Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə188/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   184   185   186   187   188   189   190   191   ...   212

müddət sonra Naxçıvan DMDT-də  işləyib. Bir il burada fəaliyyət göstərərək Bakıya qayıdıb və 

"Azərbaycan-film" kinostudiyasında rejissor assistenti vəzifəsində çalışıb. 

Tariyel Qasımov 1971-ci ildən yenə  Gənc Tamaşaçılar Teatrının truppasındadır. Arada 

Qazax DDT-də (1997 - 1998) və  Dərbənd Dövlət Azərbaycan Teatrında (1999) direktor və  bədii 

rəhbər işləyib. "Azərbaycanfilm"də, Almaniyada və Tacikistanda müxtəlif bədii filmlərə çəkilib. 

Tariyel Qasımovun GTT səhnəsində ifa etdiyi məşhur rolları: Cəfər Cabbarlı ("Aydınlığa 

doğru", Seyfəddin Dağlı), Cəlal və  Bəxtiyar, Söhrab, Məşədi  Əzizbəyov ("Komsomol poeması", 

"Söhrab və Rüstəm" və "Komissarlar", İsgəndər Coş-qun), İmran və Oruc ("Tamahkar" və "Qaraca 

qız", Süleyman Sani Axundov),  Məlik  Məmməd ("Məlik  Məmməd",  Əyyub Abbasov), Zaur 

("Yadmdamı?", Altay Məmmədov), Kazım ("Məhəbbət novellası", Şamil Xurşid və Əşrəf Hacıyev), 

Səfər ("Kiçik təpə", Nəbi Xəzri), Qədim, Həsənzadə ("Büllur sarayda" və "Sən həmişə 

mənimləsən",  İlyas  Əfəndiyev), Pərviz ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli və  İmran 

Qası-mov), Artur ("Ovod", Etil Voyniç), Ədalət ("Gəl qohum olaq", İsi Məlikzadə), Rəcəb 

("Şirinbala bal yığır", Salam Qədirzadə), Polad ("Təzə  şagird", Qılman  İlkin), Antonio ("Sükut 

divarı", Poalo Messina), Əşrəf bəy və Mahmud ("Hacı  Qəmbər", Nəcəf bəy Vəzirov), kuzınınski 

("Zəng səsləri", Ramiz Heydər), Senya koqan ("İnqilab naminə", Mixail Şatrov). 

Tarıyel Qasımov işlədiyi teatrlarda bir neçə tamaşaya quruluş verib. 

Bu baxımdan "Sən həmişə mənimləsən" (İlyas Əfəndiyev) tamaşası daha uyğundur. 

Sənət uğurlarına görə Azərbaycan Respublikasının  əməkdar artisti (9 fevral 1979) və xalq 

artisti (22 may 1991) fəxri adları ilə təltif olunub. 

 

 

XURAMAN HACIYEVA (7.3.1945 - 15.2.2005) 



 

Musiqili, lətafətli və lirik səsi var. Yaradıcılıq yönümünə görə lirik-psixoloji üslublu aktyor 

məktəbinə mənsubdur. Dramatik və faciə obrazlarının ifasında da lirizmdən, psixoloji vasitələrdən 

həssaslıqla, yaradıcı məharətlə istifadə edir. 

7 mart 1945-ci ildə Bakıda doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 

Xuraman Hacıyeva 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə 

daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə 

təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki 

Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. 

Aktrisa Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə  Gənc Tamaşaçılar 

Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998 - 2001) və 

maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb. 

Xuraman Hacıyevanın GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", 

Xanımana  Əlibəyli), Rəna ("Təzə  şagird", Qılman  İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam 

Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani 

Axundov), Ceınına ("Ovod", Etil Voyniç), Humay, Ceyran ("Komsomol poeması" və "Çaloyna", 

İsgəndər Coşqun), Firəngiz ("Məhəbbət novellası", Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər ("Hacı 

Qəmbər", Nəcəf bəy Vəzirov), Mərcan,  Şirin ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə 

məni",  Əkrəm  Əylisli), Cəvahir xanım, Nəzakət ("Büllur sarayda" və "Sən həmişə  mənimləsən", 

İlyas Əfəndiyev), Səkinə ("Ərizə", Əli Əmirli), Zərnigar ("Sınaq pillələri", Ramiz Heydər), Nərgiz 

("Bir sahilin adamları", Xalidə Hasilova), Pəri ("Yastı  təpə", Nəbi Xəzri), Sona xanım ("Qonşu 

qonşu olsa...", Rəşid bəy Əfəndiyev) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır. 

Xuraman Hacıyeva teatrdakı  fəaliyyətinə görə Azərbaycan Respublikasının  əməkdar artisti 

(9 fevral 1979) və xalq artisti (28 oktyabr 2000) fəxri adlarına layiq görülüb. 15 fevral 2005-ci ildə 

Bakıda qəflətən vəfat edib. 

 



 

 YUSİF VƏLİYEV 



(223.1917- 18.3.1980) 

 

Qeyri-adi səhnə danışığına malik, dramatik-psixoloji rolların misilsiz ifaçısı, zəngin 

yaradıcılığı ilə Gənc Tamaşaçılar Teatrında aktyor məktəbi yaratmış Yusif Abdulla oğlu Vəliyev 22 

mart 1917-ci ildə Dərbənddə doğulub. Baki Teatr Texnikumunda təhsil alıb (1933 - 1936). 

Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara 

çıxıb. Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri 

əzbərləyərək bir neçə rol oynayıb. 

Texnikumu bitirəndə yenicə açılan Mirzə  Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət 

Dram Teatrına işləməyə göndərilib. 

Teatr bağlananadək, yəni 1949-cu ilədək burada aktyorluq edən Yusif Vəliyev teatrın  ən 

öncül sənətkarlarından biri olub. Bunu ifa etdiyi rolların siyahısı da açıq-aydın göstərir. Nəcəf bəy 

Vəzirovun "Hacı  Qəmbər" (Əşrəf bəy), Mirzə  Fətəli Axundzadənin "Hacı Qara" (Hacı Qara), 

"Molla  İbrahimxəlil kimyagər" (İbrahimxəlil), Sabit Rəhmanın "Toy" (Surxay), "Xoşbəxtlər" 

(Sadıq) komediyalarının, Cəfər Cabbarlının "A1maz" (Şərif), "1905-ci ildə" (General-qubernator), 

"Aydın" (Aydın), "Oqtay Eloğlu" (Oqtay), "Od gəlini" (Elxan), "Sevil" (Balaş), "Solğun çiçəklər" 

(Bəhram) dramlarının, Georgi Mdivaninin "Vətən namusu" tərcüməsinin (Nadir), Səməd Vurğunun 

"Vaqif" (Vaqif), Mirzə  İbrahimovun "Həyat" (Süleyman), Vilyam Şekspirin "Otello" (Yaqo), 

Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Nəcəf bəy Vəzirovun "Müsibəti-

Fəxrəddin" (Fəxrəddin) faciələrinin tamaşalarında xaraktercə fərqli rollar oynayıb. 

Teatr dram tamaşaları ilə yanaşı, opera və operettalar da oynayırdı. Yusif Vəliyev  Şəki 

səhnəsində Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında İbn Səlam, "Arşın mal alan", "O 

olmasın, bu olsun", "Ər və arvad" operettalarında Vəli, Həsən bəy və Həsənqulu bəy, Mərcan bəy, 

Ağası  Məşədibəyovun "Toy kimindir?" (librettosu Məhərrəm  Əlizadənindir) musiqili 

komediyasında Qoşun rollarında çıxış edib. 

1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında 

aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc 

Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada bir-birindən fərqlənən, estetik baxımdan cazibəli, 

sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji, dramatik, romantik, faciə  və  həm realist, həm satirik, 

həm də qroteskii komediya rollarını məharətlə ifa edib. 

Hacı Nuru və Molla İbrahimxəlil ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), 

Qarakişi və  Vəzir ("Aqil və  Sərvinaz",  Əyyub Abbasov), Aslan və Polkovnik Polad ("iki həyat", 

Rauf  İsmayılov), Məlik Məmməd ("Məlik Məmməd",  Əyyub Abbasov), General Leyk ("Əlvida, 

Hindistan!", Qeybulla Rəsulov), Ataman, Xeyrulla Şalıbudaqov ("Anacan" və "Qonşular", Yusif 

Əzimzadə), Xətib ("Rübailər aləmində", Məmmədhüseyn Təhmasib), Almurad baba ("Şəhərli 

oğlan", Qeybulla Rəsulov), Oruc ("Sevinc", Əyyub Abbasov), Hümmətyar ("Gülşən", Əli Vəliyevin 

romanı üzrə səhnələşdirəni Ağəli Dadaşov), Trofim Morozov ("Pavlik Morozov", Valeri Qubarev), 

İmamyar ("Yaşar", Cəfər Cabbarlı), Mirzə  Ələkbər Sabir ("Sirli şəhər", Mehdi Hüseynin 

"Komissar" romanı  əsasında səhnələşdirəni Ağəli Dadaşov), Doktor Vahid ("Son məktub", Rauf 

İsmayılov), Anuçkin ("Evlənmə", Nikolay Qoqol), Hatəmxan ağa, Frans FOk ("Müsyö Jordan və 

dərviş  Məstəli  şah" və "Xırs quldurbasan", Mirzə  Fətəli Axundzadə), Kral ("Qarlar Kraliçası", 

Yevgeni Şvarts), Harun ər Rəşid ("Bir saatlıq xəlifə", Abdulla Şaiq), Ovod ("Ovod", Etil Voyniç), 

Lorenso ("Romeo və Cülyetta", Vilyam Şekspir), Hacı  Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim 

bəy Haqverdiyev), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Səməd Vurğun ("Yolda", 

Hüseyn Arif), Göygöz kosa ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Nəcəf ("Mənim nəğməkar 

bibim",  Əkrəm  Əylisli), Prometey ("Zəncirlənmiş Prometey", Cahangir Məmmədov) rolları 

aktyorun daha uğurlu yaradıcılıq işləridir. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə