Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


CƏFƏR CƏFƏROV (7.9.1914 - 19.9.1973)



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə208/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   212

CƏFƏR CƏFƏROV (7.9.1914 - 19.9.1973) 

 

Azərbaycan teatrşünaslıq elminin formalaşmasında müstəsna xidmətlər göstərən, bu elmin 



fundamental inkişaf proqramını müəyyənləşdirən alim-nəzəriyyəçi Cəfər Haşım oğlu Cəfərov olub. 

O, milli teatrşünaslığın konseptual inkişaf istiqa-mətlərinin əsl elmi məcraya düşməsində müstəsna 

işlər görüb. 

Cəfər Cəfərov Bakıda doğulub və ilk təhsilini də burada alıb. 1937-ci ildə Moskvada 

A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında ədəbi 

hissə müdiri (1937-1938), Cəıfər Cabbarlı adına "Azərbaycan-film" kinostudiyasında ssenari 

şöbəsinin müdiri (1938 -1939), Azərbaycan Yazıçılar  İttifaqının məsul katibi (1939), mədəniyyət 

nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələr tutub. 

Cəfər Cəfərov 1959-cu ildən ömrünün sonunadək Azərbaycan MEA Memarlıq və İncəsənət 

İnstitutu teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilMəsmə, 

kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib. 

Teatrşünas,  ədəbiyyatşünas və estetik Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən 

başlayıb. Milli səhnəmizin korifeyləri olmuş Hüseyn Ərəblinskinin,  İsmayıl Hidayətzadənin, 

Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə  Şərifzadənin, Rza 

Təhmasibin yaradıcılıqları barədə dəyərli elmi məqalələr və samballı monoqrafiyalar yazıb. 

Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir 

neçə kitab çap elətdirib. Azəbaycan və bir sıra rus teatrlarının  ən maraqlı tamaşalarına sambalh 

resenziyalar yazıb. 

Alimin "Rejissor sənəti", iki cilddə Azərbaycan və iki cildə rus dillərində "Seçilmiş əsərləri", 

"Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir. Onun "Cavid və teatr", "Mirzə 

Fətəli Axundazdənin dramaturgiyası", "Mirzə  Fətəli Axundzadə  və teatr", "Vilyam Şekspirin 

dramaturgiyası" elmi əsərləri milli teatrşünaslıq elmimizin dəyərli yaradıcılıq örnəkləridir. 

Cəfər Cəfərov sənətşünaslıq doktoru (1961), Azərbaycan MEA-nın müxbir üzvü (1962) idi. 

Alim 1972-ci ildə Azərbaycan Respubliksının  əməkdar incəsənət xadimi fəxri adı ilə  təltif 

olunub. 

Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. 

 

 

İNQİLAB KƏRİMOV (4 APREL 1931) 



 

Azərbaycanın peşəkar teatrşünas nəslinə mənsub olan İnqilab Saleh oğlu Kərimov 1931-ci il 

aprelin 4-də Göyçay rayonunda doğulub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət 

Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb (1948 - 1953). 

İnqilab Kərimov 1957-ci il noyabrın 25-dən taleyini Azərbaycan Milli Elmlər 

Akademiyasının Memarlıq və  İncəsənət  İnstitutu ilə bağlayıb. Gələcəyin alimi burada kiçik elmi 

işçi, baş elmi işçi (1966-1985) olub. Hazırda həmin institutda teatr, kino və televiziya şöbəsinin 

müdiri vəzifəsində işləyir. 

Alim-tədqiqatçı İnqilab Kərimov 1968-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 

Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edir. Həmin 

universitetin professorudur. 

"Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik dissertasiyasını 1963-cü ildə müdafiə 

edib. "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin 

əvvəlləri) adlı doktorluq dissertasiyasını 1988-ci ildə Moskvada müdafiə edərək sənətşünaslıq 

doktoru alimlik dərəcəsi alıb. 

İnqilab Kərimov 120-yə yaxın elmi əsərin müəllifidir. Onlardan 20-si monoqrafiya və kitab 

şəklindədir. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. "Abdulla Şaiq və teatr", "Ağadadaş 



Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet 

Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev 

və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və 

teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", 

"Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam 

teatrı", "Azərbaycan teatrı 125" kitabları var. 

Görkəmli alim, yorulmaz tədqiqatçı, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov 

Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə 

bağlı çoxlu elmi əsərlərin müəllifidir. 

Alim mətbuatda "İnqilab" imzası ilə çıxış edir. 

İnqilab Kərimov 2001-ci ildə Azərbaycan MEA-nm müxbir üzvü seçilib. 

 

 



İLHAM RƏHIMLI (8 SENTYABR 1949) 

 

Teatrşünas alim İlham  Əziz oğlu Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun 



Maibinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini bitirib. Mirzağa 

Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu 

ilə bitirərək (1967-1972) redaksiyanın yazıh məktub-tələbnaməsinə  əsasən təyinatla "Kommunist" 

(indiki "Xalq qəzeti") qəzetmə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 - may 1974) yenə 

redaksiyaya qayıdıb. Müxtəlif illərdə  ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət 

şöbələrinin müdiri işləyib. 

"Azərbaycan" qəzetinin baş redaıctoru, prezident aparatının humanitar siyasət  şöbəsinin 

məsul işçisi işləyib. Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi 

hissə müdiri olub. 

Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə çap olunan İlham Rəhimli səhnə sənətinə, 

kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif 

problemlərinə aid yüzlərlə  məqalənin müəllifidir. O, "Sənət vurğunu" "Ağasadıq Gəraybəyli", 

"Səhnə. Ekran. Müasirlik", "Dramaturgiya və teatr", "Habil kaman", "Hafiz Zeynalov", "Səyavuş 

Aslan", "Səttar dünyası", "Segah yanğısı", "Sənət yolu, sənətkar ömrü", "Sənətdə keçən ömür" 

(Mehdi Məmmədov, Həsən Turabov, Yaşar Nuriyev, Vaqif İbrahimoğlu və başqaları haqqında 

monoqrafiyalar toplusu), "Aktyor ömrünün dolayları", "Aktyora oxşamayan adam", "Füzuli 

meydanında sənət məbədi", "Akademik Milli Dram Teatrı" (iki cilddə), "Xalq oyun-tamaşaları", 

"Sumqayıt Dövlət Musiqili Dram Teatrı", "Azərbaycan Dövlət Kukla Teatrı", "Səhnəmizin 

fədailəri" (birinci kitab), "Azərbaycan milli teatrının poetikası", "Aşqabad Dövlət Azərbaycan 

Teatrı", "Kəsişən paralellər", "Həzin ömrün nağılı", "Bakı Türk İşçi Teatrı" monoqrafiya və 

kitablarının, "Azərbaycan teatrının estetik prinsipləri" dərsliyinin müəllifidir. 

Azərbaycan Dövlət Televiziyasında müxtəlif illərdə "Ekran, kino, yeniliklər", "Sənət 

adamları", "Səhnə üçün doğulmuşlar", "Yeni tamaşalar", "Aktyorlar və rollar" və sairə silsilə 

verilişlərin aparıcısı olub. 

İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin 

teatr tarixi kafedrasında dərs deyir. Sənətşünaslıq doktoru və professorudur. 

Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, 

Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma... şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi 

məruzələrlə çıxışlar edib. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (5 may, 1977) mükafatı 

laureatıdır. 

1989-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı 

ilə təltif edilib. 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə