Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə192/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   212

(Əbdürrəhim bəy Haqverdiyev. 1963), "Yanmış planetin sərvətləri" (Novruz Gəncəli. 1963), 

"Aydınlığa doğru" (Seyfəddin Dağlı. 1965), "Zəng səsləri" (Ramiz Heydər. 1966), "Meşədə futbol", 

"qol" (İsgəndər Coşqun. 1969), "Sənin yaşıdların" (Qılman  İlkin. 1970), "Gün aydın,  əlahəzrət!" 

(Qeybulla Rəsulov. 1970). 



Həsən  Əliyev. Onun rejissorluğunda göstərilən tamaşalar:  "Ana" (Abdulla Şaiq.  1944),  

"Sevinc" (Əyyub Abbasov. 1949), "Dərsdən sonra" (Mirzə Müştaq. 1950), "Tom dayının koması" 

(Biçer Stou. 1951). 

Ağəli Dadaşov. Səhnə  təfsiri verdiyi əsərlər: "Tayqa" (Səttar Axundov. 1942), "Gənc 

ustalar" (Zeynal Xəlil. 1953), "Bir gəncin manifesti" (Mir Cəlal. 1954), "Sirli şəhər" (Mehdi 

Hüseynin romanı üzrə  səhnələşdirəni Ağəli Dadaşov. 1954), "Çiçəkli dağ" (Məmmədhüseyn 

Təhmasib. 1955). 



Hüseyn Sultanov (1923 - 1993). Rejissorun quruluşunda oynanılan səhnə əsərləri: "Ovod" 

(Etil Voyniç. 1970), "Sükut divarı" (Paolo Messiana. 1972), "Yolda" (Hüseyn Arif. 1973), "Təzə 

şagird" (Qılman İlkin. 1974), "Perometey" (Cahangir Məmmədov. 1977), "Sən nə üçün yaşayırsan?" 

(İmran Qasımov. 1982). 



Alensandr Varqşavski (1912 - 1971). Teatrda 1945-ci ildən işləyib. Azərbaycan 

Respublikasının  əməkdar incəsənət xadimi idi (1963). Əsas quruluşları: "Tom dayının koması" 

(Biçer Stou), "Qarlar Kraliçası" (Yevgeni Şvarts), "Başsız atlı" (Mayn Rid), "Valya kotik" (Hüseyn 

Nəcəfov), "Meridian - 361" (Mixail Şatrov), "Polad necə bərkidi" (Nikolay Ostrovski). 

 

 

ZƏFƏR NEMƏTOV  



(12.O7.1915- 19.11.1971) 

 

Milli professional rejissura sənətimizin inkişaf edib formalaşmasında böyük xidmətləri olan 



görkəmli səhnə xadimləri arasında əməkdar incəsənət xadimi Zəfər Nemətovun öz ləyaqətli yeri, öz 

xidmətləri, öz dəsti-xətti var. Xüsusən Gənc Tamaşaçılar Teatrına böyük bir aktyor nəslinin yetişib 

formalaşmasında, kollektivin yaradıcılıq simasının təkamülündə, repertuar üçün seçilən dramaların 

meyarlarını genişləndirib oraya yeniyetmələr və  gənclər üçün pyeslər, milli və  tərcümə klassik 

əsərlər daxil edilməsində o, baş rejissor kimi misilsiz işlər görüb. 

Zəfər Paşa oğlu Nemətov 12 iyul 1915-ci ildə Bakıda mühəndis ailəsində anadan olub. 

Uşaqlıqda mütaliəyə, ədəbiyyat və mədəniyyətə maraq göstərib. O, 37 saylı məktəbdə oxuyub. 1928 

- 1929-cu illərdə Türk İşçi Uşaq Teatrı (bugünkü Gənc Tamaşaçılar Teatrı) həmin məktəbin üçüncü 

mərtəbəsində yerləşirdi. Məktəbli Zəfər də öz fəaliyyətinə  Lətif Kərimovun "Fırtına" pyesinin 

tamaşası ilə başlamış teatrın səhnə əsərlərinə maraqla baxanlardan biri idi. 

1929-cu ilin dekabrında aktyor Fazil Dadaşov Akademik Milli Dram Teatrının kütləvi 

səhnələrində və epizod uşaq rollarında çıxışa cəlb etmək üçün 37 saylı  məktəbə gəlmişdi. Seçilən 

məktəblilərdən biri də  Zəfər Nemətov oldu və o, həmin vaxtda yeddinci sinifdə oxuyurdu. Zəfər 

Nemətov dərsdən sonra Fazil Dadaşovla Akademik teatra gəldi. O, bu məşhur sənət ocağında 

səhnəyə ilk dəfə teatrın rejissoru Əlihüseyn Rzayevin quruluş verdiyi və premyerası 16 dekabr 

1929-cu ildə göstərilən "Namus" (Aleksandr Şirvanzadə) tamaşasında çıxıb. Bununla da taleyini 

ömürlük səhnəyə bağlayıb. 

Milli Dram Teatrının bir neçə tamaşasında kütləvi səhnələrdə iştirak edən gənc 1931-ci ildə 

Gənc Tamaşaçılar Teatrına (bu ad Türk İşçi Uşaq Teatrına 18 iyun 1936-cı ildə verilib) dəvət olunub 

və aktyor truppasının yardım heyətinə qəbul edilib. Həmin ilin sentyabrında Mirzə Fətəli Axundzadə 

adına Azərbaycan Dövlət Teatr Məktəbinin (Texnikumunun) aktyorluq fakültəsində  təhsil almağa 

başlayıb. Səhnə danışığı müəllimi Abbasmirzə Şərifzadə ilə ata-bala münasibətləri yaranıb. 

Təhsillə bağlı müvəqqəti olaraq teatrdan aralanan Zəfər Nemətov 1933-cü ildə atası Paşa 

bəyi itirdiyinə görə ailənin böyük övladı kimi bütün ağırlıq onun üzərinə düşüb. Onda kiçik qardaşı 




Hacıağa musiqi məktəbində oxuyurdu və anası Mirxanım xanım evdar qadın idi. Hər cür ağırlığa və 

məhrumiyyətlərə sinə  gərərək gənc Zəfər həm başqa işdə çalışıb, həm oxuyub, həm də  Gənc 

Tamaşaçılar Teatrında (GTT) səhnəyə çıxmağa macal tapıb. Onun işgüzarlığını, iti ağlını, məntiqi 

düşüncə  tərzini, obrazlı fikirləşmək qabiliyyətini görən teatrın rejissorları Aleksandr Tuqanov və 

Məhərrəm Haşımov 1930-cu illərin ikinci yarısından başlayaraq gənc aktyoru rejissor assistenti kimi 

də işə cəlb ediblər. Zəfər Paşa oğlu Jan Batist Molyerin "Zorən təbib", Abdulla Şaiqin "E1 oğlu", 

Fridrix  Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın"  əsərlərinin tamaşalarının hazırlanmasında 

müəyyən rejissorluq təcrübəsi toplayıb. 

1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda könüllü şəkildə faşist işğalçıları ilə döyüşə 

yollanıb. Bir il sonra ağır yara alaraq ordudan tərxis olunub və yenidən doğma kollektivdə səhnənin 

sehrli və cazibəli qoynuna atılıb, böyük eh-tiras və  məhəbbətlə rejissorluq sənəti yollarında 

axtarışlara başlayıb. 1943-cü ilin yanvar ayında Zəfər Nemətovun ilk müstəqil quruluşu "Məlik 

Məmməd" (Əyyub Abbasov) nağıl-tamaşasının premyerası göstərilib. Tamaşanın bədii tərtibatını 

rəssam Həsən Mustafayev vermişdi və musiqisini bəstəkar Cahangir Cahangirov yazmışdı. 

Zəfər Nemətov 1948-ci ildə altı ay Moskvada və 1950-ci ildə Leninqradda (indiki Peterburq) 

Gənc Tamaşaçılar Teatrında xüsusi rejissor təcrübəsi keçib. Bundan sonra o, quruluş verdiyi 

tamaşalarda peşəkarlıq səviyyəsinə, janr əlvanlığına xüsusi diqqət yetirib və doğma teatrda cəsarətlə, 

zəngin fantaziya, qanadlı təxəyyül ilə yeni rejissor üslubunu formalaşdırmağa başlayıb. 

Aktyor kimi fəaliyyət göstərdiyi, hətta rejissor assissenti işlədiyi ilk illərdə Zəfər Nemətov 

bir sıra kiçik, epizod və iri həcmli rollarda səhnəyə  çıxmışdır. Onun ifa etdiyi obrazları arasında 

Petra Andropov ("Seryoja Streltsov", Valentina Lyubimova), Moqileviç ("Çelyuskinçilər", 

Əliməmməd Atayev və Əli Həsənov), Pioner ("Küçələrdə", Cəfər Cəfərov və Şamil Məlikyeqanov), 

kiçik zabit və İsmayıl ("Partizan Məmməd", Sabit Rəhman və Ədil İsgəndərov), Mürsəl ("Xasay", 

Abdulla Şaiq), Vəfa ("Arsenal", Qurban Musayev), Fuad ("Ramiz", Əbil Yusifov), Tapdıq ("Azad", 

Əyyub Abbasov) rolları  bədii dəyərinə, aktyor oyununun peşəkarlıq səviyyələrinə görə daha 

yaddaqalandır. 

Sözsüz ki, Zəfər Nemətovun adı milli teatr tariximizdə ilk növbədə rejissor kimi əbədiləşib

rejissor-pedaqoq kimi şöhrətlənib. Eyni zamanda o, məşhur teatr xadimi olub, ömrünün sonuna kimi 

Azərbaycan Teatr Cəmiyyəti (bugünkü Te-atr Xadimləri  İttifaqı) sədri Mustafa Mərdanovun 

müavini işləyib. Hazırda ATXİ-nin və Aktyor Evinin yerləşdiyi dörd-mərtəbəli bina məhz Mustafa 

Mərdanovla Zəfər Nemətovun fədakarlıqları ilə tikilib. 

Zəfər Nemətov 1945 - 1948-ci illərdə  səriştəli rejissor kimi vaxtaşırı Qaryagin (indiki 

Füzuli),  Şamaxı,  Şəmkir, Göyçay dövlət teatrlarına yaradıcılıq yardımı göstərməyə göndərilib. 

1954-cü ildə o, Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin olunub və 1970-ci ilə kimi həmin 

vəzifədə çalışıb. Baş rejissorluq dövründə  həm bütövlükdə  sənət ocağının fəaliyyət istiqamətini 

müəyyənləşdirmək, yeni aktyor nəsilini yetişdi-mək, repertuar siyasətini çağdaş estetik tələblərə 

uyğun qurmaq yolunda böyük işlər görüb, səmərəli islahatlar aparıb, həm də orijinal və maraqlı 

tamaşalar hazırlayıb. Özü də teatrın hər iki bölməsində quruluşlar verib. 

Gənc Tamaşaçılar Teatrının Azərbaycan bölməsində Zəfər Nemətovun hazırladığı tamaşalar. 

1947. "Xüsusi  tapşırıq", Sergey Mixalkov. Tərcümə edənləri Yusif Əzimzadə  və 

Məmmədsadıq Allahverdiyev. "Odlar içində", Əbil Yusifov. 

1948. "Kə1ək1ə  gələn küləklə gedər", Boris Qamrekeli və Georgi Naxutsrişvili. "Bahar 

nəğməsi", Əyyub Abbasov. 

1949. "Qaraca qız", Abdulla Şaiq, Süleyman Sani Axundovun eyniadlı povesti əsasında. 

"Yaşıl sandıqca", İvan Vasilenko. Tərcümə edəni Abdulla Şaiq. 

1950. "Polad necə bərkidi", Nikolay Ostrovski. "Düşmənlər içində", Novruz Gəncəli. 

1951. "Qarlar Kraliçası", Yevgeni Şvarts. 

1952.  "Tamahkar", Süleyman Sani Axundov və "Qastello", İsidor  Ştok. Tərcümə edəni 

Mehdi Məmmədov. "Turp", Pavel Malyarevski. Tərcümə edəni Mustafa Mərdanov. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə