Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə203/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   212

Mustafayevin "Vaqif", Süleyman Ələsgərovun "Bahadır və Sona", İvan Dzerjinskinin "İnsanın 

taleyi", Rucero Leonkovallonun "Məshəkəçilər" operalarını, Soltan Hacıbəyovun "Gülşən" baletinin 

səhnə təfsirindəki rəssamlıq işləri daha məzmunlu, romantik cazibəli, emosional ifadəli olub. 

Əyyub Fətəliyevin ayrı-ayrı tamaşalara verdiyi geyim eskizləri tarixi-etnoqrafik dəqiqliyinə, 

rəng bolluğunun koloritinə görə seçilir. 

21 aprel 2000-ci ildə Bakıda vəfat edib. 

 

 

SERGEY YEFKENKO (21.10.1896 - 5.8.1971) 



 

Azərbaycan milli səhnəqrafiyasının inkişafında müəyyən rolu olub. Yaradıcılığı monumental 

romantik üsluba daha yaxın idi. Klassik ifadə vasitələrinə üstünlük verib. Sergey Mitrofanoviç 

Yefimenko 20 oktyabr 1896-cı ildə Rusiyanın Çerniqov quberniyasının Borzna şəhərində doğulub. 

1924-cü ildə Moskva Ali Bədii-Texniki Emalatxanasını bitirib. Üç il Moskva teatrlarında işləyib. 

Teatr-dekorasiya sənətində müəyyən təcrübə toplayan rəssam 1927-ci ildə Bakıya gəlib və ömrünün 

sonuna qədər burada yaşayıb. 

1927-1971-ci illərdə ADRDT-də rəssam və baş rəssam işləyib. Azərbaycan Respublikasının 

əməkdar incəsənət xadimi (1936) və xalq rəssamı (1960) fəxri adlarına layiq görülüb. "Xəzər 

üzərində şəfəqlər" tamaşasma verdiyi tərtibata görə SSRİ Dövlət mükafatı laureatıdır. 

Sergey Yefimenko RDT-də (Maksim Qorkinin "Ana" (1927), Aleksey Faykonun "Portfelli 

adam" (1928), Aleksandr Ostrovskinin "Tufan" (1934), Cəfər Cabbarlının "Sevil" (1930), "1905-ci 

ildə" (1934), Mixail Lermontovun "Maskrad" (1934 və 1959), Vsevold Vişnevskinin "Nikbin faciə" 

(1934), Nikolay Poqodinin "Tüfəngli adam" (1939), konstantin Trenyovun "Lyubov Yarovaya" 

(1940), Səməd Vurğunun "Xanlar"  (1941), Aleksandr Korneyçukun  "Partizanlar Ukrayna 

çöllərində" (1942), İmran Qasımovun "Xəzər üzərində  şəfəqlər" (1950), Aleksandr Qriboyedovun 

"Ağıldan bəla" (1951), Vladimir Mayakovsninin "Hamam" (1957), Nazim Hikmətin "Domoki 

qılıncı" (1959), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (1958), Aleksandr Şteynin "Okean" (1960), 

Georgi Mdivaninin "Terezanın ad gününə" (1961), Edvard Radzinskinin "Film çəkilir..." (1966), 

Eduardo de Flipponun "İnsan və centlmen" (1968), Bernard Şounun "Missis Uorrenin peşəsi" 

(1968), əsərlərinə səhnə tərtibatı verib. 

AMDT-də  Cəfər Cabbarlının "Yaşar" (1932), Vilyam Şekspirin "Otello" (1932), "Hamlet" 

(1933), "Kral Lir" (1941) əsərlərinə səhnə tərtibətı verib "On ikinci gecə" (1946), Vasili Şkvarkinin 

"Özgə  uşağı" (1934), Cabbar Məcnunbəyovun "Yanar dərə" (1938), Fridrix Şillerin "Məkr və 

məhəbbət" (1938), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (1939), Aleksandr Fadeyevin "Gənc 

qvardiya" (1948), Opera və Balet Teatrında "Yevgeni Onegin" (Pyotr Çaykovski), "Şah  İsmayıl" 

(Müslüm Maqomayev) operalarına, Sezar Puninin "Esmeralda" baletmə müxtəlif üslub və 

formalarda səhnə tərtibatları işləyib. 

Sergey Yefimenko 5 avqust 1971-ci ildə Bakıda vəfat edib. 

 

 



ELÇİN MƏMMƏDOV (29.5.1946 - 18.2.2001) 

 

Görkəmli rejissor Mehdi Məmmədovla şöhrətli aktrisa Barat xanım Şəkinskayanın ailəsində 



doğulmuş Elçin fitri istedad sahibi idi. Göz açandan teatr aləmində böyüyən Elçin Məmmədov 

rəssamlığa lap uşaq yaşlarından başlayıb. Azərbaycan Dövlət  İncəsənət  İnstitutunun rəssamlıq 

fakültəsində  təhsil alıb (1967- 1973). Müxtəlif vaxtlarda Musiqili komediya Teatrında, Opera və 

Balet Teatrında baş rəssam olub. 1989-cu il dekabr ayının 1-dən ömrünün sonuna qədər Akademik 

Milli Dram Teatrında baş rəssam kimi çalışıb. 



Elçin Məmmədov Bakıdakı  Gənc Tamaşaçılar Teatrında Anatoli Aleksinin "Qardaşım 

kiarnet çalır" (1970. Tələbə olarkən), Yevgeni Şvartsın "İki qayın ağacı" (1973), Kim Meşkovun 

"Pin və Qvin" (1974), Yevgeni Miteonun "Bumbaraş" (1977), Anarın "Şəhərin yay günləri" (1979), 

Aleksey Tolstoyun "Buratinonun səfehlər ölkəsində macəraları", Cəlil Məmmədquluzadənin 

"Danabaş  kəndinin məktəbi" (1983), Karlo Qotsinin "Yelkənlər üzərində  nəğməli kü1ək" (1987), 

Kamal Aslanovun "Yuxulama" dramlarının (1989) tamaşalarının rəssamı olub. 

Musiqili Komediya Teatrında Oqtay Kazımov və  Cənnət Səlimovanın "Danabaş  kəndinin 

əhvalatları", Rəşid  Şəfəq və Abdulla Şaiqin "Tülkü Həccə gedir", Leonid Vaynşteyn və Rüstəm 

İbrahimbəyovun "Səhranın bəyaz günəşi",  İohan  Ştrausun "Yarasa", Cahangir Cahangirov və 

Seyfəddin Dağlının "Təzə gəlin", Fikrət Əmirov və Məhərrəm Əlizadənin "Gözün aydın" operetta 

və musiqili komediyalarına bədii tərtibat verib. 

Azərbaycan Dövlət Rus Dram Teatrında Maksim Qorkinin "Həyatın dibində", Aleksey 

Vampilovun "Əyalət lətifələri", Hüseyn Cavidin "Şeyx Sənan" pyeslərinin, Naxçıvan DMDT-də 

Evripidin "Elektra" faciəsinin, Gəncə DDT-də Maqsud İbrahimbəyovun "Mezozoy əhvalatı", Mixail 

Lermontovun "İki qardaş", Lənkəran DDT-də  İlyas  Əfəndiyevin "Mahnı dağlarda qaldı", Nikolay 

Qoqolun "Müfəttiş", Marionet Teatrında Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" əsərlərinin 

tamaşalarının bədii tərtibat rəssamıdır. 

Zəngin və  bəhrəli yaradıcılıq irsi yaratmış Elçin Məmmədovun səhnəqrafiya fəaliyyətində 

Akademik Milli Dram Teatrında hazırlanmış tamaşalara verdiyi tərtibatlar xüsusi yer tutur. O, bu 

sənət ocağında Mirzə  Fətəli Axundzadənin "Xırs quldurbasan" (1971, tələbə vaxtı), Səməd 

Vurğunun "İnsan" (1974), Mirzə  Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978), Rüstəm 

İbrahimbəyovun "Biganələr oteli" (1984), Arif Süleymanovun "Tufandan əvvəl" (1987), Vilyam 

Şekspirin "Kral Lir" (1996), Elçinin "Ah, Paris... Paris!.." (1997), "Mənim sevimli dəlim" (1998) 

əsərlərinin tamaşalarına quruluşçu rəssamlıq edib. 

Məşhur teatr rəssamı  "İblis" tamaşasının tərtibatına görə  həmkarı Nazim Bəykişiyevlə 

birlikdə Respublika Dövlət mükafatı laureatı olub (27 aprel 1984). Əməkdar incəsənət xadimi fəxri 

adını alıb (22 may 1991). 

 

 



RÜSTƏM MUSTAFAYEV 

 (25.2.1910- 19.7.1940) 

 

Milli teatr dekorasiyası  sənətimizin banilərindən biri Rüstəm Məmməd oğlu on beşillik 



yaradıcılıq dövründə qırxdan çox səhnə əsərinə bədii tərtibat verib. 

Rüstəm Mustafayev 25 fevral 1910-cu ildə Bakıda doğulub. 

Rəsm çəkməyə erkən yaşlarından başlayıb. Yeddinci sinifi bitirdikdən sonra orta ixtisas 

rəssamlıq məktəbinə daxil oldub. 

1926-cı ildə Bara Rəssamlıq Məktəbini bitirmiş Rüstəm Mustafayev hələ son kursun ilk 

günlərindən Bakı Türk İşçi və  kəndli Teatrında (1927-ci ildən Bakı Türk İşçi Teatrı adlanıb) 

tərtibatçı rəssam kimi çalışıb. 1932-ci il dekabnn 28-də həmin teatrın Gəncə şəhərinə köçürülməsi 

barədə hökumət qərar çıxarıb. Rüstəm Mustafayev Akademik teatra baş  rəssam dəvət olunub və 

1938-ci ilə qədər burada səmərəli fəaliyyət göstərib. 

Zərif dəst-xətti,  incə kompozisiya qurumu,  lirik rəng ahəngdarlığı olan Rüstəm Mustafayev 

1939-cu ildə Moskvada tikilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində monumental Azərbaycan 

pavilyonunun və işlənMəsmə 1940-cı ildə başlanan Nizami muzeyinin tərtibatçı rəssamlarındandır. 

Rəssam Opera və Balet Teatrında da məhsuldar çalıçıb. Burada Üzeyir bəy Hacıbəyovun 

"Koroğlu", "Leyli və  Məcnun", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin 

"Şah İsmayıl" operalarına və Pyotr Çaykovskinin "Sonalar gölü" baletinə tərtibat quruluşu verib. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə