Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə196/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   212

Bütün bunlara görə, hazırlanmasında müəyyən il fərqləri olsa da, teatrların hamısının 

repertuarında, demək olar, eyni əsərlər əsas yer tuturdu. Repertuar üç prinsip üzrə qurulurdu: milli 

klassik və çağdaş dramaturqların əsərləri, tərcümə pyesləri, opera və operettalar. Müəyyən istisnalar 

edilməklə, bütün teatrların repertuarında aşağıdakı əsərlər oynanılıb. 

Milli dramaturqlardan Mirzə  Fətəli Axundzadənin "Hacı Qara", "Müsyö Jordan və  dərviş 

Məstəli  şah", Nəcəf bəy Vəzi-rovun "Hacı  Qəmbər", "Müsibəti-Fəxrəddin", "Ağa Kərim xan 

Ərdəbili", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", "Bəxtsiz cavan", "Dağılan tifaq", Süleyman 

Sani Axundovun "Tamahkar", "Eşq və intiqam", Cəfər Cabbarlının "Sevil", "A1maz", "Aydın", 

"Oqtay Eloğlu", "Od gəlini", "1905-ci ildə", Cəlil Məmmədquluzadənin "Ölülər", Sabit Rəhmanın 

"Toy", "Xoşbəxtlər", Abdulla Şaiqin   "Vətən",  Süleyman Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz xanım 

yuxudadır", Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", Zeynal Xəlilin "Qatır Məmməd", Mirzə 

İbrahimovun "Həyat", "Məhəbbət", Mehdi Hüseynin "Nizami", "Şöhrət", "İntizar" (İlyas 

Əfəndiyevlə müştərək), Məmmədhüseyn Təhmasibin "Bahar", "Aslan yatağı",  Əyyub Abbasovun 

"Məük Məmməd", "Barışıq", Əbil Yusifovun "Od içində" əsərləri teatrlarda təkrar-təkrar oynanılıb. 

Opera və operettalardan daha çox Üzeyir bəy Hacıbəyovun "Leyli və  Məcnun", "Əsli və 

Kərəm", "Arşın mal alan", "Məşədi İbad", "Ər və arvad", Müslüm bəy Maqomayevin "Şah İsmayıl", 

Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan", Səid Rüstəmovun 

"Durna" (dramaturq Süleyman Rüstəm), "Beş manatlıq gəlin" (dramaturq Məhərrəm  Əlizadə) 

əsərləri repertuarın əsasını təşkil edib. 

Tərcümə  əsərlərindən müntəzəm göstəriləni Aleksandr Şirvanzadənin "Namus", Georgi 

Mdivaninin "Vətən namusu", Konstantin Simonovun "Praqanın şabalıd ağacları altında", Jan Batist 

Molyerin "Cancur Səməd", Vilyam Şekspirin "Otello", Ceyms Qou və Arno D'Nyussonun "Dərin 

köklər", Vsevolod Rokkun "Mühəndis Sergeyev" dramlarının tamaşaları olub. 

Teatrlar opera və operettaları  əsasən tar, balaban və ka-manın müşayiətilə göstərirdilər. 

Vokal imkanları baxımından  Şuşa, Ağdam və Qaryagin teatrlarının daha güclü aktyorları vardı. 

Ağdamda Simuzər Hətəmova (Əmirova), Qaflan Muradov, Qaryagində  Ağabala Abdullayev, 

Şuşada Suğra Bağırova,  Ənvər Məmmədov, Salyanda Pənah Pənahov (Aşıq Pənah) ki-mi aktyor-

xanəndələr vardı. Yerlərdə Heydər  Şəmsizadə, Cəlil Bağdadbəyov, Cəmil Vəzirov,  İbrahim 

İsfahanlı (o, Tiflisdən Zaqatalaya gəlmişdi), Cahangir Məmmədov (Aslanoğlu), İsa Musayev, Ağası 

Zeynalov, Mikayıl Ağayev, Süleyman Səlim-bəyov, Mürşüd Haşımlı kimi bacarıqlı rejissorlar 

işləmişlər. 

O dövrdə belə bir ənənə vardı ki, bütün teatrlar dəvətlə rejissorlar çağırır və onların quruluş 

verdikləri tamaşaları oynayırdılar. Milli Dram Teatrının  şöhrətli aktrisa və aktyorları  Şirin, Vaqif, 

Nizami, Kərəmov, Oqtay və digər rollarda rayon teatrlarının tamaşalarında çıxış edirdilər. 

1948-ci ilin axırlarında SSRİ hökuməti belə bir qərar çıxartdı ki, bütün dövlət teatrları 

hökumətin dotasiyasından azad olunsun və özünü maliyyələşdirmə sisteminə keçsinlər. Mövcud 

maddi-texniki təchizatla bağlı olaraq Azərbaycan İncəsənət İşləri İdarəsmin müdiri Ayna Sultanova 

əmr verdi ki, yeni ildən Ordubad teatrı Naxçıvanla, Ağdaş və Şamaxı teatrları Göyçayla, Şuşa teatrı 

Ağdamla, Zaqatala teatrı  Şəki ilə, Salyan teatrı Sabirabad ilə,  Şənikir teatrı Qazaxla birləşdirilsin. 

Bu, o məqsədlə edildi ki, bəlkə teatrlar birləşib güclü heyətdə özlərini yaşada bildilər. Ancaq bunun 

səmərəsi olmadı, çünki teatrların tamaşalardan əldə etdikləri qazanc heç aktyorların aylıq maaşlarına 

çatınırdı. Buna görə də bir-birinin ardınca Şuşa, Şamaxı, Ağdam, Qazax, Zaqatala, Göyçay, Ağ-daş, 

Lənkəran, Bərdə, Ordubad, Salyan, Sabirabad teatrları 1948-1949-cu illərdə bağlandılar. Qaryagin 

teatrı öz fəaliyyətini 1951 - 1952-ci il teatr mövsümündə, Quba teatrı isə qısa fasilələrlə 1963-cü ildə 

saxlamalı oldu. 

Uzun fasilədən sonra 1967-ci ildə İrəvan, 1968-ci ildə Ağdam, 1973-cü ildə Lənkəran, 1974-

ildə Şəki, 1989-cu il-də Füzuli, daha sonra isə Qazax və Şuşa teatrları yenidən dövlət statusunda 

bərpa olunub fəaliyyətə başladılar. 




Kolxoz və Sovxoz Teatrı, onların  əsasında yaradılan Dövlət Dram Teatrı adları  çəkilən 

şəhərlərdə  və bütövlükdə Azərbaycan mədəniyyətində teatr sənətinin inkişafı, yüz min-lərlə 

teatrsevərin estetik zövqlərinin formalaşması yönündə səmərəli işlər görmüşlər. 

 

 



AKTYOR MƏKTƏBLƏRİ 

 

Azərbaycan milli peşəkar teatrının janr və üslub nai-liyyətləri zəngin,  əlvan və estetik 



baxımdan çoxqatlıdır.  Teatr tariximiz aktyor yaradıcılığının müxtəlifliyinə, 

fəlsəfi-estetik tutumlarına, bədii-psixoloji səciyyələrinə görə  fərqlənir. Ayrı-ayrı  fərdi yaradıcılıq 

üslublarının öz poetika göstəriciləri formalaşıb və bu proses çağdaş dövrdə də davam etməkdədir. 

Bununla belə, Azərbaycan teatrının inkişafında üç əsas aktyor məktəbi vardır: realist aktyor 

məktəbi, romantik aktyor məktəbi və lirik-psixoloji üslublu aktyor məktəbi. Bu məktəblərin hər 

birinin ayrılıqda öz estetik prinsipləri və öz poetika səciyyələri vardır. 

 

 

REALİST AKTYOR MƏKTƏBİ 



 

Milli teatrımızın ilk peşəkar aktyorlarından biri 1886-cı ildə  səhnəyə  gəlmiş, az müddətdə 

aktyorluğun sirlərinə yiyələnib kamil sənətkar kimi sevilmiş, nüfuz qazanmış  Kərbəlayi Cahangir 

Zeynalovdur. O, tacir olsa da, fitrətən aktyor idi. Onun zəngin yaradıcılığı, özünün formalaşdırdığı 

oyun üslubu milli realist aktyor məktəbinin bünövrəsini qoyub. Sənətkar bu məktəbin poetika 

göstəricilərini inkişaf etdirmiş və məhəbbətlə öz yetirmələrinin timsalında yeni nəslə ötürmüşdür. 

Cahangir Zeynalovun yaratdığı üslub köklü, əsaslı olduğuna görə  fərdi ölçüləri sındırmış, 

müstəqil məktəb qüdrəti kəsb etmişdir. Həmin məktəb realist aktyor məktəbi adlanır və uzun 

yaradıcılıq yolu keçərək bu günə qədər öz mövcudluğunu saxlamaqdadır. 

Realist aktyor məktəbinin Cahangir Zeynalovdan sonra ən layiqli davamçısı və ən görkəmli 

nümayəndəsi Mirzağa  Əliyev olmuşdur. 1901-ci ildə  Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" 

tamaşasında səhnəyə çıxan, ömrünün sonuna qədər MDT-də işləyən Mirzağa Əliyev mənsub olduğu 

məktəbə xalq yumorunun ləzzətini, milli el oyunlarının təbii koloriti-ni, satiranın poetik 

təcəssümünü gətirib. Mirzağa  Əliyevin yaradıcılığını estetik mahiyyətinə  və  məzmun-forma 

xüsusiyyətlərinə görə dörd qismə ayırmaq olar: 

milli komediyalarımızdakı obrazlar; 

dram və faciə əsərlərindəki surətlər; 

dünya klassik satira nümunələrindəki xarakterlər

1921-ci ildə  Tənqid və  Təbliğ Teatrı yaradılandan sonra operetta tamaşalarında ifa etdiyi 

tipik personajlar. 

Milli Dram Teatrının səhnəsində realist aktyor məktəbinin görkəmli nümayəndələri Ələkbər 

Hüseynzadə, Hacıağa Abbasov, Əzizə  Məmmədova,  Əbülhəsən Anaplı, Mustafa Mərdanov, Rza 

Təhmasib (o, həm də romantik aktyor sayılır), Ağahüseyn Cavadov, Ağasadıq Gəraybəyli, 

Məmmədəli Vəlixanlı, Möhsün Sənani, İsmayıl Osmanlı, Əliağa Ağayev, Barat Şəkinskaya (onun 

yaradıcılığı həm də romantik aktyor məktəbinə daxildir) olmuşlar. Tiflis DAT-də Mirzəli Abbasov

Muqu Zamanov, İrəvan DAT-də Yunis Nuri, Naxçıvan Dövlət Dram Teatrının aktyorları Mirhəsən 

Mirişli, Səməd Mövləvi, Gənc Tamaşaçılar Teatrında Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, 

Osman Hacıbəyov, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Münəvvər Kələntərli, 

Əlihüseyn Qafarlı, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Gəncə Dövlət Dram 

Teatrında Məmməd Bürcəliyev, Zülfüqar Baratzadə realist aktyor məktəbinin  şöhrətli 

nümayəndələrindən olmuşlar. Hazırda bu məktəbin Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar 

Nuriyev, Afaq Bəşirqızı kimi layiqli davamçıları var. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə