Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə200/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   212

Lirik-psixoloji uslubun müəyyən estetik prinsipləri formalaşıb. Onlardan bəzilərini qısaca 

belə səciyyələndirmək olar: 

lirik-psixoloji üslublu tamaşalarda rəssam işi mütləq atribut-obraza çevrilir

şərtilik emosional lirizmlə və bədii çalarla real həqiqətləri təcəssüm etdirmək gücündə olur; 

rəssamlar səhnədən minimum istifadə etməklə az dekorlara üstünlük verir və bununla da 

aktyor oyununa geniş meydan açırlar; 

bir dekor səhnə  fırlanınasında başqa görümlə iki müxtəlif məkanı  bədii siqlətlə  təcəssüm 

etdirə bilir; 

dekorlar və asma pərdələr xüsusi işıq sistemi ilə qurulur və bu, ani halda ən müxtəlif 

məkandakı hadisələri qabarıq verməyə və onu tamaşaçı diqqətinə çatdırmağa əlverişli şərait yaradır. 

Son iyirmi beş ildə milli teatrımız  əlvan janr axtarışlarına ciddi cəhd göstərməsi, 

avanqardizının müxtəlif izınlərinin estetik göstəricilərini sınağa çəkməsi, dünyada mövcud olan 

müxtəlif teatr poetikalarından barınınağa çalışması ilə diqqəti cəlb edir. İlkin məqamda quruluşçu 

rejissorların axtarışlarında özünü göstərən bu meyl səhnə tərtibatında da parlaq nəticələrini qazanıb. 

Bu baxımdan Elçin Məmmədovun, Ağarəhim  Əliyevin, Nazim Bəykişiyevin, Tahir Tahirovun, 

İsmayıl Məmmədovun, Rəşid  Şerifin, Rafis İsmayılovun, Lətifə Quluzadənin yaradıcılıq 

nailiyyətləri fəlsəfi dərinliyi, estetik füsunkarlığı, bədii ifadə vasitələrinin zənginliyi, kompozisiya 

hüsnü, rənglərin zərifliyi və lətafəti ilə milli səhnəqrafiyamıza yenilik gətirib. 

Kukla teatr sənəti sahəsində Solmaz Musayeva və Faiq Əhmədov janr əlvanlığı, kukların 

koloritli formaları üçün müəyyən səmərəli ənənə yarada biliblər. 

Bu gün milli səhnəqrafiyamızda psixologizınə, lirik psixoloji üsluba, avanqardizındən 

bəhrələnməyə xüsusi meyl göstərilir. Ancaq yeri gəldikcə monumental romantik və monumental 

realist səpkili səhnə  tərtibatları da verilir. Opera və Balet Teatrı modern tərtibat formalarının 

elementlərindən istifadə etsə  də,  əsasən klassik üslubun ifadə vasitələrinin estetik prinsiplərinə 

üstünlük verir. 

Çağdaş dövrdə teatrlarımızda yaşlı, orta və gənc nəslə mənsub rəssamlar çalışırlar. Teatrlar 

yeri gəldikcə  sırf rəngkarlıqla və ya qraflka janrında məşğul olan rəssamlara da tərtibat sifarişləri 

verirlər. Bütövlükdə isə milli səhnəqrafiyamızın yaradıcıları  və onu ləyaqətlə davam etdirən sırf 

teatr rəssamları vardır. 

 

 



SƏHNƏQRAFİYADA 

 FORMA AXTARIŞLARI 

 

Birinci dərs 

 

Milli teatrımızda səhnəqrafiyanın inkişafı MDT-nin təsisatlı  mədəniyyət faktına 



çevrilməsindən (1919) sonra başlayıb. 1919-1930-cu illərdə oynanılan tamaşaların bədii 

tərtibatlarını  əcnəbi rəssamlar versələr də, daha çox səhnə  əsərlərində geyim eskizlərini  Əzim 

Əzimzadə işləyib. əksər hallarda onun adı tamaşa proqramlarına yazılmayıb, lakin Əzimzadə milli 

teatr rəssamlığında geyim estetikasının dəyərli  ənənəsini yaradıb. Keçən  əsrin otuzuncu illərindən 

bir sıra boyakar rəssamlar dram və opera teatrlarında da səmərəli fəaliyyət göstəriblər. Eyni 

zamanda milli mədəniyyətimizdə  sırf teatr rəssamlığı ilə  məşğul olan sənətkarlar da yetişiblər və 

onlar bu sənətdə möhtəşəm yaradıcılıq nailiyyətləri qazanıblar. 

 

 



*  *  * 

 

ƏZIM ƏZIMZADƏ (7.5.1880 - 15.6.1943) 




 

Milli incəsənətimizdə satirik qrafika, illüstrasiya, siyasi plakat janrlarının yaradıcısıdır. 7 

may 1880-ci ildə Bakıda doğulub. Xüsusi rəssamlıq təhsili görməyib. "Molla Nəsrəddin" jurnalının 

ən fəal rəssamlarından idi. Əzim Aslan oğlu  Əzimzadə 1919-cu ildən başlayaraq teatr-dekorasiya 

sahəsində də məhsuldar çalışıb. Əsasən müasir və klassik əsərlərin tamaşaya hazırlanmasında geyim 

eskizlərini çəkib. Tərtibatçı  rəssam Rüstəm Mustafayevin işlədiyi  əsərlərdə  Əzim  Əzimzadənin 

yaradıcılıq nailiyyətləri daha qabarıq nəzərə çarpır. 1921 - 1923-cü illərdə Bakı Azad Tənqid və 

Təbliğ Teatrının ideoloji-təbliğat xarakterli satirik tamaşalarında müxtəlif məişət tiplərinin qrim və 

geyim eskizlərini verib 

Əzim  Əzimzadə AMDT-də "Hacı Qara", "Mürafiə  vəkilləri", "Müsyö Jordan və  dərviş 

Məstəli şah" (Mirzə Fətəli Axundzadə), "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar" (Əbdürrəhim 

bəy Haqverdiyev), "Əntərə" (Şükri Qazi), "Özgə  uşağı" (Vasili Şkvarkin), "Mirzə Rza kirmani" 

(Əzim  Əzimzadə), "Həyati-bəşər" (Leonid Andreyev), "Bayquş" (Xalid Fəxri), "Aydın", "1905-ci 

ildə" (Cəfər Cabbarlı), "Ölülər" (Cəlil Məmmədquluzadə), "Maral" (Hüseyn Cavid) dram 

əsərlərinin, Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" "Əsli və  Kərəm", "Şah Abbas və Xurşid 

banu" operalarının, "Arşın mal alan", "Məşədi  İbad" operettalarının, Müslüm Maqomayevin "Şah 

İsmayıl" və "Nərgiz" operalarının, GTT-də "Partizan Məmməd" (Ədil İsgəndərov və Sabit Rəhman) 

pyesinin tamaşalarında geyim rəssamı olub. 

Əzim  Əzimzadə 15 iyun 1943-cü ildə bakida vəfat edib. Məzarı  Fəxri xiyabanda olan 

rəssamın adına orta ixtisas sənət məktəbi və küçə var. 

 

 

İSMAYIL AXUNDOV (15.41907 -13.9.1969) 



 

Yaradıcılığına əsasən kitab illüstrasiyası ilə başlayan İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 

1907-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Bakı  Rəssamlıq Məktəbini bitirdikdən (1928) 

sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb. 1932-ci ildə oranı qurtararaq 

təyinatla Bakıya göndərilib və   "Azərnəşr"də  rəssam  işləyib. 

Rəssamlığın qrafika, karikatura və plakat janrları ilə  məşğul olub. Uzun müddət "Kirpi" 

satirik jurnalında işləyib. 

Teatra ilk dəfə 1937-ci iidə rejissor Ədil Isgəndərovdan dəvət alıb və Akademik Milli Dram 

Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşasında geyim eskizlərini 

çəkib. Bu teatrda İ938-ci ildə Mirzə  Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy 

Haqverdiyevin "Pəri cadu" (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun 

"Yanar dərə", Səməd Vurğunun "Vaqif", 1944-cü ildə Cəfər Cabbarlının "1905-ci ildə", 1955-ci il-

də Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasının tamaşalarında geyim rəssamı olub. 

1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı "Müsyö Jordan və  dərviş Mestəli çah" 

(Mirzə  Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı  rəssam kimi addıınını atıb. Bundan sonra 

AMDT-də 1939-cu ildə Onore de Balzakin "Ögey ana", Mehdi Hüseynin "Şöhrət", Cəlil 

Məmmədquluzadənin "Ölülər", 1943-cü ildə Aleksandr Ostrovskinin "Tufan", 1945-ci ildə 

Məmməd Səid Ordubadinin "Dumanlı  Təbriz", 1948-ci il-də Aleksandr Ostrovskinin "Günahsız 

müqəssirlər", Mirzə Fə-təli Axundzadənin "Lənkəran xanının vəziri", 1949-cu ildə Sabit Rəhmanın 

"Aydınlıq", Cəfər Cabbarlının "Solğun Çiçəklər", Anatoli Boryanovun "O tayda", Tur qardaşlarının 

"Bir evin sirri", 1952-ci ildə Karlo Haldoninin "Mehmanxana sahibəsi", 1956-cı ildə Hüseyn 

Cavidin "Şeyx Sənan", 1961-ci ildə Sabit Rəhmanın "Əliqulu evlənir", Mehdi Hüseynin "Alov", 

1966-cı ildə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərlərinin tamaşalarına həm monumental-romantik, 

həm də realist səpkilərdə səhnə tərtibatları verib. 

Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirmiş İsmayıl Axundov Azərbaycan Dövlət 

Musiqili Komediya Teatrında oynanınış Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", Səid Rüstəmovun 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə