Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə173/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   212

Gəncə teatrı 1958-ci ilin may ayında Banıya ilk qastrol səfərinə gəlib. Repertuarda "Ölülər" 

(Cəlil Məmmədquluzadə), "Qanq qızı" (Rabindranat Taqorun "Fəlakət"  əsəri  əsasında), "Kəllə" 

(Nazim Hikmət), "Bahar" (Məmmədhüseyn Təhmasib), "Böyük ürək" (İmran Qasımov və  Həsən 

Seyidbəyli), "Xəyanət" (Həsən Bicari və Qulamrza Cəmşidi) tamaşaları olub. Kollektivin ilk 

imtahanı uğurlu keçib və teatrın qabaqcıl rejissor və aktyorlarına respublikanın müxtəlif fəxri adları 

verilib. 

1960-cı illərdən başlayaraq teatr müasir mövzulu ictimai-sosial problemləri təcəssüm etdirən 

əsərlərə üstünlük verib. Gəncə teatrında müəyyən səhnə  təcrübəsi olan Həsən Ağayev, Hüseyn 

Sultanov, Nəsir Sadıqzadə, Yusif Bağırov, gənc rejissor Vaqif Şərifov Bakıdakı AMDT-də  uğur 

qazanan lirik-psixoloji üslubda maraqlı tamaşalar hazırlaya biliblər. Yaradıcılıq cəhdləri həmişə 

səmərəli alınınasa da, teatr prosesində gedən estetik yeniləşmə, fəlsəfi dərinlik, psixoloji mahiyyət 

istiqamətində  uğurlar qazanılıb. Teatr eyni zamanda ənənələrinə sadiq qalaraq romantik-

monumental üslubda da tamaşalar hazırlayıb. 

Belə çoxşaxəli yaradıcılıq cəhdlərinin nəticəsində afişalarda yeni-yeni milli dramaturqların 

adları görünməyə başla-yıb. Gəncə teatrı Azərbaycanda ilk dəfə olaraq Evripidin "Medeya", 

Sofokiun "Antiqona", Riçard Şeridanın "Aldanınış adaxlı", Eqon Rannetin "Azmış oğul", Gilerma 

Fiqeyredunun "Tü1kü və üzüm", Əziz Nesinin "Bura gəlin", kita Buaçidzenin "Həyətdə qapan it 

var", Otiya İoselianinin "Araba hələ  aşmayıb", Vilyam Şekspirin "111 Riçard", Nazim Hikmətin 

"İvan İvanoviç var idimi?", Orxan Kamalın "72-ci kamera", Aurel Baranqanın "İctimai rəy", Osvald 

Zaqradnikin "Zəngli saat", Maksim Qorkinin "Qoca", Mustay Kərimin "Aygül diyarı", Raymond 

kauqverin "Qatarlar səhər gedir", Yan Saloviçin "Qəribə dilənçi" əsərlərini öz səhnəsində tamaşaya 

hazırlayıb. 

1990-cı illərin  əvvəllərində SSRİ-nin dağılması, teatrlarda yeni fəaliyyət prinsiplərinin 

yaranınası ilə bağlı  Gəncə DDT-də yaradıcılıq tərəddüdləri olub. Kollektivin bəzi sənətkarları 

teatrdan uzaqlaşıblar. Lakin son bir neçə ildə teatr özünün yaradıcılıq qüvvələrini səfərbər edə bilib 

və həmin istiqamətdə axtarış səyləri davam olunur. 

Teatrın nəzdində 1979-cu ildə "Zərrabi" Nizami Poeziya Teatrı açılıb. Kollektiv Zərrabi 

memarlıq kompleksində yerləşir. Onun repertuarında Nizami Gəncəvinin "Xəmsə"sinin motivləri 

əsasında "Şairin gəncliyi", "Xeyir və  Şər", "Şair və hökmdar", "Hikmət axşamı", "İsgəndər və 

Nüşabə", "Zəhmət dünyası", "Xarəzın gözəlinin hekayəti", "Gül və  zəhər" tamaşaları oynanılıb. 

Aktyor Telman Əliyev teatrda bədii rəhbər kimi səmərəli yaradıcılıq işləri görə bilib. 

 

*  *  * 



 

Teatr Bakıdan Gəncəyə köçəndə bir il İşçi Teatrı, az müddət Gəncə İşçi Teatrı kimi fəaliyyət 

göstərib və Lavrenti Beriyanın adını daşıyıb. Sənət ocağının adı 1935 - 1938-ci illərdə afişa və 

proqramlarda Gəncə Dövlət Teatrı kimi yazılıb. 1939-cu ildən Gəncə Dövlət Dram Teatrı adlanan 

kollektivə 1957-ci ildə Cəfər Cabbarlının adı verilib. 

Teatr yerli müəlliflərdən Altay Məmmədovun, Fəridə  Əlyarbəylinin, Süleyman 

Süleymanovun, Məmmədəli Nəsirovun, Abdulla Şərifovun,  Əhməd  İsayevin, Rövşən Ağayevin, 

Nüşabə Məmmədovanın, Elşad Məmmədovun pyeslərini tamaşaya hazırlayıb. 

Gəncə DDT-də uzun illər Bəhram  Əfəndiyev, Rza Məmmədov, Süleyman Hacıyev kimi 

fədakar teatr rəssamları  işləyiblər. Gəncədə yaşayan Həsənağa Məmmədov, Asif Məmmədov

Mübariz  Əliyev, Oqtay Qoşqarov, Telman Cəfərov rəngkarlıqla yanaşı, bir sıra tamaşalara səhnə 

tərtibatları da veriblər. Məşhur sənətkarlar Nüsrət Fətullayev, Həsən Mustafayev, Fyodor Qusak, 

İsmayıl Axundov, Dmitri Tavadze, Yuri Toropov, Elbəy Rzaquliyev, Altay Səidov, Elçin 

Məmmədov, Sənan Qurbanov dəvətlə teatrda müxtəlif tamaşalara rəssamlıq ediblər. Belə yaradıcılıq 

əlaqələri teatrın forma axtarışlarına imkan genişliyi verib. 



Şəhərin bəstəkarları Qəmbər Hüseynli, Bayram Hüseynli, Müzəffər Həsənov, Xəlil Cəfərov, 

Şirin Rzayev, müəyyən vaxt burada işləyən  Şəmsəddin Fətullayev teatrla sıx yaradıcılıq  əlaqələri 

yarada biliblər. Ayrı-ayrı rejissorlar məşhur bəstəkarlar Səid Rüstəmova, Niyaziyə,  Əfrasiyab 

Bədəlbəyliyə, Qara Qarayevə, Süleyman Ələsgərova,  Şəfiqə Axundovaya, Fikrət  Əmirova

Cahangir Cahangirova, Azər Rzayevə, Nazim Əliverdibəyova, Vasif Adıgözəlova öz tamaşaları 

üçün musiqi sifariş veriblər. Bu ənənə uzun illər davam edib. 

Gəncə Dövlət Dram Teatrı dəfələrlə Bakıda, Azərbaycanın əksər rayonlarında, Gürcüstanın 

və Ermənistanın azərbaycanlıların qədim yaşayış rayonlarında qastrol səfərlərində olub. 

 

 

GƏNCƏ  DÖVLƏT DRAM TEATRINDA  



AKTYOR YARADICILIĞI 

 

Birinci dərs 

 

Baki Türk İşçi Teatrı 1933-cü ildə  Gəncəyə köçüb. Bir ilin ərzində teatrın istedadlı 



aktyorlarından Abbasmirzə  Şərifzadə, Ağasadıq Gəraybəyli,  Ələsgər  Ələkbərov, Fatma Qədri 

Bakıya qayıdıblar. Rüstəm Kazımov,  Ələkbər Seyfi, Zakir Şahbazov,  Əşrəf Yusifzadə, Mustafa 

Sərkarov, Məryəm Ələsgərova ömürlərini Gəncə teatrı ilə bağlayıblar. Kazım Ziya, Əjdər Sultanov, 

Ağahüseyn Cavadov, Əlihüseyn Qafarlı, Məxfurə Yermakova, Əhməd Salahh, Əhməd Səfayi və bu 

kimi istedadlı aktyorlar bir müddət burada işlədikdən sonra ayrı-ayrı illərdə kollektivi tərk edərək 

Bakıya qayıdıblar. Burada müxtəlif teatrlarda işləyiblər. 

Gəncə teatrının truppası ilbəil yerli teatr həvəskarlarının hesabına möhkəmlənib və onların 

bir qisıni sonralar kollektivin aparıcı  sənətkarları olublar. Birinci il şəhərin müxtəlif dram 

dərnəklərinin istedadlı üzvləri Mikayıl Davudov, Əsəd  Şeyxzamanov, Barat Şəkinskaya, Solmaz 

Orlinskaya, Qulam Qoşqarlı, Abbas Məmmədov,  İsmayıl  Əfəndiyev,  İbrahim Həmzəyev, Kərim 

Sultanov aktyor heyətinə götürülüblər. 1934 - 1955-ci illərdə truppaya Bakı, Tiflis, İrəvan, Aşqabad, 

Şəki, Ağdaş, Zaqatala, Göyçay teatrlarında işləmiş aktyorlar və aktrisalar, Bakı Teatr Məktəbini 

bitirmiş  gənclər qəbul olunublar. Bunların sırasında Məmməd Cəfərovun (Məmməd Cəfər), Sadıq 

Həsənzadənin (Həsənqara), Məmməd Bürcəliyevin,  Ətayə  Əliyevanın, Fatma Qafarlının,  İsmət 

Əliyevanın, Manya Əliyevanın,  İzabella Tağıyevanın, Nəcibə  Məlikovanın, Abbas Məmmədovun, 

Məcid Abdullayevin, Məmmədrza  Şeyxzamanovun, Rza Nadirovun, Ağa Məmmədovun, Reyhan 

Tağıyevanın, Rəmziyyə Veysəlovanın, Səməd Tağızadənin,  Ələddin Abbasovun, Zülfüqar 

Baratzadənin, Firuzə  Bədirbəylinin, Sədayə Mustafayevanın, Məmmədsadıq Nuriyevin, Muxtar 

Avşarovun, Mənsurə Cəfərovanın, Nadir Rzayevin adlarını xüsusi göstərmək lazımdır. 

 

 



*  *  * 

 

KƏRIM SULTANOV (1919 - 1975) 

 

Gəncə Dövlət Dram Teatrının qüdrətli sənətkarlarından olub. Teatrın həm romantik, həm də 



realist üslublu tamaşalarında yüksək məharət göstərib. Yaradıcılığı xarakter zənginliyi ilə 

səciyyəvidir. Kərim Xankişi oğlu Sultanov 1916-cı ildə  Gəncədə doğulub. Uşaq yaşlarında ailəsi 

Şəkiyə köçüb və o, ibtidai təhsilini orada alıb. 1932-cü ildə Səməd Tağızadənin təşkil etdiyi dram 

dərnəyində həvəskar aktyorluğa başlayıb. Bir il sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar ailəsi 

Gəncəyə qayıdıb. O, buradakı  şəhər qadınlar klubunda Mir İbrahim Həmzəyevin rəhbərlik etdiyi 

dram dərnəyinə yazılıb. Kənd Təsərrüfatı  İnstitutuna qəbul olunub. Tələbə ola-ola 1934-cü il-də 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə