Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə207/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   212

Teatrşünaslıq elmimiz hələ peşəkarlaşmasa da, səhnə  sənətinə, dramaturgiyaya, rejissor və 

aktyor yaradıcılığına dərindən bələd olan ədəbiyyatşünaslar, dramaturqlar, nasirlər,  şairlər, 

jurnalistlər, dilçi alimlər, hətta inzibati işdə çalışan siyasi xadimlər teatr prosesini izləyir, onu 

mətbuatda bütün canlıhğı ilə təcəssüm etdirməyə çalışırdılar. Artıq onların yazılarında tamaşanın və 

ya pyesin peşəkar təhlilinin dərinliyi özünü göstərirdi. Mirzə  Fətəli Axundzadə, Nəriman 

Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, xüsusən əsərləri repertuarın əsasını 

təşkil edən Cəfər Cabbarlı ilə Hüseyn Cavidin dram və faciələri barədə geniş  təhlilli məqalələr 

yazılırdı. Dram janrı,  əsasən  ədəbiyyatşünaslıq prizmasından araşdırılsa da, yeri gəldikCə  təhlilin 

mahiyyətində teatrşünaslığa meyl duyulurdu. 

Ötən əsrin iyirminci və otuzuncu illərində "Maarif və mədəniyyət", "Dan ulduzu", "Hücum" 

kimi jurnallarda dramaturgiya ilə teatra aid genişhəcmli məqalələr verilirdi. Onların da əksəriyyəti 

müzakirə  təriqi ilə  dərc edilirdi və sözsüz ki, siyasi ruh üzdə olan yazılarda müəyyən ideoloji 

basqılar olurdu. Ancaq nəzəri cəlb edən cəhət odur ki, ədəbiyyatşünaslar Hənəfi Zeynallının, 

Mustafa Quliyevin, Əli Nazimin, Xəlil İbrahimin, Əziz Şərifin, yazıçılar Cəfər Cabbarlının, Abdulla 

Şaiqin, Seyid Hüseynin (Kazımoğlu), Hacıbaba Nəzərlinin, teatr xadimləri Mirseyfəddin 

Kirmanşahlının, Ülvi Rəcəbin, Əsəd Tahirin, Akif kazıının, Məmmədsadıq Əfəndiyevin, Əfrasiyab 

Bədəlbəylinin,  Şəmsi Bədəlbəylinin,  İsrafil Cahangirovun, jurnalistlər Seyid Cavadzadənin, 

Süleyman Məlikovun, Murtuza Nağıyevin,  İsrafil Nəzərovun,  Şəmsəddin Abbasovun 

resenziyalarında, nəzəri məqalələrində, teatrın cari problemlərinə, aktyor və rejissor yaradıcılığına 

aid yazılarında fikir dərinliyi, peşəkar sənətçi duyumu, incəsənəti dərketmə zövqü aydın duyulurdu. 

Bu mərhələdə  də resenziya janrı üstünlük təşkil edirdi. Ancaq böyük salonlarda keçirilən

bəzən günlərlə davam edən ədəbi mühakimələrdə Cəfər Cabbarlının və Hüseyn Cavidin pyeslərinin 

və onların tamaşalarının müzakirəsi teatrşünasiığa janr əlvanlığı gətirirdi. Rəsul Rza, Mehdi Hüseyn, 

Məm-məd Arif, Mlkayıl Rəfili,  Əli Sultanlı, Məmməd Cəfər, Yusif Əzimzadə, Mirzə  İbrahimov, 

Süleyman Rüstəm, Sabit Rəhman, Səməd Vurğun, Cəfər Cəfərov kimi şair, nasir və filoloqlar, 

musiqişünas Qubad Qasımov teatrşünaslıqla da məşğul olmağa başlamışdılar. Onların arasında 

Cəfər Cəfərov teatr estetikasma dərindən bələdliyi, obyektivliyi, nəzəri hazırlığı, resenziya janrı 

vasitəsilə bütün tamaşanın poetikasını açmağa qadir olması baxımından diqqət mərkəzində dururdu. 

Bu mərhələ bir də onunla xarakterikdir ki, teatrşünaslığın tədqiqat qolunun bünövrəsi 

qoyulub. 1923-cü ildə  İsrafil Cahangirovun "Azərbaycan Dövlət Bədaye teatrosu", 1930-cu ildə 

Ağakərim  Şərifovun "Azərbaycan türk teatrı tarixi materialları" kitabları, Məmmədsadıq 

Axundovun "Dan ulduzu" jurnalında (1928, N° 45) "Bakı Türk İşçi Teatrosu" tədqiqatı çap 

olunmuşdu. Cəfər Cəfərov bugünkü Milli Dram Teatrının tarixini əhatə edən monoqrafiya üzərində 

işləyirdi. Bu, onun doktorluq işiydi. 

Dördüncü mərhələ (1950 - 2004). Azərbaycanda 1923-cü ildən Bakı Teatr Məktəbi 

(Texnikumu) fəaliyyət göstərirdi. 1946-cı ildə onun bazası  əsasında Azərbaycan Dövlət Teatr 

İnstitutu (bugünkü Mədəniyyət və  İncəsənət Universiteti) yaradıldı  və ilk dəfə burada milli 

teatrşünas kadrları yetişdirilMəsmə başlanıldı. Teatrşünaslıq fakültəsinə altı  nəfər qəbul olundu: 

Turan Cavid, Hüseyn Abbaszadə, Adil Babayev, İshaq  İbrahimov, Aişə Qasımova və Gülsüm 

Əliyeva. Az sonra həmin fakültəni Cabir Səfərov, Rahib Hüseynov, İnqilab Kərimov kimi tanınmış 

teatrşünaslar da bitirdilər. Tədricən Azərbaycanda teatrşünaslığın formalaşmasının yeni mərhələsi 

başlandı. 

Görkəmli ədəbiyyatşünas alimlər Bəkir Nəbiyev, Əkbər Ağayev, Cəlal Məmmədov, Məsud 

Əlioğlu, Qulu Xəlilov, Yaşar Qarayev, Təhsin Mütəllimov, Xalid Əlimirzəyev kimi alimlər 

resenziya janrında çox fəal idilər. Ümumən onların teatrşünaslıq fəaliyyətləri resenziya dairəsmdən 

kənara çıxmırdı, lakin ədəbiyyatşünaslıq təhlili daha güclü olan bu müəlliflərin silsilə resenziyaları 

teatrşünaslığımıza qiymətli töhfədir, səmərəli elmi əhəmiyyət kəsb edirlər. 

 

 




TEATRŞÜNASLIĞIN  ELMİ  

PEŞƏKARLIQ DÖVRÜ 

 

Otən əsrin əvvəlinci illərindən mətbuatda onların imzaları daha çox görünsə də, artıq Cəfər 

Cəfərov kimi nüfuzlu teatrşünas yetişmişdi. Onun "Azərbaycan Dram Teatrı" kitabı (Azərnəşr, 

1959) fundamental teatrşünaslığımızın sanballı elmi nailiyyəti idi. Sonralar bu elmi irsi alimin 

"Mirzə  Fətəli Axundzadə  və teatr", "Hüseyn Cavid və teatrı" kimi dərin elmi-nəzəri tədqiqatları, 

Tofiq Kazımov,  İsmayıl Hidayətzadə haqqında monoqrafiyaları, teatra aid yüzlərlə  məqalə  və 

resenziyaları daha da zənginləşdirdi. 

Məhz Cəfər Cəfərovun rəhbərliyi ilə illər keçdikcə  sırf teatrşünasların elmi fəaliyyətləri 

genişləndi. Onun sıraları  İnqilab Kərimov,  Ədilə  Əliyeva, Adil Babayev, Adilə  İsmayılova, Adilə 

İsgəndərova, Rahib Hüseynov, Mahmud Allahverdiyev, Tamilla Yusifbəyli, Veta Nadirova, Adilə 

Səfərova, Rafiq Sadıqov, Elmira Əliyeva, Cəlil Vəzirov (Naxçıvan) Atababa Hacıbabayev, Novruz 

Təhməzov, Məryəm  Əlizadə,  İlham Rəhimli, Kəmalə  Cəfərzadə,  İsrafil  İsrafilov, Aydın Talıbov, 

Nərminə Ağayeva, Xuraman Novruzova, Yaqub Əlioğlu kimi teatrşünasların hesabına zənginləşdi. 

Rejissorlar  Mehdi Məmmədov,  Soltan  Dadaşov,   Tofiq Kazımov, Ağakişi Kazımov və 

rəssam Elçin Aslanov teatrşünaslıq zəminində bir sıra maraqlı tədqiqatlar çap etdirmişlər. 

Tədqiqatçı Qulam Məmmədlinin ikicildlik "Azərbaycan teatr salnaməsi" (Bakı, Azərnəşr, 

1975 və Bam, Yazıçı, 1985), İnqilab Kərimovun "Azərbaycan teatrının təşəkkülü və inkişafı. XIX 

əsrin sonu, XX əsrin əvvəli" (Bam, Elm, 1991), "Əbdürrəhim bəy Haqverdiyev və teatr" (Bakı, Elm, 

1975), Mahmud Allahverdiyevin "Azərbaycan xalq teatrı tarixi" (Bakı, Maarif, 1978), Ədilə 

Əliyevanın "Hüseyn Ərəblinski" (Bakı, Elm, 1981), Rahib Hüseynovun dramaturq Cəfər 

Cabbarlının əsərlərinin səhnə təcəssümünə aid silsilə kitabları, Adilə Səfərovanın "Teatr və zaman" 

(Bakı, Elm, 1971), Adilə İsmayılovanın "Azərbaycan qadınları səhnədə" (Bakı, İşıq, 1977), Tamilla 

Yusifbəylinin "Şekspir Azərbaycan səhnəsində" (Bakı, AEA-nm nəşri, 1964), Tamilla Təhmasibin 

"Hüseyn Cavid və teatr" (Bakı, İşıq, 1988), Məryəm Əlizadənin "Teatr: seyr və sehr" (Bakı, Elm, 

1998),  İsrafil  İsrafilovun "Azərbaycan milli rejissor sənətinin poetikası" (Bakı, Elm və  "İsmayıl", 

2001), İlham Rəhimlinin "Dramaturgiya və teatr" (Bakı, İşıq, 1984), iki kitabdan ibarət "Akademik 

Milli Dram Teatrı" (Bakı, Qapp-Poliqraf, 2002), "Xalq oyun-tamaşaları" (Bara, Qapp-Poliqraf, 

2002) kitabları milli teatrşünaslığımızın fundamental araşdırma istiqamətində  dəyərli elmi 

nailiyyətlərdir. 

Bugünkü teatrşünaslıq elmimizin əsas yaradıcılıq səciyyələrini estetik baxımdan aşağıdakı 

kimi xarakterizə etmək olar. 

Teatrşünaslar milli teatrın özünün, onun rejissura sənətinin, xalq oyunlarının poetikasını 

fundamental şəkildə tədqiq edir, elmi əsərlərin çapına nail olurlar; 

ayrı-ayrı teatrların yaradıcılıq yollarını təcəssüm etdirən elmi araşdırmalar aparılır (məsələn, 

Gəncə, Naxçıvan, Tiflis, Aşqabad, İrəvan... teatrları barədə); 

milli teatrımızın Dünya teatr prosesi ilə genetik və nəzəri bağlılığının konseptual prinsipləri 

araşdırılır; 

səhnəmizin qüdrətli xadimləri haqqında monoqrafiyaların işlənməsi tam olmasa da, müəyyən 

mənada sistemli şəkil alır; 

teatrşünaslıq operativ şəkildə teatrın canlı, çağdaş dövrünün sənət mənzərəsmi daima diqqət 

mərkəzində saxlayır. Resenziya janrının yeni-yeni formalarında müxtəlif teatrların tamaşaları 

tənqid-təhlil süzgəcindən keçirilir; 

ən nəhayətdə, artıq teatrşünaslıq kəzində durur. 

 

 



*  *  * 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə