Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə201/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   212

"Durna" (dramaturq Süleyman Rüstəm), Fikrət  Əmirovun "Gözün aydın" (dramaturq Məhərrəm 

Əlizadə), Nəriman Məmmədov və Tofiq Bakıxanovun "Məmmədəli kurorta gedir" (dramaturq Atif 

Zeynallı) operettalarına əlvan tərtibatlar işləyib. 

İsmayıl Axundov səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verib. Yaradıcılığı 

rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə 

poetik ahəngdarlıq yaratınası baxımından səciyyəvidir. Təsviri sənətin müxtəlif sahələrində 

qazandığı nailiyyətlərə görə respublikanın  əməkdar incəsənət xadimi (1940) və xalq rəssamı (24 

may 1960) fəxri adlarına layiq görülüb. 1950-ci ildə Stalin mükafatı ilə təltif olunub. 

İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Bakıda vəfat edib. 

 

 



IZZƏT SEYİDOVA (20.10.1910 - 30.11.1973) 

 

İlk qadın teatr rəssamlarından biri də İzzət Əli qızı Seyidova olub. 20 oktyabr 1910-cu ildə 



Bakıda doğulub. Əzim Əzimzadə adına Bakıda Rəssamlıq Məktəbində (1927-1931) və Repin adına 

Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1931 - 1938) təhsil alıb. Opera və 

Balet Teatrında 1938-ci ildən işləyib. Teatrda Üzeyir bəy Hacıbəyovun "Leyli və  Məcnun", 

"Koroğlu", Müslüm bəy Maqomaye-vin "Şah İsmayıl", Qara Qarayevlə Cövdət Hacıyevin "Vətən", 

Coakkino Rossininin "Sevilya bərbəri", Anton Rubinşteynin "Demon", Boris Zeydmanın 

"Maskarad", Pyotr Çaykovskinin "Qaratoxmaq qadın", Fikrət Əmirovun "Sevil", tərcümə olunmuş 

"Anuş" operalarına, Boris Zeydmanın "Qırmızı lalə", Aleksandr Qlazunovun "Raymonda", Qara 

Qarayevin "İldırımlı yollarla", Tofiq Bakıxanovun "Xəzər balladası" baletlərinə  səhnə  tərtibatları 

verib. 

İzzət Seyidova rəssamı olduğu tamaşalarda musiqinin dramatik, lirik və  fəlsəfi xarakterini 



tərtibatda poetikiiklə obrazlaşdırmağa səy göstərib. 

Milli boyakarlıq  ənənələrini və dünya klassik opera rəssamlığının estetik prinsiplərini 

bacarıqla qovuşdura bilib. 

Monumentalizmə meyilli olub və geniş kompozisiyada daha çox ifadəli rənglərin parlaq 

çalarlarından məharətlə istifadə edə bilib. 

Qüdretli fırça ustası teatr rəssamlığı fəaliyyətində qazandığı nailiyyətlərə görə 17 iyun 1943-

cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 

İzzət Seyidova 30 sentyabr 1973-cü ildə bakida vəfat edib. 

 

 

BƏDURƏ ƏFQANLI (25.10.1912 - 6.5.2002) 



 

Azərbaycanın ilk teatr rəssamlarından olan Bədurə xanım Məlikağa qızı tərtibat-dekorasiya 

və geyim sənətinin inkişafında, formalaşmasında və milli koloritlə  zənginləşməsində  dəyərli işlər 

görüb. Qızlıq soyadı  Ağamalova olan rəssam 25 oktyabr 1912-ci ildə Bakıda doğulub. Burada 

rəssamlıq məktəbini bitirib (1931). 

Görkəmli aktyor Rza Əfqanlı ilə evləniblər və 1933-cü ildə bir yerdə  Aşqabad Dövlət 

Azərbaycan Teatrında işləməyə gediblər. Burada o, Üzeyir bəy Hacıbəyovun "Leyli və  Məcnun", 

Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" operalarının, Hüsejm Cavidin "Şeyx Sənan", Cəfər 

Cabbarlının "Sevil" və "1905-ci ildə" dramlarının tamaşalarına bədii tərtibat verib. 

1940-cı ildən 1960-cı ilin əvvəlinə qədər Akademik Milli Dram Teatrında quruluşçu rəssam 

kimi çalışıb. İlk işi 1940-cı ildə rəssam Əsgər Abbasovla "Müsibəti-Fəxrəddin" (Nəcəf bəy Vəzirov) 

tamaşasma verdikləri tərtibat olub. Bundan sonra Süleyman Sani Axundovun "Eşq və intiqam" 

(1943), Vilyam Şekspirin "Otello" (1949 və 1959-cu il quruluşları), Əbdürrəhim bəy Haqverdiyevin 

"Dağılan tifaq", "Köhnə dudman", Boris Lavrenyovun "Amerikanın səsi" (1950), Cəfər Cabbarlının 




"Od gəlini", Hüseyn Muxtarovun "Ailə namusu" (1951), Karlo Haldoninin "Məzəli hadisə", Vadim 

Sobkonun "ikinci cəbhə arxasında (1952)", Nazim Hikmətin "Türkiyədə" (1953), Maksim Qorkinin 

"Vassa Jeleznova" (1954), Cabbar Məcnunbəyovun "İldırım" (1955), İslam Səfərlinin "Yadigar" 

(1956), Ənvər Məmmədxanlının "Şirvan gözəli" (1957), Səməd Vurğunun "Fərhad və Şirin", Yuri 

Osnos və Viktor Vinnikovun "Hind gözəli" (1959) əsərlərinin tamaşaya hazırlanmasında tərtibatçı 

rəssam kimi çalışıb. 

Bədurə xanım MDT-də oynanan Cəfər Cabbarlının "Aydın", Məmmədhüseyn Təhmasibin 

"Bahar" (1940), "Aslan yatağı", Mirzə  İbrahimovun "Məhəbbət" (1942), Zeynal Xəlilin "Qatır 

Məmməd", Səməd Vurğunun "İnsan" (1945), Leonid Malyuginin "Köhnə dostlar", İlyas 

Əfəndiyevin "İşıqlı yollar" (1947), "Bahar suları" (1948), Cəfər Cabbarlının "Solğun çiçəklər", Tur 

qardaşlarının "Bir evin sirri", Lope de Veqanın "Rəqs müəllimi" (1949), Aleksandr Şirvanzadənin 

"Namus" (1952) tamaşalarında geyim eskizlərini çəkib. 

Opera və Balet Teatrında "Sevil" (Fikrət  Əmirov), "Leyli və  Məcnun" (Üzeyir bəy 

Hacıbəyov) operalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında "Vaqif" və "Aydın" tamaşalarının 

geyim eskizləri də Bədurə Əfqanlınındır. 

Rəssamlıq sənətində qazandığı nailiyyətlər üçün Bədurə Əfqanlıya əməkdar incəsənət xadimi 

(21 iyul 1949) və xalq rəssamı (1 iyun 1974) fəxri adları verilib. 

Onun işləri emosional zərifliyi, lirizm aşılanmış  şuxluğu, poetik təravəti ilə seçilib. İncə 

tapmtıları ilə milli qadın geyimlərinə cazibəli yeniliklər gətirib. 

Sadə, ancaq dərin məzmunlu kompozisiya qurmaqda, səhnə  tərtibatındakı bütün detalları 

tamaşanın obrazı ilə əlaqələndirməkdə xüsusi bacarıq və səriştəsi var. 

Bədurə Əfqanlı 6 may 2002-ci ildə Bakıda vəfat edib. 

 

NÜSRƏT FƏTULLAYEV (25.9.1913 - 1.10.1987) 

 

Sırf səhnə ilə bağlı olan, teatr-dekorasiya sənətçisi Nüsrət Möhsün oğlu Fətullayev ömrünün 

son günlərinə kimi yaradıcılıq axtarışlarından qalmayıb. Milli teatr rəssamlığımızın inkişafında və 

formalaşmasında böyük xidmətlər göstərib. 

25 sentyabr 1913-cü ildə  Lənkəran rayonunda doğulan Nüsrət Fətullayev Bakı  Rəssamlıq 

Məktəbində  təhsil alıb (1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi 

Aleksandr Korneyçukun "31-43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Äkademik Milli Dram 

Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və 

ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə icra edib. 

Sənətdəki xidmətlərinə görə respublikanın əməkdar incəsənət xadimi (4 may 1940) və xalq 

artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasma 

görə 1948-ci ildə Stalin mükafatı,  İlyas  Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramının 

tamaşaemdejcı tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatı laureatı olub. 

Gənc Tamaşaçılar Teatrında Mirzə  Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" 

komediyasma (1938), Musiqili komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), 

Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət  Əmirovun "Ürəkçalanlar" (1944), 

Süleyman  Ələsgərovun "Məhəbbət gülü" (1945), Vladimir Dolidzenin "Keto və Kote" (1945), 

Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. 

Milli Dram Teatrında  əllidən çox tamaşanın rəssamı olub. Onların arasında estetik 

səciyyələrinə, forma əlvanlığına və monumentallıq xüsusiyyətlərinə görə səhnəqrafiyada xüsusi yer 

tutanları bunlardır: "Almaz", Cəfər Cabbarlı (1936), "Skapenin kələkləri", Jan Batist Molyer (1936), 

"Həyat", Mirzə  İbrahimov (1937), "Hacı Qara", Mirzə  Fətəli Axundzadə  və "Va-qif", Səməd 

Vurğun (1938), "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev (1940 və 1957), "Aydın" və "Oqtay 

Eloğlu", Cə-fər Cabbarlı (1940), "Xoşbəxtlər", Sabit Rəhman və "Fərhad və Şirin", Səməd Vurğun 

(1941), "Dumanlı Təbriz", Meınınəd Səid Ordubadi (1945), "Nüşabə", Abdulla Şaiq (1946), "İşıqlı 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə