Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə179/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   212

Əməkdar        artistdir.        Gəncə        teatrında 1965-cı  ıldən  ışləyır. Realıst aktyor məktəbinin 

istedadlı nümayəndəsidir, yumorunun təbiiliyi, ifadə vasitələrinin  əlvanlığı ilə seçilir. Son illər 

rejissorluq da edir. 

Əsas rolları:  Şərif, Pirqulu ("Almaz" və "Aydın", Cəfər Cabbarlı), Göyüş, Xəfiyyəbaşı 

("Kişilər" və "Ulduzlar görüşəndə",      Altay      Məmmədov),   Aslan,   Mirzə      Qərənfil,   Casus 

("Nişanlı qız", "Xoşbəxtlər" və "Küləklər", Sabit Rəhman), Fmdıqburun ("Diribaş adamlar", Vasili 

Şukşin), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Heydər ("Qız atası", Əfqan Əsgərov),  

Çingiz  ("Bəxtsiz  cavan",  Əbdürrəhim bəy Haqverdiyev), Rodriqo və kassio, Cani ("Otello" və 

"111 Riçard", Vilyam Şekspir), Qara kişi ("Gəl qohum olaq", İsi Məlikzadə), Təlxək ("Tariyel", 

Məmmədəli Nəsirov), Uolter ("Üç qəpiklik opera", Bertolt Brext), ikinci sərxoş ("Mənim günahım", 

İlyas  Əfəndiyev), Polad ("Qoruqlar", Əliağa Kürçaylı), Rauf ("Mezozoy əhvalatı", Maqsud 

İbrahimbəyov), Paollo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Dito ("Araba hələ 

aşmayıb", Otiya İoseliani),  Şəkəralı ("Günəşlə oyananlar", Qeybulla Rəsulov), Tolya Jarikov 

("Mükafat", Aleksandr Gelman), Şərif ("Almaz", Cəfər Cabbarlı), Mirpaşa ("Komsomol poeması", 

İsgəndər Coşqun), Seyran ("Səadət sorağında", Teymur Məmmədov), Lətif ("Yaxın adam", İsi 

Məlikzadə), Xəlil ("Qaçaq Nəbi", Süleyman Rüstəm),  Əli Məmməd Dilbəri ("Əli Məmməd 

Dilbəri", Səttar Zərdablı),  İvan  İvanoviç ("İvan  İvanoviç var idimi?", Nazim Hikmət), Vartan 

("Üçatılan", İlyas Əfəndiyev), Toyuq oğrusu ("72-ci palata", Orxan Kamal), İonitse ("İctimai rəy", 

Aurel Baranqa), Eldar ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Əzrayıl ("Dəli Domrul", Altay 

Məmmədov), Germes ("Odu atma, Prometey!", Mustay Kərim), Kürd Musa ("Vaqif", Səməd 

Vurğun), Heydərqulu ("Həyat", Mirzə  İbrahimov), Pavel Yesenski ("Zəngli saat", Osvald 

Zaqradnik). 



 

Alim Məmmədov  

(25.9.1950) 

 

Xalq artistidir. Teatra 1960-cı illərin ortalarında gəlib və tezliklə  qəhrəman rolların ifaçısı 



kimi tanınıb. 1990-cı illərin əvvəllərində səhnə sənətindən uzaqlaşıb. 

Əsas rolları: Tariyel ("Tariyel", Məmmədəli Nəsirov), Tahirov ("Mezozoy əhvalatı", Maqsud 

İbrahimbəyov),  Şah Abbas ("Ulduzlar görüşəndə", Altay Məmmədov), Mehdi-Mixaylo ("Uzaq 

sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Hemon ("Antiqona", Sofoki), Pivonka ("Qəribə 

dilənçi", Yan Saloviç), Fuad, Oqtay ("Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Bəxtiyar 

("Komsomol poeması",  İsgəndər Coşqun),  Əfqan ("Səadət sorağında", Teymur Məmmədov), 

Bəhmən ("Yaxın adam", İsi Məlikzadə), Qasım ("İlk busə", Abduqəhhar  İbrahimov), Yuri ("İki 

qardaş", Mixail Lermontov), Heydər bəy ("Hacı Qara", Mirzə  Fətəli Axundzadə), Qaçaq Nəbi 

("Qaçaq Nəbi", Süleyman Rüstəm),  Ərşad ("Üçatılan",  İlyas  Əfəndiyev), Elməddin ("İtkin gəlin", 

Əlibala Hacızadə), Aptekçinin oğlu ("Demokiisin qılıncı", Nazim Hikmət), Nadir bəy ("Maral", 

Hüseyn Cavid), Tureulets ("İctimai rəy", Aurel Baranqa), Nihat ("Yad qızı", Orxan Kamal), Ələkbər 

("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Prometey ("Odu atına, Prometey!", Mustay Kərim), 

Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Abbas ("Həyat", Mirzə  İbrahimov),  İvan Mastakov 

("Qoca", Maksim Qorki). 

 

 

İSMAYIL TALIBLI  

(21.3.1898- 23.7.1967) 

 

Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor 



məktəbindən  şirələnib. Oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirəndə 

görürük ki, onun ifasında realist obrazlar daha çoxdur. 




Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı  səsə malik olan aktyorun psixoloji ifadə 

vasitələri, oyun üslubu-nun fəlsəfi-estetik mahiyyəti realizmın güclü zəmininə əsaslanıb. 

İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində 

doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər 

Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən 

Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi 

yolunu müəyyənləşdirib. 

1919-cu ildə onu yenicə yaranmış Hökumət Teatrosuna (hazırki Akademik Milli Dram 

Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif 

xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara 

səhnə ömrü verib. 

Amplua baxımından yaradıcılığını  sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə, 

dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin 

axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib. Bu kollektiv altı aydan 

sonra Bakı Türk İşçi və kəndli Teatrı adlanıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu 

sirayətedici olan İsmayıl Talıblı  qısa müddətdə teatrın aktyor ansamblma uyuşa bilib. Ona bir-

birinin ardınca sanballı rollar tapşırılıb. 

Aktyor yeni sənət ocağında Luis Sinkierin "Yüz faiz" (Mak Qurmik), Aleksey Tolstoyun 

romanı  əsasında "Roma-novların son günləri" (Dmitri Pavloviç və General Alekseyev), Vasili 

Şkvarkinin "Casus" (Stradvorski), Vladimir Marqaretin "Fahişə" (Dormua), Cəlil 

Məmmədquluzadənin "Anamın kita-bı" (Mirzə Məhəmmədəli), Mirzə Fətəli Axundzadənin "Müsyö 

Jordan və  Dərviş  Məstəli  şah" (Hatəmxan ağa), Viktor Hüqonun "Notrdam kilsəsi" (Qvazimoda), 

Jan Batist Molyerdən təbdil olan "Cancur Səməd" (Nüsxəbənd Abbasəli), Cəfər Cabbarlının "Sevil" 

(Atakişi) pyeslərinin tamaşalarında maraqlı rollarda çıxış edib. 

Bakıda yaşayan və dövlət idarələrinin mühüm ideoloji sahələrində yüksək vəzifələr tutan 

əcnəbi millətlərin nüma-yəndələrinin fitnəkarlığı ilə 1932-ci il dekabrın 28-də Bakı Türk İşçi 

Teatrının Gəncə  şəhərinə köçürülMəsmə  qərar veril-di. Halbuki həmin dövrdə  Gəncədə yerli 

gənclərdən, maarif-pərvər ziyalılardan ibarət güclü teatr truppası vardı və onların qüvvəsi ilə şəhərdə 

Dövlət teatrı yaratmaq mümkün idi. 4 və 5 yanvar 1933-cü ildə İşçi Teatrının bütün kollektivi Gən-

cəyə köçdü. Bir müddət sonra truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə 

Şərifzadə, qabaqcıl aktyorları  Ağasadıq Gəraybəyli,  Ələsgər  Ələkbərov, Fatma Qədri və başqaları 

Bakıya qayıtdılar, lakin İsmayıl Talıblı doğma kollektivdən ayrılmadı. O, ömrünün sonunadək Cəfər 

Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. Hətta 1942 - 1943-cü illərdə teatrda 

direktor da olub. 

İsmayıl Talıblı  Gəncə teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq 

nümunələrini yaradıb. Onların daha sanballıları və yaradıcılıq baxımından daha zənginləri bunlardır: 

Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jorj Danden ("Jorj Danden", Jan 

Batist Molyer), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Yaqo ("Otello", Vilyam Şekspir), 

Səttarxan ("Dumanlı Təbriz", Məmməd Səid Ordubadi), Əbdüləli bəy, Aqşin, Hacı Əhməd, Rəhim 

xan, İmamyar, Balaxan ("Sevil", "Od gəlini", "A1maz", "Nəsrəddin şah", "Yaşar" və "Aydın", Cəfər 

Cabbarlı), Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay Qoqol), Azər baba, İbrahim xan ("Fərhad və Şirin" 

və "Vaqif", Səməd Vurğun), Süleyman ("Həyat", Mirzə  İbrahimov), Kərəmov, Usta Segah, 

Səməndərli ("Toy", "Xoşbəxtlər" və "Aşnalar", Sabit Rəhman), Qivami ("Nizami", Mehdi Hüseyn), 

Naçalnik, Hatəm-xan ağa, Mirzə  Həbib ("Hacı Qara", "Müsyö Jordan və  Dərviş  Məstəli  şah" və 

"Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Aslan kişi ("Böyük ürək", İmran Qasımov və 

Həsən Seyidbəyli), Jan Qrubek ("Praqanın  şabalıd ağacları altında", Konstantin Simonov), Hacı 

Fərəc ("Hacı  Fərəc", Nəcəf bəy Vəzirov), Xəlifə ("Babək",  Əbil Yusifov), Rüstəm ("Səyavuş", 

Hüseyn Cavid), Qoca ("Şlkayət qəbul olunmur", Toktobolat Əbdülmöminov), Cəmilzadə ("Kişilər", 

Altay Məmmədov), Göyüş dayı ("Qatır Məmməd", Zeynal Xəlil), Yoxanes Rayesmık ("Azmış 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə