Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə209/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   212

 

AZƏRBAYCANIN ÇAĞDAŞ  

TEATR MƏKANI 

 

Hər bir dövrdə tarixin siyasi gərdişi, cəmiyyətin ictimai-sosial dəyişikiikləri teatrın 



yaradıcılıq prosesinə, iqliminə  və eyni zamanda onun qurumuna, təsisatının xarakterinə  də  təsir 

göstərir. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan Azərbaycan Respublikası 

eyni zamanda bir sıra çətinliklərlə üzləşmək məcburiyyətində qaldı. İlk növbədə SSRİ respublikaları 

ilə  sıx iqtisadi əlaqələrdə olan Azərbaycan birdən-birə bunları itirdiyi üçün mədəniyyətimizdə  və 

təbii ki, o cümlədən də teatrımızda bunun ağrıları duyulurdu. Texniki təchizatın, tamaşalar üçün 

aksesuarın (avadanlıq, tamaşaların hazırlanması üçün dəmir, taxta, parça materialları, geyim 

ləvazimatı, qrimlər, pariklər və sairə) ardıcıl təchizatında qırıqlıq yarandı. 

Akademik teatrın təmirə dayanınış binasının təchizat təminatı  təxminən altı il çəkdi. 

Kollektiv öz tamaşalarını Bakının müxtəlif teatr binalarını birgünlük kirayələməklə orada göstərmək 

məcburiyyətində qalmışdı. Müharibə  şəraitində yaşayan respublika aylarla Dövlət teatrlarının 

maaşmı verə bilmirdi. Dövlətin respublikamızda mövcud olan bütün institusional mədəniyyətinin 

faktı olan teatrları öz himayəsində saxlayıb-saxlamayacağı da sual kimi cavabsız qalmışdı. 

Bütün bunlara baxmayaraq, heç bir dövlət teatrı öz statusundan məhrum olmadı.  Əksinə, 

1993-cü ildən 2000-ci ilə  qədər "Yuğ", Pantomima teatr kollektivlərinə Dövlət statusu verildi, 

Qazaxda və Qusarda yeni Dövlət teatrları açıldı. Bu gün Azərbaycanda Dövlət, Bələdiyyə və özəl 

teatrları mövcuddur. 

Üç bələdiyyə teatrı var. Bakı  Bələdiyyə Teatrı (bədii rəhbəri xalq artisti Amalya 

Pənahovadır), Bakı  Bələdiyyəsi Mədəniyyət  İdarəsinin kamera Teatrı (bədii rəhbəri xalq artisti 

Cənnət Səlimovadır) və  Cəlilabad Bələdiyyə Teatrı. Bu teatrlar bələdiyyənin maddi 

təminatındadırlar, Respublika Mədəniyyət Nazirliyindən asılı deyillər və repertuar seçimində 

sərbəstdirlər. Onlara binanı da bələdiyyələr ayırırlar. 

Bakıda "İlham" miniatür teatrı, "Arif" miniatür teatrı, "Bəşir Səfəroğlu" teatrı özəl teatrlar 

kimi fəaliyyət göstərirlər.  Əməkdar artist İlham Namiq Kamalın və xalq artistləri Arif Quliyevin, 

Afaq Bəşirqızının rəhbərlik etdikləri bu kollektivlər yığcam truppadan ibarətdir. Bütün yaradıcdıq 

və maliyyə məsələlərini kollektivin bədii rəhbərləri həll edirlər. Onlar özləri öz qazancları ilə təmin 

olunurlar. Bu kollektivlərin repertuarları kiçik səhnəciklərdən, məzhəkələrdən,  şəbədələrdən 

ibarətdir. "İlham" teatrı öz yaradıcılıq xarakterinə uyğun komediyalar, satiralar, qroteskii 

məzhəkələr sifariş verir və belə tamaşalar onun repertuarının əsasında durur. 

Amalya xanımın kollektivi dram janrında fəaliyyətdədir və  həm müasir, həm də klassik 

əsərləri Akademik teatr üslubunda tamaşaçılara təqdim etməyə səy göstərir. Teatr sabit və sanballı 

repertuar qurmağa çalışır. 

Bakı kamera Teatrı (1991-ci ildə yaranıb) adının estetik prinsipinə uyğun çevik və  əlvan, 

məzmunlu və düşündürücü, əyləndirici və zövq verən repertuar qura bilir. Teatr monotamaşalar da 

hazırlayır. Cəsarətlə eksperimentlər aparır, hətta "Otello" kimi faciəni kamera quruluşunda oynayır. 

Teatr vax-tilə yasaq olan, sovet ideologiyası basqısında oynanılmasına icazə verilməyən dünya 

dramaturqlarının əsərlərini müxtəlif formalarda səhnəyə gətirir. 

Dövlət himayəsində olan teatrlar yeddi xarakterdə, yəni yeddi janr-üslubda bərqərar olublar: 

dram, opera və balet, musiqili komediya, musiqili dram, Kukla, pantomima və folklor-avanqard 

sintezində yaranmış teatrlar. 

Milli peşəkar teatrımızın tarixi eyni zamanda Akademik Milli Dram Teatrının təşəkkül 

təvəllüdüdür. Teatr Bakıda, Füzuli adına meydanda yerləşir. Özünün dərzi, qrim, butafor, rekvizit, 

əlbəsə, icraçı  rəssamlıq sahələri, dülgərlik və qaynaqçılıq sexləri var. Aktyor truppası 6575 nəfər 

arası olur. Aktyorlar işə müqavilə ilə götürülürlər. Müqavilə müddəti bir teatr mövsümü ilidir. 

Müqaviləni teatrın bədii rəhbəri bağlayır. Bağlanılan müqavilə, əsasən maaşladır. Az bir qisim isə 




yalnız hər çıxışma görə pul ahr. Aktyorlar dörd kateqoriyaya bölünürlər: aparıcı  səhnə ustaları, 

birinci, ikinci və üçüncü kateqoriyalar. 

Teatrda beş rejissor və üç rəssam fəaliyyət göstərirlər. 

Teatrın bədii  şurası var və onun başında bədii rəhbər (və ya baş rejissor) durur. Teatr 

repertuar seçməkdə  sərbəstdir, bununla yanaşı, hər il müəyyən Dövlət sifarişləri də olur. Həmin 

sifarişin bütün xərclərini Respublika Mədəniyyət Nazirliyi çəkir. Müəyyən tamaşaları teatr öz daxili 

imkanları hesa-bına hazırlayır. Teatrın gözəl ənənələrindən biri odur ki, sənət ocağının repertuarında 

milli və dünya klassiklərinin, çağdaş Azərbaycan və  əcnəbi müəlliflərinin pyesləri tamaşaya 

qoyulur. 

Respublikamızda ikinci ən böyük dram kollektivi Gəncə Dövlət Dram Teatrıdır. Bu kollektiv 

1933-cü il yanvarın 4-də Bakıdan köçürülən Türk İşçi Teatrının bazasında yaranıb. Özünün 

fəaliyyəti dövründə,  əsasən baş rejissor idarəçiliyində  işləyib, hazırda kollektivin yaradıcılıq 

prosesini bədii rəhbər istiqamətləndirir. Yaradıcılıq-fəaliyyət sistemi Akademik Milli Dram 

Teatrının əməli prinsipləri əsasında qurulub. Uzun illərdir ki, teatr Cəfər Cabbarlımn adını daşıyır. 

Gənc Tamaşaçılar Teatrı Bakıda, Nizami küçəsi, 72 saylı binada yerləşir. Bina məxsusi bu 

kollektiv üçün tikilib. Təzə binanın açıhşı 1989-cu ildə olub. Teatrda rus bölməsi də var. Kollektivin 

yaradıcılıq simasını,  əsasən Azərbaycan truppası müəyyənləşdirir. Hər bölmənin özünün baş 

rejissoru və teatrın ümumi baş rəssamı var. Teatr şagirdlər, yeniyetmə gənclər və yaşlı tamaşaçılar 

üçün üç istiqamətdə tamaşalar hazırlayır. 

Azərbaycan Dövlət Gənclər Teatrını 1989-cu ildə rejissor Hüseynağa Atakişiyev yaradıb və 

bir neçə il sonra ona dövlət statusu verilib. Hazırda da kollektivin bədii rəhbəri o, özüdür. Teatrın öz 

binası yoxdur. Əvvəldən Bakı, Xaqani küçəsi, 10 saylı ünvanda yerləşən Aktyor evində 

məskunlaşıb. Bina texniki təchizat və səhnə texnologiyası baxımından çağdaş teatr tələblərinə cavab 

vermir. 


Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1928-ci ildə qədim Azərbaycan 

xanlığının mərkəzi olan İrəvan şəhərində yaranıb. 1989-cu ildən qaçqın həyatı keçirir. Hüseynqulu 

Sarabski adına mədəniyyət evində yerləşir (Bakı, Mirəsədulla Mirqasımov küçəsi, 13). Truppa 

İrəvandan gələn aktyorlardan və burada kollektivə  qəbul olunmuş  gənclərdən ibarətdir. Teatrın 

yaradıcılıq işlərinə baş rejissor cavabdehdir. 

Şəkidə Sabit Rəhman adına (bərpa, 1975), Ağdamda  Əbdürrəhim bəy Haqverdiyev adına 

DDT (bərpa, 1968), Lənkəranda Nəcəf bəy Vəzirov adına (bərpa, 1973), Mingəçevirdə  Mərziyə 

xanım Davudova adına DDT (1969), Qazaxda Molla Vəli Vidadi adına DDT (bərpa, 1988), 

Füzulidə Dövlət Dram Teatrı (bərpa, 1989) vardır. Onların heç biri üçün məxsusi teatr binası 

tikilməyib, kollektivlər müxtəlif səpkili mədəniyyət saraylarında və  mədəniyyət evlərində 

yerləşiblər. Qaçqınlıq həyatı keçirən Ağdam teatrı müvəqqəti olaraq Bərdə rayonunun mərkəzi 

mədəniyyət sarayında, Füzuli teatrı isə əvvəlcə Sumqayıt teatrının kirayə götürdüyü binada, son iki 

ildə isə Horadiz qəsəbəsində məskunlaşıblar. Bu kollektivlərin hamısının müstəqil teatr truppaları və 

onların yaradıcılığına cavabdeh olan baş rejissorları vardır. 

Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrı (Xaqani küçəsi, 7) var. Bu kollektiv 1920-ci 

ildə Bakı "Satiragit" teatrı kimi yaranıb, beş il sonra Rus İşçi Teatrı kimi, 1937-ci ildən isə bugünkü 

adı ilə  fəaliyyətdədir. Repertuarı baş rejissor qurur. Aktyor heyətinin  ən qabaqcıl sənətkarları 

azərbaycanlılardır. 

Teatr 1956-cı ildən Səməd Vurğunun adını daşıyır. 

Respublikamızın  Şimal bölgəsində yerləşən Qusar rayonunda 1992-ci ildə Azərbaycan 

Dövlət Ləzgi Dram Teatrı açılıb. Teatr, əsasən, səyyar fəaliyyətdədir. 

Azərbaycanda opera və balet janrında bircə kollektiv var. Bakı şəhərində, Nizami küçəsi, 95 

saylı ünvanda yerləşən kollektiv Mirzə  Fətəli Axundzadə adına Azərbaycan Dövlət Akademik 

Opera və Balet Teatrı adlanır. Onun təşəkkülü 1908-ci il, 12 yanvarda başlayıb. Kollektivin 

nəzdində opera və balet truppaları var. Opera truppasına baş rejissor, balet dəstəsinə baş 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə