Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


HƏSƏN AĞAYEV (10.5.1910 - 20.6.1986)



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə182/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   212

 

HƏSƏN AĞAYEV (10.5.1910 - 20.6.1986) 

 

Rejissor Həsən Ağayev 10 may 1910-cu ildə Bakıda doğulub. Bakı Teatr Məktəbini bitirib 



və 1928-ci ildə Bakı Türk İşçi Teatrında aktyor kimi səhnə  fəaliyyətinə başlayıb. Teatr Gəncəyə 

köçəndə o, İrəvana gedib və burada DADT-nin truppasına daxil olub. Aktyorluqdan daha çox 

rejissor sənətinə maraq göstərən Həsən Ağayev Moskvada Lunaçarski adına Teatr Sənəti 

İnstitutunda təhsil alıb. Moskva Bədaye Akademik Teatrının, Vaxtanqov və Meyerxold teatrlarının 

estetik prinsiplərini, poetika səciyyələrini mənimsəməyə çalışıb. 

1936-cı ildə Bakıya gəlib və OBT-də Üzeyir bəy Hacıbəyovun "Ər və arvad" operettasını 

tamaşaya hazırlayıb. Elə həmin il Naxçıvana gedib və 1939-cu ilə kimi buradakı DDT-də ondan çox 

əsərə səhnə quruluşu verib. 

Bakı və Naxçıvan teatrlarında müəyyən rejissorluq təcrübəsi toplayan Həsən Ağayev 1939-

cu ildə  Gəncə DDT-yə qu-ruluşçu rejissor qəbul edilib. Uzun illər bu kollektivdə  səmərəli 

yaradıcılıq axtarışları ilə çalışan sənətkar 1939 - 1942 və 1962 - 1965-ci illərdə kollektivə baş 

rejissorluq edib. 

Həsən Ağayevin Gəncə teatrında ilk işi Qurban Musayevin "Şərqin qalası" əsərin tamaşası 

olub. O, bu teatrda Əbil Yusifovun "Babək", Cəfər Cabbarlının "Aydın", "Yaşar", "Solğun çisəklər", 

Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir", Jan Batist Molyerin "Jorj Danden", "Sevil", 

Vilyam  Şekspirin "Otello", Səməd Vurğunun "Fərhad və  Şirin", "Vaqif", Mirzə  İbrahimovun 

"Məhəbbət", Mirzə  Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", Nəcəf bəy 

Vəzirovun "Hacı  Qəmbər" və "Hacı  Fərəc", Mirzə  Fətəli Axundzadənin Nikolay Qoqolun 

"Müfəttiş",  Ənvər Məmmədxanlının "Şərqin səhəri", Məmmədhüseyn Təhmasibin "Bahar", "Çi-

Çəkiİ dağ", Karl Myufkenin "İldırımlı yollarla" (Piter Abrahamsın romanı  əsasında),  İlyas 

Əfəndiyevin "Bahar suları", "Sən həmişə  mənimləsən", "Unuda bilmirəm", Vasili Şkvar-kinin 

"Özgə  uşağı" və Novruz Gəncəlinin "Şəlalə", Məmmədhüseyn Təhmasibin "Bahar", Məcid 

Şamxalovun "Qaynana", Robindranat Taqorun "Qanq qızı" ("Kəmalə"), Səttar Axundovun 

"Məhəbbət nişanəsi" və "Almazın qızları", Bağır Bağırovun "Tamaşa qarının nəvələri" (Əbülhəsənin 

romanı əsasında), Atif Zeynallının "Sirlər yuvası", Hüseyn Cavidin "Səyavuş", Hacıağa Quliyevin 

"Sabir", Riçard Şeridanın "Aldanmış adaxlı", Əfqan Əsgərovun "Qız atası" və "Sarı Əlcək", Qurban 

Musayevin "Köhnə  həyətin adamları", Altay Məmmədovun "Kişilər", Kita Buaçidzenin "Həyətdə 

qapan it var", Hüseyn Qaraoğlunun "Şəfiqə", "Abdulla Şərifovun Xallı dağın qartalı", Məhərrəm 

Əlizadənin "Dağ çiçəyi", Boris Lavrenyovun "Hücum", Ədil İsgəndərovun "Qaya", Mustay Kərimin 

"Aygül diyarı", Raymond kauqverin "Qatarlar səhər gedir", Maqsud İbrahimbəyovun "Mezazoy 

əhvalatı", Lope de Veqanın "Rəqs müəllimi", Konstantin Simonovun "Bizim şəhərli oğlan", Nəbi 

Xəzrinin "Sən yanmasan...", Süleyman Sani Axundovun "Eşq və intiqam", İsi Məlikzadənin "Yaxın 

adam", Altay Məmmədovun "Kişilər", Firudin Ağayevin "Səməndər", Zeynal Xəlilin "Şairin 

yuxusu", Yusif Əzimzadənin "Unutınaym", Süleyman Rüstəmin "Qaçaq Nəbi", Yusif Əzimzadənin 

"Ürək döyünməsə", Əlibala Hacızadənin "İtkin gəlin" əsərlərinə maraqlı səhnə quruluşları verib. 

Teatr sənətindəki xidmətlərinə görə  Həsən Ağayev 20 may 1958-ci ildə Azərbaycan 

Respublikasının  əməkdar incəsənət xadimi fəxri adı ilə  təltif edilib. 20 iyun 1986-cı ildə  gəncədə 

vəfat edib. 

 

 

MEHDİ MƏMMƏDOV (1918 - 1985) 



 

Azərbaycanın görkəmli rejissorudur. Yaradıcılığı daha geniş  şəkildə AMDT ilə bağlıdır. 

Eyni zamanda Opera və Balet Teatrında, Rus Dram Teatrında da baş rejissor işləyib və müxtəlif 



əsərləri tamaşaya hazırlayıb. Səhnə fəaliyyətinə aktyor kimi BTİ-də başlayan Mehdi Məmmədov İlk 

rejissor quruluşunu da Gəncə şəhərində fəaliyyətini davam etdirən həmin kollektivdə verib. 

Mehdi Məmmədov Moskvada ali rejissor təhsili alıb. Diplom işi olan Məmmədhüseyn 

Təhmasibin "Bahar" pyesini Gəncə DDT-də tamaşaya hazırlayıb.  İmtahan kimi qəbul olunan ilk 

sərbəst quruluşundan  əla qiymət alan rejissor təyinatla bu kollektivə rejissor göndərilib.  İ1k 

tamaşalarından yaradıcılığı yenilik ruhu və monumentalizm səciyyələri ilə ona kollektivdə  rəğbət

teatr ictimaiyyətində  şöhrət qazandırıb. Buna görə  də 1942-ci ildə onu teatra baş rejissor təyin 

ediblər. 1945-ci ilin payız mövsümündə Bakıya gəlib və Akademik teatra quruluşçu rejissor 

götürülüb. 

Görkəmli rejissor Gəncə teatrında Mirzə  İbrahimovun "Madrid" (1941), Zeynal Xəlilin 

"İntiqam" (1942) və "Qatır Məmməd" (1945), Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" (1942), Cəfər 

Cabbarlının "Od gəlini" (1942) və "Oqtay Eloğlu" (1944), Jan Batist Molyerin "Vasvası  xəstə" 

(1942), Sabit Rəhmanın "Toy" (1944), Səməd Vurğunun "Vaqif" (1942), Lope de Veqanın "Nə 

yardan doyur, nə əldən qoyur" (1943), İlyas Əfəndiyev və Mehdi Hüseynin "İntizar" (1944), Mehdi 

Hüseynin "Nizami" (1943), Nadejda Filippovanın "Partizan Kostya" (1944) dram və komediyalarına 

maraqlı səhnə quruluşları verib. 

Mehdi Məmmədov Gəncədə  işlədiyi müddətdə teatrın yaradıcılığında monumental 

romantizınlə realist teatr estetikalarını qovuşuqda realizə edib. Aktyorların fərdi yaradıcılıq 

üslublarının formalaşmasında ciddi işlər görüb. Teatrın reper nail olub. Tamaşa və  bədii tərtibat, 

tamaşada musiqinin estetik tutumu istiqamətlərində müəyyən ənənələrin bünövrəsmi qoyub. 

 

 

HÜSEYN SULTANOV (23.12.1923 - 30.3.1993) 



 

Rejissor Hüseyn Musa oğlu Sultanov 23 dekabr 1923-cü ildə Bakıda doğulub. Moskva 

Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini 1952-ci ildə bitirib. Gəncə teatrına göndərilən 

Hüseyn Sultanov əvvəlcə burada quruluşçu rejissor, sonra baş rejissor işləyib (1952 - 1962). 

Yaradıcılığı müasirlik axtarışları ilə  səciyyəvidir. Realist teatr məktəbinin estetik prinsiplərinə 

üstünlük verib. Quruluş verdiyi əsərlərin əksəriyyətini lirik-psixoloji üslubda hazırlayıb. 

Gəncə DDT-də göstərdiyi xidmətlərə görə 20 may 1958-ci ildə Azərbaycan Respublikasının 

əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. Yaradıcılığının sonraki dövrü GTT ilə bağlıdır. 

Hüseyn Sultanov Gəncə teatrında Aşaq Tuqayevin "Adaxlılar" (diplom işidir. 1952), Səməd 

Vurğunun "Vaqif", İlo Mosaşvilinin "Qərq edilmiş daşlar", Cəfər Cabbarlının "Solğun çiçəklər", 

"Nəsrəddin şah" və "Almaz", Sergey Mixalkovun "Xərçənglər", Mirzə Fətəli Axundzadənin "Hacı 

Qara", Sabit Rəhmanın "Toy", İslam Səfərlinin "Göz həkimi", Cabbar Məcnunbəyovun "İldırım", 

Səməd Vurğunun "Vaqif", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Nazim Hikmətin "Kəllə", 

Hüseyn Cavidin "Şeyx Sənan" və "Səyavuş", Bəxtiyar Vahabzadənin "Vicdan", Həsən Seyidbəyli 

və  İmran Qası-movun "Böyük ürək", Lütfəli Həsənovun "Günəş", Lope de Veqanın "Kələkbaz 

sevgili", Tsao Yuyun "Tufan", Aleksandr Şirvanzadənin "Namus", Eqon Rannetin "Azmış  oğul", 

Əlyar Yusiflinin "Ürək sevərsə", Gilerma Fiqeyredunun "Tü1kü və üzüm" ("Ezop"), İsgəndər 

Coşqunun "Komsomol poeması" pyeslərinə orijinal üslublarda səhnə quruluşları verib. 

Ömrünün sonlarında teatrda işləməyən Hüseyn Sultanov 30 mart 1993-cü ildə Bakıda vəfat 

edib. 


 

*  *  * 



 

Nəsir   Sadıqzadə  (18.10.1926  -  28.11.1996).    

1965-1966-cı illərdə Gəncə teatrında baş rejissor işləyib və müxtəlif vaxtlarda qısa fasilələrlə 

quruluşçu rejissor kimi çalışıb. Dəvətlə də tamaşalar hazırlayıb. Cəfər Cabbarlının "Aydın", Mirzə 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə