Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə210/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   212

baletmeyster rəhbərlik edirlər. Teatrda baş  rəs-sam, rəssamlar, baş dirijor və dirijorlar çalışırlar. 

Opera truppası Azərbaycan və rus dillərində operalar oynayırlar. Rus dilində oynanılan operalar, 

əsasən Dünya klassiklərinin incilərindən ibarətdir. 

Teatr 1938-ci ildən Mirzə Fətəli Axundzadənin adınadır. 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 24 may 1910-cu ildə  təşəkkül tapıb. Ancaq 

müstəqil sənət ocağı kimi 1938-ci ildən fəaliyyətdədir. Müstəqil binası var: Bakı, Azərbaycan 

prospekti, 8. Kollektiv Azərbaycan və rus truppalarından ibarətdir. İki kollektivin bir bədii rəhbəri, 

bir baş dirijoru, bir orkestri, eyni balet və xor dəstələri vardır. 

Repertuar milli klassik operettalardan, çağdaş musiqili komediyalardan və dünya 

klassiklərinin bu janrlı əsərlərindən ibarətdir. 

Teatr yarananda Cəlil Məmmədquluzadənin adını daşıyıb. Bu ad dövlət tərəfindən rəsmi ləğv 

olunmadan 1967-ci il-də kollektivə Şıxəli Qurbanovun adı verilib. 

Respublikada iki kollektiv musiqili dram janrında çalışır. Naxçıvan Dövlət Musiqili Dram 

Teatrı 1923-cü ildən rəs-mi dövlət müəssisəsi kimi mövcuddur. Əvvəllər dram teatrı kimi fəaliyyət 

göstərib və uzun illərdir indiki üslubda çalışır. Teatrın öz binası var. Repertuarda əsas yeri faciə, 

dram və komediyaların tamaşaları tutur. Az miqdarda musiqili komediyalar, nadir hallarda milli 

muğam operaları oynanılır. 

Teatra 1965-ci ildə  Cəlil Məmmədquluzadənin adı verilib.   kollektivdə    həm Azərbaycan  

Respublikasının,   həm  də Muxtar Respublikanın müxtəlif fəxri adlarını daşıyan sənətkarlar, sıravi 

aktyorlar və rejissorlar çalışırlar. 

1968-ci ildə yaranan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı  fəaliyyətə 

başladığı gündən kimyaçıların Mədəniyyət Sarayında yerləşib. İndiyədək kirayədə olan kollektivin 

müstəqil binası yoxdur. 1992-ci ildən teatr "musiqili dram" janrında fəaliyyət göstərir. Teatr musiqili 

komediyaları nadir hallarda oynayır və xüsusi orkestri olmadığına görə musiqi nömrələri 

keyfiyyətsiz texnika ilə səsləndirilir. Bu, teatrın peşəkarlığına ciddi xələl gətirir. Əslində indiki halda 

"musiqili" sözünü teatrın adına əlavə etməyə heç bir ehtiyac yox idi. 

Şuşa Dövlət Musiqili Dram Teatrının bərpası 1998-ci il-də olub. Qarabağ problemi ilə bağlı 

müvəqqəti qaçqınlıq həyatı keçirən teatr hazırda Bakıda, Gənc Tamaşaçılar Teatrının binasında 

məskunlaşıb. Teatr direktor və baş rejissor iş prinsipində çalışır. 

Dövlət Kukla Teatrı 1931-ci ildə yaradılıb. Dənizkənarı bulvarda, Neftçilər prospekti, 36 

saylı ünvanda yerləşən unikal arxitekturah binada fəaliyyət göstərir. Azərbaycan truppası ilə 

müqayisədə yığcam kollektivi olan rus bölməsi də var. Yaradıcılıq rəhbərliyini baş rejissor edir. 

Teatra 1974-cü ildə uşaq yazıçısı və dramaturqu Abdulla Şaiqin adı verilib. 

Gəncə, Naxçıvan şəhərlərində, Salyan və Qax rayon mər-kəzlərində də Dövlət Kukla Teatrı 

vardır. Naxçıvanda kollektivə  bədii rəhbər başçılıq edir. Gəncədə bu işi direktorla baş  rəssam 

görürlər. Qaxda və Salyanda isə repertuar qurumunun ağırlığı direktorun üzərinə düşür. 

"Yuğ" Dövlət Teatrı  məşhur rejissor Vaqif İbrahimoğlu-nun rəhbərliyi ilə 1989-cu ildə 

yaradılıb. 1993-cü ildə Teatr Dövlət təsisatına keçib. Qam-şaman dövründən məlum olan yuğ 

mərasiminin (dünyasını  dəyişmiş  şöhrətli igidin xatirəsinə keçirilən ağı, ağlama mərasimi) estetik 

prinsipləri əsasında yaranıb. Öz teatr poetikası, ifa-üslub özəllikləri vardır. Bədii rəhbərin bilavasitə 

başçılığı ilə repertuar qurulur. 

Kollektiv yarandığı gündən Akademik teatrın binasında, üçüncü mərtəbədəki kiçik səhnədə 

fəaliyyət göstərib. Bir neçə il əvvəl Murtuz Muxtarov küçəsi 83-də yerləşən (Akademik teatrın arxa 

tərəfində) köhnə hamam binası "Yuğ"a verilib və orada əsaslı təmir işləri görülüb. Kollektiv 2003-

cü ilin axırlarından öz tamaşalarını həmin binada oynayır. 

Dövlət Pantomima Teatrı 1994-cü ildən "Dəli yığıncağı" teatr studiyası kimi yaradıcılığa 

başlayıb. 2002-ci ildən dövlət statusu alıb. Kollektivi hazırda onun bədii rəhbəri olan Bəxtiyar 

Xanızadə yaradıb. Bu kollektiv pantomima janrında fəaliyyət göstərən yeganə teatrdır. Gənc 




Tamaşaçılar Teatrında yerləşir və truppanın  əsas üzvləri Mədəniyyət və  İncəsənət Universitetini 

bitirmiş istedadlı gənclərdir. 

Gəncədə "Zərrabi" adlanan tarixi memarlıq abidəsi olan binada Nizami Poeziya Teatrı 

yerləşir. Teatr müstəqil kollektivdir və poetik ədəbiyyat nümunələri  əsasında tamaşalar hazırlayır. 

Repertuarının  əsasını Nizaminin əsərləri tutur. Müstəqil rəhbərliyi olan kollektivin daimi aktyor 

truppası yoxdur, İfaçılar Gəncə Dövlət Dram Teatrından dəvət olunurlar. 

Naxçıvanda da eyni xarakterli Cavid Poeziya Teatrı var. Həmin kollektiv Muxtar 

Respublikadakı Dövlət teatrının nəzdindədir. Mövsümün müəyyən vaxtlarında və müəyyən günlərdə 

(bayramlarda, yubiley təntənələrində) tamaşalar oyna-yırlar. Hər iki kollektiv etnoqrafik və bir qədər 

də eksperimental xarakter daşıyır. 

Bakıda Mədəniyyət və  İncəsənət Universitetinin nəzdində "Səda" teatrı vardır. Burada 

institut tələbələrinin kurs və diplom tamaşaları, universitet pedaqoqlarının elmi iş kimi hazırladıqları 

səhnə əsərləri göstərilir. 

Azərbaycan Teatr Xadimləri  İttifaqı müstəqil ictimai təşkilatdır. Onun keçirdiyi müxtəlif 

xarakterli teatr festivalları, milli teatr bayramı bütövlükdə Azərbaycan səhnə  sənətinin 

canlanmasma, yaradıcılıq axtarışlarının genişlənməsinə xidmət edir. 

 

 



KİTABDA İXTİSARLA VERİLMİŞ 

ADLAR 

 

ADDT  



- Azərbaycan Dövlət Dram Teatrı 

DDT  


Dövlət Dram Teatrı 

ADADT - 

Azərbaycan Dövlət Akademik Dram  Teatrı 

AMDT 

- Akademik Milli Dram Teatrı 



MDT   

-   Milli Dram Teatrı 

DAT  



Dövlət Azərbaycan Teatrı 



ADOBT - 

Azərbaycan Dövlət Opera və Balet  Teatrı 

OBT   

- Opera və Balet Teatrı 



ADMKT - 

Azərbaycan Dövlət Musiqili Komediya      Teatrı 

MKT   

- Musiqili Komediya Teatrı 



DMDT - 

Dövlət Musiqili Dram Teatrı 

GTT  



Gənc Tamaşaçılar Teatrı 



ADKT  

- Azərbaycan Dövlət Kukla Teatrı 

DKT  



Dövlət Kukla Teatrı 



TDTDT 

- Tiflis Dövlət Türk Dram Teatrı 

TDAT  

- Tifilis Dövlət Azərbycn Teatrı 



İDADT - 

İrəvan Dövlət Azərbycan Dram Tetrı 

ATD  



Aşqabad Türk Dramı 



ADAT  

- Aşqabad Dövlət Azərbycan Teatrı 

ADRDT - 

Azərbaycan Dövlət Rus Dram Teatrı 

RDT   

- Rus Dram Teatrı 



BATTTT - 

Bakı Azad Türk Tənqid və Təbliğ Teatrı 

TTT  



Tənqid və Təbliğ Teatrı 



 

BTikT  


- Bakı Türk İşçi və kəndli Teatrı 

BTİT  


- Bakı Türk İşçi Teatrı 

TİT  


Türk 


İşçi Teatrı 

KST   


- Kolxoz və Sovxoz Teatrı 

ADTİ  


- Azərbaycan Dövlət Teatr İnstitutu 

ADİİ  


Azərbaycan Dövlət İncəsənət İnstitutu 

ADİU  

- Azərbaycan Dövlət İncəsənət 



  Universiteti 

ADMİ  


- Azərbaycan Dövlət Mədəniyyət və 

  İncəsənət Universiteti 

ADK  

- Azərbaycan Dövlət konservatoriyası 



BTIN  

- Bakı Teatr Məktəbi (Texnikumu) 

BININ  

-  Bakı Musiqi Məktəbi 



ADF  

Azərbaycan Dövlət Filarmoniyası 



SSRİ   

- Sovet Sosialist Respublikaları İttifaqı 

SSR   

- Sovet Sosialist Respublikası 



RSFSR 

- Rusiya Sovet Federativ Sosialist 

  Respublikası 

ZSFSR 


- Zaqafqaziya Sovet Federativ 

  Sosialist Respublikası 

AEA  



Azərbaycan Elmlər Akademiyası 



MEA   

- Milli Elmlər Akademiyası 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə