Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə202/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   ...   212

yollar", İlyas Əfəndiyev (1947), "Rəqs müəllimi", Lope de Veqa (1949), "Müfəttiş" Nikolay Qoqol 

(1952), "Qış nağılı", Vilyam Şekspir (1955), "Səyavuş", Hüseyn Cavid (1963), "Xanuma", Avksenti 

Saqareli (1975), "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə (1978), "Cehizsiz 

qız", Aleksandr Ostrovski (1979), "Yad adam", Leonqard Frank (1980), "Təhminə və Zaur", Anar 

(1985). 

Nüsrət Fətullayev əsasən realist səhnə tərtibatına üstünlük verib. Yaradıcılığının bir qolunu 

da monumental-romantik üslub təşkil edib. Teatrın texniki prinsiplərini dərindən bilməsi, səhnə 

ölçülərinə  dəqiqliklə riayət etməsi onun işlədiyi tərtibatlara tamlıq,  əzəmət və obrazlılıq gətirirdi. 

Tərtibat verdiyi tamaşalarda aktyorların sərbəst səhnə davranış-larını yaradıcı  həssaslıqla nəzərə 

alırdı. Milli etnoqrafiyanı  dərindən bilirdi. Nüsrət Fətullayev tərtibat rəssamlığında klassik üslub 

ənənələrini yaşadırdı. Ancaq o, dövrün qaynar, mürəkkəb, təzadlı, işıqlı ruhunun rəng təzətərliyinə, 

təravətli ovqatına da cəsarətlə can atırdı. Onun tərtibatında janr-üslub qarışıqlığı olmurdu, ancaq 

müxtəlif formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi həm tamaşaya 

möhtəşəm obrazlılıq gətirir, həm də tamaşaçmı heyrətdə saxlayırdı. 

Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. 

 

 



SƏHNƏQRAFİYADA  

FORMA AXTARIŞLARI 

 

İkinci dərs 

 

Teatrda rejissor axtarışları, yeni üslub və formaların, müxtəlif janrların çağdaş estetikada 



təqdimi ilk növbədə aktyor oyununda təcəssüm tapıb. Ancaq bütün bunlar və ilk növbədə forma 

yeniliklərinə göstərilən sənət cəhdləri bilavasitə  səhnə  tərtibatı ilə bağlı olub. Milli teatrımızın 

keçdiyi müxtəlif xarakterli yaradıcılıq mərhələlərində səhnəqrafiyanın öz tərəqqi və fəlsəfi yetkinlik 

yolu olub. Milli teatrımızın zəngin sənət irsini bütün bədii dəyərləri ilə  mənimsəmək üçün onun 

tarixini və  nəzəri  əsaslarını  məhz səhnəqrafiyanın iayiqli sənət təmsilçilərinin yaradıcılıq yolu ilə 

bağlılıqda öyrənmək lazımdır. Azərbaycan teatr rəssamlığı  həmişə forma axtarışlarının estetik 

zərifliyi, psixoloji dərinliyi və fəlsəfi tutumu ilə seçilib. 

 

*  *  * 



 

SADIQ ŞƏRİFZADƏ (5.12.1912 - 2.1.1986) 

 

Romantik-monumental, sonraki yaradıcılıq dövründə psixoloji-fəlsəfi, realist 



səhnərafiyamızın formalaşmasında səmərəli işlər görüb. Sadıq Hüseyn oğlu  Şərifzadə 5 dekabr 

1912-ci ildə  Cənubi Azərbaycanın  Ərdəbil  şəhərində doğulub. 1932-ci ildə Bakı  Rəssamlıq 

Məktəbini bitirib. Kiyev (1936-1939) və Moskva (1939-1940) Rəssamlıq İnstitutunda ali təhsil alıb. 

Boyakarlığın müxtəlif janrlarında məşhur fırça ustası kimi tanınandan sonra teatr rəssamlığı ilə də 

ciddi məşğul olub. 

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb (1959). 

Sadıq Şərifzadə AMDT-də "Sevilya ulduzu" (Lope de Veqa. 1953), "Atayevlər ailəsi" (İlyas 

Əfəndiyev. 1954), "Göz həkimi" (İslam Səfərli. 1955), "Şəxsi iş" (Aleksandr Şteyn. 1956), 

"Qardaşlar" (Rəsul Rza. 1956), "Cavanşir" (Mehdi Hüseyn. 1957), "Qaçaq Nəbi" (Süleyman 

Rüstəm. 1958), "Tayfun" (Tsao Yuy. 1959), "Əcəb işə düşdük" (Şıxəli Qurbanov. 1961), "Mariya 

Tüdor" (Viktor Hüqo. 1962), "Kəndçi qızı" (Mirzə İbrahimov. 1962) tamaşalarının rəssamı olub. 

1938-ci ildən başlayaraq müxtəlif teatr mövsümlərində GTT-də "Sabirin məhkəməsi" 

(Hacıağa Abbasov), "Xırs quldurbasan" (Mirzə  Fətəli Axundzadə), "Ağa Kərim xan Ərdəbili" 



(Nəcəf bəy Vəzirov), "Odlar içində" (Əbil Yusifov), "Fitnə" və "Qaraca qız" (Abdulla Şaiq), "Polad 

necə  bənddi" (Nikolay Ostrovski), "Düşmənlər içində" (Novruz Gəncəli), "Ağbəniz" (Valentina 

Lyubimova), "Tom dayının koması" (Biçer Stou), "Tamahkar" (Süleyman Sani Axundov), "Qarlar 

Kraliçası" (Yevgeni Şvarts), "Sirli şəhər" (Mehdi Hüseynin romanı  əsasında səhnələşdirəni Ağəli 

Dadaşov) tamaşalarının bədii tərtibatını verib. 

Sadıq Şərifzadə 2 yanvar 1986-cı ildə Bakıda vəfat edib. 

 

 

ƏSGƏR ABBASOV (28.4.1916 - 9.2.1970) 



 

Müxtəlif janrlı tamaşalara tərtibatlar verib. Səhnəqrafiyanın orijinal formalarından, müxtəlif 

üslublarından istifadə edib. Daha çox monumental-realist formada tamaşa dekorasiyaları hazırlayıb. 

Əsgər Məmmədisınayıl oğlu Əsgərov 28 aprel 1916-cı ildə Bakıda doğulub. 1933-cü ildən AMDT-

də dekorçu rəssam işləyib.  İşləyə-işləyə Bakı  Rəssamlıq Məktəbini bitirib (1936). Musiqili 

Komediya Teatrında baş rəssam olub (1945-1949 və 1956-1969-cu illərdə). 

Səhnəqrafiyada qazandığı  sənət nailiyyətlərinə görə 29 iyun 1964-cü ildə Azərbaycan 

Respublikasının  əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Tiflis, Aşqabad, Dərbənd 

şəhərlərində də Azərbaycan dilində oynanılan tamaşalara bədii tərtibat verib. 

Əsgər Abbasov AMDT-də Mixail Lermontovun "İki qardaş", Səməd Vurğunun "Fərhad və 

Şirin", Mir Cəlalm "Mirzə  Xəyal" pyeslərinin tamaşalarına bədii tərtibat verib, Sabit Rəhmanın 

"Xoşbəxtlər" komediyasında geyim eskizlərinin müəllifidir. Bədurə Əfqanlı və Nüsrət Fətullayevlə 

müştərək işləri var. Daha parlaq yaradıcılıq dövrü Musiqili Komediya Teatrı ilə bağlıdır. Bu sənət 

ocağında "Arşın mal alan", "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyov), "Durna" (Süleyman Rüstəm və 

Səid Rüstəmov), "Aşıq Qərib" (Zülfüqar bəy Hacıbəyov), "Silva" və "Bayadera" (İmre Kalman), 

"Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov), "Gözün aydın" (Məhərrəm  Əlizadə  və Fikrət 

Əmirov), "Rəisin arvadı" (Məhərrəm  Əlizadə  və  Səid Rüstəmov), "Tiflis nəğməsi" (Levon 

Cubabiriya və  Şota Milorava), "Hacı Qara" (Mirzə  Fətəli Axundzadənin eyniadlı  əsəri  əsasında 

Şəmsi Bədəlbəylinin librettosu. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), "Özümüz 

bilərik" (Şıxəli Qurbanov və Süleyman Ələsgərov) tamaşalarının bədii tərtibatını işləyib. 

Əsgər Abbasov 9 fevral 1970-ci ildə Bakıda vəfat edib. 

 

 



ƏYYUB FƏTƏLİYEV (7.11.1925 - 21.4.2000) 

 

Milli Teatr rəssamlığımızda təxəyyülünün genişliyi, rənglərinin koloriti və 

kompozisiyalarının möhtəşəmliyi, asma dekorlarının poetik hüsnü ilə seçilən rəssamlardan biri də 

Əyyub Cəfər oğlu Fətəliyevdir. 7 noyabr 1925-ci ildə İrəvanda doğulub. Bakı Rəssamlıq Məktəbini 

(1944) və Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1952) bitirib. 

Ali rəssamlıq diplomu alandan sonra üç il Moskvada Böyük Teatrda işləyib və 1955-ci ildə 

Bakıya gələrək Opera və Balet Teatrına quruluşçu rəssam götürülüb. 1957-ci ildən isə bu kollektivin 

baş rəssamı olub. 

Səhnəqrafiya sənətində qazandığı nailiyyətlərinə görə  Əyyub Fətəliyevə 29 iyun 1964-cü 

ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı verilib. 

Əyyub Fətəliyevin Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşalara verdiyi bədii 

tərtibatları arasında Cahangir Cahangirovun "Azad" və "Xanəndənin taleyi", Zaxari Paliaşvilinin 

"Daisi", Fikrət Əmirovun "Sevil", Anton Rubinşteynin "Demon", Zülfüqar bəy Hacıbəyovun "Aşıq 

Qərib", Üzeyir bəy Hacıbəyovun "Əsli və Kərəm" və "Koroğlu" (Tahir Salahovla birgə), Cüzeppe 

Verdinin "Aida", "Traviata", "Otello", Aleksandr Borodinin "Knyaz İqor", Zakir Bağırovun 

"Aygün", Modest Musorqskinin "Boris Qodunov", Pyotr Çaykovskinin "Qaratoxmaq qadın", Ramiz 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə