci ildə olub. Növbəti teatr mövsümündə rejissorun 

təklifi və dramaturqun mövzu tövsiyəsi ilə Əfrasiyab Bədəlbəyli "Od gəlini" tamaşasının musiqisi 

üzərində əsaslı şəkildə yenidən işləmiş, əlavələr etmiş, mahnıların ritm ruhunu təzələmişdir. 

Milli Dram Teatrında xeyli müddət dirijor vəzifəsində və musiqi hissə müdiri kimi çalışmış 

Əfrasiyab Bədəlbəyli Həbib Əs Vəfanın "Bombey" (1930), Cəfər Cabbarlının "1905-ci ildə" (1931, 

1935 və 1944), "Sevil" (1935 və 1944), "Almaz" (1936), Əsəd Tahirlə Abbasmirzə  Şərifzadənin 

"Axirəzzaman" (1931), Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1938), 

Mehdi Hüseynin "Şöhrət" (1939), Səməd Vurğunun "Xanlar" (1939 və 1949) və "Fərhad və Şirin" 

(1941 və 1959), Məmməd Səid Ordubadinin "Dumanlı  Təbriz" (1945) pyeslərinin tamaşalarına 

musiqi bəstələmişdir. 

Azərbaycan teatrında bəstəkar işini mövzu-problematika dairəsmə, janr-üslub axtarışlarına 

görə və klassik Avropa musiqisi ilə milli musiqimizin sintezinin estetik xüsusiyyətləri baxımından 

üç dövrə ayırmaq olar. 

Birinci dövr: 1928 - 1959-cu illər. 

İkinci dövr: 1960 - 1979-cu illər. 

Üçüncü dövr: 1980 - 2004-cü illər. 

Birinci dövrdə daha çox tamaşaya musiqi yazan bəstəkar Səid Rüstəmov olmuşdur. O, Milli 

Dram Teatrında 1937-ci və 1954-cü ildə Mirzə  İbrahimovun "Həyat", 1938-ci ildə Mirzə  Fətəli 

Axundzadənin "Hacı Qara", Cabbar Məcnunbəyovun "Yanar dərə", Səməd Vurğunun "Vaqif", 

1939-cu ildə Sabit Rəhmanın "Toy", Cəfər Cabbarlının "Od gəlini", 1940-cı ildə Məmmədhüseyn 

Təhmasibin "Bahar", 1942-ci ildə Mehdi Hüseynin "Nizami", 1943-cü ildə  Cəfər Cabbarlının 

"Almaz", Rəsul Rzanın "Vəfa", 1944-cü ildə İlyas Əfəndiyevlə Mehdi Hüseynin "İntizar", 1945-ci 

ildə Zeynal Xəlilin "Qatır Məmməd", 1946-cı ildə Abdulla Şaiqin "Nüşabə", 1947-ci ildə  Ən-vər 

Məmmədxanlının "Şərqin səhəri", 1948-ci ildə  İlyas  Əfəndiyevin "Bahar suları", 1951-ci ildə 

Məmmədhüseyn Təhmasibin "Çiçəklənən arzular", 1952-ci ildə Aleksandr Şirvanzadənin "Namus", 

1955-ci ildə Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", 1958-ci ildə Süleyman Rüstəmin "Qaçaq Nəbi" 

dram, faciə və komediyalarına musiqi bəstələmişdir. Onun musiqisi dramatizmi təcəssüm etdirməsi, 

lirizmlə melodramanın vəhdəti, coşqun ruhu ilə səciyyəvidir. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə